Dünya Azərbaycanlılarının
qurultaylarının diaspora həyatında əhəmiyyəti
Bu qurultaylar diasporamızın inkişafına
stimul verdi
Xaricdə yaşayan soydaşlarımızın əqidə
və əməl birliyinin əldə edilməsi, onların təşkilatlanma işinin
sürətləndirilməsi üçün müstəqillik
illərində bir sıra zəruri addımlar atıldı. Qısa zaman ərzində müstəqil
Azərbaycan dövlətinin
əldə etdiyi nailiyyətlər ölkə
daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında
həmrəyliyin güclənməsinə
şərait yaratdı.
Ölkəmizin irəliyə doğru atdığı hər bir addım,
qazandığı nailiyyət
dünyanın müxtəlif
ölkələrində yaşayan
soydaşlarımızı daha da ruhlandırdı,
onların müstəqil
dövlətimizə inamını,
milli hisslərini və gələcəyə
ümidlərini artırdı. Nəticə etibarilə bütün
bunlar dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımızın
Azərbaycan Respublikasının
milli maraqları ətrafında daha sıx birləşmələri
üçün zəmin
yaratdı. Bu illərdə xaricdə yaşayan soydaşlarımızın
birlik və bərabərliyinin təmin
edilməsi istiqamətində
görülən işlərdə
ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri oldu. Milli-mənəvi dəyərlərə dövlətçilik mövqeyindən
qiymət verilməsi ölkəmizdə azərbaycançılığın
qorunub-saxlanması və
inkişaf etdirilməsi
də xüsusi əhəmiyyət daşıyırdı.
Heydər Əliyev azərbaycançılığın
bütün tərkib
hissələrini milli
ideologiyamızın strukturlarına
daxil etməklə mənəviyyat və dövlətçiliyin sintezindən
çıxış edirdi.
Azərbaycançılığın əsas komponentlərindən
biri dövlətçilik,
digəri isə milli-mənəvi dəyərlərdir.
Bu baxımdan Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımıza əsas
tövsiyyəsi bundan
ibarət idi ki, milli dövlətçiliyimizin
qorunması və sonsuza qədər yaşaması üçün,
ilk növbədə hamı
milli-mənəvi dəyərlərin,
adət-ənənələrin keşiyində durmalı,
milli kimliyini istənilən ölkədə
yaşatmalıdır.
1994-1995-ci
illərdə Azərbaycanın
yeni təhlükələrlə
üzləşdiyi zaman
ümummilli lider Heydər Əliyevin çağırışı ilə minlərlə həmvətənimizin ölkə
başçısının ətrafında toplaşması,
ona dəstək verməsi milli birlik və həmrəyliyimizin tarixində
ən parlaq səhifələrdən biri
kimi qalacaq. 1996-cı ildən
başlayaraq ölkəmizdə
aparılan quruculuq-abadlıq
işləri, həyata
keçirilən məqsədyönlü
islahatlar nəticəsində
ölkədə ictimai-siyasi
stabilliyin yaranması,
bazar iqtisadiyyatının
əsaslarının formalaşdırılması,
hüquqi dövlət
quruculuğu, sosial sahənin inkişaf etdirilməsi Azərbaycan Respublikasının müstəqilliyinin
möhkəmləndirilməsinin başlıca əsaslarını
qoydu. Bütün bu proseslər
dünyanın müxtəlif
ölkələrinə səpələnmiş,
lakin ürəkləri
Vətən eşqi ilə döyünən soydaşlarımızın diqqət
mərkəzində oldu,
onlarda həyəcan və sevinc hissləri doğurdu.
Müstəqil Azərbaycan Respublikası
tarixən müxtəlif
ictimai-siyasi və mədəni proseslər nəticəsində dünyanın
ayrı-ayrı ölkələrində
məskunlaşmış soydaşlarımız
üçün milli
iftixar, mənəvi dayaq və güvənc
yerinə çevrildi.
Azərbaycan Respublikasının
Avropa Şurası kimi mötəbər təşkilata üzv qəbul edilməsi dünya azərbaycanlılarına
əlavə güc verdi. Müstəqil Azərbaycanın beynəlxalq
aləmdə daha geniş tanınması, ölkələr arasında
siyasi-iqtisadi, mədəni
əlaqələrin inkişaf
etdirilməsi hər bir azərbaycanlının
imkanlarını artırır
və əlavə şans verirdi. Soydaşlarımız yaşadıqları
dövlətlərin iqtisadi,
ictimai-siyasi həyatında
fəal iştirak etməklə həmin ölkələrin elm və
mədəniyyətinin inkişafına
töhfələr verməklə
yanaşı, həm də Azərbaycan xalqının maddi-mənəvi
dəyərlərinin, dilinin,
tarixinin, mədəniyyətinin,
mütərəqqi ənənələrinin
daşıyıcıları olaraq Azərbaycanı dünyaya tanıtma üçün yeni imkanlar əldə edirdilər.
Heydər Əliyev Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsinin
və qüvvətləndirilməsinin
müstəqil dövlətçiliyimizin
möhkəmləndirilməsində mühüm təsirini qeyd edərək dəfələrlə bu məsələyə toxunur,
soydaşlarımızı dövlətçiliyimizin möhkəmləndirilməsi
işində fəal iştirak etməyə çağırırdı. Ulu öndərimizin
hər il dekabr ayının 31-də
Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü
ilə əlaqədar
Azərbaycan xalqına
müraciəti, bu münasibətlə respublikamızda
və xaricdə keçirilən ardıcıl
tədbirlər xalqımızın
özünüdərki, mənəvi
bağlılığı istiqamətində atılan
mühüm addımlardandır.
Dünya
azərbaycanlılarının bir araya gələrək
təşkilatlanması, Azərbaycan
dövləti ətrafında
sıx siyasi, iqtisadi, mənəvi birliyi müstəqil dövlət quruculuğunun
indiki mərhələsində
və müstəqilliyimizin
əbədiliyinin təmin
olunmasında son dərəcə
önəmli bir amildir. “31 dekabr”ın
xüsusi önəmi
və böyük qayəsi həm də ondan ibarətdir
ki, bu əlamətdar
gün XX əsrdə
Azərbaycanın dirçəlişi
və inkişafı yolunda əvəzsiz xidmətlər göstərmiş
Heydər Əliyevin bilavasitə təşəbbüsü,
yenilməz iradəsi sayəsində təsis edilmiş ümumxalq, ümummilli bayrama çevrildi. Heydər Əliyev dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımızın
və həmvətənlərimizin
müstəqil Azərbaycan
Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi,
dünya azərbaycanlıları
arasında mənəvi,
siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin
gücləndirilməsi, eləcə
də onların əlaqələndirilməsi ilə
bağlı məsələlərin
ətraflı müzakirə
edilməsini nəzərə
alaraq 2001-ci il, mayın 23-də xüsusi
sərəncam imzaladı.
Heydər Əliyevin sərəncamı ilə
2001-ci il, noyabrın 9-10-da Bakıda
keçirilən Dünya
Azərbaycanlılarının birinci qurultayı xaricdəki soydaşlarımızın
azərbaycançılıq ideyası ətrafında birləşməklə təşkilatlanması
baxımından tarixi
əhəmiyyət kəsb
edib diaspor hərəkatının inkişafında
yeni mərhələnin
başlanğıcını qoydu. Ulu öndərin bu
möhtəşəm mərasimdəki
proqram xarakterli nitqi Azərbaycan diasporu qarşısındakı
vəzifələri, gələcək
fəaliyyət istiqamətlərini
müəyyənləşdirdi. Bu qurultaya qədər
dünyanın müxtəlif
ölkələrində Azərbaycanın
diaspor təşkilatları
mövcud idi. Lakin bu qurumlar arasında
koordinasiya edilmiş fəaliyyətin yoxluğu
onların işinə
mənfi təsir göstərir, hətta bir sıra ölkələrdə
fəaliyyət göstərən
diaspor nümayəndələri,
azərbaycanlıların kimsəsiz
olmaları, onların
taleyin ümidinə buraxılmaları təsəvvürü
yaradırdı. Artıq tarixə
dönmüş SSRİ imperiyası
dövründə xarici
ölkələrdə soydaşlarımızın
sayının getdikcə
artmasına baxmayaraq, Azərbaycan diasporu dağınıq halda fəaliyyət göstərirdi.
İstər həmin dövrlərdə, istərsə
də ondan sonra ayrı-ayrı cəmiyyətlər tərəfindən
bu istiqamətdə müxtəlif səviyyələrdə
iş aparılsa da, dövlət himayəsindən kənarda
olduğuna və pərakəndə fəaliyyətə
üstünlük verildiyinə
görə, xarici ölkələrdə yaşayan
həmvətənlərimizin bir araya gətirilməsi,
sözün həqiqi
mənasında güclü
Azərbaycan diasporunun
formalaşdırılması istəyi zərurətə
çevrilirdi.
Dünya Azərbaycanlılarının
birinci qurultayının
əhəmiyyəti ilk növbədə
ondan ibarət oldu ki, planetin
müxtəlif qütblərində
yaşayan soydaşlarımız
ilk dəfə olaraq Vətəndə belə geniş tərkibdə bir araya gəldilər. Dünya Azərbaycanlılarının Birinci Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin
cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatları təmsil
etməklə 403 nəfər
nümayəndə və
63 nəfər qonaq iştirak edirdi. Qurultay iştirakçıları
planetimizin geniş coğrafi məkanını
əhatə edən Birləşmiş Ştatlar,
Almaniya, Avstraliya, Avstriya, Belarus, Böyük
Britaniya, Danimarka, Estoniya, Gürcüstan, Hollandiya, İsrail, İsveçrə, Finlandiya,
Fransa, Kanada, Qazaxıstan, Latviya,
Moldova, Özbəkistan, Rumıniya,
Rusiya, Türkiyə, Ukrayna və digər dövlətləri
təmsil edirdilər.
Ulu öndər Heydər Əliyev həmin qurultaydakı proqram xarakterli çıxışında
azərbaycançılığın nə qədər önəmli olduğunu, bu ideyanı daşıyanların bundan
sonra daha aktiv fəaliyyət göstərmələrinin zəruriliyini,
Azərbaycanın haqq
səsinin dünyaya çatdırılmasının vacibliyini vurğuladı.
Heydər Əliyev eyni
zamanda dünya azərbaycanlıları arasında
milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti
ilə dünya azərbaycanlılarının əlaqələrinin
möhkəmləndirilməsi, qarşıya çıxan
problemlərin həllində
səylərin birləşdirilməsi
zərurəti, Azərbaycan
dilinin və milli-mənəvi dəyərlərimizin
qorunub saxlanılması
və inkişaf etdirilməsi haqqında öz fikirlərini söylədi. Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması,
müxtəlif ölkələrdə
dilimizin, tariximizin, mədəniyyətimizin yüksək
səviyyədə təbliği,
Ermənistanın təcavüzkarlıq
siyasətinin ifşası,
bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əkshücumun
təşkili məsələləri
qurultayın qarşıya
qoyduğu başlıca
vəzifələr kimi
diqqəti cəlb etdi. Dünya Azərbaycanlılarının Birinci Qurultayından sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni bir mərhələyə
qədəm qoydu.
Bu qurultay həqiqətən
də dünya azərbaycanlılarının həyatında
dönüş nöqtəsi
idi. Həmin əzəmətli tədbirin
ardınca dünyanın
hər yerində Azərbaycan diaspor təşkilatları daha sıx fəaliyyət göstərməyə başladı.
Eyni zamanda Azərbaycan dövləti diaspor quruculuğu istiqamətində
səylərini gücləndirdi.
Həmin
ərəfədə dünyanın
müxtəlif ölkələrində
fəaliyyət göstərən
Azərbaycan cəmiyyət
və birliklərinin təşkilatlanması, onların
fəaliyyətinin koordinasiya
edilməsi üçün
xüsusi bir dövlət qurumuna ehtiyac duyulurdu. Azərbaycan icmalarının fəaliyyətini
əlaqələndirmək üçün xüsusi
bir dövlət orqanının yaradılması
haqqında ulu öndərin çıxışında
səslənmiş müddəalar
qısa müddət ərzində özünü
doğrultdu.
Ardı növbəti sayımızda
Azərbaycan Respublikası Prezidenti yanında
KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2012.-
7-9 aprel.- S.15.