“Vulkanların aktivləşməsi, yanar qaz püskürməsi gözlənilir” 

 

Astrofizik Cəsarət Əliyev: “Xəstəlik epidemiyaları və pandemiyaları yayılacaq...”

 

Son günlər dünyada seysmik aktivliyin artması müşahidə olunur. Azərbaycanda isə torpaq sürüşmələri ciddi problemə çevrilməkdədir. Bəs bu proseslər nədən qaynaqlanır? Baş verən proseslərin Günəşlə əlaqəli olduğunu bildirən Astrofizik Cəsarət Əliyev deyir ki, Gürcüstan və Ermənistandakı sakitlik yaxşı nəsə vəd etmir...

- Son iki gündə dünyanın müxtəlif ölkələrində seysmik aktivliyin artması müşahidə olunur. Aprelin 2-də gecə Meksikada 6 bal, aprelin 3-də səhər saatlarında Peruda 5,4 bal gücündə zəlzələ olub. Seysmik aktivliyin artması nə ilə əlaqədardır?

- Bu siyahıya bu günlərdə dünyanın müxtəlif yerlərində baş verən beş baldan güclü çoxlu sayda zəlzələləri də əlavə etmək olar. Amma seysmik aktivliyin yüksək olaraq qalması artıq təkan almış geofiziki aktivliyin ətaləti üzrə davam etməsi ilə bağlıdır. Hərəkətə gəlmiş ağır qatar çox çətinliklə dayanır. Çox vaxt heç bir aydınlıq gətirmədən “Günəşdə aktivlik artıb və bu səbəbdən Yerdə filan-filan olaylar olacaqdeyirik. Axı bu necə baş verir? Burdan-bura ağız deyəni qulaq eşitmirsə, Günəş “deyəni” Yer necə “eşidir”?

Yer qabığında çatlar var və onların hər iki tərəfində təbəqələr - tavalar ağız-ağıza dayanıb. Çatlar yer qabığında tavaların qırılma zolağıdır. Tavalar çatlar boyu ya alın-alına, ya bir-birinə paralel sürüşməklə, ya da, biri digərinin altına (üstünə) keçməklə yeriyir (ildə millimetrlə). Təbəqələrin güclü deformasiyası baş verir, çat boyu deformasiyanın elastik olub-olmamasından asılı olaraq böyük gərilmə enerjisi toplanır. Yertərpənmələri çat boyu bu enerjinin boşalması vaxtı yaranan seysmik dalğaların yayılması səbəbindən yaranır. Ona görə çat boyu bölgələr həm də seysmik bölgələr adlandırılır.

Onu da qeyd etmək lazımdır ki, geofizika enerji boşalmasının nə vaxt olacağına cavab verə bilmirona görə də zəlzələnin proqnozlaşdırıla bilməyən olay olması fikri yaranıb. Problemin fizikasına gəldikdə isə o, heç də yuxarıda deyilən qədər sadə deyil. Tava materialı həm də elektromaqnit xüsusiyyətli olduğundan ortaya çıxan qüvvələr və uyğun olaraq gərginlik enerjisielektromexaniki, bütövlükdə isə maqnetoelektromexanikidir. Eksperiment göstərir ki, çatlar boyu elektrikmaqnit qüvvə xətlərinin qiymətləri və istiqamətləri digər bölgələrdən kəskin fərqlənir. Günəş aktivliyinin yertərpənmələrinə təsir etməsinin səbəbi də elə bundadır. Günəşdə baş verən hər hansı aktiv prosesdə (məsələn, güclü alışmada) atılan plazma seli Yerə çatıb onun maqnit sahəsini özündən çıxarır. Dəyişən maqnit sahəsi dəyişən elektrik sahəsi yaradır. Bax bu elektroma qnit sahəsi çatboyu dayanıqsız tarazlıqda olanböyük maqnetoelektromexaniki gərilmə enerjisi toplanmış hissələrdə sistemi özündən çıxarıb qırılma məcburiyyətində qoyurbununla da enerji boşalmasına gətirir. Son olaraq qırılmadan ətrafa seysmik dalğalar yayılır və zəlzələ baş verir.

Ona görə biz öncədən deyə bilirik ki, Günəşdə baş verən aktiv proses nəticəsində atılan sıx plazma seli Yerə doğru istiqamətlənirsə, o zaman Yerin maqnit sahəsini özündən çıxarmaqla yertərpənmələri törədə bilər. Əgər çatda yetərincə enerji toplanmayıbsa, və ya özündən çıxmanın amplitudu qədərincə deyilsə, bu, baş verməyə də bilər.

- Zəlzələlərin yeganə səbəbi kosmik təsirdir?

- Zəlzələlərin heç də hamısı kənar, kosmik təsirdən yaranmır. Yertərpənmələrinin bir hissəsi təmiz geolojigeofiziki proseslər səbəbindən baş verir. Amma onların xarakterik vaxt ölçüsü bir tərəfdən geoloji vaxt ölçülərinə (min, milyon illər), digər tərəfdən isə kənardan təsir olmadan gərilmiş halda sistemin xarakterik yaşama vaxtına (geofiziki, yer qabığı tavaları üçün bəlli deyil, hesablanması çox çətindir) uyğun gəlir. Ona görə konkret bir bölgədə yertərpənməsinin nə vaxt baş verəcəyini doğru söyləmək üçün astrofiziklə geofizikin işi elə qurulmalıdır ki, astrofizikin əlində kürədə, heç olmazsa ölkə daxilində çat boyu gərginlik enerjisinin dəqiq cihazlarla aparılan monitorinqinin nəticələri olsun. Təkrar edim ki, gərgin halda sistemin nə qədər yaşayacağına geofizikageologiya cavab verə bilmir. Problemin uzunmüddətli proqnozlaşmaya yol açan modelləşdirilməsi də ola bilən bir işdir. Bunun üçünçox xırda bir nəsnə”, elə qlobal hava proqnozunda gərək olduğu kimi bir neçə yüz milyon manatlıq super kompüter gərəkdir. Yaponlar hava proqnozu üçün 350 mln dollarlıq bir super kompüter sifariş verib.

Artıq yertərpənmələrinə baxış dəyişib geofiziklər özləri klassik dünyagörüşünü kənara qoyub, onu proqnozlaşdırılan bir olay hesab edirlər. Vaxtilə elə şimşəklərdə, ay günəş tutulmalarında yaranması aydın olmayan olaylar içərisində idi. Hər dövrün öz imkanları çərçivəsində həll oluna bilən bilinməyən problemləri var. Problemi qaldırmaq üçün onun tutacağından yapışmaq lazımdır. Əgər tutacaq yoxdursa, onda onu yaratmaq gərəkdið.

- Yaxın vaxtlarda daha güclü, dağıdıcı zəlzələlər gözlənirmi?

- Əgər Günəş aktivliyi maksimuma yaxınlaşırsa, deməli aktiv proseslərinləkə yaranmanın, alışmaların, protuberansların, tac dəliklərinin həm say baxımından, həmdə güc baxımından artması baş verəcək. Bu o deməkdir ki, Günəşin Yerə təsiri daha da artacaq.

Yertərpənməsindən söz düşmüşkən, dəqiqliyi sual doğurmayan yaxın dövr güclü yertərpənmələri, 1948-ci il Aşqabat, 1989-cu il Kaliforniya, 1988-90-cı illərdə Ermənistan Güney Azərbaycan, 1999-cu il Türkiyə 2000-ci il Bakı, 2011-ci il Yaponiya yertərpənmələri aktivlik illərində baş verib. Bu, statistikanın hamıya bəlli olan xırda bir hissəsidir. Bütün bunlar onu göstərir ki, Yer təkamülü nəinki bitməyib, hətta Çijevskinin dediyi kimi, o, Günəş ritmində davam edir. Yuxarıda xarakterik vaxt ölçüsü haqda dedik, indi ona bir qədər aydınlıq gətirək. Geoloji xarakterik vaxt ölçüsü 10 min, 100 min, milyon illərlə ölçülür, bu yer qabığında yerdəyişmənin ildə millimetr santimetrlərlə olmasının köməyi ilə tapılır. Belə vaxt civarında Yerin səthində quru-su paylanması, materiklərin yerdəyişməsi baş verir. Geofiziklər diqqət yetirdilər ki, güclü yertərpənmələri təkrarlanandı burda xarakterik vaxt ölçüsü onilliklərdir. Bu isə Günəş aktivliyinin təkrarlanma dövrünə uyğun (on-onbir il onun mislləri) Yerin təkamülünü müəyyən edən yeni xarakterik vaxt ölçüsünün ortalığa çıxması deməkdi.

- üçün qonşu Gürcüstanda. Ermənistanda, Rusiyanın şimalında sürüşmələr olmadığı halda Azərbaycanda bu proses aktivləşib? Axı eyni miqdarda yağış bu ölkələrə yağır?

- Yertərpənmələrində olduğu kimi, torpaq sürüşmələrinin bir hissəsi Günəş aktivliyi nəticəsində, bir hissəsi isə geoloji, geofiziki proseslər nəticəsində baş verir. Adətən deyirlər ki, torpaq sürüşməsi meylli yerdə qravitasiya tarazlığının pozulması səbəbindən yaranır. Əlavə amil kimi isə güclü yağış, sel, qrunt suları, eroziya yertərpənmələri göstərilir. Qar-yağış, sel çox yerdə daha güclü olmasına baxmayaraq, hər meylli sahədə baş vermir. Misal kimi deyək ki, bulaqlar suyun torpaqdan süzülüb gil qatına çatmà onun üzərindən istiqamətlənmiş axaraq hər hansı bir yerdən çıxması nəticəsində yaranır. Belə çıxır ki, bu cür yerlərdə su üstə oturmuş torpaq yağışsız-selsiz sürüşməli idi. Lakin bulaqlar yüzilliklərlə ömür sürür.

Yertərpənmələrinin , torpaq sürüşmələrinin yer üstündə fərqli paylanmaları var. Torpaq sürüşmələri əsasən sürüşmə bölgələri adlandırılan yerlərdə baş verir bundan kənara çıxmalar adətən kəsik yamaclarda daş uçqunları, çay dəniz sahillərində eroziya nəticəsində yaranır. Sürüşmə bölgələrində yağış-qar, qrunt suları yalnız tətik rolunu oynayır. Bölgə sürüşməyə hazır deyilsə, yüz yağış yağsa da, sürüşmə olmaz. Bölgənin sürüşməyə hazır olması isə geofiziki aktivliyin artması nəticəsində sistemin dayanıqsız hala gəlməsi deməkdi. Sürüşmə bölgələrində geofiziki aktivliyin artma səbəbi isə yertərpənmələrində olduğu kimi hazırda Günəş aktivliyidir. Günəşdə iri ləkə yaranması ilə yertərpənmələrinin, torpaq sürüşmələrinin baş verəcəyini 5 martda, olaylardan öncə söyləmişdik, hamısı da baş verdi. Hələ palçıq vulkanlarının da aktivləşməsi, yanar qaz püskürməsi gözlənilir. Seysmik qurşaq ekvatordan aşağıda 40-30 yuxarıda 40-30 dərəcə arasındakı sahələri əhatə edir. Çox yuxarı çox aşağı enliklərdə qar-yağışın çoxluğundan asılı olmayaraq sürüşmə həmçinin yertərpənmələri baş vermir. Gürcüstan Ermənistandakı sakitlik isə yaxşı nəsə vəd etmir. Hər iki ölkə seysmik bölgədədir 1988-ci il Spitak zəlzələsi göstərdi ki, Ermənistan əraziləri Günəş aktivliyinə çox həssasdır. Boşalmaların getməməsi böyük enerji toplanmasına gətirir. Bizdə isə təki bu yüngül boşalmalar davam edəydi.

- Günəş aktivliyinin artması daha hansı problemlərə yol açacaq?

- Aktivliyin artması nəticəsində təkcə yertərpənmələri deyil, vulkan püskürmələri aktivləşəcək, okean dəniz səviyyələrinin titrəməsi hündürlüklərin dəyişməsi baş verəcək. Dağ göllərinin, ola bilsin ki, Xəzərin səviyyəsi oynayacaq, troposferdə su hava dövranı dəyişməklə təzyiq, temperatur nəmliyin fərqli paylanması yer alacaq, antisiklon siklonların, tornado qasırğaların yaranma tezliyi artacaq, ionosferin güclü özündən çıxması ilə yanaşı ozon dəliyinin ölçüləri dəyişək. Bir tərəfdə çoxlu yağıntı, digər tərəfdə isə quraqlıq olacaq, canlı aləmdə yüksək barvermə, çəyirtkə axınları, xəstəlik epidemiyaları pandemiyaları yayılacaq, insanlar aktiv hala keçməklə güclü yaradıcılıq ortalığa qoyacaqlar, sosial kataklizmlər güclənəcək bir çox başqa olaylar baş verəcək.

Ağıllı adamlar belə proqnozlardan elə hava proqnozundan olduğu kimi idarəetmə üçün yararlanır, əsəbi zəiflər təlaşa düşürlər. Ən təlaş doğuran proqnozlar dünyagörüşünə çevrilməklə həyat tərzinə keçməlidir. Yerin ayağımızın altından qaçmaması üçün öncə düşüncələri kanalizasiya sularından təmizləmək gərəkdir. Onda yer düz tərpənib, düz sürüşər.

 

 

Olaylar.- 2012.- 7-9 aprel.- S.13.