Atalar-oğullar problemi

 

Gənclər yaşlıların öyüdlərini niyə dinləmirlər?

 

Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri də yaşlı nəslə hörmət etmək, onların öyüd-nəsihətlərini dinləməkdir. Biz öz ata-babalarımızdan bu cür görmüşük. Ancaq son vaxtlar yaşlı nəsil cavanların onların sözlərini, nəsihətlərini dinləmədiklərini deyir, şikayətlənirlər. Ümumiyyətlə, yaşlı və cavan nəsil arasında anlaşılmazlıq var. modern.az

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı hər iki tərəfin münasibətini öyrənməyə çalışıb. İlk öncə cavan nəslin fikirlərini təqdim edirik.

Gənc yazar Araz Bayramov da bu sıradan olan gənclərdəndir. O, ona verilən nəsihətləri çox vaxt dinləmədiyini deyir. Və bunu yaşlıların xeyli hissəsinin hələ də sovet təfəkkürü ilə düşünməsi yaşamasıyla əlaqələndirib.

“Düşünmürəm ki, gənclər onları dinləməklə nəsə əldə edə bilərlər. Düzdür, mənim də məsləhətinə qulaq asdığım bəzi yaşlılar var, amma onların sayı çox azdır. Adətən öz qərarımı özüm verirəm. Sadəcə qulaq asıram, sonra təşəkkür edirəm və deyirəm "mən sizin dediklərinizi fikirləşəcəm”” deyə gənc yazar əlavə edib.

Gənc bloqqer İslam Şıxəli isə hər kəsin məsləhətinə qulaq asır. “Mən nəinki yaşlıların, hətta həmyaşıdlarımın və məndən yaşda kiçik olanların gərəkli məsləhətlərinə qulaq asıram. Ümumiyyətlə, yaşlıların çoxu özlərinin daha çox bildiyini zənn edir. Əslində bizim xalqın belə bir xüsusiyyəti var ki, “kim nə deyirsə, ona tərs bir cavab verməliyəm, mən onların hamısından daha ağıllıyam”. Mənə verilən nəsihətlərin uyğun gələnlərini yaxşı qarşılayıb əməl edirəm, dahilik edənlərin fikirləri əhəmiyyətsizdir”.

Gənc jurnalist Samira Sanılı da verilən nəsihətlərə qulaq asır, amma yüz ölçüb bir biçəndən sonra. Birinci yaşlı nəslin verdiyi nəsihətləri heç bir söz demədən dinləyirəm, əgər xeyirlidisə əməl edirəm, yox ziyandırsa sakitcə dururam”.

S.Sanılı hesab edir ki, yaşlı nəslin daha təcrübəli olmağı hələ onların hər şeyi düz dediyi anlamına gəlmir.

Bacanaqlar serialında “Göyçək” rolunun ifaçısı, aktrisa Xanım Əliyeva digərləri kimi bəzi öyüdlərə qulaq asır.

“Əsasən valideyinlərimin sözünə qulaq asıram, onlar da orta yaşlıdırlar. Yaşlı nəslin öyüdlərinə gəlincə isə bəzilərinə əməl edirəm, bəzilərinə yox. Bu da mənim xasiyyətimdən irəli gəlir. Yəni hər deyilənə elə də qulaq asan deyiləm”.

Xalq artisti Arif Babayev deyir ki, cavanlar arasında yaşlı nəslin öyüd-nəsihətlərinə qulaq asanlar da var, asmayanlar da. Ancaq o hesab edir ki, bugünki gənclərin içində böyüklərin nəsihətlərinə, tövsiyyələrinə qulaq asanlarımız çoxluq təşkil edir.

“O gənc ki, yaxşı tərbiyə alıb, qoyulan tərbiyənin bünövrəsi yaxşıdır, onlar böyük-kiçik yeri bilir, hörmət saxlayır. Amma eləsi də var ki, böyük-kiçik yeri bilmirbu da onların kökündən asılıdır”.

Arif Babayev gənclərin “yaşlılar keçmiş dövrdəki kimi düşünürlər” deməsinə belə cavab verib:

Düzdür müasir dövrdür. Amma məsələ burasındadır ki, hansı dövr olmasına baxmayaraq, gərək onun canında insanlıq olsun. Biz onadeyirik ki? Biz gənclərimizi gələcəyimiz hesab edirik. Ümumiyyətlə, mən gəncləri sevirəm və onlara ağıllı olmağı, elmə yiyələnməyi məsləhət bilirəm”.

Bakı Dövlət Universitetinin müəllimi, professor Şirməmməd Hüseynov düşünür ki, yaşlı nəsil cavanlara nəsihət vermək əvəzinə onlara öz əxlaqı, biliyi, insafı, işgüzarlığı, mürvəti ilə nümunə olmalıdır.

Bir atalar misalı var: dua oxumaqla donuz darıdan çıxmaz. Nəsihətlə çıxmaz. Ən yaxşı nəsihət verən tribunadakı mollalar ola bilərlər. Amma onların özləri min cür əclaflıqla məşğul olurlar”.

Maarifçilik nəsihətçiliyin ayrı-ayrı anlamlar olduğunu deyən professor hesab edir ki, gənclərə elm, savad vermək lazımdır. Bizim ziyalılarımız, ağsaqqallarımız maarifçiliklə məşğul olublar, nəsihətlə yox.

Quru nəsihətçilik göyə atılan fişənk kimidir. Bir anın içində işıq saçar bununla da qurtarar. Ortada bir şey olmaz. İndi keçmişdəki kimi “ay kitab oxu, ay filan şey oxusözləri mahiyyətini itirib. İndi cavanlar baxırlar ki, kim özünü necə aparır, hansı əxlaqın sahibidir. Əgər bir adam özü yaramazdırsa, oğurluq edib, rüşvət alır, yalan danışır, yaltaqdırsa cavan ondan nəyi öyrənsin?”.

Akademik Rafiq Əliyev hesab edir ki, bu günün gəncləri ayıq, açıq fikirli gənclər olduğundan onlar kimin sözünə qulaq asıb-asmamağı özləri ayırd edə bilirlər.

O sözlər ki, azad cəmiyyət, gələcək üçün lazımdır ictimaiyyətə yaxşı mənada təsir edən sözlərdir, mən hər zaman bunun şahidi olmuşam ki, gənclərimiz bu nəsihətləri böyük məmnuniyyətlə qəbul edirlər.

Təbii, bir az çılğınlıq da var. Atalar-oğullar problemi hər zaman olub. Amma onu gərək biz atalar da düz başa düşək, gənclər düz başa düşsünlər”.

R.Əliyev deyir ki, öz tələbələrindən bu mənada hər zaman sayğı görüb, dediyi hər sözə qulaq asıblar.

İstər xaricdə, istərsə burada oxuyan tələbələr olsun, mən həmişə onlardan böyük sayğı eşitmək bacarığı görmüşəm. Bu da çox vacibdir bu baxımdan mənim heç bir nigarançılığım yoxdur”.

 

 

Olaylar.- 2012.- 13 aprel.- S.11.