“Reklam” haqqında qanunda bəzi
boşluqlar var
Sayalı
Səfərova: “Reklam bazarının inkişafının
qarşısını alan əsas amillərdən biri də
inhisarçılıqdır”
Müsahibimiz Azərbaycan
Reklamçılar İttifaqının vitse prezidenti, Rusiya
Beynəlxalq Biznes Akademiyasının Akademiki Sayalı Səfərovadır
- Sayalı xanım, bu gün Azərbaycan
reklam bazarındakı vəziyyəti necə qiymətləndirirsiniz?
-Azərbaycanın
reklam bazarından danışmağa və vəziyyəti
araşdırmağa hələ ki, lüzum yoxdur. Reklam
üçün əvvəllər deyərdilər ki, o bazar
iqtisadiyyatının hərəkət verən qüvvəsidir.
İndi isə reklamı qloballaşmanın açarı kimi
qeyd etmək lazımdır. Çünki dünya həm
sosial və həm də iqtisadi baxımdan bütövləşməyə
gedir. Bizlər, dünyada olan cırtdan ölkələrdən
bir qədər çox inkişaf etmişik. Neft və qaz sahəsində
iqtisadiyyatımızın artımı inkişaf etmiş
ölkələrlə rəqabətə girməyə imkan
yaradır. Amma, Azərbaycan reklamının yeni brend və
kreativ baxımından geri qalması, yeni dünya qatında
orta təbəqənin sahibkarlıq baxımından
inkişafının, yəni əmtəələrin
istehsalında yeniləşmələr etiket, müasir dizayn
baxımından qablamalar, keyfiyyət nişanları və s.
yeni növ reklamları ortaya çıxarır, bu da reklam
bazarının formalaşmasına imkan yaradır. Təsəvvür
edin ki, Ölkəmiz Dünya Ticarət Təşkilatının
üzvüdür. Bu zaman xarici mallar rəqabətə
gücü olmayan və reklam bazarı – bisnesindən uzaq olan
bir bazara daxil olur. Bu zaman bizim məhsulların brend və
kreativ baxımından keyfiyyətsiz və dünya
bazarında tanınmaya tullantıya çevriləcək. Onda
bu əziyyəti istehsalçı və istehlakçı
çəkəcək. P.R. marketinq və reklam sahələri
də xarici məhsulların yayımı və reklamı ilə
xarici məhsulların təbliğində
çalışacaqlar. Odur ki, dünyadan qloballaşmanın
qarşısında dura biləcək əmtəələrin
keyfiyyətli artımında və reklam dizaynının
müasir üslubda yəni milli mədəniyyətimizin dərin
qatlarında alınan informasiyanın tətbiqi ilə
bağlı müqavimətə bağlı bir sistem
yaratmalıyıq.
-Bu sahədə qanunverici baza sizcə yetərlimidir?
-Bütün
bu yuxarıda dediklərimiz yetkin qanunvericilik bazasına
söykənməlidir. Çünki qanunlar
yetkin olmaqla, bazara daxil olan məhsulları və reklam
bazarını tənzimləmək olar. “Reklam”
haqqında Qanun 1997 – ci ildə hələ reklam
bazarının formalaşmadığı bir dövrdə
Milli Məclis tərəfindən qəbul edilmişdir. Azərbaycanın reklam mühitindən bir hissəsi
dövlət reklam idarələri tərəfindən idarə
olunur. Belə bir idarə etmədə yəni
reklam bazarının bir əldən idarə olunmasında
İnhisarçılıq və korrupsiyaya yol
açılır. Qanunvericilikdə bir çox dəyişikliklərə
baxmaq məqsədə uyğundur: Bunlar reklamın dilini və
yerləşmə formasını təyin etmək, reklam
bazarında idarəçilik nəzarət formalarının
dəqiqləşdirmək, Qanunda özünü tənzimləmə
proqramı qəbul etmək və reklam şurasını
yaratmaq, İctimai qurumlar və dövlət təşkilatı
ilə (Dövlət tərəfindən Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi təsisçi
ola bilər). Tam ictimai institut baxımında təsərrüfat
hesablı. “Reklam,
marketinq və bədii layihə” Agentliyinin yaranması məqsədə
uyğundur. Bazar iqtisadiyyatı reklam
bazarında çıxarılan məhsulların (brend və
kreativ) reklam dizayn, loqotip, nişanlar Azərbaycan Mədəniyyətinin
Milli ruhunu hopdurulması, əmtəənin imicinin dayanaqlı
olması üçün ən vacib məsələdir.
-Yerli reklamların azlığını
necə dəyərləndirərdiniz?
-Yerli reklamlar
o zaman çoxala bilər ki, bazar iqtisadiyyatı və reklam
bazarı liberalıq – demokratiya baxımından azad olsun. Reklam bazarının inkişafının qarşısını
alan əsas
amillərdən biri də
inhisar və koorupsiyadır. Amma bununda kəsilməsinə
böyük ümüd var. Azərbaycan dövləti və
prezident İlham Əliyev mütamadi olaraq buna qarşı
böyük fəaliyyət göstərirlər.
- Bir çox reklamlar xarici reklamlarla eyni
ssenaridə olur. Sadəcə mətnin tərcüməsi
sayəsində belə reklamlar bizlərə təqdim olunur.
Sizcə belə reklamların efirdə yer
alması nə dərəcədə məqsədə
uyğundur?
-Ölkəyə
gətirilən televiziya reklamları bayağı
görünür. Çünki bu çarxlarda
obrazlar rəng – kolorit və səslənmə
tamaşaçıya yad gəlir. Bu da
televiziyalarda reklamın reytinqini aşağı salır, bu
effektə görə televiziya, tamaşaçı və
reklam-verici informasiyanın qəbul edilməsini qavramır.
Ona görə xarici ölkələrdən
ölkəmizə gələn
reklamlara ictimai əsaslarla çalışan
ekspertlərlə komissiyalarda
baxılması əgər
qane etmirsə onda bu çarxlar ölkəmizdə
çəkilməli və sonra efirə
buraxılmalıdır.
-Bir sıra hallarda reklam üçün
ayrılan zamana diqqət verilmir. Xarici TV-lərdə
bununla bağlı konkret məhdudiyyətlər olsa da bizdə
nədənsə bu məsələ açıq qalır.
Bu kimi problemlərin həlli yollarını nədə
görürsünüz?
-Bu verdiyiniz
suala belə cavab vermək olar ki, bizdə də vaxtla
bağlı məhdudiyyətlər var. Ancaq “Reklam” haqqında
qanunda bəzi boşluqları var. Reklam,
P.R. marketinq, dil,
danışıq tərzi və musiqi səslənmələri
təhsili olmayan şəxslərin, reklam bazarında pul
qazanmaq məqsədi ilə fəaliyyət göstərirlər,
bununlada reklam yayıcılarını eyni zamanda da
tamaşaçıların sinirlərini pozurlar. Bütün bunlar öz həllini sistemli şəkildə
tapmalı və yeni “Reklam” haqqında qanunda nəzərə
almalıdır.
-QHT-lərin bu yöndəki fəaliyyəti
ilə bağlı nə deyə bilərsiniz? İctimai
təşkilatlar bu sahədə olan problemlərin aradan
qaldırılmasında üzərilərinə düşən
vəzifələrin öhdəsindən layiqincə gələ
bilirmi?
-Reklam sahəsi
o qədər geniş məfhumdur ki, bir neçə ictimai
institutların işləməsinə ehtiyac duyulur, “Reklam”
haqqında qanunda reklam bazarına nəzarət 25-ci maddənin
1-ci bəndində antiinhisar Komitəsi və 3–cü bəndində
özünə nəzarəti yəni ittifadlar, cəmiyyətlər
assosiasiyalar və QNT-lər tərəfindən
baxılmalıdır. Bu da qanunda “Özünü Tənzimləmə”
proqramının, “Reklam Məcəlləsinin” qəbul edilməsi
1997 –ci ildə Milli Məclis tərəfindən qəbul
olunan “Reklam” haqqında qanunda yaranmış boşluqların
olması və 2000-ci ildən sonra sürətlə
inkişaf edən iqtisadiyyatın və onun reklamlarının
qanunla bu günkü gündə tam cavablandıra bilməməsidir.
Ona görə ilk öncə Azərbaycanın bazar – reklam
münasibətinə qarşı 5 il perspektivinə
uyğunlaşa bilən və reklam bazarını təmin etmək
üçün əldə olan “Reklam” haqqında qanuna deyilən
məsələlər daxil olmaqla yeniləşdirmək və
bununla da reklam – marketinq işini idarə edə bilən ictimai
institutlar şəbəkəsini genişləndirmək məqsədə
uyğun hesab olunur. Onda Azərbaycanda reklam həm mədəniyyət
və həmdə iqtisadiyyat baxımından yeni iş yerlərinin
açılması eyni zamanda da reklam bazarında olan çox
saylı pul kütləsi milli gəlirin artmasına müəyyən
qədər təsir göstərə bilər.
Ədil Ədilzadə
Azərbaycan Respublikası Prezidenti
yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə ABUC-nin həyata
keçirdiyi “Sosial tədqiqatlar yolu ilə əhalinin reklama
münasibətinin öyrənilməsi” layihəsi çərçivəsində
çap olunur
Olaylar.- 2012.-
14-16 aprel.- S.13.