Çörəklərimiz yeməlidirmi..?

 

Ölkənin çörək bazarındakı vəziyyətə bir baxış...

 

Çörək - bütün xalqların süfrəsində qəbul edilmiş ənənəvi qida məhsuludur. Azərbaycan əhalisinin qida rasionu bol olsa da, ən çox istifadə etdiyi ərzaq məhsulları sırasında çörək və çörək məmulatları üstünlük təşkil edir. Elə bir yemək yoxdur ki, orada çörəkdən istifadə olunmasın. Yəni bu məhsul qida rasionumuzda geniş yer tutur.

 

Görəsən, çörəyin qida rasionumuzda üstünlük təşkil etməsinin səbəbi nədir?

 

Tahir Əmiraslanov: “Qida rasionumuzda çörəyin olması mütləqdir"

 

Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovun fikrincə, Azərbaycan günəş radiasiyası bol olan ölkə olduğundan bu nemətə yüksək tələbat var: “Ümumiyyətlə günəş radiasiyası bol olan ölkələrdə çörək daha çox yeyilir. Çünki çörəyin tərkibində elə maddələr var ki, onlar suda tez həll olur. Yəni çörək və çörək məmulatlarını insanın qida rasionundan çıxarmaq olmaz. Hər bir halda insan orqanizmində karbohidrat və zülal olmalıdır. Onu tamamilə rasiondan çıxarmaq qeyri-mümkündür. Çörəkdən tamamilə imtina saçın tökülməsinə gətirib çıxarır. Orqanizmdə zülal və karbohidratın biri olmadıqda artıq orqanizmdəki mübadilələr tənzimlənmir. Ona görə də bütün hallarda qida rasionumuzda çörəyin olması mütləqdir".

 

Əhali çörəkdən razıdırmı?

 

Biz də  paytaxt əhalisi arasında qısa bir sorğu apardıq. Sorğu nəticəsində müxtəlif cavablar aldıq.

52 yaşlı paytaxt sakini Rüstəm Əsədov çörəyə meylliliyimizi elat xalq olmağımızla izah etdi:

“Ümumiyyətlə türk xalqları elat xalq olduğundan doyumlu qidalara üstünlük verirlər. Ona görə də bizdə bu nemətə tələbat çoxdur”. Sənubər Abdullayeva isə çörəyə olan tələbatını onun ucuz və doyumlu olması ilə izah etdi: “Əhalinin az təminatlı ailələri ət xörəklərini maaş alandan-alana görür. Amma çörək ucuz olduğundan hamının  bu məhsulu almaq imkanı var. Bəlkə də çörəyi cox yeməyimiz bundan irəli gəlir”.   

26 yaşlı Yasəmən Qulamova isə belə hesab edir ki, Azərbaycan xalqında çörəyə bağlılıq var: “İnsan istənilən qidadan bezə bilər, amma çörəkdən heç vaxt. Bizim xörəklər də çox yağlı olduğundan onları çörəksiz yemək qeyri-mümkündür”.

Çörək  süfrəmizə gələnə qədər müəyyən mərhələlərdən keçir. İlkin mərhələ kimi  taxıl ehtiyatının görülməsi olur. 

 

Kənd Təsərrüfatı Nazirliyi: “Buğda ehtiyatımız 3 min tondur

 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevın sözlərinə görə, ölkəmizdə 1,6 milyon ton ərzaq buğdası istehsal olunub, idxal isə 1,3 milyon təşkil edib. Buğda ehtiyatımız isə 3 min tondur. Ölkəmizdə adambaşına ərzaq buğdasının illik istehlak norması 180 kiloqramdır. Çörək alarkən son dərəcə diqqətli olmaq vacibdir. Çörək bişirilən sexlərdə təmizliyə riayət edilməməsi keyfiyyətə birbaşa təsir göstərən amillərdəndir. Məsələn, bir neçə il əvvəl Nərimanov rayonunda Nizami adlı şəxsin ağzından mədəsinə qədər qida borusunu ülgüc doğramışdı. İlkin tibbi müayinə zamanı məlum olmuşdu ki, Nizaminin mədəsinə ülgüc yediyi çörək vasitəsilə daxil olub.

 

“Standartkom”: “44 çörək istehsalı müəssisəsinin 21-də mənfi hal aşkar olunub”

 

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu cür neqativ halların qarşısının alınması üçün daimi monitorinqlər aparmasına baxmayaraq, problem hələ də həll edilməmiş qalır. Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, bu ilin yanvar, fevral və mart aylarında 44 müəssisədə çörək istehsalı ilə bağlı dövlət nəzarəti həyata keçirilib. “Komitənin dövlət ərazi idarələrinin apardığı monitorinqlərinin nəticəsinə görə 44 çörək istehsalı və müəssisəsinin 21-də mənfi hal aşkar olunub. Eyni sayda iradnamə verilib, 19 tələbnamə yazılıb, 3 müəssisənin fəaliyyəti isə tamamilə dayandırılıb. Fəaliyyəti dayandırılan 3 müəssisə paytaxt ərazisində yerləşirdi. Fiziki şəxslər Həsənov Ənvər, Kərəmov Kərəm və AMC MMC firması istehsalı dayandırılıb”.

Çörəyin tərkibindəki qatışıqların tələb olunan təlimata cavab verməməsi insan həyatı üçün təhlükə yaradır. Hətta satılmamış və artıq qalmış çörəklərin əksər sexlərdə təkrar emal olunaraq yenidən satışa çıxarılması da birbaşa keyfiyyətə təsir edir. Son dövrlər çörəyin uzun müddət saxlanılması üçün  meyitlərə vurulan kimyəvi maddədən istifadə xəbəri isə bizləri bu qidaya daha ehtiyatla yanaşmağa vadar edir.

Yeyinti məhsulları üzrə ekspert Baba Rzayev köhnə çörəklərin yenidən satışa verilməsini inkar edir: “Əvvəllər belə hallar tez-tez olurdu. Amma indi boyat çörəklərin yenidən istehsal olunaraq satışa buraxılması halları dayanıb. Çörəyin uzun müddət saxlanılması üçün ona meyit dərmanının vurulmasına gəldikdə isə əsl çörəkçilər bu vasitədən heç vaxt istifadə etməz. Çünki onun kəskin qoxusu var. Hətta onun bir damcısı sexə düşsə, sexdən də, orada istehsal olunan çörəkdən də iy gələr. Həmçinin bu bahalı dərmandır və onlara bu vasitələrdən istifadə etmək sərf etməz”. 

 

Ekspertlər nə deyir?

 

“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin sədri Qadir İbrahimli hesab edir ki, bu gün ölkəmizdə fəaliyyət göstərən çörək sexləri əhalini kifayət qədər təmin etsə də, çörəyin keyfiyyəti aşağı səviyyədədir: “Orta statistika ilə götürsək, Azərbaycanda bu qidaya tələbat 2 dəfə çoxdur. Lakin çörəyin keyfiyyətinə baxsaq, bu heç də yüksək deyil. Əksər hallarda aşağı növ taxılı yüksək növ taxıl kimi istehlakçılara təqdim edirlər. Bu problem xeyli müddətdir var. Təbii ki bu da  Azərbaycanda ərzaq təhlükəsizliyi proqramının icra olunmaması ilə bağlıdır.

Düzdür, bu gün Azərbaycanda fəaliyyət göstərən çörək sexləri ölkəni tam çörəklə təmin edə bilir. Məsələn, sovet dövründəki çörək növbələri artıq yoxdur. Amma çörəyin tərkibi ilə bağlı müəyyən problemlər var ki, bəzən çörəyin içindən çörəyə aid olmayan əşyalar çıxır. Bu da çörəyin keyfiyyətini aşağı salır”.     Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyevin fikrincə, çörək istehsalı Azərbaycanda kifayət qədərdir: “Ərzaq Təhlükəsizliyi Proqramının əsas aparıcı hissəsini də məhz çörək təşkil edir. Bu proqramın tətbiqində bizim problemimiz yoxdur. Çünki ərzaq məhsullarının saxlanılması məqsədilə soyuducu kameraların quraşdırılması, emal müəssisələri, südçülük istehsalının artması, heyvandarlıq və quşçuluq təsərrüfatının inkişafı buna sübutdur. Gələcəkdə bu məhsuldarlığı daha da artırmaq hədəflənir. Ona görə də artıq 2020-ci ildə özümüzü tam kənd təsərrüfatı məhsulları ilə təmin edə biləcəyik”.  İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov deyir ki, Azərbaycanda çörək istehsalı ilə bağlı dəqiq statistik məlumat yoxdur: “Bu da onunla bağlıdır ki, çörək istehsal edən sexlərin sayı çoxdur. Belə olan halda həmin sexlərdə sahibkarlardan informasiya əldə etmək çətin olur. Ona görə də son illərin statistik məlumatlarına baxanda görürük ki, yalnız 2008-ci ildə çörək istehlakı ilə bağlı Dövlət Statistika Komitəsi hesabat aparıb. Bu göstəricilərdə isə adambaşına istehlak olunan çörəyin miqdarı 140 kiloqram təşkil edir. Keyfiyyətinə gəlincə isə ölkədə istehsal olunan çörəyin keyfiyyətində kifayət qədər problemlər var. Bu da  istehsal olunan buğdanın aşağı növ olması ilə bağlıdır. Təəssüflər olsun ki, idxal olunan buğdanın da keyfiyyəti aşağıdır. İdxalla məşğul olan sahibkarlar daha çox gəlir götürməkdən ötrü ucuz buğda idxal etməkdə maraqlıdırlar. Keçən il 1 milyon ton taxıl, 100 milyon ton un idxal olunmuşdu. İdxal olunan buğdanın əksəriyyəti isə dördüncü sinif buğdadır. Bu növ buğdalar da yalnız mal-qara yemi üçün istehsal olunur. Keyfiyyətlə bağlı digər problem onunla əlaqədardır ki, çörəkbişirmə ilə məşğul olan sahibkarlar çörəyi tam qaydalara uyğun bişirmirlər. Çörəyin çəkidə ağır gəlməsi üçün onu tam bişirmirlər. Bu da çörəyin tərkibində nəmlik yaradır. Bir müddət saxlayanda  onun içinin yaş olduğu özünü göstərir. Təəssüf ki, bunun qarşısı alınmır. Elə sexlər var ki onların su ilə bağlı problemləri var. Məsələn gigiyenik cəhətdən un ələnməlidir. Amma çox vaxt buna əməl olunmur. Un ələkdən keçirilmir ki, çox vaxt çörəyin tərkibində yad elementlər aşkarlanır. Çörək istehsalı ilə məşğul olan insanlar ciddi yoxlamadan keçirilməli, onlara sertifikatlar verilməlidir. Belə olmayan halda həmin insanların qida istehsalı ilə məşğul olması dayandırılmalıdır”.  

 

Çörəyin ümumi saõlanılma muddəti 24 saatdır

 

Saxlama qaydalarına əsasən çörək çörək-bulka məmulatları ticarət şəbəkələrində yalnız normativ-texniki sənədlərdə göstərilən müddətlərdə satılmalıdır. Çəêi ilə satılan çörəêlər bişdiêdən 3 saat sonra, ədədlə satılanlar isə isti halda buraõılır. Çörəyin ümumi saõlanılma müddəti sortlu undan çəêi ədədlə satılan məmulat üçün 24 saat, êəpəêli êəpəêsiz çovdar unundan bişirilmiş çörəêlər üçün 36 saatdan çoõ olmamalıdır. Çörəyin saõlanılma müddəti sobadan çıõan vaõtdan hesablanır. İstifadə müddəti ötmüş çörək məmulatlarının ticarət şəbəkələrinə qəbuluna satışına yol verilmir. Çörəyi saõladıqda bir çoõ miêroorqanizmlərin inêişafı nəticəsində çörəê õəstəliê baş verir. Êartof õəstəliyi, êartof çöpləri s. baêteriyalar vasitəsilə çörəyin içində inêişaf edir. Bu õəstəliê ən çoõ yayda 2-ci sort buğda çörəyində olur. Çörəê bişdiêdən 12-24 saatdan sonra içliê qaralır, yapışqanvari yumrular əmələ gəlir. Êartof õəstəliyinə tutulmuş çörəê istifadə üçün yararsızdır. Satış obyektlərində çörək çörək-bulka məmulatları təmiz, quru, yaxşı ventilyasiya olunan otaqlarda 20-25 dərəcədə 75% nisbi rütubətdən yuõarı olmayan şəraitdə saxlanılmalıdır.

Onları kəskin iyli məhsullarla məsələn, balıq, tütün məmulatları, sabun, ətriyyatlar s. ilə bir yerdə saxlamaq olmaz. Bu məmulatların qalaq şəklində, otağın divarlarına bitişik, bir başa yerdən yığılması ya yerdən 35 sm-dən az, ticarət zalında isə 60 sm-dən az məsafədə yerləşən rəflərdə saxlanılması da yolverilməzdir.

 

 

Olaylar.- 2012.- 20 aprel.- S.11.