Yaşadıq və dünyanı dərk etməyə çalışdıq

 

“Mənim fəlsəfə yarpaqlarım” silsiləsindən ( ixtisarla ) 

 

*Allahın işlərinə qarışmaq günahdır; hər şeyin daha doğrusunu O özü bilər. Amma kaş ki, ərəb, xüsusən də müsəlman ölkələrinə bunca neft verməkdənsə, bir zərrə zəhmətsevərlik, işgüzarlıq, fəallıq bəxş edəydi. Qərbi Avropanı əxlaqsızlıq, imansızlıq, neft Şərqini isə tənbəllik yeyib bitirməkdədir.

* Vətənə məhəbbəti ibadət hesab etməyən mömindən Vətəni sevən kafir daha dəyərlidir.

* İslamın gerilik səbəbkarı olduğunu iddia edən postmodernistlərə həcc səfərinə çıxmaq və Türkiyədən keçərək getmək xoşbəxtliyini arzulayıram. Onda onlar görər və başa düşər ki, Türkiyə də İslam ölkəsi olduğu halda digərlərindən, hətta əksər xristian ölkələrindən insanlıq adına nə qədər çox inkişaf etmişdir. Çünki türklərin böyük əksəriyyəti həqiqi iman və əxlaq sahibləridir! Həqiqi iman sahibi olan müsəlman zəhmətkeş, çalışqan və işğüzar olur. Eləsi heç vaxt kasıb yaşamaz!

Türkiyədən Suriyaya keçən kimi tamam fərqli bir mənzərənin şahidi olursan.

Hər ikisi İslam ölkəsidir də! Deməli, əsil müsəlman olmaqlıq və milli dəyərlər çox mühüm amildir. Buna görə də İslam dinini günahlandırmaq cahillik olardı.

*Kişinin düşüncəsinə qadın qədər geniş hakim kəsilə bilən, onu hər şeyə vadar edən, daim nəzərində qalan, xəyallarını zəbt etməyə qadir digər bir qüdrətli varlıq, eləcə də heç vaxt unuda bilmədiyi qadına məhəbbət qədər böyük, gözəl və şirin duyğu yoxdur. Nə yaxşı ki, belədir! Kişinin qadına olan məhəbbəti təkcə onu deyil, həm də  qadının özünü ram edir. Bu olmasaydı, kişilərdən daha əvvəl qadınların hakimlik hikkəsi qarşı cinsi məhv edərdi.

* Qadın və pul!  Bir kişi həyatı üçün bunlar çox şey, bəzən isə hətta hər nə deməkdir. Buna görə də şeytan çox vaxt ya qadın, ya da pul şirinliyinə bürünüb kişinin qəlbinə soxulur.

*Dünyanın ən qüdrətli kişisi kimdir? Dünyanın ən qüdrətli kişisi gözəl və yaraşıqlı qadın, firavan həyat, eləcə də böyük məbləğdə pul (var-dövlət) qarşısında sı-nmayan, əyilməyən, dəyişməyən kişidir.

* Dünyada ən qüdrətli qüvvə ehtiyacdır. Ehtiyac həm maddi, həm mənəvi, həm də bioloji xarakterli ola bilər. Ehtiyacın qarşısında əyilməyən insan tapılmaz. Əyilmədikdə ehtiyac onu yeyəcək. Keşgə bu, təkcə mənəvi ehtiyacın ödənilməsi  səbəbindən ustadın, valideynin və Allahın qarşısında olaydı. Maddibioloji  ehtiyacları ram etməyin bir yolu var: əyilib ehtiyacı götürmək  onun  özünü yemək! Buna aparan yol isə qürurdan, şərəfdən və ləyaqətdən keçir. Şərəfsiz, ləyaqətsiz insan hər qarşısına çıxanı həyatı ehtiyac zənn edib qarşısında əyiləcək!

* Ətrafında ailə üzvləri, yaxın qohum-əqrabası, dost-yoldaşı, bir həmyaşıdı olmadıqda uzun ömür kimə lazımdır?

* Heç bir insan dünyaya nahaq göndərilməyib. Hətta ağıldan kəm, bədən əzaları  qeyri-normal, şikəst, kor olan və digər qüsurlu adamların gəlişi də səbəbsiz və nahaq deyil. Bunun əsaslı səbəbini tam şəkildə anlamaq çətindir. Fiziki qüsuru olan bəzi insanlar bu qüsurlara dözərək, özünü yaradıcılığa həsr edərək rahat yaşaya bilir. Ən acınacaqlısı və dərk olunmayanı isə əslində mənasız həyat yaşadığını dərk edərək, yenə bu dünyadan beş əllə möhkəm yapışanların halıdır.

  * Yer üzündə hər cür qüdrətli, qüvvətli, hətta müdrik kişilərə də qalib gələ biləcək bir varlıq var. Bu varlıq ən qüdrətli qüvvənin qarşısında da sınmayan, əyilməyən kişiləri sındıra, əyə, məğlub edə bilir. Bu varlıq, ondakı bir qüvvə, erkəyi həm kişi etməyə, həm də kişilikdən salıb rüsvay eləməyə qadirdir. Bu böyük varlıq, bu böyük qüvvə həm də zərifdir. Onun adına qadın, ona bağlanan qüvvəyə, onun cazibəsinə isə məhəbbət deyilir!

  *Qadın məhəbbəti kişi məhəbbətindən daha güclü olurheç vaxt da unudulmur – ölüncə! Kişi isə... Onun sevgi qəbristanlığı çox genişdir! Ona görə də şəriət kişilərə hətta eyni zamanda bir nrçə nigahda olmanı da məqbul hesab edir, amma qadınlara deyil. Kişilər sevərkən gözləri ilə, qadın isə sevərkən qəlbi ilə sevir. Ona görə də kişiyə nisbətən qadın gec vurulur, amma yaman vurulur. Qadın kişidən daha vəfalı olur.

Əlbəttə, söhbət əsil qadınlardan gedir. Xəyanətdə də qadın xəyanəti daha dəhşətlidir.

   *Özünü siyasətçi hesab edən bir çox adamlar siyasəti yalnız adam aldatmaq, başqalarının xidmətlərindən sui-istifadə  eləmək və müəyyən dünya məqsədlərinə yetmək məharəti, nail olmaq yolu hesab edir. Amma hamı unudur ki, ən böyük məqsədlərə yetməyin və bu zaman heç bir kəsdən sui-istifadə etməməyin yegənə bir rahat yol var: Allaha sidqi-ürəklə ibadət etmək!

   *Həyatı yalnız pul qazanmaq uğrunda mücadilədə keçirtmək, dünya malına bütün varlığı ilə bağlanmaq, yemək-yatmaq, qadınlarla eyş-işrət, yeni nəsə yaratmamaq, nəsə icad eləməmək, fundamental iz qoymamaq,..! Bunlar rahat anlaşılacaq məsələ deyil! Yaradıcılıq, elm, məhəbbət və ibadət həyatın ən gözəl mənası deyilmi? Ən gözəl yaradıcılıq da elə ibadətdir.

    * Məhəbbət daha çox mübhəm, daha çox hissiyatlı və sentimental olduqda, ona əl çatmadıqda, intimə çevrilmədikdə daha gözəl olur.

    * Kişini qıvraq və cavan saxlayan onun qəlbindəki məhəbbət hissidir! Məhəbbət hissi bitdi ki, həyatın ləzzəti də bitəcək. Ondan sonra içki, narkotika, qumar, hakimiyyət  və digər  istəklərin çəkisi artır.

     * Əsil yazıçı, şairya publisist heç vaxt mövzu üçün avara qalmır, onu axtarmır, uydurmur, əksinə, daim  onun içərisində olur, hara baxırsa onu görür, onlar ilə birlikdə yaşayır. Onun üçün yeganə çatışmayan isə vaxtdır! Pulun yoxluğundan daha çox ona vaxt lazımdır. Bu vaxtı isə ona heç kəs vermir, hamı yalnız onun vaxtını almaqla məşğuldur.

     *İnsan Yer üzünün əşrəfi sayılır. Çünki öz həyatını və dünyanı gözəlləşdirməyə qadir olan şüuru var. Onun əməlləri instiktə deyil, şüura bağlanır. Eləcə, Yer üzünün ən idbar varlığı, onu iyrəncliklərlə dolduran, dağıdan, məhv edən, öz həyatını məşəqqətlərə çevirən də  insandır. Çünki onun buna da qadir olan məhz şüuru var. Çatanya çatmayan onun əxlaqıdır.

      *Hədəfə çatan elmin, bədii yaradıcılığın, sənət uğurlarının, ümumiyyətlə,  ən böyük nəaliyyətin və uğur gətirən qələbənin birlikdə cəmi də bir qadına bağlanmış məhəbbətin vüsalına bərabər ola bilməz.

      *Kişilər qadınları ona görə sevir ki, bir İlahi mələyə bağlı məhəbbəti  onun təbiətindən gəlir. Amma o heç vaxt qadını öz Allahı kimi sevə bilməz. İtaətkar Mələk Allahın ən gözəl yatardığıdır çünki! Qadınlar kişiləri ona görə daha çox sevir ki, ona olan məhəbbəti  İlahi məhəbbətə yaxın bir hissdir. Ərinə itaət etməyən qadının ibadəti qəbul olunmaz. Qadın sevdiyi kişini özünün Allahı zənn edərək, ona sonunacan müti ola bilir. Amma qüdrətli heç bir kişi heç vaxt qadını sonunacan sevə və ona öz Allahı imiş kimi müticəsinə yanaşa  bilmir. Bu da onun təbiətindən irəli gəlir. Qadınla kişini fərqləndirən bir cəhət də budur.

   *Kişi sevdiyi qadını ideallaşdıra bilər.  Ancaq bu ideallıq  evlilikdən və   cismani yaxınlıqlardan sonra bitə və adiləşə də bilər. O qədər dəlicəsinə sevib, sonradan   döyən, söyən, nifrət edən, atan kişilər var ki! Bu nədən baş verir?! Kişidən qazanılan məhəbbəti sonuna qədər qorumaq, saxlamaq və ilahiləşdirmək yalnız qadının özündən asılıdır. O bunu bacarmaqla da, bacarmamaqla da əsil mələkdən yarandığını sübut edəcək! Axı İblis də mələkdir!

   * Ərinin əbədi məhəbbətini qazanmaq istəyən qadın üçün yeganə bir resept   var: onun nəzərlərində heç vaxt  adiləşməməyə, həmişə mübhəm və sirli qalmağa çalışmaq, vəssəlam!

   * Qadın qəlbinin sirləri o qədər mürəkkəbdir ki, ondan bəzən heç şeytan da baş aça bilməz.

    *  Öz məqsədinə çatmaq üçün bir qadın bəzən şeytanı da heyrətləndirə bilər.

    * Ölüm gözlə qaş arasında olduğu qədər yaxın, həyat bir nəfəs qədər qısadır. Amma bu qısa həyatı min illərə sığıcaq qədər uzun yaşamağın min bir yolu var.

    Həyat məhz bu yolu düzgün tapdıqda mənalanır;

   * Çoxbilmiş qadın müəyyən prosesdən sonra həm də hiyləgər olduqda  bir ifritəyə də çevrilə bilər. Amma kişilər nə qədər çoxbilmiş olsalar da, heç vaxt ifrit ola bilmirlər. Çünki onların hiyləgərliyinin dərəcəsi  bir qadını tövlamaqdan o yana keçə bilmir. Və kişi hiyləgərliyi çox qadının duyacağı qədər sadədir. Sadəcə, bir çox qadınların özü kişinin onu tovlamasını istəyir və bunu duyduqda məharətlə özünü aldanırmış kimi göstərə biılir.

    * Adətən klinik ölümya ağır bir xəstəlik insanı həyat barədə daha  çox düşünməyə vadar edir. İnsan bu zaman özünün son dərəcə  adison dərəcə dəyərsiz olduğunu başa düşür. Bundan sonra da təkəbbürlü qalan insan yalnız şeytana xidmət edir. Elə isə qarşısına çıxacaq bütün pisliklərə görə yalnız özü günahkardır.

    * İslama xidmət etdiyi bildirilən elə möminlər var ki, İblisə xidmət edən  hansısa bir bütpərəst də ondan yaxşıdır;

    * İnsan üçün hərdən evindən, yurdundan çıxmaq, uzaq səfərə yola  düşmək və xüsusən də ziyarətə  getmək çox əhəmiyyətlidir. Bu zaman bəzi varlıqların (həyat yoldaşı, övlad, ana, qardaş, Vətən,..) əslində çox dəyərli oldduğunu düşünə və hiss edə bilir.

    * Həcc ziyarəti hər bir müsəlman üçün  həyati əhəmiyyətli bir ibadətdir. Bu ibadəti  ziyarət zamanı  zülm və əzab-əziyyətlə deyil, ondan zövq alaraq yaşaya biləsən!

    * Görəsən Allahın azərbaycanlılar qədər çox dünya nemətləri ayırdığı ,  amma onlar qədər də bu nemətlərin qədrini az bilən ikinci bir xalqı varmı?

  * Dünyada azərbaycanlıların ən böyük düşməni kimdir?

     Vətənçilik hissi olmayan azərbaycanlı!

  * Hər bir ziyarətin verdikləri kimi aldıqları da var. Aldıqları kaş sənin mənfi xüsusiyyətlərin olaydı. Mina dağında Şeytana daş atarkən sən onları sidqi –ürəklə və həmişəlik olaraq verməsən, onda o  səndən başqa şeylər alacaq; canından sağlamlığını, malından sərvətini, hakimiyyətdə vəzifəni!

   * Həyatda hər şey qoşadır. İnsan da. İnsanın maddı həyatda yarı onun sevgili həyat yoldaşıdırsa, astral  cəhətdən  yarı onun ruhudur! Bir insan əks cinsə qovuşmaqdan ötrü keçirtdiyi bütün məşəqqətlərin tən yarısı qədər öz ruhu ilə vəhdətdə yaşamağa çalışırmı?  Halbuki, ruhən bir tam olaraq yaşamağı bacaran insanlar üçün həyatda nail ola bilməyəcəyi və məşəqqətə  məruz qoyacaq heçyoxdur!

   * Daim yaxşılıqlarla üzləşmək üçün daim yaxşılıqlar etməlisən!

 

 

Hafiz  Mirzə

 

Olaylar.- 2012.- 24 aprel.- S.12.