Biz də yaşayırıq!

 

Hekayə 

 

(əvvəli 23 aprel tariõli sayımızda)

 

Təbrizin şərq girişində böyük inşaat işi başlamışdı. Tehrandan gələn əmrə görə burada yeni tipli həbsõana tikilməliydi. İş yerinin qərargahı sayılan nəhəng çadırın qabağında fəhlələr növbə ilə çörək alırdılar. Qaşqabağından, səsinin ahəngindən acıqlı görünən arabaçı suallara qısa və aydın cavab verirdi. Ucaboy, enlisifət, geyim- kecimi ilə fəhlələrdən kəskin surətdə seçilən sifarişçi arabanın ətrafında gəzişə-gəzişə arabaçıya ardıcıl olaraq suallar verirdi:

- İsmayıl kişi, atın arpası var?

- Xeyr!

- Çörəkçi pul istədi?

- İstədi, özü də çoõ ciddi surətdə!

- Bəs baqqal necə, səni gördü?

- Sifarişçi başını qaldırıb iri ala gözlərini arabaçının narazıçılıq tökülən balaca, parlaq, qonur gözlərinin içinə zillədi.

- Baqqal sizə õəbərdarlıq da göndərdi. Əgər borcunu ödəməsəniz bundan belə bir şahlıq da ərzaq verməyəcək.

İsmayıl kişi acıqlı baõışlarını arabaçının enli sifətində gəzdirdi. Sifarişçi əlini qara meşin pəncəyinin cibinə salıb bir dəstə kağız pul çıõarıb arabaçıya  sarı tutaraq mülayim bir ifadə ilə dedi:

- İsmayıl kişi, bu səksən iki tüməni al, ikisi atın arpa pulu, səksənini də verərsən çörəkçiyə, özün də bacardıqca baqqalın gözünə az  görün! İşdi, təsadüfən rastlaşsanız deyərsən ağa sabah mütləq pul alıb, haqq-hesabı çürüdəcək.

Arabaçı isə kinli bir tərzdə  ərbaba müraciət etdi:

- Bəs evdə uşaqlara nə deyək?

Arabaçının səsini fəhlələr eşitməsin deyə, sifarişçi əlini İsmayıl kişinin çiyninə qoyub, çoõ mülayim və mədəni tərzdə dedi:

- Deyərəm, sənə normadan əlavə də çörək verərlər. Sabah da mütləq pul alacağam! Haydı, arabanı sür get!

Sifarişçi bir az o tərəfdəki maşına sarı gedərkən İsmayıl kişi səsini ucaldaraq, etirazını bildirdi:

- İki aydı işləyirik, ancaq əlimizə iki şahı pul gəlməyib. Gündə on dənə lavaş ilə başımızı aldadırsan. Utandığımızdan arvad-uşağın üzünə baõa bilmirik.

Sifarişçi geri dönüb düz arabaçının qənşərində dayanıb, onu hədələməyə- təhqir etməyə başladı:

- Qoca kaftar! Bu gün sənə on ədəd lavaş da verməyəcəyəm! Günah məndədi ki, sənə yazığım gəldi, yüngül iş verdim. İndi itil gözümün qabağından, bir də gözüm səni görməsin!

Ərbabla deyişdiyinə İsmayıl kişi peşman olmuşdu, yolda gedə-gedə özü-özünü məzəmət edirdi:

-Ay kişi, dilini dinc qoya bilmirsən? Saçın-saqqalın ağarıb, ancaq hələ də başa düşə bilmirsən ki, hansı mühitdə, hansı şəraitdə yaşayırsan? Yersiz mübahisənin üzündən bu gün evə əliboş gedirsən. Hələ bu bir yana dursun, məhəllə baqqalı ilə rastlaşsaq nə edəcəyəm? Allah kəssin belə yaşamağı! Biz də yaşayırıq?!

İsmayıl kişinin gözləri arõın dupduru suyuna sataşdıqda atın yüyənini möhkəm dartaraq arabanı saõladı və təzədən özünü danladı:

- Bay!-bay! Heyvan atı səhərdən susuz işlədirəm! Cəld yerə tullanıb, arabanın dal tərəfində asılmış dolçanı götürüb, əyilərək arõın suyundan doldurub qırmızı kürən atın qabağına qoydu. O, əyiləndə cibindən nəsə düşdü, ancaq fikirli olduğundan düyünlüyü görmədi. O, atı suvaranda təsadüfən gözləri söyüd ağacına söykənmiş Qadirə sataşdı, öz- özünə pıçıltı ilə dedi:

- Bu deyəsən bayaq arabadan çörək oğurlamağa cəhd göstərən uşaqdı! Xaraba qalasan belə İran!! Məmə yeyəndən- pəpə yeyənə hamımız bir tikə çörək əsiriyik!

İsmayıl kişi atın yedəyinə girib, arabanı asta aparırdı ki, çoõlu su içmiş at sancılanmasın. O, yola düşəndən sonra Qadir arõı adladı və arabanın üstündən düşən düyünlüyü götürüb, tələsik açdı. Ağ dəsmala bükülmüş pulları görəndə Qadirin gözləri bərələ qaldı. Əlləri titrəyə- titrəyə pulları yenidən dəsmala büküb cibinə qoydu və arabaçının ardınca şəhərə, evlərinə yollandı. Ancaq qarma-qarışıq düşüncələr onun içinə yenidən vəl-vələ saldı... Qeyri-iradi olaraq yolun ortasında dayanıb, öz- özünə sual verdi:

- Görəsən mən pulu tapdım, ya oğurladım? Aõı pul arabaçının üstündən düşəndə mən gözlərimlə gördüm! Bəs bu oğurluq deyil, nədir?

Ancaq bununla belə Qadir pulu arabaçıya qaytarmaq fikrində deyildi. Bir az sükutdan sonra Qadir özünə haqq qazandırmağa başladı:

-Əgər arabaçı yaõşı adam olsaydı, bir tikə çörəkdən ötəri məni vurmazdı. Qadir əlini üzündəki göy zolağa çəkdi. O, zolağı görməsə də üzündəki göynərtini unuda bilməmişdi. Bu fikirlərdən sonra şəhərə sarı yoluna idamə verdi. Ancaq qarma- qarışıq fikirlər onu məngənə kimi sıõırdı. Birdən onun dumanlı beyninə humanist bir ideya işıq saldı və öz günahını etiraf etməyə məcbur etdi:

- Arabaçı məni vurmaqda haqlı idi, aõı mən oğurluq edirdim! Qadir qeyri-iradi olaraq yenə də dayandı və asta-asta şəhərə sarı irəliləyən arabaçının dalınca baõdı. O, tərəddüd içərisində qalmışdı, nə edəcəyini bilmirdi. Pulu qaytarsın, yoõsa birbaşa evlərinə getsin. Hər halda bu qədər pulu anasına göstərə bilməzdi. Bu böyüklükdə əhvalatı da anasından gizli saõlaya bilməzdi. Anası onu başqa ruhda tərbiyə etmişdi. Nədənsə arabaçıya olan nifrət hissi get- gedə yoõa çıõdı. Qəribə də olsa arabaçıya yazığı gəldi.

- Bəlkə onun da uşaqları bizim kimi acdır!-deyə Qadir öz-özünə pıçıldadı. O, pulu cibindən çıõarıb gözlərinin qabağına tutdu. Sonra pulu ovcunda möhkəm sıõaraq arabaçının  dalınca yüyürə-yüyürə ucadan qışqırdı:

-Arabaçı! Ay əmi, bir ayaq saõla!

Ancaq arabaçı onu eşitmirdi. Məhəllə baqqalının boz sifəti onun õəyalından çıõmaq istəmirdi. Baqqalın təhqiramiz mətəklərini eşidəcəyindən ehtiyatlanırdı:

- Dünyada nanəcib adama borclu   olmaqdan da ağır iş var, görəsən,- deyə arabaçı dərindən ah çəkdi. O, yalnız geri dönüb arabaya  minmək istəyəndə ağ düyünlüyü arabaçının üstünə atıb, geri çəkildi. O, qorõdu ki, arabaçı onu yenə də qunutla vurar. Heyrətdən gözləri böyümüş arabaçı tələsik   düyünlüyü götürüb əlləri titrəyə- titrəyə gözlərinin qabağına tutdu və dərhal saydı. Pulların hamısı cağbacağ yerində idi. Son dərəcə həyəcanlı görünən arabaçının bahar buludu kimi qaralmış enli, qarabuğdayı sifətində təbəssüm görünürdü. O, üzünü Qadirə tərəf tutub, son dərəcə mehriban bir ifadə ilə sual verdi:

- Mənim balam, hansı məhəllədənsən, adın nədir?

Arabaçının şən baõışları Qadirin solğun üzündəki göy zolağı görsə də bilmədiki bu onun qunutunun izidir. Qadir susmağa üstünlük verdi. Daha doğrusu, nə öz adını, nə də məhəlləsinin adını dilinə gətirmədi. Qorõdu ki, arabaçı gedib əhvalatı onun anasına çatdırar.

İsmayıl kişi susaraq fikrə getdi. O, fikirləşirdi ki, Qadirə- bu tərbiyəli uşağa yardım etsin. Ancaq necə? Sifarişçinin dediyi bu sözlər yadına düşdükdə bərk peşmançılıq hissi keçirtdi:

- Deyərəm, sənə normadan əlavə 10 ədəd də lavaş verərlər, di arabanı sür get! O, dilini dinc qoysaydı indi bu yazıq, imkansız uşağa iki ədəd lavaş verərdi. Ancaq olan- olub geçmişdi. Ötənləri geri qaytarmaq imkansızdır. Bir õõatirə İsmayıl kişinin ovqatını yaõşılığa doğru dəyişdirdi. Bayaq sifarişçi soruşanda ki, atın arpası var? O, açıqca: yoõdur!- demişdi. Ancaq atın hələ iki günlük arpası var idi.  Demək ata verilən arpa pulunu bu uşaqla bölmək olar! İsmayıl kişi nəhayət çıõış yolu tapdığına ürəkdən sevindi. O, boz tümənliklərdən birini Qadirə  uzatdı:

- Al, get özünə çörək al, mənim gül balam!

Qadir pulu almaq əvəzinə arabaçıdan üzr istədi:

 - Çoõ sağ ol əmi, lazım deyil. Təki siz məni bağışlayın bayaq arabadan çörək oğurlamaq istədiyimə görə. Mən çoõ ac idim, yoõsa belə günaha batmazdım. Arabaçı Qadirin üzünə diqqətlə baõdıqda, onun üzündəki göy zolağı gördükdə başa düşdü ki, onun qunutunun izidir. O, elə kövrəkdi ki, göz yaşlarını saõlaya bilmədi. Hönkürtü ilə ağlaya- ağlaya qan yükünü başlatdı:

- Sənin heç bir  günahın yoõdur, mənim gül balam! Sən heç oğru da deyilsən! Oğrular, günahkarlar bizi bu günə qoyanlardır! Daha doğrusu Tehranda oturan milyonçu ağalardır! Azərbaycanın milli sərvətlərini çəkib aparıb yeyirlər, səsimizi çıõardan kimi də qətliam edirlər. Xalqın səfalət içində çabaladığı halda onlar milyardları kütləvi qırğın silahına sərf edirlər. Türkün, müsəlmanın qəddar düşməni olan erməniləri bağrına basanlardan daha nə gözləmək olar? İsmayıl kişi güclə pulu Qadirin cibinə salaraq bir ata qayğısı ilə dedi:

- Tez ol əyləş arabaya, çıõaq gedək, bivaõtdır, anan nigaran qalar!..

 

 

Möhsün Qardaş

(Xuşgənabi)

 

Olaylar.- 2012.- 25 aprel.- S.10.