"Türk əsgəri xilaskardır"
Qüdrət
Həsənquliyev: "Türk əsgərinin
xilaskar obrazının sübutlarından biri də Qafqaz İslam Ordusunun şərəfinə
ucaldılmış abidə və bu abidənin
ucaldılmasına zəmin yaradan
gerçək tarixdir"
Bütöv Azərbaycan Xalq Cəbhəsi
Partiyasının (BAXCP) rəhbərliyinə daxil olan şəxslər
Xilaskar Türk Əsgərinin Anım Günü münasibətilə
Şəhidlər Xiyabanını ziyarət ediblər.
Partiyanın mətbuat xidmətindən
“OLAYLAR”a verilən məlumata görə, anım tədbirində
çıxış edən BAXCP sədri Qüdrət Həsənquliyev
türk əsgərinin heç bir vaxt soyqırım törətmədiyini,
əksinə soyqırımına məruz qalan xalqların
müdafiəsində dayandığını bəyan edib:
"Uzun illərdir ki, erməni diasporu, daha sonra isə Ermənistan
Türkiyəyə və qardaş türk xalqına
qarşı əsassız soyqırım ittihamlarıyla
çıxış edir. Türkiyənin və Türk
Dünyasının birliyini, bütövlüyünü və
güclənməsini istəməyən qüvvələr isə
ermənilərin saxta iddialarına dəstək verir, erməni
yalanlarından öz mənafeləri və maraqları
üçün yararlanmağa çalışırlar. Tarix
isə erməni iddialarının əksini sübuta yetirir.
Türk əsgərinin xilaskar obrazının
sübutlarından biri də Qafqaz İslam Ordusunun şərəfinə
ucaldılmış abidə və bu abidənin
ucaldılmasına zəmin yaradan gerçək tarixdir. Biz bu
gün növbəti dəfə gerçək tarixdən
qaynaqlanan bir mərasimi, anım gününü qeyd edirik.
Dünyanı erməni yalanlarına uymamağa, tarixə həqiqətlərin
üzərinə kölgə salınmasına imkan verməməyə,
haqqın, ədalətin keşiyində dayanmağa
çağırırıq.
İnanırıq ki, vaxt gələcək 24 aprel
tarixini Xilaskar Türk Əsgərinin Anım Günü kimi
qeyd edən insanların sıraları daha da genişlənəcəkdir".
Olaylar.- 2012.- 25 aprel.- S.7.