Azərbaycanı
layiqincə təmsil edən diaspor təşkilatları
Zaman-zaman ölkədə və regionda baş verən bu və ya digər proseslər
səbəbindən bəşəriyyətin dörd
bir yanına səpələnmiş
soydaşlarımızın coğrafi məkan
baxımından dünyanın istənilən nöqtəsində
var olduğunu desək
yanılmarıq. Müxtəlif səbəblərdən
dünyanın ayrı-ayrı ölkələrinə köç etmiş
soydaşlarımız yaşadıqları ölkələrin
ictimai-siyasi həyatında önəmli rol oynayaraq həmin ölkələrdə
Azərbaycan diasporunun
formalaşdırılmasına nail olublar. Artıq
dünyanın hər bir ölkəsində
fəaliyyət göstərən Azərbaycan diasporu
ölkəmizi həmin dövlətlərdə layiqincə təmsil
edir, xalqımızın və dövlətimizin
üzləşdiyi problemləri dünya
ictimaiyyətinə çatdırırlar.
Almaniya---Bu gün Azərbaycan diasporu coğrafi məkan
baxımından ən geniş şəkildə
Avropada yayılıb və
formalaşıb. Soydaşlarımızın da
tarixən mühacirət etdiyi ölkələr
sırasında Avropa dövlətləri
başlıca yer tutub.
Avropa ölkələri sırasında isə
azərbaycanlıların daha fəal olduğu ölkə Almaniya
hesab edilir. Bu ölkəyə
azərbaycanlıların mühacirəti tarixin
müxtəlif zaman kəsimində baş versə də, azərbaycanlıların
diaspor kimi
formalaşması əsasən XX əsrin 80-90-cı illərinə
təsadüf edir. 1988-ci ildən etibarən
Almaniyada fasilələrlə onlarla cəmiyyət fəaliyyət göstərib
ki, onların əksəriyyəti bu gün də işini davam etdirir. Bunlardan biri kimi 1988-ci ildə Berlin şəhərində
yaradılmış "Azərbaycan-Almaniya
Cəmiyyəti"ni göstərmək olar.
Eyni illərdə bu ölkədə
"Azərbaycan Kültür
Ocağı" və onun nəzdində
"Savalan" jurnalı, "Ocaq" Cəmiyyəti, "Odlar
Yurdu" Mədəniyyət və Təhsil
Cəmiyyəti yaradıldı. Müsbət məqamlardan biri ondan ibarət idi ki,
soydaşlarımızın təsis etdiyi
cəmiyyət
və birliklər yalnız paytaxt
Berlin üçün
xarakterik deyildi,
Almaniyanın digər iri şəhərlərində
də Azərbaycan cəmiyyətləri, müxtəlif birlik və təşkilatlar
yaradılırdı. 1990-cı ildə Frankfurt
şəhərində "Azərbaycan Mədəni Əlaqələr
Cəmiyyəti", Köln şəhərində
"Azərbaycan Kültür Cəmiyyəti", Nürnberq şəhərində
"Azərbaycan Kültür Dərnəyi"nin
yaradılmasını buna misal
göstərmək olar. 1991-ci ildə Bonn şəhərində "Azərbaycan Kültür Ocağı", Düsseldorf
şəhərində "Alman-Azərbaycan Cəmiyyəti"nin
yaradıldı. 1997-ci ildə isə Limburq
şəhərində "Azərbaycan Evi"
fəaliyyətə başladı. Bütün
bu təşkilat və birliklər Azərbaycan Respublikası ilə Almaniya arasında ictimai-mədəni və iqtisadi əlaqələrin inkişafında
yaxından iştirak edirdilər. Almaniya-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsində “Almaniya-Azərbaycan
Cəmiyyətləri Federasiyası”nın fəaliyyətini xüsusi vurğulamaq
lazımdır. 1996-cı ildə Almaniyadakı Azərbaycan cəmiyyətlərinin
vahid strukturda -
"Almaniya-Azərbaycan Cəmiyyətləri
Federasiyası"nda birləşməsi ilə adı çəkilən
qurum təsis edildi..
Federasiyanın əsas məqsədi diaspor təşkilatları arasında əlaqələri
daha da gücləndirmək
idi. 1999-cu il avqustun 21-22-də AACF-nin Bonn şəhərində birinci
qurultayı keçirildi. 2004-cü ilin
oktyabrında Almaniyanın paytaxtı Berlin
şəhərində "Nizami Gəncəvi
adına Mədəniyyət İnstitutu"
fəaliyyətə başladı. 2004-cü il
aprel ayının 17-də isə
Almaniyanın paytaxtı Berlində "Avropa
Azərbaycanlıları Konqresi"nin təsis edilməsi isə müxtəlif
ölkələrdə yaşayan azərbaycanlıların
təşkilatlanması istiqamətində əhəmiyyətli
hadisə oldu. Dünyanın 28 ölkəsində
50-dən artıq diaspor təşkilatı
- Rusiya, Ukrayna, Belarus, Moldova, İsveç, İsveçrə, Norveç, Danimarka, Fransa, Hollandiya, Avstriya, Bolqarıstan, Rumıniya, Macarıstan,
Belçika, Finlandiya
və Almaniyadakı Azərbaycan icmaları Avropa
Azərbaycanlıları Konqresinın kollektiv
üzvləri seçildi. Regionda azərbaycanlıların
milli-mədəni xüsusiyyətlərini qorumaq,
sosial və siyasi-hüquqi
maraqlarını təmin etmək konqresin
əsas vəzifələrindən sayılırdı. Avropa Azərbaycanlıları Konqresinın fəaliyyət
sahələrindən biri də Azərbaycan,
Qafqaz və Xəzər bölgələri
ilə əlaqəli elmi-tədqiqat işlərini dəstəkləmək,
fondlar, tədqiqat institutları, kitabxanalar və arxivlər təsis etmək idi. Təşkilat Avropada,
MDB-də və digər regionlarda fəaliyyət
göstərən diaspor qurumları ilə
də yaxından əməkdaşlıq edirdi.
Amerika Birləşmiş
Ştatları---Azərbaycan mühacirətinin ən geniş təmsil olunduğu
ölkələrdən biri Birləşmiş
Ştatlar sayılır. Okeanın o tayında yaşayan azərbaycanlıların
sayı haqqında dəqiq məlumatlar olmasa
da, müxtəlif mənbələrdə
onların sayı 400 mindən 1 milyona qədər
göstərilir. Hazırda Birləşmiş Ştatlarda onlarla Azərbaycan
diaspor təşkilatı fəaliyyət
göstərir ki, həmin təşkilatlar
öz fəaliyyətləri ilə Azərbaycanı
okeanın o tayında layiqincə təmsil
edirlər. 1970-ci ildə Birləşmiş Ştatlarda
yaranmış "Amerika-Türk Assosiasiyalar Assambleyası"nın Amerika və Kanadada 60-dan
artıq şöbəsi fəaliyyət göstərir
və assambleyanın əhatə dairəsi
hər ötən il bir
qədər də genişlənir. Assambleya
Birləşmiş Ştatların mətbuat aləmində də
müəyyən rol oynayır və bu ölkənin kütləvi informasiya
vasitələri ilə yaxından əməkdaşlıq edir. Həmçinin Amerika-Türk
Assosiasiyalar Assambleyası bir sıra dövri nəşrlər, o
cümlədən, 1989-cu ildən etibarən "The Turkish World"
jurnalını dərc etdirir. ATAA
Türkiyə və Türk-Amerika
icmalarının keçirdiyi forumlarda da yaxından iştirak edir, digər icmalarla sıx əlaqə yaradır.
1997-ci
ildə Birləşmiş Ştatların Los-Anceles
şəhərində yaradılmış Dünya Azərbaycanlıları
Konqresi isə yalnız Amerika
ərazisində deyil, dünyanın
müxtəlif ölkələrindəki Azərbaycan cəmiyyətlərinin
fəaliyyətini əlaqələndirməyə
çalışır.
Böyük Britaniya da azərbaycanlıların
daha çox məskunlaşdığı
Avropa ölkələrindən biri sayılır. Bu
ölkəyə azərbaycanlıların ilk
nümayəndələri XX əsrin ortalarından məskunlaşmağa
başlayıblar. Hazırda Londonda xeyli sayda azərbaycanlı
yaşayır və güclü diaspor təşkilatları fəaliyyət göstərir. Azərbaycan-İngiltərə
Cəmiyyəti, Avropa-Azərbaycan Cəmiyyəti və Azərbaycan
Gənclər Klubunun fəalları öz aktiv fəaliyyətləri
ilə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, ermənilərin
zaman-zaman azərbaycanlılara
qarşı həyata keçirdikləri soyqırımlar barədə
Britaniya ictimaiyyətini ətraflı
məlumatlandıra biliblər. Hazırda da
Böyük Britaniyadakı Azərbaycan diasporu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, azərbaycanlıların
təşkilatlanması istiqamətində geniş
və əhatəli işlər görürlər. Böyük Britaniyadakı diaspor
təşkilatlarımız Azərbaycan tarixi,
mədəniyyəti, adət-ənənələrinin təbliği
istiqamətində də məqsədyönlü tədbirlər
həyata keçirirlər. Gənc nəslin millətə, Vətənə
bağlılığının artırılması, Azərbaycan
dilinin bu ölkədə
yaşayan gənc soydaşlarımız tərəfindən
unudulmaması da əsas diqqət yetirilən
sahələrdən biridir. Məhz bu baxımdan Böyük
Britaniyanın paytaxtı Londonda azərbaycanlı
uşaqların öz dilini unutmaması üçün Azərbaycan
məktəbləri fəaliyyət göstərir. Bundan
başqa, Avropa-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə
ingilis dilində "Visions of Azerbaiyan" jurnalı dərc
olunur. Təşkilat mütəmadi olaraq Dağlıq
Qarabağ problemi, Xocalı soyqırımı ilə
bağlı tədbirlər keçirir, ölkəmizin
üzləşdiyi problemlərin avropalılara
çatdırılması üçün səy göstərir.
Rusiya
Federasiyası da Azərbaycan diasporunun aktiv fəaliyyət
göstərdiyi ölkələrdən hesab olunur. Qeyri-rəsmi
məlumatlara əsasən Rusiya ərazisində yaşayan azərbaycanlıların
ümumi sayı 3 milyona yaxındır. Ölkədə fəaliyyət
göstərən ən güclü Azərbaycan diaspor təşkilatı
"Ümumrusiya Azərbaycanlıları Konqresi"dir.
Konqresin 2001-ci il, martın 5-də keçirilən təsis
qurultayında Rusiya və Azərbaycanın yüksək
dövlət rəhbərləri, ictimaiyyət nümayəndələri
də iştirak edib. Rusiya
dövləti ilə Azərbaycan Respublikası arasında
sosial-iqtisadi və mədəni əməkdaşlığın
inkişaf etməsi və dərinləşməsi prosesinə
yardım göstərməyi qarşısına məqsəd
qoyan konqres fəaliyyət göstərdiyi 10 ildən artıq
bir müddətdə Rusiya ilə Azərbaycan arasında ikitərəfli
dostluq münasibətləri, siyasi əlaqələrin
inkişaf etdirilməsi istiqamətində real addımlar
atıb. Təsadüfi deyil ki, Rusiya ərazisində
yaşayan azərbaycanlıların bir çox görkəmli
nümayəndəsi də məhz ÜmumRusiya Azərbaycanlıları
Konqresinin işinə cəlb edilib: Həmçinin bu ölkədə
fəaliyyət göstərən
digər milli cəmiyyət və icmalar da ÜmumRusiya
Azərbaycanlıları Konqresinin kollektiv üzvləridir:
"Ocaq" Mədəniyyət Mərkəzi, "Azərbaycan"
Cəmiyyəti, "Nizami" Cəmiyyəti, "Azəri-Dərbənd",
"Odlar Yurdu" cəmiyyətləri və s. buna misal göstərmək
olar. Konqresin mərkəzi strukturuna "İqtisadi
İnkişaf Fondu", "Hüquqi Müdafiə Mərkəzi",
"Àçåðáàéäæàíñêèé Êîíãðåññ" qəzeti də daxildir. Rusiya ərazisində
azərbaycanlıların ilk teleradio şirkəti, bu ölkədə
verilişlərini milli dildə yayımlayan "İnter-Azərbaycan"
şirkəti, "Millətin səsi", "Asudə
vaxt" qəzetləri, "İrs" elmi-publisistik
jurnalı, "Azərbaycan" kommersiya-sərgi mərkəzi
də ÜAK-ın yardımı ilə fəaliyyət
göstərir.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 26 aprel.- S.15.