Azərbaycanın ən böyük kitabxanası yenidən qurulacaq

  

Kitabxananın yenidən qurulmasında tikinti zamanı həyata keçirilməmiş fasadın dekorunun çoxsaylı elementlərinin tikintisi nəzərdə tutulub.

 Azərbaycanın ən böyük kitabxanası yenidən qurulacaq. Milli.Az-ın məlumatına görə, Bakı şəhəri Xaqani küçəsində yerləşən M.F.Axundov adına kitabxananın yenidən qurulması və texniki təchizatı üçün layihə artıq hazırlanıb. Layihəni Azərbaycan Memarlar Birliyinin Birinci Katibi, memar Elbay Qasımzadə hazırlayıb.

Qeyd edək ki, M.F.Axundov adına kitabxananın binası keçən əsrin 50-ci illərin sonlarında SSRİ xalq memarı, sosialist əməyi qəhrəmanı, akademik Mikayıl Useynovun layihəsi əsasında tikilib. Bina Azərbaycanın memarlıq irsinin ənənəvi forma və nümunələrinin istifadəsi və yaradıcılığın dərk edilməsinin bariz nümunəsidir. Azərbaycanın sovet dövrünə aid memarlığının incilərindən birini təşkil edir.

Kitabxananın yenidənqurma və təchizat layihəsində M.Useynovun müəllif layihəsi ilə nəzərdə tutulmuş R.Behbudov küçəsi və Nizami küçəsində əlavə mərtəbənin tikintisi, həmçinin SSRİ-nin o zamankı rəhbəri N.Xruşşov tərəfindən elan edilmiş “memarlıqda ifratçılıqla” mübarizə kampaniyasının nəticəsi kimi qənaət baxımından tikinti zamanı həyata keçirilməmiş fasadın dekorunun çoxsaylı elementlərinin tikintisi nəzərdə tutulub. Akademik M.Ə.Useynovun müəllif çertyojları əsasında əsas otaqların interyerlərinin dekorunun elementləri bərpa edilir.

Yenilənən texniki təchizat ədəbiyyatın qorunması, həmçinin ikiqat artımını, saxlanılma şəraitinin yüksək səviyyəsini, texnoloji prosseslərin tam avtomatlaşdırılmasını təmin edir.

Müəllif E.Qasımzadə Milli.Az-a açıqlamasında bildirdi ki, kitabxananın layihəsi artıq təsdiqlənib və gələn ildən işlərə başlanması nəzərdə tutulub.

 

 

Olaylar.- 2012.- 26 aprel.- S.12.