Qızların
Beynəlxalq İKT günü
Aprelin 26-da
İREX təşkilatının dəstəyi ilə Beynəlxalq İKT qızlar
günü adlı tədbir keçirildi. Tədbiri giriş
sözü ilə təşkilatın rəhbəri
Angela Nicoara açdı. O, bildirdi
ki, artıq bir
neçə ildir ki, dünyada aprel
ayının son günləri İKT
qızlar günü kimi
qeyd olunur.
Həmin günlər qızlar bir
araya gəlir ikt, onun perspektivləri və bu sahədəki
karyera imkanları haqqında məlumatlandırılır, və qadınlar bir daha bu istiqamətdə düşünürlər. “Bundan
başqa bu tip tədbirlərin əsas mahiyyəti
qızları, qadınları informasiya texnologiyalarının
onların güclənməsində bir alət olduğu barədə
məlumatlandırmaq, eyni zamanda bu sahədə karyera
qurmağın həm çətin, həm də maraqlı və
mükafatlı olduğunu başa salmaqdır. Təəssüf
ki, bu gün cəmiyyətdə tipik qadın və kişi
peşələri deyə bir ayrı seçkilik var, bizim məqsədimiz
bu standartları aradan qaldırmaqdır. Məhz bu gün
qızlara ikt sahəsində karyera qurmaq imkanı barədə
düşünməyə imkan yaradır”.
Rabitə və
informasiya Nazirliyinin dövlət müəssisələrinin fəaliyyətini
əlaqələndirmə şöbəsinin müdir
müavini Novruz Məmmədov bu gün münasibətilə
bütün qadınları təbrik etdi. O bildirdi ki, bu
gün dünyanın inkişaf etmiş ölkələrində
ikt sahəsində çalışanların əsas hissəsi
qadınlardır. “Ölkəmizdə də bu sahədə
çalışan qadınların sayı heç də az
deyil, xüsusən son dövrlərdə rəqəm bir az da
artıb. Ümumiyyətlə isə, ikt sahəsində
çalışanların demək olar ki, 50%-i
qadınlardır. Biz həmçinin
qadınların bu sahəyə marağını daha da
artırmağa çalışırıq, bu istiqamətdə
İREX təşkilatı ilə əməkdaşlıq
edirik. Çalışırıq ki, daha çox regionlarda bu
işləri inkişaf etdirək. Respublikanın 30 kəndində poçt şöbələrində pulsuz internet təşkil
olunması layihəsi üzərində işləyirik. Lakin
işlər bununla bitməyəcək, daha çox bölgəni
əhatə etməyə, qadınların marağını
artıqmağa çalışacayıq”.
İREX-in
Azərbaycanda Yeni Media layihəsinin rəhbər müavini Ələsgər
Məmmədli artıq dünyada 5-6 ildir ki, bu günün
qızların ikt-də iştirakına dair beynəlxalq
gün kimi qeyd olunduğunu bildirdi. “İREX təşkilatı
olaraq bu tədbiri keçirməklə biz də həm media, həm cəmiyyətin
bu sahəyə marağını
artırmaq istəyirik. Bu işlərin bir hissəsi
olaraq internetdə
regionlardakı orta məktəblərin
9-11-ci sinif qızları arasında “İKT-nin mənim həyatımda
rolu” mövzusunda inşa müsabiqə keçirdik. Həmin
yazılarda perspektivi daha aydın şəkildən göstərən
18 qız seçdik. Seçilən
qızlar 10 regionu təmsil edir. Dünən onlar bir
çox önəmli tədbirlərdə iştirak etdilər.
İnformasiya Texnologiyaları Nazirliyində, “Azərpoçt”da
olublar, həmin qurumlarda onlara ikt-nin inkişafı barədə
məlumat verilib. Həmçinin “Bakcell” provayderinin
kommunikasiyanı necə istifadə etmələri ilə
bağlı məlumatlandırılıblar. Slavyan
Universitetinin jurnalistika fakültəsində ikt-nin tətbiqi
ilə bağlı formalaşdırılmış
laboratoriyada olublar, Qafqaz universitetinin ikt laboratoriyalarında, həmçinin
İctimai televiziyanın informasiyanın toplanmasında ikt-dən
necə istifadə olunması ilə tanış oldular. Bu
günkü konfrans da həmin işlərin
davamıdır. Konfransın məqsədi
ikt-də qadınların rolu, onların uğurlarına
yönəltməkdir. Regionda olan xanımların ikt-nin
inkişafına ayaqlaşmaq imkanlarını genişləndirməkdir.
Qadınlarımızın bu sahəyə marağını
artıqmar üçün
İREX təşkilatı artıq 19 regionda internetə
pulsuz çıxış imkanları yaradıb, belə layihələri
davam etdirmək istəyirik”.
Tədbirdə
BBC Azərbaycan xidmətinin nümayəndəsi Xanım
Cavadova “Rəqəmsal medianın dəyişdirdiyi
qadınlar. Nədən başlamalı?” mövzusunda çıxış
etdi. O, ikt-nin gətirdiyi yeniliklərlə həyatı dəyişən
qadınlar haqında məlumat verdi. Daha sonra İREX-in sahə
kordinatoru Günel Həsənovanın “Qadınların
ictimai-sosial həyatında İKT-nin rolu” mövzusunda
hazırladığı təqdimatda ölkəmizdə ikt səhəsində
qadınların rolunun çox zəif olduğunu bildirdi. O
qeyd etdi ki, bir çox ölkələrdə qadınların
internetdən istifadə yaşı 25-65 olsa da, bizdə bu rəqəm
15-25 yaş arasında dəyişir. “Bu gün ikt-dən media, müəyyən
QHT-lərdə çalışan qadınlar daha çox
istifadə edir. Bölgələrdəki qadınların isə
demək olar ki, ikt sahəsində heç məlumatı da
yoxdur. 2010-cu ilin statistik rəqəmlərinə görə,
ikt sahəsindən istifadə də 60.8% kişilər, 39.2%
isə qadınlardır. İnternetdən istifadə
yaşına gəldikdə isə, ən çox 7-24 yaş
(60.5%), ən az isə 64 yaşdan yuxarı 0.3 % təşkil
edir”.
Qeyd edək
ki, tədbirin sonunda “Camera as Voise” layihəsinin qalibləri məktəbli
qızların filmləri nümayiş olundu. Həmçinin
məktəbli qızlar “Mənim üçün İKT nə
deməkdir” mövzusunda çıxış etdilər.
Gülxar Şərif
Olaylar.- 2012.- 27 aprel.- S.5.