“Əgər mən baş rejissor təyin olunsam...”
- Bəhram Osmanov: “Rəsmi əmri görmədən
bu haqda danışmaq istəmirəm”
Mədəniyyət və
Turizm Nazirliyi bir sıra şəxsləri
pensiya yaşı çatması ilə əlaqədar tutduğu vəzifələrdən azad
edib. Kadr dəyişiklikləri Gənc
Tamaşaçılar Teatrından
da yan keçməyib.
Keçmiş baş
rejissor Cənnət Səlimova istefaya göndərilib. Onun yerini rejissor Bəhram Osmanovun tutacağı söylənilir.
Bəli, məhz söylənilir. Çünki...
– Baş rejissor təyinatım barədə
əmr rəsmi olaraq mənə verilməyib. Bu barədə
yalnız söhbətlər
var. Rəsmi əmri görmədən bu haqda danışmaq istəmirəm.
– Gəlin hələlik
nəzəri olaraq danışaq. Tutalım, bu xəbər həqiqətdir. Sizin üçün Gənc Tamaşaçılar teatrına
baş rejissor təyin olunmaq gözlənilməz olardımı?
– Bəli, mənim üçün bu teatra baş rejissor təyin olunmaq gözlənilməz
olardı. Bunu təsəvvür belə
etməzdim. Xəbər
doğrudursa, bu, mənə qarşı olan çox böyük inamdır. Çünki 1991-ci ildən
bu günə qədər Gənc Tamaşaçılar Teatrında fasilələrlə
işləmişəm və
onlarla çox sıx əlaqələrim
olub. Hətta bu teatrda 6 tamaşaya quruluş vermişəm. Halbuki gəncliyim Milli Dram Teatrında keçib. Gənc Tamaşaçılar Teatrında
isə ştatlı kimi yox, dəvətli
rejissor kimi çalışıram. İki
il bundan əvvəl Azərbaycan Dövlət Dram Teatrından
ayrılmışam və
burda dəvətli rejissor olaraq işləyirəm. Mənim
həyatımda, yaradıcılığımda
təsadüflər çoxdur.
Milli Dram Teatrının
rejissoru işləməyim
də bu təsadüflərin biridir.
Mən hərbi xidmətdə olarkən, hətta sovet vaxtı Mərkəzi Komitədə ideoloji şöbənin müdiri
barəmdə xoş yazılar yazıb. O yazılar mənə yoldaşlarım tərəfindən
göndərilmişdi. Hərbi xidmətdən qayıtdıqdan
sonra Milli Dram Teatrının mərhum direktoru Həsənağa
Turabov köməklik etsə də, dəstəkçilərimdən ən böyüyü əvvəllər teatrda sərəncamçı direktor
işləyən mədəniyyət
nazirinin müavini Ədalət Vəliyev olub. Yəni bütün bu məsələlərin həyata
keçməsi onun iştirakı ilə bilavasitə bağlı idi. O sadəcə olaraq, mənim imzamı eşitmişdi və hətta məni tanımaya-tanımaya
bütün bu məsələləri öz
yoluna qoymuşdu. Mən inanmazdım ki, mənim “Şüşə heyvanxana”
pyesi əsasında hazırladığım tamaşa
o dövrün Azərbaycan
teatrında belə səs-küyə səbəb
olacaq. Bir çox teatrlar bu tamaşaya əfsanə kimi baxır, eyni zamanda teatra mütəmadi gedən insanlar bu tamaşanı
əfsanə kimi xatırlayır.
– Gənc Tamaşaçılar Teatrı
ilə işbirliyiniz haqqında nələri deyə bilərsiniz?
– Mən bundan sonrakı fəaliyyətimi
həmin teatrda davam elətdirmək fikrindəyəm. “Mən qadınam” əsəri, eyni zamanda Sumqayıt
Dövlət Dram Teatrında
Şirməmməd Nəzərlinin
“Yusifin qəmi” adlı pyesi hazırlığı başa
çatmaq üzrədir.
Mənim sağlamlığım
və fiziki gücüm buna imkan verir ki,
bütün bu işlərimi öz yoluna qoyum.
– Gənc Tamaşaçılar Teatrı
üç ayrı-ayrı
teatrın birləşməsidir.
Cənnət Səlimovanın
baş rejissor olduğu dönəmdə
vahid komanda anlayışını bərqərar
etmək alınmadı.
Siz necə, üç ayrı-ayrı
qrupdan vahid komanda düzəldə biləcəksinizmi?
– Mən teatrı, təbii ki, baş rejissor kimi təyin olunacağamsa, yalnız vahid formada görürəm.
3 il müddətində
bu teatrda “Viktoriya” pyesini hazırlamışam, eyni
zamanda “Hacı Qara” pyesini bərpa
etmişəm. Amma o qruplaşmaları görməmişəm,
hiss etməmişəm. Gənc
Tamaşaçılar Teatrı
ən uzunömürlü
teatrlardan biridir. Bu teatrın gələn il 85 yaşı tamam olur və
bu teatr üçün kifayət
qədər çox yaşdır. Teatrda 20 il ərzində özünəməxsus yaradıcılığı
ilə məşğul
olan insanlar var ki, onların
da hər biri teatr yaratmaq
arzusunda olub. Bura Loğman Kərimov, Azərpaşa Nemətov, Ağakişi Kazımov kimi insanları adlarını çəkmək
olar.
– Sizcə, bu qruplaşmaları üz-üzə qoyan nə idi?
– Mən bir şeyi
deyə bilərəm,
baş rejissordan yalnız işləmək
tələb olunur.
– Sizcə, teatrda əvəzolunmaz insanlar varmı?
– Mən deyərdim ki, bizim dövrümüzün
öz aktyor kumirləri olub, indiki cavanlarında öz aktyor kumirləri var. Keçmişlə
bu günü müqayisə etsək, bunu asanlıqla görə bilərik, yəni bugünkü gənclər o dövrün
peşəkarlarını əvəz
edə bilməzlər.
– Cənnət Səlimova müsahibələrinin
birində demişdi ki, mənim gedişimlə bu teatr öləcək...
– İnsanlar gəldi-gedərdi,
sənət isə həmişə yaşayacaq.
– “Mehdi Məmmədov”
məktəbi deyilən
bir anlayış vardı. İndi heç bir rejissorun adı ilə bağlı o ifadəni eşitmək olmur
– Mənim təhsil aldığım vaxtlarda Mehdi Məmmədov kafedra müdiri işləyib. O, dünyasını
dəyişənə qədər
əlaqələrimiz daima
olub. Mehdi Məmmədovun pedaqoji fəaliyyəti 45 ildirsə,
onun peşəkar teatr fəaliyyəti 17 ildir. Deməli, bu, mif artıq
yox edilib. Bir həyat ömrü üçün
mənə elə gəlir ki, bu tamaşalar yetərincə kifayət edir. Mehdi Məmmədov
Gəncə Dövlət
Dram Teatrını yaradıb,
1941-ci ildə Milli
Dram Teatrında və
Rus Dram Teatrında işləyib. Onun işləri əvəzolunmazdır.
M.Məmmədovun hər
teatrda bir tamaşası olub, amma o tamaşaların hər biri bütöv
bir ensiklopediyadır.
– Başqa “ensiklopediyalar”
varmı?
– Tofiq Kazımovun, Ədil İsgəndərovun
adını da çəkə bilərəm.
Bu gün biz 21-ci əsrdə
yaşayırıq. Gənclərimizdə
də başqa bir fikir, düşüncə
tərzi formalaşıb.
30-40 ci illərdə cavan qız, cavan oğlan rolunu 50 yaşında aktyor, aktrisa oynayırdı və gənclərimizdə bunu
qəbul edirdilər. Bu
dövr cavanları isə hətta “Romeo və Cülyetta”da öz yaşında olan aktyor və
aktrisaların təqdimatında
görmək istəyirlər.
– Teatrların əksərində
baş rejissor-direktor qarşıdurması yaşanır.
Baş rejissor kimi təsdiqlənsəniz...
– Mübariz Həmidov da, İsrafil İsrafilov da yetərincə tanınan direktorlardır və onlar teatrın inkişafı üçün
əllərindən gələni
edirlər.
– Deyək ki, əmriniz verildi. Nədən başlayacaqsınız?
– İşlərim çoxdur.
Yanvar ayında türk dramaturqu Toyqun Olmanın “21-15 nömrəli qatar” pyesi üzərində işləyəcəm
və bu pyes təkcə teatrın deyil, eyni zamanda mənim
düşüncələrimlə də bağlıdır. Gənc Tamaşaçılar
Teatrında hazırlayacağım
tamaşalar teatr üçün çox əhəmiyyətli olduğu
qədər, onun inkişafına böyük
təkan verə bilər. Bura eyni zamanda rus,
Azərbaycan rejissorları
da dəvət edilib. Bəzi insanlar düşünürlər
ki, mütləq teatr yaş kateqoriyalarına cavab verməlidir, amma mənim nəzərimdə
bu belə olmamalıdır. Bu da bir ənənədir, bu ənənəni birdən-birə pozmaq mümkün deyil. Müəyyən vaxt keçdikcə bu məsələlər də öz həllini
tapacaq.
Olaylar.- 2012.- 7 avqust.- S.4.