Sənətinin dahisi - PORTRET

 

Yaşayın ki, efirimiz, kinomuz yaşasın

 

Ömür... Sanki bir göz qırpımında sənət və həyat yollarında öz səhifələrini yazır. İstər həyatda bir insan, vətəndaş, ziyalı, şəxsiyyət kimi, istərsə də sənət aləmində seçdiyi sənətin dahisi, müdriyi, əlçatmaz zirvədə olan bir azərbaycanlı, mükəmməl, kamil Azərbaycan övladı olan qəhrəmanım da ömür səhifələrini şərəflə, namusla, alnı-açıq, üzüağ yazdı. Hər birimizə nümunə olan bir həyat, sənət ömrü yaşadı və bu gün də ləyaqətlə yaşayır. O, yaşayır ki, yaşatsın. O, yaşayır ki, öz həyat və sənət təcrübəsini bölüşsün, paylaşsın. O, yaşayır ki, insanlara qorxubilməzliyi, cəsarəti, şücaəti öyrətsin. O, yaşayır ki, cəmiyyətimiz efirdən bəhrələnsin. O, yaşayır ki, kinomuz parlasın, qüdrətlənsin. O, yaşayır ki, yaratdıqları cəmiyyətin düşüncə tərzində yeniliklərə təkan versin. O, yaşayır ki, yetişdirdiyi tələbələrinin barını görsün. Söhbət bugünkü qəhrəmanım Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Gürcüstanın “Şərəf” ordeni, Ukraynanın “Soqlasieordeni ilə təltif edilmiş dünyaşöhrətli rejissor, ssenarist, pedaqoq, dəyərli televiziya rəhbəri, “Space” Müstəqil Teleradio Yayım Şirkətinin prezidenti Vaqif Mustafayevdən gedir. Gəlin qəhrəmanımla  ad günü ərəfəsində onunla daha yaxından tanış olaq. Bu tanışlıq qəhrəmanımın Azərbaycan kinosu, efiri, telejurnalistikası, Vətənimiz üçün etdiklərinin bircə hissəsini əhatə edir. Onu təqdim etmək üçün bir yazı kifayət etməz! Çoxşaxəli qəhrəmanımın yaşayıb arxada qoyduğu illərin tarixə köçən anlarının bəzi məqamlarını sizlərlə paylaşacağam. Deməli, yaşanan illər hədər getməyib, hər bir il şanlı tarixə çevrilərək öz dahilik səlnaməsini yazıb.

 

Tanışlıq və ya ömrün yarpaqlarından düşərək tarixləşən illərin uğurlu nəticələri

 

Vaqif Behbud oğlu Mustafayev 28 avqust 1953-cü ildə Bakıda anadan olub. Azərbaycan  Dövlət Xalq Təsərrüfatı İnstitutunu, daha sonra Moskvada Ali rejissorluq ssenaristlər kursunun rejissorluq bölməsini bitirib. Eldar Ryazanov kimi görkəmli rejissorun tələbəsi olub. Kinoda uğurlarına gorə Çarli Çaplin adınaQızıl Əsamükafatına layiq görülüb. Oberhauzen Beynəlxalq Kinofestivalının 4 mükafatını, İstanbul Beynəlxalq Kinofestivalının əsas mükafatçılarından biri olub. Sorento-Neapol Beynəlxalq Kinofestivalının laureatı olaraq dünyaya səs salıb. Yaramazfilmi 1989-cu ildə İtaliyanın Vittoriya de Sika mükafatına layiq görülüb. Rejissora “Kino televiziya sənətinin inkişafına verdiyi töhfəyə görədiplom mükafatı Rusiya Kino İncəsənəti Kino Elmi Akademiyasının prezidenti Vladimir Naumov, Rusiya Dövlət Film Fondunun prezidenti Nikolay Borodoçov Avrasiya Televiziya Radio Akademiyasının prezidenti Valeri Ruzin təntənəli şəkildə təqdim ediblər. Vaqif Mustafayev Azərbaycanın Ümummilli lideri Heydər Əliyev haqqında 11 sənədli filmin müəllifidir.

 

Heydər Əliyev. Birinci film. General (film, 1996)

Heydər Əliyev. İkinci film. Birinci (film, 1999)

Heydər Əliyev. Üçüncü film. Moskva. Kreml (film, 1999)

Heydər Əliyev. Dördüncü film. Lider (film, 1999)

Heydər Əliyev. Beşinci film. Tale (film, 2000)

Heydər Əliyev. Altıncı film. Əsl məhəbbət haqqında (film, 2001)

Heydər Əliyev. Yeddinci film. Bir həsədin tarixi (film, 2002)

Heydər Əliyev. Səkkizinci film. Professional (film, 2004)

Heydər Əliyev. Doqquzuncu film. Patriot (film, 2004)

Heydər Əliyev. Onuncu film. Xüsusi təyinat (film, 2008)

Heydər Əliyev. On birinci film. Dövlət (film, 2011)

Heydər Əliyev. Əsl məhəbbət haqqındasənədli filmi IV Avrasiya TeleforumundaTeleportretZamanın simasınominasiyasının baş mükafatını alıb. Əlavə olaraq Moskva qubernatoru Boris Qromovun xüsusi mükafatına layiq görülüb. Eyni zamanda Heydər ƏliyevBir həsədin tarixisənədli filmi V Avrasiya TeleforumununQran Pri”sini alıb. Yekatrinburq Sənədli Festivalının da xüsusi mükafatına layiq görülüb. Rusiya Kinomotoqrafçılar İttifaqının Kino Evində keçirilən XI Avrasiya Teleforumunda Heydər ƏliyevXüsusi  təyinatsənədli filmi festivalınınQran Primükafatını alıb rejissor Beynəlxalq Jurnalistlər İttifaqının ordeninə layiq görülüb. Azərbaycan Mətbuat Şurası Dialoq Avrasiya Platformasının birgə təsis etdiyiHəqiqətə xidmətlərinə gorəmükafatı rejissora Heydər Əliyev haqqında çəkdiyi silsilə sənədli filmlərə, jurnalistika sahəsində yenilik, cəsarət professionallıq nümayiş etdirdiyinə görə təltif edilmişdir. İlin Vətən övladımükafatının laureatıdır. Bu gün Azərbaycanda Vaqif Mustafayev qədər xaricdə qəbul edilən, Beynəlxalq mükafatlara layiq görülən  digər bir rejissor yoxdur. Bəzən biz bu uğurları deməyə qısqanclıqla yanaşırıq. Bu uğurlara paxıllıq etmək yox, sevinmək fəxr etmək lazımdır. Çünki bu Azərbaycanımızın onun ləyaqətli övladının Dünyaya səs salan uğurlarıdır. Vaqif Mustafayev Avropa Kino, Televiziya Radio Akademiyasının üzvü, Avrasiya Televiziya Radio Akademiyasının birinci vitse-prezidentidir. Mənim üçün ən böyük mükafatDahi lider Heydər Əliyev hazırkı prezidentimiz İlham Əliyev tərəfindən mənim əməyimin qiymətləndirilməsidirdeyən Vaqif Mustafayev ilhamlı sabahlara daha inamla addımlayaraq neçə-neçə mükafatlara imza atacağına ümidliklə əmindir. Çünki, o, öz gücünə dövlətin dəstəyinə inanır, hər zaman həmin dəstəyin əhatəsindədir.

 

Filmoqrafiyasından incilər

 

Astarı üzündən baha (film, 1986) Atamın sənəti (film, 1980) Azərbaycan naminə! (film, 2004) Belə olur (film, 1988) Belə lazımdır (film, 1982) Bəyin oğurlanması (film, 1986) Bumeranq (film, 1982) Dua (film, 1982) Əbədi mühərrik (film, 1985)Əgər bir yerdəyiksə (film, 1975) Fədailər (film, 1986)Fəryad (film, 1993) "Fransız" (film, 1995) Hər şey yaxşılığa doğru (film, 1997) Kommersiya (film, 1992) Qarabağ şikəstəsi (film, 1996) Qıfılbəndin açması (film, 1982) Ləqəbi "İKA"dır (film, 1997) Mastika (film, 1986) Məsələ ¹ 777 (1980) Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980) Milli bomba (film, 2004) Musiqili xaş (film, 1984) Nakəs (film, 1991) Nankorluq (film, 1982) Nəvəmin nəvəsinin nəvəsi (film, 1985) Özbaşınalıq (film, 1986) Poliqlotlar (film, 1974) Proloq (film, 1986) Sayı çox... (film, 1981) Seans (veriliş, 2007) Səhər (veriliş, 1995) Sökmək asandır... (film, 1985) Sözün çəkisi (film, 1980) Sübut (film, 1982)Tətil (film, 1991) Tütək səsi (film, 1975) Uşaq aləmi (film, 1986) Ütü gözəllikdir (film, 1980) Üzeyir ömrü (film, 1981) Üzr istəyirəm (film, 1985) "Yapon" yaponiyalı (film, 1990) Yaramaz (film, 1988) Yaşar olduğu kimi (film, 2001) Yeganə əlac (film, 1981) Yeni üsulu (film, 1989) Yenilik (film, 1986) Yerlə göy arasında (film, 1999) Yoxlama (film, 2006) s.

 

Filmlərdən özəlliklər

 

Əsl kinomotoqrafçı olduğundan ekranın dilini mükəmməl bilir adi hadisələrə böyük ictimai məna verməyi bacarır. Ekran həlli verdiyi ən kiçik süjetlər belə cəmiyyəti düşündürür. Yaramazfilmi kinomuzda inqilaba səbəb oldu. Çünki, Vaqif Mustafayevə qədər heç kəs, heç bir rejissor belə açıq danışmağa cürət etməmişdi. Koorrupsiya, rüşvətxorluq kimi məsələləri ekranın açıq müzakirə obyektinə çevirmək cürət tələb edirdi. Bunun üçün qorxubilməzlik tələb olunurdu. Filmin prototipləri filmə baxdıqdan sonra böyük narahatçılıqlar keçirirdilər. Çünki onlar özlərini, əməllərini ekrandan izləyirdilər.

Heydər Əliyev şəxsiyyəti ilk dəfə Vaqif Mustafayevin filmlərində əhatəli şəkildə tamaşaçılara çatdırılırdı. Çox çətin həddindən artıq məsuliyyətli bir idi. Rejissorun öz istedadına inamı, təcrübəsi, kamilliyi filmləri daha da maraqlı məzmunlu etdi. Həmin filmlərlə o,  xalqına öz rəhbərini olduğu kimi təqdim edə bildi. Filmlərdə nadir faktlara müraciət edərək Ulu öndər Heydər Əliyev dühasının ucalığını, əlçatmazlığını xalqa təqdim etdi. Uzun axtarışlar, ciddi, səviyyəli görüşlər, yüksək vəzifəli dövlət rəhbərləri ilə təmasda olmaq özü yüksək siyasi səriştə tələb edirdi. Elə ona görədir ki, Vaqif Mustafayev Mixail Qorbaçovun üzünü Heydər Əliyev şəxsiyyətinin fonunda cılız, gücsüz aciz göstərərək öz qisasını alır. Tərəfləri qarşı-qarşıya qoyaraq yalnız Heydər Əliyevin haqlı olduğunu sübuta yetirərək yalanları ifşa edir. Bununlada Vaqif Mustafayev Heydər Əliyevin uzaqgörənliyini öz rejissor traktovkasında ekran vasitəsi ilə tamaşaçıya çatdırır. Bu filmlər Heydər Əliyev haqqında həm dərslik vəsaiti, həm Ulu öndərin özəl həyatı haqqında bənzərsiz ekran əsəridir.

 

Xoş soraqlı sözlər

                                                                 

Moldova Respublikası Prezident Administrasiyasının rəhbəri Anna Ropeskunun dediklərindən   Vaqif Mustafayev beynəlxalq miqyasda rəğbət qazananMilli bomba”, “Yaramaz”, “Belə lazımdır s. kimi filmləri sayəsində adı dünya kinemotoqraflarının canlı klassikləri sirasına düşüb”.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov   Vaqif Mustafayevin filmlərində Azərbaycan həqiqətləri ortaya qoyulub. Rejissorun  Ulu öndər Heydər Əliyevlə bağlı çəkdiyi filmlərin uşaq baxçalarından tutmuş hər bir vətəndaş tərəfindən öyrənilməsi vacibdir. Həmin filmlər bütün məktəblərdə, xüsusəndə tarix dərslərində dərs vəsaiti kimi nümayiş olunmalıdır.”

 

Axar söz ya yaş üstünə yaş gələndə uğur yol yoldaşı olur

 

Sənətinin dahisi, insanlığın ali zirvəsi, ziyalı pedaqoq fenomeni olan qəhrəmanımın, çox sevdiyim, qürur duyduğum şəxsiyyətin doğum gününə ərməğan etdiyim bu yazı minlərin qəlbindən süzülən duyğuların bir parçasıdır. Çalışdım ki, bir məktəb, canlı əfsanə olan qəhrəmanım haqda yazanda sözlərə qısqanclıq etməyim, haqqı yazım, qələmim xəsislik etməsin. Sevə-sevə baxdığımızHəyatın qaynar xətti”, “Etiraf”, “Sevimli şou”, “Bizi barışdırınverilişlərinin böyük tamaşaçı sevgisi qazanmasında Vaqif Mustafayevin  əməyini xüsusi qeyd etmək lazımdır. Xalqa doğma olan, onları maraqlandıran problemlər, sosial yönümlü mövzular, illərdən süzülüb gələn mahnıların musiqili ifaçıları tamaşaçılara zövq verməkdə davam edirlər.

Ömrünü Vətəni, Dövləti onun dövlətçiliyi, milliliyi üçün şam kimi əridən Vaqif müəllimə uğurlar arzulayır deyirik:

Ad gününüz mübarək! Yaşayın ki, kinomuz, efirimiz yaşasın! Siz bizə Azərbaycanımıza həmişə lazımsınız, ey sənətinin Dahisi...

 

 

Alim Nəbioğlu

 

Olaylar.- 2012.- 25-27 avqust.- S.5.