Mənimlə dil tapmaq çox çətindir

 

Rejissor Samir Qulamov istedadsızlara baş rolların verilməsini sənətə zərbə olduğunu deyir

 

Samir Qulamov BİMİ, ADMİU BKA-nın məzunu, İtalian rejissoru Kişdov Zanussi, Pavel Çuxray kimi rejissorların yetirməsidir. Hər birimizin tanıdığı, sevdiyi rejissor. İstər özünü bir aktyor, istərsədə bir rejissor, ssenarist kimi təsdiqləyib sənət möhürünü vuran istedadlı sənət fədaisi. Qəlbi yaratmaq eşqi ilə döyünən, gəncliyin mənəvi dayağı, ümid yeri olan Azərbaycan övladı. Ən əsası, insani keyfiyyətləri, əsl azəri kişisinə xas görkəmi, xasiyyəti, əqidəsi ilə minlərin qəlbinə köçən, sənətdə öz yolu, dəsti- xətti olan azərbaycanlı...

 

- Samir müəllim, Siz lazımınca tanınan, sevilən, ən əsası professionalların qəbul etdiyi bir rejissorsunuz. Nədən quruluş verdiyiniz tamaşalarda, çəkdiyiniz filmlərdə tanınmış aktyorlara yer ayırmırsınız?

- Mən tanınmışların kölgəsində gizlənərək isə əldə etməyə can atan, populyar simaların tanınmaq baxımından reytinq toplamağa çalışan, bir sözlə tanınmışların sənət təcrübələrindən bəhrələnərək tamaşa hazırlayan, film çəkən rejissorlardan deyiləm. Bu mənim sənət palitrama yad ziddir. Mən tanınmayan, lakin potensial imkanı olan gənclərə şərait yaradıram. İstəmirəm ki, istedadlı gənclərimiz kölgədə qalsın. Əgər bir istedadlı gənci filmimə çəkib onu xalqa təqdim edirəmsə bundan xalq razı qalırsa, bu mənim uğurum kəşfimdir.

- Sizin reytinqlərin zirvəsində dayananKüləklər şəhərifilminizdə əməkdar incəsənət xadimi Baba Vəziroğlunu da gördük...

- demək istədiyinizi anladım. Deyirsiniz ki, cəmiyyətdə müəyyən nüfuz sahibləri olan bu iki tanınmış şəxsiyyətləri niyə filmə çəkmişəm? Bu mənim rejissor təxəyyülümün məhsulu deyil. İstər Şeyx Əbdül, istərsə Baba Vəziroğlu özləriKüləklər şəhəri”ndə çəkilmək arzusunda olublar. İstək həmin şəxslərin özlərindən qaynaqlanıb. Mən onların bu istəklərini reallaşdırıb, arzularını çin etmişəm.

- “Küləklər şəhərifilmində hansı gənc aktyorun oyunu sizi bütövlükdə bir rejissor kimi qane edir?

- Filmdə bir çox aktyor var ki, onlardan biri Səlimdir. O, professional olmasa da öz rolunu öhdəsindən məharətlə gəlir. Hətta aktrisa Səidə Qulamova da Səlimin rolu yaratmaq, obrazın daxilinə varmaq bacarığına heyran qaldığını söyləyib. Səlim məni bir aktyor kimi tam qane edir.

- Rejissorlar yaman qısqanc olur. Bildiklərini öyrətmək istəmirlər. Bu nədəndir?

- Öyrətməyi bacarmayan rejissor uğurlara imza atmayacaq. Baş rolları da həmişə tapşırıqlarla istedadsız aktyor aktrisalara verəcək. İstedadsız aktyor aktrisa qədər baş rollar oynasa da o, professionalların gülüş obyekti olacaq. Tapşırıqla rollar bölünməz.

- Demək ki, siz tapşırıqla quruluşlarınıza aktyor aktrisalar dəvət etmirsiniz?

- Qəti. Qərarı mən verirəm, mənə qərar vermirlər. İstedadsız aktrisa aktyorla heç əldə etmək olmaz. Ona görə bəzi teatrlarımızda sənət adamlarına rollar tapşırıq telefon zənglərilə əsaslanıb bölündüyündən tamaşaların, sənət əsərlərinin ömrü uzun olmur. Sənət sənətkarlığı sevir. Sənətində sənətkarlığın yoxdursa, Sən heç nəsən.

- Maraqlıdır, “Küləklər şəhərifilminin bir seriyasının çəkilişi üçün qədər maddiyatınız gedir?

- Bir seriya üçün 150 manat pul xərclənir. Qeyd edim ki, sponsorumuz yoxdur, öz imkanlarımız hesabına bu filmi ərsəyə gətiririk.

- Bəs aktyorlara qonorar ödənilmir?

- Xeyr, onlar fədaidirlər, sənət naminə çalışırlar, bu filmə çəkilməklə onlar böyük bir məktəb keçirlər. İnanın, mən bu filmin həm ssenari müəllifi, həm rejissoru, həm operatoruyam. İndi təsəvvür edin, gedişatda əsəblər necə tarıma çəkilir.

- “Küləklər şəhərifilmi start götürəndəRuhların qovuşan yeriadlanırdı. Niyə adını dəyişdirdiniz?

- Mən bir xanım aktrisanı bu filmdə baş rola çəkmişdim, 20 seriyamız hazır idi. Sonra həmin xanım ailə həyatı qurdu xahiş etdi ki, o çəkilən yerlər verilməsin. Mən istəmədim ki, aktrisanın ailə xoşbəxtliyinə mane olum. 20 seriyanı həmin xanımın xoşbəxtliyinə qurban verdim təzədənKüləklər şəhəriadı ilə həmin filmi çəkdim.

- Özünüzü necə xarakterizə edirsiniz?

- Əsəbiyəm, konkret qərar verirəm. Verdiyim qərarı dəyişmirəm. Mən hamıyla dil tapıram, ancaq mənimlə dil tapmaq çox çətindir.

- Hansı çəkilən filmlər Sizi daha çox qane edir?

- Vaqif MustafayevinYaramaz”, Rasim OcaqovunÖlsəm bağışlafilmlərini çox bəyənirəm.

- Kinomuzun bu günü sizi qane edirmi?

- Qətiyyən. Mədəniyyət Nazirliyinin kino şöbəsi fəaliyyətində güclü dönüş yaratmalıdır. Hansı filmimiz dünya beynəlxalq mükafatlara layiq görülüb? Heç biri. Budur görülən işlərin nəticəsi. Nəsimi Əliyev, Murad Muradov kimi gənc rejissorlarımıza şərait yaradılmalıdır. Mən bu iki gəncin rejissurasına çox ümidliyəm.

- Samir müəllim, Sizi qısqanan rejissorlara münasibətiniz. Tarixən yaşlı nəsil gəncləri qısqanıb, yollarında səddə çevriliblər...

- Mən sağlam saf rəqabətin tərəfdarıyam. Qısqanclıq, paxıllıq mənim təbiətimə xas deyil. O ki, qaldı mənim paxıllığımı çəkən rejissorlara, bircə onu deyirəm ki, rejissorun fantaziyası, təxəyyülü tükəndisə, deməli onun sənətlə vidalaşmağının məqamı çatıb. Onu qeyd edim ki, istedadı qədər boğsan da, yolunda sipər olsan da, onu itirmək, silmək mümkün deyil. Sənətkarlıq olan yerdə bütün səfləri dəf etmək mümkündür.

- Belə bir sual. Gəncsiniz, xanım aktrisaların toruna düşmək təhlükəsi ilə üzləşməmisiniz?

- Mən hisslərimə hakim olmağı bacarıram. Bir onu deyim ki, mən hər kəsi bəyənən, tez- tez vurulan, hisslərinin, nəfsinin qulu olanlardan deyiləm.

... Müsahibim olduqca qürurlu, qabağından yeməyən, sözünün ağası olan bir gəncdir. İstedadı ilə çox rejissorları arxada qoyan Samir Qulamova uğurlar, saysız- hesabsız filmlər arzulayırıq. Qismət olsa, bir görüşərik.

 

 

Alim Nəbioğlu

 

Olaylar.- 2012.- 1 fevral.- S.11.