Güney Azərbaycan diasporu

 

Cənublu soydaşlarımızın xarici ölkələrə mühacirəti, həmin ölkələrdə diasporamızı formalaşdırmaq prosesi bir neçə mərhələni əhatə edir

 

Azərbaycan diasporunun ən böyük qanadlarından birini cənublu soydaşlarımız təşkil edir. Diasporamızın inkişafında xüsusi rol oynayan, bu işə öz töhfələrini verən cənublu soydaşlarımızın xarici ölkələrə mühacirəti, həmin ölkələrdə diasporamızı formalaşdırmaq prosesi bir neçə mərhələyə bölünür. Ümumiyyətlə, XX əsrin əvvəllərinə qədər Cənubi Azərbaycandan Qərb və Şərq ölkələrinə mühacirət prosesi baş verib. Lakin Cənubi Azərbaycan mühacirət tarixi bizdə lazımı səviyyədə tədqiq olunmayıb. Tədqiqatçılar XX əsrdən etibarən Cənubi Azərbaycandan başlanan mühacirət prosesini siyasiiqtisadi səbəblərlə bağlayırlar. Tədqiqatçıların dəyərləndirmələrinə görə, xüsusilə cənublu soydaşlarımız XX əsrdə 5 əsas dalğa ilə dünyanın müxtəlif ölkələrinə mühacirət ediblər. Ancaq XX əsrdən əvvəl də İranda yaşayan həmvətənlərimizin xarici ölkələrə mühacirət prosesi qeydə alınıb. Bu sıraya XIV əsrdə baş verən mühacirəti daxil etmək olar. XIV əsrdə Cənubi Azərbaycandan olan soydaşlarımızın xarici ölkələrə mühacirətinin birinci dövrü 1813-cü ilGülüstan” müqaviləsindən sonrakı illərə təsadüf edir. Həmin illərdə cənublu soydaşlarımızın dünyanın müxtəlif ölkələrinə baş tutan mühacirəti zəif və pərakəndə şəkildə olsa da, lakin ruslara qarşı mübarizə özünü az da olsa büruzə verirdi. Paralel olaraq bu illərdə ölkə xaricində və daxildə müqavimət hərəkatı yaranmağa başlayırdı.

Cənubi azərbaycanlıların xarici ölkələrə mühacirətinin ikinci mərhələsi 1828-ci il “Türkmənçay” müqaviləsindən sonra baş verib. İranla Rusiya arasında başlanmış “Türkmənçay” müqaviləsindən sonra daha yüzlərlə cənublu soydaşımız doğma vətəni tərk edərək xarici ölkələrdə məskunlaşmağa üstünlük verdi.. Artıq ikiyə parçalanmış Azərbaycan diasporunda Şimali və Cənubi azərbaycanlılar termininin yaranmasına səbəb olan “Türkmənçay” müqaviləsi tək Azərbaycanın ikiyə parçalanması ilə yekunlaşmadı. Eyni zamanda bu müqavilə diasporda da psixoloji-mənəvi dəyişiklik yaratmağa, mühacir azərbaycanlıların dünya görüşündə müəyyən fərqlərin meydana gəlməsinə səbəb oldu. Ümumiyyətlə, 1813-cü ilGülüstan” və 1828-ci il “Türkmənçay” müqavilələrindən sonra ikiyə parçalanan Azərbaycanın Rusiya tabeçiliyində olan hissəsi Şimali, İran əsarəti altında qalan hissəsi isə Cənubi Azərbaycan adlandırılmağa başlandı.

XX əsrdə Cənubi azərbaycanlıların xarici ölkələrə mühacirəti 1900-cü ilin əvvəllərində baş verirdi. Yaxın tarixə nəzər yetirsək görərik ki, bu əsrdə soydaşlarımızın xarici ölkələrə ilk mühacirəti 1908-1918-ci illərdə qeydə alınıb. Həmin illərdə İranda yaşayan cənublu soydaşlarımız xarici ölkələrə mühacirət etməyə üstünlük verdilər. Həmin dövrü hətta Azərbaycan diasporu nümayəndələrinin ictimai fəaliyyətə marağının artması kimi səciyyələndirmək olar. İrandan mühacirət edərək Türkiyə, RusiyaAvropa ölkələrinə üz tutan həmvətənlərimiz həmin ölkələrdə ictimai təşkilatlar yaradaraq diasporumuzun birləşməsi, həmrəylik istiqamətində çalışırdılar. Bu dövrdə Cənubi Azərbaycandan Avropa ölkələrinə köçən soydaşlarımız arasında elm, ədəbiyyat və incəsənət xadimləri yetişmiş və yaşadıqları ölkələrdə nüfuz sahibi olmuşlar.

Cənublu soydaşlarımızın xarici ölkələrə mühacirəti 1920-ci illərdə də baş verib. Bu illərdə baş verən mühacirət əsasən siyasi amillərlə bağlı olub. İranda soydaşlarımızın milli haqqlarını tələb etmək məqsədilə başladığı Xiyabani hərəkatının məğlubiyyətə uğramasından sonra soydaşlarımıza qarşı artan təzyiqlər, minlərlə insanın həbs edilməsi təhlükəsi soydaşlarımızı xarici ölkələrə mühacirət etmək məcburiyyətində qoydu. Bu dövrdə İrandan ayrı-ayrı ölkələrə mühacirət edən azərbaycanlılar arasında daha çox ziyalılar, elm adamları, siyasi təşkilat təmsilçiləri üstünlük təşkil edirdi. İran hakimiyyətinin təqib və təzyiqlərindən xarici ölkələrə mühacirət etmiş azərbaycanlılar həmin ölkələrdə Cənubda yaşayan həmvətənlərimizin haqq və hüquqlarını dünya ictimaiyyətinə çatdırmaqla yanaşı diaspora işində də yaxından iştirak edir, dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılar arasında milli birlik və həmrəyliyin formalaşması istiqamətində müəyyən addımlar atırdılar.

Cənubi azərbaycanlıların 1930-1940-cı illəri əhatə edən mühacirəti əsasən sosialiqtisadi səbəblərdən baş verirdi. Bu illərdə İranda iqtisadi vəziyyətin ağırlaşması, yaranmış işsizlik problemi insanları xarici ölkələrə mühacirət etmək məcburiyyətində qoyurdu. Eyni zamanda bu ölkədə təhsil səviyyəsinin aşağı olması da daha keyfiyyətli təhsil almaq üçün gənclərin xarici ölkələrə üz tutmasına səbəb olurdu. Daha keyfiyyətli təhsil üçün xarici ölkələrə mühacirət edən Cənubi azərbaycanlı gənclər də öz növbəsində bu ölkələrdə diaspora işinə öz töhfəsini verir, həmvətənlərimizin təşkilatlanma prosesində yaxından iştirak edirdilər.

İranda hərbi diktatura rejiminə etiraz edən azərbaycanlıların siyasi mühacirəti isə 1950-ci illərə təsadüf edir. Pişəvəri hərəkatının məğlubiyyətə uğramasından sonra İran hakimiyyətinin hərəkat fəalları ilə yanaşı ona dəstək verməkdə şübhəli bilinən şəxslərə qarşı təqib və təzyiqlərə başlaması minlərlə soydaşımızın İranı tərk edib ayrı-ayrı ölkələüz tutmasına gətirib çıxardı. Həmin illərdə cənublu soydaşlarımız üz tutduqları Avropa ölkələrinə İran hakimiyyətinin insan hüquq və azadlıqlarına qarşı çıxdığını anlatır, dünya ictimaiyyətini bu ölkədə baş verənlərə biganə qalmamağa çağırırdı. Eyni zamanda soydaşlarımız birlik istiqamətində də əməli addımlar atır, birlik, bərabərlik uğrunda çalışırdılar. Ümumiyyətlə, Pişəvəri hərəkatından sonra İran hakimiyyətinin ölkədə daha sərt tədbirlərə əl atması, xarici ölkələrlə müəyyən əlaqələri olan siyasi təşkilat və birliklərin fəaliyyətinə yönəldilən əngəllər bu ölkədə normal yaşayış mühitini mümkünsüz edirdi. Eyni zamanda İran daha keyfiyyətli, müasir təhsil sisteminə keçid baxımından da geridə qalmış ölkələr sırasında yer alırdı. Bu isə müasir təhsil almaq istəyində olan gənclərin İranı tərk etməsinə səbəb olurdu. Heç şübhəsiz ki, bu insanlar arasında Cənubi azərbaycanlılar da çoxluq təşkil edirdi. 1960-cı illəri əhatə edən bu mühacirət zamanı İranda yaşayan azərbaycanlılar inkişaf etmiş dövlətlərə təhsil və təkmilləşdirmə məqsədilə üz tuturdular.

İranda yaşayan soydaşlarımızın XX əsrdə xarici ölkələrə mühacirətinin sonuncu dövrü İran İslam İnqilabından sonraya təsadüf edir. 1978-1979-cu illər İran İslam İnqilabından sonra bu ölkədə yaşayan həmvətənlərimizin xarici ölkələrə mühacirəti daha da sürətləndi. Dünyanın xtəlif ölkələrində Azərbaycan diasporunun formalaşmasına 1979-cu il İran İslam İnqilabından sonra azərbaycanlıların xarici ölkələrə kütləvi şəkil alan mühacirəti mühüm rol oynayırdı. Həmin illərdə İranı tərk edərək Türkiyə, Almaniya, İsveç, Birləşmiş Ştatlar kimi ölkələrdə məskunlaşan azərbaycanlı mühacirlər öz hüquqlarının bərpasına yardım göstərmək üçün beynəlxalq təşkilatlara müraciət edirdilər. Eyni zamanda azərbaycanlılar Fransa, Almaniya, Türkiyə, Birləşmiş Ştatlar, Skandinaviya ölkələrində milli kimliklərini qorumağa çalışırdılar. Həmin illərdə Cənubi Azərbaycandan başlanan siyasi mühacirət diasporumuzun tərkibini xeyli genişləndirdi. Azərbaycanın keçmiş SSRİ-nin tərkibində olmasına baxmayaraq diasporla Vətən arasında sıx əlaqə vardı. Azərbaycanda baş verən hadisələri diqqətdə saxlayan Azərbaycan diasporu mətbuat vasitəsilə xaricdə yaşayan bütün azərbaycanlıları məlumatlandırırdı. Son 20 il ərzində də İrandan xarici ölkələrə mühacirət edən insanların sayı əsaslı dərəcədə artıb ki, bu insanların arasında cənublu soydaşlarımız da kifayət qədərdir. Son illərdə İran İslam Respublikasında insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, qeyri-millətlərə, xüsusilə azərbaycanlılara öz ana dilində təhsil almaq hüququnun verilməməsi həmvətənlərimizi bu ölkəni tərk etmək məcburiyyətində qoyur. Sadalanan problemlər səbəbindən İranı tərk etmiş azərbaycanlılar da xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasına təkan verir, bu prosesi sürətləndirir.

Ümumiyyətlə, Azərbaycan diasporunun mühüm qanadını təşkil edən cənublular əsasən ziyalılar və biznesmenlərdən ibarətdir. Mühəndis, inşaatçı, həkim, texnoloq, nəqliyyatçı və s. peşələrdə çalışan soydaşlarımızın bir çoxu peşəkar mütəxəssis hesab olunurlar. Akademik təhsilə maraq böyük olduğundan hazırda diasporumuzda ziyalılar təbəqəsi çoxluq təşkil edir. Ədəbiyyat, riyaziyyat, din, tarix, biologiya, iqtisadi elmlər sahəsində daha çox uğurlar əldə edən cənublu soydaşlarımız Qərb və Şərq ölkələrinin nüfuzlu aliorta məktəblərində dərs deyir, elm dairələrində tanınırlar. Cənubi azərbaycanlıların böyük bir hissəsi ticarət sahəsində çalışır və kifayət qədər güclü mövqeyə, iri kapital mənbələrinə malikdirlər. Geniş investisiya imkanları olan cənubluların sahib olduqları firmalar, şirkətlər, müəssisələr bir çox ölkələrin iqtisadiyyatında fəal rol oynayır. Soydaşlarımız məskunlaşdıqları ölkələrin siyasiiqtisadi elitasında da nüfuz sahibidirlər. Birləşmiş Ştatlar, Kanada, Böyük Britaniya, Fransa, Danimarka, İsveç, Avstraliya və digər ölkələrdə cənublular böyük imkanlara malikdirlər.

 

 

Olaylar.- 2012.- 8 fevral.- S. 15.