Benilüks Azərbaycanlıları Konqresi Avropa Birliyində lobbist təşkilat
kimi akkreditə olub
Sahil Qasımov: “2012-ci illə bağlı hədəflər böyükdür”
“Xocalı soyqırımı aktını
Benilüks ölkələrinin
parlamentlərinə daşımaq
istiqamətində calışırıq”
Dünyanın əksər ölkələrində
olduğu kimi Benilüks ölkələrində də Azərbaycan
diasporu öz aktivliyi ilə seçilir. Bu ölkədə fəaliyyət
göstərən Benilüks Azərbaycanlıları Konqresi
yarandığı gündən Azərbaycan həqiqətləri,
Dağlıq Qarabağ probleminin Benilüks ölkələrinə
çatdırılması istiqamətində aktiv fəaliyyət
göstərir. Konqresin sədri Sahil Qasimov “OLAYLAR”-a verdiyi
müsahibədə rəhbərlik etdiyi qurumun Xocalı
soyqırımının 20-ci ildönümü ərəfəsində
də Benilüks ölkələrində bir sıra tədbirlər
təşkil edəcəyini söyləyib. BAK sədri
Benilüks ölkələrində Azərbaycan diasporunun
hazırkı durumu barədə də danışıb.
-Sahil müəllim, Dünya Azərbaycanlılarının
üçüncü qurultayında prezident İlham Əliyevin
diaspor təşkilatlarına ünvanladığı
tapşırıq və tövsiyyələrə uyğun
olaraq Benilüks Azərbaycanlıları Konqresi ötən
müddət ərzində hansı işlər görüb və
qurultayın qəbul etdiyi qərarların icrası istiqamətində
konqres hansı addımlar atır?
-Dünya
Azərbaycanlılarının üçüncü
qurultayından sonra Beniluks Azərbaycanlıları Konqresi bir
sıra tədbirlər həyata keçirib. Qurultayda cənab
prezident İlham Əliyevin proqram xarakterli
çıxışı, eləcə də diaspor təşkilatlarına
ünvanladığı tapşırıq və tövsiyyələrə,
eləcə də qurultayın qəbul etdiyi qərarların
icrasına uyğun olaraq Benilüks Azərbaycanlıları
Konqresi lobbiçilik istiqamətində uğurlu addımlar atır.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi artıq təşkilatlanmadan
birbaşa lobbiçilik fəaliyyətinə keçmək
istiqamətində addımlar atılmalıdır. Biz də
konqres olaraq cənab prezidentin bu fikrini əlimizdə əsas tutaraq
qeyd edilən istiqamətdə fəaliyyətimizi intensivləşdiririk.
Ümumiyyətlə, prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının
III qurultayındakı nitqindən irəli gələn vəzifələr
xaricdəki Azərbaycan icmaları üçün əsas fəaliyyət
proqramı olmalıdır.
-Ümumiyyətlə, Dünya Azərbaycanlılarının
üçüncü qurultayının nəticələrini
necə dəyərləndirərdiniz? Bu qurultay Azərbaycan
diasporunun həyatında nə ilə yadda qaldı?
-Dünya Azərbaycanlılarının
qurultaylarının hər biri Azərbaycanın
diaspora həyatı üçün
mühüm və əlamətdar hadisə
olub. İlk dəfə
ümummilli lider, mərhum
prezident Heydər Əliyevin təşəbbüsü
və bilavasitə iştirakı ilə keçirilən Dünya Azərbaycanlılarının birinci
qurultayından sonra Azərbaycan diasporunun həyatında
mühüm mərhələ
başladı. Birinci qurultaydan
sonra keçirilən qurultaylar
isə bu sahədə görülən
işləri təhlil etmək, yeni məqsəd
və vəzifələri müəyyənləşdirməyi
qarşıya məqsəd qoyurdu.
Dünya Azərbaycanlılarının üçüncü qurultayı da ötən iki qurultay kimi Azərbaycan diaspora həyatında mühüm
və əlamətdar hadisə idi. Cənab
prezident İlham Əliyevin
təşəbbüsü və iştirakı ilə
keçirilən həmin qurultayda ötən
illərdəki fəaliyyətin hesabatı verildi,
yeni məqsəd və vəzifələr,
qarşıya qoyulan hədəflər
müəyyən edildi. Sonuncu qurultayda
xüsusi yadda qalan məqamlardan biri də
ondan ibarətdir ki, cənab
prezident İlham Əliyev
çıxışı zamanı lobbiçilik
fəaliyyətinə keçmək istiqamətində müəyyən
addımların atılmasının zəruriliyini
vurğuladı. Hesab edirəm ki, həm Benilüks Azərbaycanlıları
Konqresi, həm də digər Azərbaycan
diaspor təşkilatları Dünya Azərbaycanlılarının üçüncü qurultayında prezident İlham Əliyevin
verdiyi tapşırıq və tövsiyyələrə
uyğun olaraq
sözügedən istiqamətdə müvafiq
addımlar atacaqlar. Dünya Azərbaycanlılarının
üçüncü qurultayı bir məqamı ilə də yadda
qaldı. Belə ki, prezident
İlham Əliyevin imzaladığı sərəncamla
Azərbaycan diasporunun inkişafında
xidmətləri olan bir
qrup şəxs təltif edildi
ki, bu da
diaspora üçün
mühüm hadisə sayıla bilər.
Prezident İlham Əliyevin
imzalamış olduğu həmin sərəncam
həm də dövləti diasporaya, bu sahədə çalışan insanlara göstərdiyi diqqət və
qayğının bariz nümunəsi idi.
-Benilüks Azərbaycanlıları Konqresinin 2012-ci ildə qarşısına qoyduğu əsas hədəflər nədən
ibarətdir?
-Benilüks Azərbaycanlıları Konqresinin 2012-ci illə bağlı hədəfləri
böyükdür. Konqres
olaraq artıq Avropa
Birliyində lobbist təşkilatı kimi akkreditə olunmuşuq.
Benilüks Azərbaycanlıları Konqresi olaraq Xocalı
soyqırımı aktını Benilüks
ölkələrinin parlamentlərinə daşımaq istiqamətində
calışırıq. Ötən müddət ərzində
Azərbaycan icmasını Niderlandda da etnik qrup
kimi tanıda bilmişik.
Hazırda isə digər Benilüks
ölkələrində də bunu həyata
keçirməyə səy göstəririk.
-Benilüks ölkələrində Azərbaycan
diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz?
Erməni diasporu ilə müqayisədə
Azərbaycan diasporu bu
regionda güclüdürmü?
-
Benilüks ölkələrində Azərbaycan
diasporası demək olar ki,
güclüdür. Xüsusən də Niderland Krallığında və Belçikada Azərbaycan diasporunun
gücü, aktiv fəaliyyəti
özünü qabarıq şəkildə
göstərir. Bu ölkələrdə
erməni diasporası zəifdir. Benilüks
ölkələrində erməni diasporunun
göstərmək istədiyi həmlələrin
qarşısı Azərbaycan diasporası tərəfindən
qətiyyətlə dəf olunur. Buna misal kimi
bir faktı qeyd etmək
istərdim. Belə ki,
ötən il erməni rejissoru
Ovanesyanın "Hərb və sülh: İnsanların aqibəti" filmi Niderland
Krallığının ikinci böyük şəhəri olan
Rotterdam Beynəlxalq Film
Festivalında Benilüks Azərbaycanlıları
Konqresi tərəfindən nominasiyadan çıxarıldı. Həmin ərəfədə
erməni rejissoru mənim telefon nömrəmi əldə edərək zəng
vurub xahiş etdi ki, konqres
olaraq belə bir
addım atmayaq. Bu cür filmlər çox
lazımlıdır. Təbii ki, biz erməni rejissorun xahişini yerinə yerinə
biməzdik. Benilüks Azərbaycanlıları Konqresi
öz gücünü
göstərdi və ermənilərin çəkmiş olduğu həmin film
müsabiqədən çıxarıldı. Bundan
başqa Benilüks Azərbaycanlıları
Konqresi Azərbaycan mədəniyyəti, tarixi, adət-ənənələrinin həmin
ölkələrin ictimaiyyətinə çatdırılması
istiqamətində də fəaliyyət göstərir. Belə ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri Mehriban Əliyevanın
təşəbbüsü ilə Amsterdam
və Rotterdam şəhərlərində
azərbaycanlı uşaqlar üçün həftəsonu məktəbləri
açılıb, şagirdlər dərslik və dərs ləvazimatları
ilə təmin olunub.
-Benilüks Azərbaycanlıları Konqresi olaraq Azərbaycan həqiqətləri,
Dağlıq Qarabağ problemi,
eləcə də ermənilərin zaman-zaman
azərbaycanlılara qarşı həyata keçirdikləri
soyqırım aktları barədə fəaliyyət göstərdiyiniz
ölkələrə tam mənada məlumat
çatdıra bilirsinizmi?
-Bu gün Benilüks
Azərbaycanlıları Konqresi Azərbaycan
həqiqətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı
faciəsinin əsl mahiyyətini bütün
dünyaya çatdırmaq istiqamətində
xüsusi rol
oynayır. Benilüks Azərbaycanlıları Konqresi
Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, ermənilərin
azərbaycanlılara qarşı həyata keçirdikləri
soyqırımlarla bağlı müntəzəm olaraq tədbirlər təşkil edir. Ötən illərdə Xocalı faciəsinin
ildönümü, Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü, Rotterdamda
Bakı küçəsinin açılışı tədbirlərində
fəal iştirak etmişik.
Həmçinin Benilüks Azərbaycanlıları
Konqresinin dəvəti ilə Azərbaycan
Milli Elmlər Akademiyasının
tanınmış tarixçi alimləri
ilə görüşlər keçirilib.
Konqresimiz 20 Yanvar,
Xocalı soyqırımı və 31 Mart
Azərbaycanlıların Soyqırım Gününü
hər il silsilə tədbirlərlə qeyd edir. Bu
günlərdə konqresin üzvləri və
digər təşkilatların nümayəndələri səssiz
yürüş keçirir.
Və yaxud yəhudilərin Tarixi Soyqırım Muzeyində tədbir keçiririk. Həmçinin Benilüks
ölkələrindəki parlament
önündə nümayiş təşkil
edərək həm ictimaiyyət, həm də siyasilərə
bu günlərin mahiyyətini
çatdırırıq. Azərbaycanın Niderland
Krallığındakı səfiri Fuad
İsgəndərovun da qeyd
etdiyi kimi, Benilüks Azərbaycanlıları Konqresi artıq Azərbaycanın xarici siyasətinin Avropada
həyata keçirilməsinə öz dəstəyini
göstərməyə başlayıb.
-Rəhbərlik
etdiyiniz konqres Azərbaycanla
Benilüks ölkələri arasında əlaqələrin
daha da inkişaf
etdirilməsi istiqamətində hansı layihələr həyata
keçirməyi düşünür?
-Konqresimiz Benilüks ölkələri parlamentləri ilə Azərbaycan Milli Məclisi arasındakı Dostluq Qrupunun üzvlərinin mütəmadi
görüşlərini təşkil edir.
Bundan əlavə müxtəlif yerli siyasi partiyaların
nümayəndələrinin Bakıya səfərlərini təşkil
edərək onları mövcud vəziyyətlə
bağlı yaxından tanış edirik.
-Sahil müəllim, qarşıdan Xocalı
soyqırımının 20-ci ildönümü
gəlir. Benilüks Azərbaycanlıları
Konqresi Xocalı soyqırımının
20-ci ildönümü ilə
bağlı hansı tədbirlər keçirməyi nəzərdə
tutub?
-Benilüks Azərbaycanlıları Konqresi Xocalı soyqırımının 20-ci
ildönümü ilə bağlı
silsilə tədbirlər planı hazırlayıb.
Soyqırımın ildönümü ilə
bağlı tədbirlərin keçirilməsi üçün xüsusi
komissiya təşkil olunub.
Müəyyən edilmiş tədbirlər
planına uyğun olaraq
Benilüks ölkələrindəki
parlamentlərdə Xocalı soyqırımına siyasi və hüquqi qiymətin
verilməsi üçün fəaliyyətimizi
bir qədər də genişləndirəcəyik.
Bundan əlavə Haaqa
və Amsterdam şəhərlərində
"Xocalı azərbaycanlı uşaqların gözü ilə" adlı rəsm sərgisi
təşkil ediləcək. Həmçinin Haaqa
və Brüsseldəki Ermənistan səfirlikləri, eləcə
də Avropa Parlamenti
qarşısında kütləvi şəkildə
nümayişlər keçiriləcək.
Azərbaycan
Respublikası
Prezidenti
yanında
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 15 fevral.- S.15.