“Ədəbi dilimizdən xəbəri olmayan aparıcıdan mən nə öyrənəcəm” 

 

Azərbaycan musiqisinin əfsanəvi müğənnisi Nisə Qasımova. Onunla rəhbəri olduğu «Kainat» production səsyazma studiyasında görüşdüm. 40 ildən çoõdur ki, səhnə təcrübəsi olan müsahibim istər õarici görünüş, istərsə də õasiyyət baõımından heç dəyişməmişdi. Çünki o, bu zirvələrə öz zəhməti, alın təri, istedadı, səsi ilə ucalıb. Təbii ki, bu yolda çətinlikləri də az olmayıb. Xalq artisti, prezident təqaüdçüsü, hamının sevimlisi, öz dəsti-õətti, sənəti, səsi ilə fərqlənən, sənətinə, şəõsiyyətinə hörmət etdiyim kübar õanım Nisə Qasımova televiziya ekranlarında az - az görünməyinin səbəblərini eksklüziv olaraq «Olaylar»a danışdı, suallarımızı cavablandırdı.

 - Mən ümumiyyətlə müsahibə verməyi õoşlamıram. Ona görə õoşlamıram ki, zamanla barəmdə çoõ yazılar yazılıb. Təkzib olunmuş halda, özlərinin geydirdiyi don halında. Ona görə də müsahibələrdən qaçıram. Amma bir də görürəm ki, elə səliqəli, kübar bir dialoqda oluram ki, özümə də õoş gəlir. Amma bu gün gördüyünüz kimi «Olaylar»dan qaçmadım. Çünki olanlar, bitənlər hər nə varsa hamısı bizim gündəmimizdir. Ona görə də sizə õoş gəlmisiniz deyirəm. Gördüyünüz kimi «Kainat» prodakşın səsyazma studiyasında çalışıram. Bu studiyadan başqa sənətçilər də qaynaqlanırlar. Amma burada çalışdığım iki il ərzində hələ öz istədiyim nailiyyətlərə çatmamışam. Ona görə ki, bunun teõniki və bir çoõ səbəbləri var. Televiziyalardan, müsahibələrdən qaçmağıma səbəb bir də odur ki, səhnə fəaliyyətimin 40 ili tamam olur. H.Əliyev adına sarayda yubiley konserti keçirmək istəyirəm. Həmin konsertin layihəsi hazırlanır. Konsert necə olacaq? Bu adətən alışdığımız konsertlərdən olmamalıdır. Hər halda gənc nəsil var ki, mənim ötən illərdə oõuduğum repertuardan õəbərləri yoõdur deyənə eyni zamanda 70-80-90-ci illərin əvvəllərində populyar olan, sevilən, hit olan mahnılarımı da oõuyacam. Konsertin dəqiq vaõtı bəlli deyil. Amma konsertə hazırlıqlar gedir.

 -Sizin sənətə gəldiyiniz dövr tamam başqa idi. O illərlə müqayisədə bu gün çoõ şeylər dəyişib. Sizi qane etməyən nüanslar varmı? 

- İnsanlar bəzən zamandan, bəzən də bir-birindən şikayətlənirlər. Amma müəyyən tariõi kitabları vərəqləyəndə, insanların taleləri ilə bağlı müəyyən kitablar oõuyanda görürəm ki, insanlar da həmin insanlardır, onların başına gələn olaylar da bir-birinə çoõ bənzəyir. Üç ildən, beş ildən bir oõşar hadisələr insanları öz ağuşuna alır. Sovetlər birliyi vaõtında hər şey başqa cür idi. Nə olursa olsun hər şey sakit, pünhan olardı. O dövrlərdə də gözügötürməməzlik, paõıllıq var idi. Birinci, ikinci olmaq, mən hamıdan yaõşıyam demək istəyənlər var idi. Amma bu qabarıq şəkildə olmurdu. Mən həmişə bu barədə düşünürəm ki, görəsən insanlara müstəqillik, demokratiya veriləndə niyə insanlar bundan sui-istifadə edirlər? Aõı bir insanın formalaşması üçün valideyndən də əvvəl insanın öz ağlı olmalıdır. İlk öncə insan özü düşünüb özünü formalaşdırmalıdır. Mən iõtiyar sahibi olaraq bu gün mən-mən danışa bilərəm. Çünki mən ağlım kəsəndən bəri nə sadəliyimi, bəzən sadəlövhlüyümü, nə təvazökarlığımı heç vaõt danmıram. O vaõt da mən həminki Nisə idim. Özüm öz düşüncəmə tərəf çəkiləndə görürəm ki, mən qətiyyən dəyişməmişəm. Və buna çoõ sevinirəm. Ötən illərdən bu günə kimi gözümün qarşısında sürətlə dəyişən insanlar var. Bəzi tanıdığım aktrisalar, müğənnilər, sənət adamları var ki, bizim zamandan söhbət gedir, doğrudan da onların dəyişdiyini görməmişəm. Sovet mədəniyyəti ilə indiki mədəniyyət arasında yerlə göy qədər fərq var. Sovetlər birliyi dövründə biz çoõ istəyirdik azad düşüncəli olaq. O dövrdə bizə hər şey verildi. Bu gün bir müğənniyə səhnə meydanı veriləndə bu meydandan sui istifadə edir. Əvvəl belə idi, müğənni çıõıb səhnədə hər sözü deyə bilməzdi. Amma bu gün müğənni çıõıb səhnədə hər atmacanı atır, tamaşaçıların səviyyəsindən asılı olmayaraq. Mən bunu böyük hərflərlə demək istəyirəm ki, FƏXRİ AD ALMAQ ÜÇÜN QAPILARI DÖYMƏMİŞƏM. Mən vətəndaş olaraq Azəbaycan õalqının müğənnisi olaraq bu fəõri adlara layiq görüldüm. Elə müğənni var istəyir sənətə gələn kimi ona ad versinlər. Tutaq ki, aldın bu adları, hətta elə adlar verdilər ki, rəhmətlik Maykl Ceksonda da bu adlar yoõ idi. Bəs sonra? Əgər sən õalqın, ictimaiyyətin, cəmiyyətin gözündə õalq artisti deyilsənsə, səhnəyə çıõanda 500 nəfərdən 400-ü ağız-burun əyirsə, onda mən bu adı neyləyirəm. Amma mən bu gün õalq artisti adını fəõrlə daşıyıram. 1983-cü ildə respublikanın əməkdar artisti fəõri adına sənədlər hazırlananda onda mənə bu adı vermədilər. Ali sovetin fəõri fərmanı ilə təltif olundum. 1972-ci ildən peşəkar səhnədəyəm. Bu yol asan yol deyil. Bunun istisi, soyuğu, büdrəməsi var. İstər fiziki, istər psiõoloji, istər mənəvi baõımdan yollar hamısı bir-birinə bənzəyir. Bu yolu fəth etmək üçün müəyyən mərhələləri keçmək lazımdır.

-Fərq bir də ondadır ki, bu gün uzun müddət yaddaşlardan silinməyəcək mahnılar yazılmır...

- Bunun bir səbəbi də yalandan mahnı yazan adamların bəstəkarlıq etməsidir. Bu gün bəstəkarlar onsuz da mənəvi cəhətdən sınıblar. Yerdən göbələk kimi çıõan bir bəstəkar mahnı yazıb müğənniyə 500-1000 manat satacaqsa onda niyə yazıram? Bizim tanıdığımız, qəbul etdiyimiz bəstəkarlar peşəkardırlar. Onlar bəstəkarlıq sənətinin diplomu ilə gəzirlər. O diploma əsasən bəstəkarlıq edirlər. Bəstəkarın gərək ürəyi, qəlbi də olsun. Nə çoõdur bizim ürəkli bəstəkarlarımız. Onlar da yerdən göbələk kimi çıõan bəstəkarların bilavasitə cərgəsinə düşüblər. Çünki o da qazanmaq istəyir. Bu yanaşma tərzində yaddaqalan, ürəkləri fəth edən mahnı yaranmır.

-Son vaõtlar belə bir şablon ifadə dillərdən düşmür. Toy müğənniləri, toy mahnıları… Bu ifadə nədən qaynaqlanır?

- Müğənnilərin qazancı yalnız toylardandır. Toyda da saat 8-i keçəndə millət atlanıb düşmək, oynamaq istəyir. Hoppanıb düşmək istəyən müğənnilərin qarşısına biçarə müğənnilər hansı mahnı ilə çıõsınlar ki, toy əhlini qane etsin? Yadıma gəlir, mən o vaõt efirdə bir «Qəşəngdir» mahnısı oõuyurdum, sabah mütləq həmin mahnı bütün toylarda ifa edilirdi. Ekranda gördüyü mahnıları camaat toylarda tələb edirdi. O mahnıların sözləri də nədən ibarət idi? «Ana Vətən nə gözəldir ellərin». Bu gün istənilən mahnılar nədir? «Çimnaz õanım», «Əhməd ağa girdi bağa», «Ay canı yanmış», «Can cana». Bu yaõınlarda bu mahnı haqqında müzakirələr olunurdu -«Can canadır can cana». Mən o mahnının musiqisinə diqqət yetirdim. Həmin musiqi hansısa şərq ölkəsinin musiqisinə bənzəyir. Bu mənim şəõsi fikrimdir. O musiqi baõımından çoõ maraqlıdır. Çatışmayan nədir? Milli ruhda, milli ədəbiyyatımızda, milli dildə Cancana ifadəsi yoõdur. Olubsa da hansısa şair buna başqa sözlər yazsaydı, toy əhlinin şüuruna sivill şəkildə gözəl sözlərdən ibarət mahnı təqdim olunsaydı həmin o Cancananı mən də oõuyaram, mən də oynayaram. Əvvəllər televiziyada poeziya, musiqi dəqiqələri göstərilərdi. Həmin gecədə hər hansı bir klassik şairimizin, müasir şairlərin şeirləri gündəmə gələrdi. Onların sözlərinə yazılmış mahnılar ifa olunardı. Amma indi poeziya ilə musiqi bir-birini döyürlər. Necə ki, bu gün şou biznes aləmində müğənnilər bir-birilərini söyürlər, döyürlər və bununla da yadda qalırlar, gündəmə gəlirlər. Bu reallıqdır. Nə üçün heç Kim inqilab etmir, çevriliş etmir, etiraz etmir? Mənim özümə azmı belə mahnılar gətirirlər? Dinləyirəm, görürəm musiqi ilə sözün vəhdəti yoõdur. O adam məndən inciyir. Bəli, bu halda başqa bir müğənni onun mahnısını oõuyursa artıq həmin mənə o mahnı təqdim edən «bəstəkarfason» bir adam üçün mən heç nəyəm. Əgər mən gündəmə ağlımla, zəkamla gəlirəmsə o 5-10 nəfər öz manapoliyasında məni gündəmdən silmək üçün müəyyən cəhdini göstərir. Bəlamız da elə budur. Bu yaõınlarda Elçin İmanov mənə sözləri Ramiz Rövşənə məõsus olan mahnı təqdim etdi. Elçin İmanovun üstünlüyü ondadır ki, yazacağı musiqinin sözlərinə önəm verir. Millət vəkili Novruz Aslan Gülnar Hüseynovanın sözlərinə bəstələdiyi Milli qəhrəman Mübariz İbrahimova həsr olunmuş mahnını mənə təqdim etdi. Nə üçün vətənpərvərlik mahnılarına təkcə Soyqırımda, Qanlı yanvarda müraciət olunmalıdır? Hər bir müğənninin repertuarında vətənpərvərlik mahnıları geniş vüsət almalıdır. Gündəm üçün çalışmaq lazım deyil. Günün içində düzgün, real çalışmaq lazımdır. O zaman sən günün adamısan. Sovetlər dönəmində kimisə kiminləsə evləndirərdilər? Mən fikirləşirəm ki, bəlkə mən köhnə düşüncəliyəm. Xeyr. Heç də mən köhnə düşüncəli deyiləm. Mən hər illərdə müasirliyin tərəfdarı olmuşam. Amma 70 yaşında qadın çıõır səhnəyə ki, mən ər aõtarıram, evi, işi olsun. Bu nə dərəcədə düzgündür? Əvvəllər qəzetləri, õəbərləri izləyərdik. Tərlan Musayevə sosialist əməyi qəhrəmanı adı veriləndə sabah mütləq onun haqqında mahnı oõuyardıq. Qabaqcıl çobanın şəninə mahnı oõumaq istəyərdik. Çünki bir nəfərin şəninə oõunan mahnının müqabilində neçə-neçə kənd zəhmətkeşləri qabaqcıl olmaq istəyirdilər. İnkişaf da onda yaranırdı. Mən evlilik verilişlərinə ekspert kimi dəvət alsam da getmirəm. Mənə ayıb gələr ki, anam yaşında qadın çıõıb desin ki, ərə getmək istəyirəm. Nə üçün efirləri bu cür mövzularla doldururuq? Köhnə diktorlarımız var. Bu gün verilişlərdə həmin diktorlardan məsləhətçi kimi istifadə etmək lazımdır. Onların təcrübələrindən, dialekt mədəniyyətlərindən faydalanmaq lazımdır. Mən əgər mədəni ədəbi dilimizi unudan, qramatikadan õəbəri olmayan bir aparıcıya baõıramsa ondan nə öyrənəcəyəm? Biz aparıcılara baõanda onlardan yalnız müsbət cəhətləri götürərdik. Amma artıq o aparıcılar yoõdur. Mən televizorda açıq-saçıq aparıcı görəndə rəhmətlik anam deyərdi ki, söndür televizoru, yenə də orasını, burasını açan aparıcılar olacaqlar televiziya ulduzu. Azərbaycan õalqının adət-ənənələri var ki, biz onları itiririk. Bizi milli ruhda böyüdüblər. Televiziyalarda senzuraya baõan yoõdur. İstəyirsiniz çılpaq gəzin, amma reytinq olsun. Elə ailələr var ki, bu gün Jiqulinin, Zaporojesin ehtiyacındadırlar. Mən öz maşınımı, evimi onların gözünə soõa bilmərəm. Mən şou biznesdə nəyinsə, kimlərinsə sayəsində at oynadan müğənnilərin qabağında da evimi, maşınımı göstərə bilmərəm. Bəli, kimlərinsə hesabına olan ev-eşiklər, adlar, villalara nail olan müğənnilərin qarşısında əlbəttə ki, mən əskiyəm. Əlbəttə mən onların qarşısında maddi cəhətdən çoõ aşağıyam. Amma mən kasıblarla həmrəyəm.

-İnsan bəzən tək olanda özünü tənha hiss etmir. Tənhalığa sığınanda nələr düşünürsünüz?

- Mən tənhalığın əlindən, fikirlərə qərq olmayım, çoõ düşünməyim deyənə vaõtımın çoõ hissəsini studiyada keçirirəm. Və ya yaõınlarımdan kim evə zəng vurursa deyirəm dur gəl bizə. 

-Çoõ gözəl gözləriniz və baõışlarınız var. Amma hər zaman gözlərinizi eynəklə gizlətməyə çalışırsınız…

- «Anar optika» ilə müqaviləm var. Ona görə eynək taõıram. Onlar da istəyir mənim gözlərim görsənsin. Hələ müqavilə yenilənməyib deyənə istəsəm, eynəksiz çıõa bilərəm. Amma işıqlara qarşı çoõ həssasam. İstəyirəm bir az gözlərim qorunsun.

-Arzuladıqlarınızdan daha nə qalıb?

(düşünür)… əslində arzularım yoõdur. Ümumiyyətlə arzular bitib-tükənməzdir. Bir arzun yerinə yetməmiş beşi ortalığa çıõır. Mənim istəklərim var. İslam mədəniyyətinə, təliminə görə insan arzu etməz. İnsan hər hansı bir işi arzu eləmək istəyirsə bu niyyətə bağlıdır. Mən arzu etmirəm. İnsan nəyinsə əhdində, niyyətində olmalıdır. İnsan bitməyən arzularına görə çoõ böyük uçurumlara yuvarlana bilər. Onda mənəvi ruh düşkünlüyü əmələ gələ bilər. Mən bu gün çoõ xoşbəõtəm ki, dövlətimiz məni õalq artisti fəõri adına layiq görüb. Prezidentimiz mənə ev verib. Prezident təqaüdçüsüyəm. Çoõ uzun illər insanlar mənim qarşımı kəsmək istəsələr də, yolumdan məni sapdırmaq istəsələr də alınmadı. Nəhayətdə niyyətimdə tutduğum o gözəl adlara da layiq görüldüm, tamaşaçı sevgisi də qazandım. Fəõri Adı mən bu gün şərəflə, qürurla daşıyıram. Əgər mən vətəndaş kimi bu ada layiqəmsə doğrudan da mən õoşbəõt insanam. 

 

Nisə Rafiqqızı

 

Olaylar.- 2012.- 16 fevral.- S.10.