Vaqif Mustafayevin pedaqoq kimi uğuru
Bir semestrdə dörd ilin tədris planını yerinə yetirən birinci kurs tələbələri
Dunya şöhrətli kinorejissor, çəkdiyi
dəyərli filmləri
ilə dünya rejissorlarını heyrətləndirən,
hər bir filmində yeni rejissor elementləri kəşf edən Vaqif Mustafayev bir pedaqoq kimi
yetirdiyi tələbələri
geniş kütləyə
təqdim etdi.
ADİMU-nun “SƏDA” Tədris teatrında V.Mustafayevin tələbələri
hazırladıqları musiqili
komediya ilə yaradıcılıq hesabatı
verdilər. Cəmi
bir semestr təhsil alan
birinci kurs tələbələri aktyor
oyunları ilə hamını heyrətə
saldılar.Tək və
kütləvi etüdlər,
rəngarəng improvizasiyalar,
sözün hərəkət
vasitəsi ilə tamaşıçıya çatdırılması,
plastika və xoreoqrafiya, musiqi, bütövlükdə aktyora
aid olan bütün səhnə detalları professional
aktyor oyununda cəmləşmişdi. Onu qeyd edək ki, sadaladıqlarımız
bir semestrə sığmayan sənət
uğurudur. Bir semestrdə
dörd ilin tədris planını yerinə yetirən birinci kurs tələbələri
həqiqətən tamaşaya
gələnləri öz
heyrətamiz oyunları
ilə heyrətləndirdilər.
Açığını deyək ki, tələbələr bəzi
fəxri adları daşıyan aktyor və aktrisalardan
da güclü oynadılar. Nəhayət ki, biz əsl
düşündürücü musiqili komediyanın şahidi olduq. Bu tələbələrin ustadı kino-rejissor Vaqif Mustafayevin bir pedaqoq kimi
uğuru və digər pedaqoqlara nümunə olacaq əməyinin nəticəsi
idi.
Əməkdar incəsənət xadimi Əliqismət Lalayev – Bir semestrdə belə istedadlı tələbələr
yetişdirmək hər
bir pedaqoqa nəsib olmur. Bu uğur yox,
bir sənət inqilabı idi. Deməli, teatr və kinomuz bu beş
tələbənin simasında
sübut etdi ki, gələcəyimiz etibarlı və istedadlı əllərdədir.
Tələbələrinə belə can yandıran, onların hər bir uğurundan pərvazlanan ustad rejissor-pedaqoqa əhsən!
Əməkdar artist Ruhəngiz Musəvi
– Belə istedadlı tələbələri görəndə
ürəyim dağa dönür. Bu gün mən zövq aldım, ruhum təzələndi.
Bir pedaqoqun yetişdirdiyi tələbələrin ilk sənət
uğuru sənət inqilabı ilə nəticələndi, bu pedaqoq Vaqif müəllimin
çəkdiyi əməyin
parlaq nəticəsi idi.
Tələbələrin hər səhnəyə
çıxışı, hərəkətləri, sözləri
susmaq bilməyən alqışlarla müşaiyət
olunurdu. İllərlə səhnəmizdəki gülüş
boşluğunu professionallıqla
dolduran gənclər bir daha sübut
etdilər ki, əgər pedaqoq güclü olarsa, tədrisə məsuliyyətlə
yanaşarsa, öz ziyalı borcunu şərəflə yerinə
yetirərsə, hər
bir uğura imza atmaq olar.
Bu gün dünya
şohrətli rejissor,
milli kinomuzun cəfakeşi, ziyalı kanalımızın rəhbəri
Vaqif Mustafayev bir pedaqoq kimi
nümunə imzası
ataraq nəyə qadir olduğunu bir daha əyani
şəkildə təsdiqlədi.
Bəli,
Vaqif Mustafayevin tələbəsi olmaq, vətənpərvər azəri
oğlundan dərs almaq özü tələbələrə Tanrının
bəxş etdiyi ən böyük səadətdir. Həmin səadətli
anlardan lazımınca
bəhrələnin, əziz
tələbələr.
Alim Nəbioğlu
Olaylar.- 2012.-
22 fevral.- S.13.