Narkomaniya -xəstəlik,
asılılıq, yoxsa...
Narkomaniya - narkotik vasitələrə alüdəçilik
artıq əksər ölkələrin başlıca probleminə
çevrilib. Hələ 2004-cü ildə
dünya əhalisinin 5 faizdən çoxunun narkotik aludəçisi
olduğu aşkarlanmışdı. Narkomaniya isə yalnız xəstəlik deyil, həm də cinayətlər üçün münbit
zəmin sayılır. Azərbaycanda 2008-ci ilin
5 ayı ərzində narkotiklərlə bağlı 1375 cinayət
faktı aşkarlanıb. Aludəçilərin 30-35 faizi gənclərdir və onların da 65 faizi Lənkəran rayonunda yaşayır. Sırada sonrakı yerləri
Bakı və Gəncə tutur.
Hüquqşünas Tural Hacıyevin sözlərinə görə,
dünyada olduğu kimi ölkəmizdə də bununla
bağlı ciddi mübarizə
aparılır: “Bu mübarizənin əsas
şərtlərindən biri
narkomaniyanın qarşısının alınmasıdır. Bu məqsədlə
AR CM-nin 26-cı fəslində narkotik vasitələrin, psixatrop
maddələrin qanunsuz dövriyyəsi ilə
əlaqədar cinayətlərin dairəsinin müəyyən
olunmasıdır. 2010-cu ildə 1462 nəfər həbs olunubsa, 2011-ci ildə 1158 nəfər həbs olunub. Onu da qeyd etmək istərdim ki, ölkəmizdə
Hüquq-mühafizə orqanlarının bu
sahədə müsbət işi xoş təəssürat
bağışlayır. Lakin buna baxmayaraq narkotik, psixatrop maddələrin
qanunsuz dövriyyəsi bizi
məyus edir. Bununla
belə bu sahədə çoxlu
işlər aparılır".
Narkotik və
psixatrop maddələrin istifadəçisi olan əsərimizin
dırnaqarası qəhərəmanı Taleh Rəsulov da
başına gələnləri bizlərlə
bölüşdü: “Məndən 2 sinif yuxarıda oxuyan bir
oğlan var idi. O mənə dedi ki, sabah sizi bir yerə
aparacam. Dedi ki, bəs siqaretdən də yaxşı sizə
bir şey verəcəm. Onun dozası daha çoxdur, ləzzəti
isə tamam başqadır. Səhərisi gün çayxanaya
getdik. Sonra bizi başqa bir otağa apardılar. Onlar ağ
kağıza bükülmüş bir ot
çıxardılar və siqareti boşaldıb onun
içinə doldurmağa başladılar. Mənə hələ
də çatmırdı ki, bu nə olan şeydi. Hamı
çəkməyə başalayarkən məndə çəkdim
və bir anlıq əhvalım dəyişməyə
başladı. Bilmirdim ağlayırdım, yoxsa
gülürdüm. Biz onu fikirləşmirdik ki, artıq bu
bizi ağ ölümə aparır. Biz parkda yolla gedərkən
belə arxamızca 2 polis gələndə qorxurduq. Evdə də
çox qəribə idim. Valideyinlərim məni
çağıranda gec cavab verirdim. Onlar məni həkimə
aparmaq istəsələr də mən heç bir
narahatçılıq yoxdu deyə, yalan danışmağa məcbur
olurdum. Tamam tək-tənha idim. Məhlədə
qohum-qonşu hər kəs mənə dönə-dönə
xəbərdarlıq edirdilər ki, sən bu yoldan çəkin.
Çünki sən nə vaxtsa ailə həyatı qura bilməyəcəksən.
Artıq bu sənin üçün qara ləkədir və sənin
uşağın olmayacaq. Valideynlər də mənə
tez-tez deyirdilər ki, məhz bizi peşman etmə biz də nəvə
istəyirik. Artıq o qədər bezmişdim ki, intihara cəhd
də etmişəm, damarlarımı, boğazımı kəsirdim.
Bir növ lazımsız insan özümü sayırdım.
Bütün bunlara baxmayaq mən yenə dostumla
görüşürdüm. Bloklarda yatdığım
vaxtlarda olmuşdu hətta işdən də
qovulmuşdum".
Psixoloq Dəyanət
Rzayev deyib ki, ümumiyyətlə narkomaniya xroniki,
sağalmayan, resitizm olunan bir xəstəlikdir: “Narkomaniyaya
tutulan insanın sağalma ehtimalı çox azdır. Bunun
artması əsasən sosial faktorlarla bağlıdır.
Bununla belə narkomaniyanın profilaktikası olmalıdır.
İkincisi, narkomanlar işləməyən, oğurluqla, cinayətkarlıqla
məşğul olan insanlardır və s. Bu insanlar daha
çox imkanlı ailələrin uşaqlarını
seçir və onları çalışır ki, narkoman
etsin. Belə olan təqdirdə onlar maddi baxımdan da
faydalanır. Bu sosial problem olduğu üçün
sosial-psixiatriyaya, psixologiyaya daha çox aiddir. Narkomaniyanın
qarşısının alınmasında tək DİN,
Hüquq mühafizə orqanları deyil bununla bütün
ölkə, sosial strukturlar məşğul olmalıdır.
Narkotiklər cürbəcür formada olur. Narkoman əsasən
o insana demək olar ki, hansı ki geroin qəbul edir. Bu ən təhlükəli
narkotika sayıldığı üçün insana həm
fiziki həm də psixi asılılıq verir. Fiziki
asılılığı asanlıqla müalicə etmək
olur və insan bundan azad olur. Psixi asılılıq isə
ümumiyyətlə müalicə olunmur. Onu heç bir dərmanla
müalicə etmək mümkün deyil".
Qeyd edək
ki, 2011-ci ildə əməliyyat-axtarış tədbirləri
nəticəsində narkotiklərlə bağlı olan 2636
cinayət faktı aşkar edilib ki, onlardan da 817-si narkotik vasitələrin
qanunsuz satışı, 1694-ü qanunsuz olaraq narkotik vasitələrin
əldə edilib saxlanılması və 111-i narkotik xassəli
bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı
olub. Cinayət məsuliyyətinə cəlb olunan şəxslərdən
557 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr,
o cümlədən 298,8 kiloqram marixuana, 164,8 kq həşiş,
52,3 kiloqram heroin, 14,1 koloqram tiryək, 1,5 kiloqram psixotrop maddələr
və prekursorlar, 106,7 qram metadon, 27,1 kiloqram digər narkotik
vasitələr aşkar olunaraq götürülüb. Bununla
belə, 19 fakt üzrə 28,6 kiloqram narkotik vasitənin
qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin
qarşısı alınıb. Narkotiklərlə
bağlı cinayət məsuliyyətinə cəlb olunan 22
xarici ölkə vətəndaşından 53,9 kiloqram müxtəlif
növ narkotik vasitə aşkar olunub götürülüb.
Həkim
Mayıl Tağıyev isə bildirib ki, narkomaniya tək Azərbaycanda
deyil bütün dünyada qlobal, ciddi problemlərdən biri
olaraq qalır: “Bunun artmasının bir neçə səbəbləri
var. Sosial, iqtisadi, bioloji və hüquqi səbəblər.
Bunlar bir-biri ilə sıx əlaqədə olan faktorlardan
biridir. Sosial səbəblərdən biri gənclərin orta məktəbi
bitirəndən sonra bu işə cəlb olunmasıdır.
Belə ki, onlar orta məktəbi qurtarandan sonra universitetlərə
daxil ola bilmir, iş yerləri məhdud olduğu
üçün tapa bilmirlər. Buna görə də həmin
gənclər özlərindən asılı olmayaraq,
narkobizneslə məşğul olan insanlar bunları bu işə
cəlb edir. Narkotik aludəçiliyindən insanları
qurtarmaq mümkündür. O halda mümkündür ki, həmin
insanın özünün razılığı olsun. Onun
öz daxilində bir inam olmalıdır ki, bu insan müalicə
olunaraq bu bəladan yaxa qurtarmaq istəyir ya yox".
Sonda qeyd edək
ki, ölümün ağı qarası yoxdu. İstənilən
halda sizə verilmiş ömürü məhv etməyin.
Narkomaniya isə sizi ölümə hər saniyə
yaxınlaşdırır. Bu yaxınlıqdan uzaq olun.
Olaylar.- 2012.- 23 fevral.- S.10.