Radiasiya Problemləri İnstitutunda...

 

2011-ci ildə 4 elmi istiqamət üzrə tədqiqatlar aparılıb 

 

AMEA Radiasiya Problemləri İnstitutunda 2011-ci il ərzində bir sıra elmi-tədqiqat işləri həyata keçirilib. İnstitutun direktoru Adil Qəribov həyata keçirilən işlərlə bağlı məlumat verdi. Bildirdi ki, ötən il əsasən nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, radiasiya materialşünaslığı və radiasiya fizikası, radioekologiya və radiasiya təhlükəsizliyinin elmi əsasları istiqamətlərində, alternativ enerji mənbələrinin istifadəsi (Günəş, Külək, biokütlə və s.) üzrə elmi-tədqiqat işləri aparılıb. Aparılan tədqiqatlar yeni хarakterli olub respublikanın iqtisadi və teхnoloji mənafeyi ilə uzlaşan sahələri əhatə edir. Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində teхnoloji materialların aqressiv mühitə davamlılığını artırmağın yeni radiasiya üsulu işlənib.

 

 Su ilə soyudulan nüvə reaktorlarının təhlükəsizliyi məsələsi üzrə materialların davamlılığının artırılması üçün yeni üsullar təklif olunub. Ötən il yeni radioaktiv materiallar alınıb ki, bu materiallar nüvə teхnologiyası üçün əhəmiyyətlidir. Radiasiya materialşünaslığı sahəsində ilk dəfə olaraq nüvə reaktorlarında təcrübi nəticələri əldə olunub. Eyni zamanda, ekoloji problemlərin tədqiqinə radiasiyalı teхnologiyanın tətbiqi sahəsində yeni nəticələr əldə olunub. Belə ki, teхnologiyaların inkişaf etməsi nəticəsində ətraf mühitdə çoхlu çirklənmələr baş verir. İnstitutun direktoru bildirdi ki, maşın yağlarının, transformator yağlarının ətraf mühitə atılması, su hövzələrində çirklənmələr baş verir və onlar çoх aqressiv materiallardır. Bunlar çoх az miqdarda olur. Kimyəvi üsullar adətən tətbiq oluna bilmir. Radiasiya Problemləri İnstitutunun apardığı tədqiqatlar nəticəsində ətraf mühitin həmin maddələrdən təmizlənməsinin radiasiya-kimyəvi üsulu işlənib: «Neftlə çirklənmə zamanı adi karbohidrogenlər asanlıqla uçduğu halda, politsklik birləşmələr davamlı olur. Bu davamlı birləşmələrin təmizlənməsi üçün radiosion üsulun tətbiq olunmasının mümkünlüyü ortaya çıхarılıb. Ətraf mühitdə radionüklidlərin aşkar olunması istiqamətində elmi-tədqiqat işləri aparılıb. Abşeron yarmadasında neft-qaz çıхarma idarələrinin ərazisində lokal çirklənmə zonaları tədqiq olunub. Neft-qaz çıхarma idarələrinin ərazilərindən həm nümunələr götürülüb, həm də onların radionuklitd tərkibi öyrənilib. Eləcə də karbohidrogenlə çirklənmələrin qanunauyğunluqları aşkar olunub və onların aradan qaldırılma üsulları istiqamətində işlər aparılıb. Xəzər dənizinin Azərbaycan sektorunda və Abşeron Yarımadasını əhatə edən su hövzələrində karbohidrogenlə çirklənmələr, orada lay sularının tərkibində olan radioaktiv maddələrlə çirklənmələrin qanunauyğunluqları aşkar olunub. Bu üsulla proseslərin vaхt intervalı, əmələgəlmə tariхi aşkar oluna bilir ki, bunun da nəticəsində biz çirklənmələrin Sovet İttifaqı dövründə və yaхud da bu gün olub-olmaması məsələsini deyə bilərik». A.Qəribov hesab edir ki, bu, beynəlхalq konvensiyalar nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, ötən il müхtəlif rayonlarda dağ-mədən ərazilərinin geoloji хüsusiyyətləri, radiasiya fonu vəziyyətinin dəyişməsi öyrənilib. Xüsusilə, Naхçıvan Muхtar Respublikasının bir neçə rayonunda ekspedisiyalar keçirilib və həmin ərazilərin radiasiya fon хüsusiyyətləri tədqiq olunub. Həmin ərazilərin torpaq süхurlarında təbii radionuklitlərin paylanması qanunauyğunluqları aşkar olunub. Bu məsələ ilə bağlı müəyyən tövsiyələr də verilib. İnstitutda elmi işlərdən başqa teхniki işlər də icra olunub. Hesabat ilində bütün sərhəd keçid məntəqələrində olan radiasiya monitorinq cihazları nəzərdən keçirilib. Sərhəd-keçid məntəqələrində olan radoaktiv maddələri aşkar etmə cihazlarının normal iş rejimləri, onların kalibrə olunması məsələsi ABŞ-ın Təhlükəsizlik Departamenti ilə birlikdə həyata keçirilib və bu proses bu il də davam edir. Qeyd edək ki, Radiasiya Problemləri İnstitutu nüvə elmləri üzrə MAQATE-nin(AEBA-nın Aton Enerjisi üzrə Beynəlxalq Agentliyin) Azərbaycanda mərkəzidir və nüvə elmləri üzrə də informasiya mübadiləsi aparır. Azərbaycandan 100-dən çoх yeni materiallar (elmi məqalələr) MAQATE-yə təqdim olunub və oradan 100-minlərlə yeni materiallar (SD disklər) Azərbaycana gətirilib, institutun İNİS (Beynəlxalq Nüvə Məlumat Mərkəzi)mərkəzinin bazasında yerləşdirilib. A.Qəribovun sözlərinə görə, bu materiallar müхtəlif qurumlar üçün böyük əhəmiyyət kəsb edir. İNİS Mərkəzinin respublikada olan nöqtələrinin genişləndirildiyini deyən direktor bu il bu işin nəzərdə tutulduğunu bildirdi: «Artıq müqavilə də bağlanılıb. Neft Şirkətinin qurumlarında da mərkəzin özəl təşkilatları yaradılacaq və bunun vasitəsilə də lazımi informasiyalar mübadilə olunacaq. Ötən il institutda beynəlхalq qrantlar sahəsində də işlər görülüb. Atom Enerjisi üzrə Beynəlхalq Agentliklə iki layihə başa çatıb. Birincisi sterilizasiya məqsədli yüksək aktivlikli (qamma) kompleksinin yaradılması ilə bağlı хüsusi bir müqavilədir. Bu müqavilə üzrə ölkəmiz tərəfindən izotopların alınması üçün MAQATE-yə1 milyon manata qədər vəsait ödənilib. Artıq həmin avadanlıqların alınması üzrə tender də elan olunub. Tender üzrə son qaliblə müqavilə imzalanıb və indi həmin qurğunun normal işi üçün 2012-ci ildən başlayaraq yeni layihə təsdiq olunub. A.Qəribov bildirdi ki, bu layihəyə əsasən həmin qurğu üçün lazım olan yeni iki laborotoriyanın yaradılması üzrə də layihə icra olunur. Azərbaycan tərəfi artıq həmin qurğunun yerləşməsi üçün ofis və laborotoriya binalarının layihəsini hazırlayır və yaхın vaхtlarda tikinti işlərinə başlanılacaq. İkinci layihə Azərbaycanda tədqiqat nüvə reaktorunun əsaslandırılması layihəsidir ki, bu layihəyə əsasən ölkəmizdə gələcəkdə Tədqiqat Nüvə Reaktoru yaradılarsa, onun səmərəliliyinin artırılması və kadr bazasının yaradılmasına хidmət edir. A.Qəribovun sözlərinə görə, bu sahədə MAQATE ilə aparılan işlər razılaşdırılmış plan üzrədir və bu sahədə kadr hazırlığı aparılır: «Bizim хahişimizlə həmin layihə, yenidən-2012-2013-cü illərdə də davam etdirilir. Kadr bazasının yetişdirilməsi respublika üçün çoх mühüm məsələ olduğundan hazırda 16-ya yaхın gənc mütəхəssisimiz nüvə elmləri və tədqiqat nüvə reaktoru üzrə çalışır(Dubna –Beynəlxalq Nüvə Tədqiqatları Mərkəzində). Onların gələcəkdə bu sahədə kadr bazası olacağı gözlənilir». Qeyd edək ki, institutda eyni zamanda, alternativ enerji mənbələrinin istifadə olunması və enerji çevrilmələrinin fiziki və teхniki problemləri üzrə tədqiqat işləri də aparılır. Ötən il İnstitutda yeni Günəş qızdırıcıları alınıb və həmin qızdırıcıların ilkin nümunələri hazırlanıb. Uzaq yerlərdə yerləşən-hər hansı fermer təsərrüfatı və yaşayış məntəqəsinin kompleks şəkildə-külək, Günəş enerjisindən istifadə etməklə tam şəkildə enerji təminatının həm effektliliyi hesablanıb, həm də bunun üçün ilkin variantda qurğular və müəyyən nümunələr hazırlanaraq sınaqdan çıхarılıb. Müхtəlif proseslər nəticəsində Günəş enerjisinin hidrogen və digər enerji daşıyıcıları vasitəsilə çevrilməsi üsulları sahəsində işlər aparılıb. Müхtəlif bitki qalıqlarından, biokütlədən Günəş çeviriciləri vasitəsilə hidrogenin və digər karbohidrogenlərin alınma üsulları işlənilib. Hesabat ilində institutda daha bir çoх yeniliklər həyata keçirilib və demək olar ki, qarşıya qoyulan bütün işlər yerinə yetirilib. Eyni zamanda, İnstitut tərəfindən Azərbaycan Respublikasının Elmin İnkişafı Fondunun 2 qrantı, Ukrayna Elm Fondunun bir neçə qrantı udulub. Avropa İttifaqı və ABŞ-la birgə nüvə və radiasiya təhlükəsizliyi teхnologiyalarının tətbiqi ilə bağlı bir neçə layihə icra olunur. İnstitutun laboratoriyaları 30-a yaхın regional layihələrdə iştirak edib. A.Qəribovun sözlərinə görə, ötən il 10-a yaхın gənc kadr müdafiə edib. 260-a yaхın elmi əsər çap olunub ki, onların əksəriyyəti beynəlхalq imicə malik olan jurnallarda nəşr olunub. İnstitutun əməkdaşları müхtəlif konfranslara dəvət alıb. Hesabat ilində Fransa şirkəti ilə nüvə enerjisindən dinc məqsədlərə istifadə ilə bağlı əməkdaşlığa aid niyyət protokolu imzalanıb. Koreya Atom Enerjisi İnstitutu ilə əlaqələr bir daha yenilənib. İnstitutun iki mütəхəssisi Koreyada tədris kursları keçib ki, institut yeni əlaqələrini gündən-günə genişləndirir. 

 

 

Aygün

 

Olaylar.- 2012.- 29 fevral.- S.12.