Azərbaycanlılar
və diaspora
Azərbaycan
Respublikası müstəqillik qazanandan bəri
azərbaycanlı ifadəsi də müzakirə mövzusu oldu. Bəziləri
azərbaycanlı ifadəsini
hətta ayrıca millətin adı kimi izah etdi. Bununla
da həqiqət bir kənarda
qaldı, azərbaycanlı ifadəsini millət adi kimi qəbul etdik. Azərbaycan Dövlət Statistika
Komitəsi Azərbaycan Respublikasının etnik tərkibi
ilə bağlı
açıqladığı rəsmi hesabatlarda
azərbaycanlı ifadəsini Azərbaycanın əhalisinin 90
%-ə qədərini təşkil edən millət kimi qeyd etdi.
Azərbaycanlı ifadəsi qəbul olunmuş
qanunlara salındı. Arxasınca daha da irəli gedərək
deyildi ki, dünyada 50 milyon azərbaycanlı
yaşayır. Bu ifadə o
qədər populyarlaşdı ki dövlət
rəsmiləri bu ifadəni işlətməyə
başladı. Nəticədə 50 milyonluq
azərbaycanlı ifadəsi siyasi status qazandı.
Amma nə
dövlət rəsmiləri, nə də ictimaiyyət
nümayəndələri bu sözün nə qədər
yanlış və nə qədər ziyanlı olduğunu
görmək istəmədilər. Bunu izah etmək
üçün azərbaycanlı ifadəsinin düzgün
izahını vermək lazımdır.
Yaxşı
onda azərbaycanlı kimə deyilir? Azərbaycanlı
hüquqi ifadədir. O bütün Azərbaycan vətəndaşlarına
deyilir. Yəni millətindən, irqindən, cinsindən
asılı olmadan Azərbaycan vətəndaşları
birlikdə Azərbaycan xalqını təşkil edir və
onun bütün nümayəndələri azərbaycanlıdırlar.
Bir sözlə Azərbaycan vətəndaşı olan
talış da, ləzgi də, rus da və s. azərbaycanlıdır.
Bundan belə çıxır ki, Azərbaycan vətəndaşı
olmayan şəxslərə azərbaycanlı demək olmaz.
Demək ki 50 milyonluq Azərbaycanlı ifadəsi
yanlışdır. İndi isə gələk onun zərərinə.
Bax bu məsələyə çox ciddi yanaşmaq
lazımdır. 50 milyonun içində 30 milyonundan çoxu
İran vətəndaşlarıdır, yarım milyonu
Gürcüstan vətəndaşlarıdır. 10 milyona
yaxın olsa da nədənsə 3 milyon götürdükləri
kəsim Türkiyə vətəndaşlarıdır. Yüz
mindən çoxu Rusiyanın Dağıstan Muxtar
Respublikasının vətəndaşlarıdır. Bu
saydıqlarımın heç biri Azərbaycandan ora
köçməyib. Ta qədimdən oranın yerli əhalisidirlər
və biz onlara azərbaycanlı dedikcə həm onlara
yaşadıqları ölkədə problemlər
yaradırıq, həm də Azərbaycanla o ölkələr
arasında anlaşılmazlıqlar yaranır. İranla
bağlı olanlar buna ən gözəl misaldır.
Sual
çıxa bilər ki bəs onlar kimdi və onlar necə
adlandırılmalıdır. Onlar Azərbaycan türkləridir.
O ölkələrin vətəndaşları olan Azərbaycan
türkləri. Hə unutmadan Statistika idarəsinin azərbaycanlı
kimi qeyd etdiyi etnik çoxluq da Azərbaycan türkləridir.
Azərbaycan vətəndaşı olan ləzgi, talış,
kürd və s. hesabatda elə belədə qeyd olunursa Azərbaycan
türkləridə türk kimi qeyd olunmalıdır. Yoxsa bu səhvi
zaman bizə bağışlamayacaq.
Azərbaycan
müstəqillik qazanandan sonra onun ən böyük
ehtiyaclarından biri də onun dünyada səsi olacaq diaspora
idi. O diaspora ki, onun haqq səsini hər yerə
çatdıracaq. Onun tanınmasında önəmli rol
oynayacaqdı. Azərbaycan müstəqillik qazanandan 90–cı
illərin sonlarına qədər daxili problemləri ilə
tam əhatə olunduğundan diaspora məsələsinə
demək olar ki hec diqqət ayıra bilməmişdi. Bu illərdə
diasporamız müstəqil şəkildə təşkilatlanmağa
çalışırdı və çox önəmli
işlərə də imza atmışdı. Azərbaycanın
tanınmasında, onun problemlərinin dünyaya
çatdırılmasında böyük işlər görməyə
başlamışdı.
2000–ci illərin
əvvəllərindən dövlət diaspora məsələsinə
diqqət ayırmağa başladı. Elə
diasporamızın əsl problemləri burdan başladı.
Hökumət diaspora işinin gücləndirilməsi
üçün dünyadakı azərbaycanlıları birləşdirmək
üçün Dünya Azərbaycanlıları Konqresini
yaratdı. Amma böyük yanlışlığa yol verdi.
İran vətəndaşı olan və olmuş Azərbaycan
türkləri burda üstünlük təşkil etdilər
və buna görə də DAK-ın işi Azərbaycanın
maraqlarına xidmət etməkdən çıxdı. DAK
İrana qarşı mübarizə aparan, onun ərazisini
parçalamağa çalışan, buna görə də
İranı işğal etməyə çalışan
qüvvələrin oyuncağına çevrilən təşkilata
çevrildi. İran da buna görə Azərbaycanı
günahlandırdı və Azərbaycana qarşı siyasətini
sərtləşdirdi. Bunu görən Azərbaycan diasporaya nəzarət
etmək üçün Diaspora Komitəsini yaratdı. Bu
işi daha da qarışdırdı. Bununla da Azərbaycanın
daxilində gedən iqtidar müxalifət “mübarizəsi” ( əslində
düşmənçiliyi) diasporaya daşındı.
Diasporamız parçalandı və bütün gücləri
iqtidar müxalifət mübarizəsinə sərf edildi. Həqiqətən
də Azərbaycan üçün nələrsə etməyə
çalışan əsl vətənpərvər insanlar bu
olanları görüb meydandan çəkildilər. Bu səfər
də hökumət 2006-cı il Dünya Azərbaycanlılarının
II Qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə
Şurasını yaratdı. Məqsəd isə bir idi
diasporanı düzgün şəkildə təşkilatlandırmaq.
Amma bu da bir nəticə vermədi.
Bu
qarışıqlardan istifadə edən iş adamları
özlərinə diplomatik toxunulmazlıq almaq
üçün bu təşkilatlara doluşdular. Onları nə
Azərbaycan diasporası, nə də Azərbaycanın
problemləri maraqlandırmırdı. Onları bir şey
maraqlandırır - bu imkandan istifadə edərək daha
çox pul qazanmaq. Məhz buna görə də DAK bir
neçə yerə parçalandı. Avropa dövlətlərində,
Rusiyada, ABŞ-da və çoxlu cırtdan təşkilatlar
yarandı.
Belə bir
mənzərəni görəndə bəzi suallar ortaya
çıxır. İranda, Gürcüstanda,
Dağıstanda, İraqda ta qədimdən yaşan, yerli əhali
olan Azərbaycan türklərinin diasporaya nə dəxli var?
Onlara azərbaycanlı demək nə dərəcədə
doğrudur?
Diasporanı
təşkilatlandırmaq üçün bu qədər təşkilatlara
nə ehtiyac var? Bu təşkilatların mərkəzləri
Azərbaycanda ola-ola necə diasporanı təşkilatlandıracaqlar?
Bütün bu
qarışıqlıqlardan isə itirən Azərbaycan oldu,
xaricdə yaşayan sadə azərbaycanlılar oldu. Məncə
bu problemi tezliklə həll etmək lazımdır. Bu
qarışıqlıqlar heç də Azərbaycana
ziyansız ötüşmür. Bu gün bu
yanlışlıqlar üzündən ən böyük
qonşumuzlardan biri olan İranla az qala düşmən
olmuşuq. Nəzərə alanda ki, İran bizim tarixi dövlətimizdir,
deməli məsələyə daha həssas yanaşmaq
lazımdır. Onsuz da Azərbaycanın Qarabağ kimi
böyuk problemi var. Edilən yanlışlıqlar
üzündən başqa problemlər lazım deyil.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 9-11 iyun.- S.15.