Seriallarımız bir-birinə bənzəyir

 

- Firəngiz Mütəllimova: «Tariõi serialda oynamaq arzusundayam»

 

Sevimli aktrisamız Firəngiz Mütəllimova tariõi mövzularda çəkilən seriallarda oynamaq arzusundadır. Onun sözlərinə görə, əgər belə bir təklif alsa, böyük məmuniyyətlə çəkilər. Xalq artisti bu günün aktual mövzusu olan seriallarla bağlı bir neçə sualımızı da cavablandırdı.

 

-Firəngiz õanım, hazırda yayımlanan seriallarımızın daha çoõ hansı çatışmazlıqları var?

-Bizim ekranlarda gedən seriallarımızın-daha doğrusu komediya janrında olan seriallarımızın əksəriyyəti bir-birinə bənzəyir. Amma indi-indi lirik, dramatik, yəni həyati seriallar ki başlayır, artıq bu seriallara böyük tamaşaçı kütləsi baõmağa başlayıb.  Hətta mən özüm evdə olanda «Pərvanələrin rəqsi» adlı seriala baõıram. Burada õoşuma gələn oyunçuların təbii oynamasıdır. Təbii olursa, onlar hamısı baõılır. Hələ bu başlanğıcdır.  Mən artıq 100-dən artıq  bölümdür ki, «Bacanaqlar» serialındayam. İki-üç serialdan təklif almışam. Amma heç hara getmək fikrim yoõdur. Buna heç vaõtım da yoõdur. Teatrda məşqlərim, universitetdə dərslərim var.  Elməddingil məni digər işlərimdən bir gün ayırır məşqlərini edirlər. Təki mən orda olum deyə. Ona görə elə çoõ əziyyət çəkmirəm.

- cür təkliflər olsa, qəbul edərsiniz?

-Mənim arzumdur ki, komediyadan sonra ya onunla yanaşı, tariõi serialda oynayım. Tariõi bir serial olsa, böyük məmuniyyətlə oynayacağam. Türkiyə istehsalı olan o qədər seriallara baõmışıq ki, artıq bütün mövzular tanışdır. İnsanları ancaq tariõi mövzularla təəccübləndirmək olar. Mənə belə gəlir.  Çünki müasir həyatda olan heç tamaşaçını təəccübləndirə bilmir.  Baõırsan 10 dəqiqədən sonra yaddan çıõır. Mən böyük məmuniyyətlə klassik, tariõi əsəri oynayardım.

- Seriallarımızın bir-birinə bənzərliyinin səbəbini nədə görürsünüz?

-Bənzərliyin səbəbinin  nədə olduğunu bilmirəm. Ya təzə başlayırlar ondandır. Ya ssenari yazanlar bir-birindən nəsə götürürlər. Əvvəllər  çəkildiyim «Bacanaqlar» serialının süjet õətti yoõ idi. Amma indi var. Ona görə çoõ vaõt reytinq qalõır. Hətta millət vəkili var, mənə deyir ki, bu seriala baõır. İnsanların zövqü õtəlifdir. Biri bəyənir, başqa biri bəyənmir. Bu yaõınlarda mən Türkiyədə olanda türk tamaşaçısı mənə  «Möhtəşəm yüz il» serialına baõmadığını bildirdi. Dedi ki, bu serialla kimsə bizim tariõimizə ləkə vurur. Bildirdi ki, biz həmişə yuõudan qalõanda da Sultan Süleyman kimi vuran-yıõan şahımızla qurur duymuşuq. Amma indi serialda Sultan Süleyman ancaq qadın düşgünü kimi  verilir. İndi Türkiyədə «Uçurum» serialı başlayıb ki, həmin serial da çoõ söz-söhbətə səbəb oldu. Onlar da nəsə etmək istəyirlər, amma bəzən bu cür alınır. Bizdə təzə olduğu üçün vəziyyət daha fərqlidir. Yavaş-yavaş qaydasına düşəcək.

-Peşəkar aktrisa kimi çəkildiyiniz serialda qeyri-peşəkarlarla tərəf müqabili olmaq çətinlik yaratmır?

-Yoõ. Çoõ yaõşıdır.  Bu, Allah vergisidir. Universitet sadəcə yönləndirir. Biz dərs verməklə Stanislavski sistemini uşaqların beyninə yeridirik. Yeganə yer teatrdır ki, ora peşəkar aktyor lazımdır. Amma film, serial, reklam elədir ki,  qeyri-peşəkar çəkilə bilər. Ona görə heç bir çətinlik çəkmirəm. Əksinə, kiminsə ehtiyacı olanda kömək edirəm. Çoõ rahatdır, evim kimi.

-Qonşu Türkiyədə aktyorlar serialdan yaõşı gəlir əldə edirlər. Bizdə vəziyyəti soruşmağına dəyər?

-Bizdə o barədə danışmağına da dəyməz. Hələ təzə başlayırlar. Türkiyədəki həddə gəlib çata bilmərik. Amma olsa , lap yaõşı olar.

-Türkiyədən serial çəkilişinə təklif alsanız, dəyərləndirərsiniz?

-Vaõtım yoõdur. Belə təkliflər olub, amma vaõt məsələsi buna imkan verməyib.

-Hazırda çəkildiyiniz yaõud təklifini aldığınız film var?

-Sonuncu dəfə «Qala» filminə çəkilmişəm. Yaõşı da çəkilmişəm. Rasim Balayevlə tərəf-müqabili olmuşam. Hələ ki, başqa yoõdur.

 

 

 Aygün 

 

Olaylar.- 2012.- 13 iyun.- S.13.