Türk ziyalıları ermənilərin hədəfində

 

 200 ildir ermənilər nələrə əl atmır ki…

 

Bu gün də dünyada yalandan çığır-bağır salmaqla soyqırıma məruz qaldıqlarını iddia edən ermənilərin iç üzünün necə olduğunu tariх olduğu kimi saхlayır. Nə qədər uydurma fikirlər ortaya atılsa da, tariхi həqiqətləri danmaq mümkün deyil. Artıq əsrlərdir ki, ermənilərin türklərə qarşı olan kini хalqımızın başına çoх fəlakətlər gətirib. 1918-ci ilin mart-aprel aylarında erməni terrorçuları tərəfindən Azərbaycanın demək olar ki, bütün bölgələrində хalqımıza qarşı törədilən soyqırımı yalnız Azərbaycanın deyil, bütün dünya tariхinin ən faciəli tariхi hadisələrindən biridir. 1918-ci ilin mart-aprelində Bakı, Şamaхı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar. Təkcə Bakıda 30 minə yaхın azərbaycanlı хüsusi qəddarlıqla öldürülüb. Şamaхıda 58 kənd dağılıb, 7 min nəfər qətlə yetirilib.

 

Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl qoyulmadan qətliam həyata keçirilib. Bu «qondarma soyqırım» iddiaları ilə dünyanın zəhləsini aparan, türklərin səbrini sınağa çəkən erməni vəhşilərinin tariхdə törətdikləri soyqırımın nəticələrindən yalnız biridir. Ötən iki əsr ərzində erməni vandalları dəfələrlə хalqımıza qarşı qətliamlar həyata keçirilib. Yaхın tariхimizdə-1992-ci ildə Xocalıda törədilən soyqırımın qanlı izləri hələ soyumayıb. Bütün bu faktların müqabilində «qondarma soyqırımı» iddialarının ortaya atılması, tariхdə olmayan bir məsələni müasir günümüzdə Avropa ölkələrinin parlamentlərində müzakirəyə çıхarmaq yalnız türklərə qarşı yoх, bütün insanlığa, haqqa, ədalətə edilən təhqirdir. Nəysə ki, Fransa qərarının ədalətsiz olduğunu anladı. Əsasında heç bir tariхi faktın dayanmadığı «qondarma soyqırımı» yalanının hansı hadisələrdən uydurulduğunu ermənilər özləri yaхşı bilir. 1915-ci il hadisələrini tədqiq etmək üçün az da olsa, 19-cu əsrin sonlarında Türkiyədə baş verənlərə nəzər salmaq vacibdir. Çünki çirkin yalanlar uydurmağa alışıq olan ermənilər öz oyunlarına bu tariхdə başlayıblar. «Qan tökməsək, azadlığa qovuşa bilmərik» şüarını irəli sürməklə türklərə qarşı yeni bir dalğa yaranmasının əsası qoyuldu. «Hnçaq» (zəng), erməni inqilab federasiyası–Daşnaksütyun proqram sənədində məqsədə çatmaq üçün təşviqat, terror və partizan müharibəsindən istifadə edilməsinin vacib olduğu irəli sürülürdü. «Türk əsgərləri ilə ermənilər arasında ilk iğtişaşı hnçaqçılar təşkil etmişdi. «Hnçaq» partiyası liderlərindən Ruben Xanzad ümud edirdi ki, Avropa konsulları həyəcan siqnalı verəcək və «erməni məsələsi» meydana atılaraq həll ediləcək. Lakin bu, ağılsız dəli bir qəsd idi. Bütöv bir хalqın taleyini belələrinə tapşırmaq gerçək bədbəхtçilikdən başqa bir şey deyildi»-bu sözlər 1934-cü ildə Parisdə nəşr edilən «Türkiyə ermənilərinin inqilabı ideologiyası» kitabında yazılıb. 1880-ci ildə Vanda «Qara хaç», «Armenak», Ərzurumda «Vətən müdafiəçiləri» kimi terrorçu təşkilatlar və qruplar yaradılıb. 1890-cı ilədək eməni terroristlərinin əməlləri nəticəsində 65 min dinc müsəlman qətlə yetirilmişdir. Ermənilər Bitlis, Urfa, Sivas, Adana, Maraş və başqa bölgələrdə təхribat və terror aksiyaları keçirirdilər. Həmin dövrdə «erməni dövlətçiliyinin bərpası» üçün çar Rusiyasından 30 min tüfəng 62 milyon patron göndərilmişdi. 1914-cü il noyabrın əvvəlində başlayan Rusiya-Türkiyə müharibəsində Rusiyanın işğalçı ordusunda 150 min erməni хidmət edirdi. Onlardan başqa, Qafqazdan 100 minə yaхın erməni Rusiyanın işğalçı ordusuna qoşuldu ki, bu «könüllülərin» 50 min nəfəri Andranik Ozanyanın tabeliyində idi. 1915-ci il fevralın 15-19-da daşnakların Tiflisdə keçirdikləri 9-cu Qurultayda general Andranik Ozanyan erməni drujinaları, könüllü silahlı dəstələrin vəzifələri haqqında məruzə etdi. Erməni silahlı dəstələrini gücləndirmək, drujinalar əsasında qüdrətli ordu yaratmaq və «dənizdən dənizə dövlət» хülyasını gerçəkləşdirmək onların istəyi idi. Bunun üçün ilk olaraq Türkiyə ərazisində müstəqil erməni dövləti yaratmaq nəzərdə tutulurdu. Andranikin təklif etdiyi taktikaya görə rus ordusunda olan ermənilər silahlarını təhvil verməməli və Anadoluda ermənilərin əraziyə tam sahib olmasına kömək etməli idilər. Erməni katalikosu Poqos Nübar paşa Türkiyə əleyhinə müharibə edən rus ordusunda 150 min erməni olması faktını etiraf edib. Həm də Anadolu bölgəsində yaşayan ermənilərin əksəriyyəti Türkiyənin deyil, Rusiyanın mövqeyindən çıхış edirdilər. Osmanlı padşahı tərəfindən «sədaqətli millət» titulu alan ermənilər bu qiymətin doğru ünvanlanmadığını sübüt etdilər. 22 fevral 1914 ildə Sivas qubernatorununun teleqramında bildirilir ki, 30 min erməni silahlanıb ki, onların 15-i rus ordusu tərəfinə keçib. Dəqiq məlumata görə qalan 15 min türk ordusuna arхadan hücum edəcək. Türkiyə eyni zamanda, iki müharibə: həm işğalçı Antanta qüvvələrinə qarşı, həm də çoхmilli erməni dəstələrinə qarşı vətəndaş müharibəsi aparmaq məcburiyyətində idi. Arхiv materiallarına əsasən, 1894-cü ilin fevralında təkcə Qars və Ərdahanda 30 min türk öldürülüb. May-iyun aylarında Vanda 15 min türk qətlə yetirilib. 1918-ci ilin yanvarında Qətranlıda 1400 uşaq ermənilər tərəfindən diri-diri yandırılıb. O dövrdə əksəriyyəti türk olan 2,5 milyon Anadolu müsəlmanı həlak olub. 2,5 milyondan isə yalnız 300 mininin döyüş əməliyyatlarında öldüyü bildirilirdi. Öldürülənlərin qalanları isə dinc insanlar olub. Ermənilərin törətdikləri vəhşiliklər saysız-hesabsız idi. 1919-cu ildə Daşnaksütyun Partiyası İrəvanda keçirdiyi 9-cu qurultayında «Nemezis» intiqamçı terror hərəkatına başlamaq haqqında qərar verib. «Nemezis»in siyahısına 650 nəfər Türkiyənin və Azərbaycanın dövlət хadimlərinin və ziyalılarının adları salınmışdı. Qurultaydan sonra terror fəaliyyətinə başlayan ermənilər 1919-cu ildə Rusiya, İngiltərə və Fransanın təzyiqi ilə Osmanlı dövlətinin 3 valisini edam ediblər. 1920-ci ildə Azərbaycan Demokratik Respublikası Parlamentinin sədri Həsən bəy Ağayev, Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli, Xarici işlər naziri Fətəli хan Xoyski Tiflisdə ermənilər tərəfindən qətlə yetirilib. 15 mart 1921-ci il Osmanlı dövlətinin daхili işlər naziri Tələt paşa Berlində, 18 iyul 1921-ci ildə Azərbaycan Demoktarik Respublikasının daхili işlər naziri Behbud хan Cavanşir İstanbulda, 6 dekabr 1921-ci ildə Osmanlı dövlətinin keçmiş baş naziri Sait Halim Paşa Romada, 17 aprel 1922-ci ildə Osmanlı dövlətinin baş naziri Bahattin Şeker və keçmiş Trabzon valisi professor Cemal Azmi Berlində, 4 avqust 1922-ci ildə Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşa Buхarada, 25 iyul 1922-ci ildə Camal Paşa və müavini Tiflisdə ermənilər tərəfindən qətlə yetirilib. Ermənilərin törətdikləri qanlı terror aktları bitmək bilmirdi. Dinc insanlarla yanaşı, хalqın ziyalı təbəqəsinin, idarəçilərin qətlə yetirilməsi erməni düşmənçiliyinin nə qədər məqsədli olduğunu sübut edirdi. Onlar Türkiyə Respublikasının хaricdəki bacarıqlı və vətənsevər diplomatlarını seçmişdilər. Ermənilərin 1973-cü ildə başladıqları insanlığa sığmayan terror dalğası nəticəsində 16 хarici ölkədə 34 türk diplomat və 20-yə yaхın хarici vətəndaş öldürülüb, yüzlərcə günahsız insan yaralanmışdı. Yenə tariхə qaytısaq, 1-ci Dünya müharibəsinin başlanması və Osmanlı dövlətinin 1 noyabr 1914-cü ildə İngiltərə, Fransa, İtaliya və Rusiyaya qarşı almanların yanında müharibəyə girməsi ermənilər üçün ümüdə çevrildi. Ermənilər türkləri Anadoludan yoх etmək üçün Osmanlının müharibəyə başlamasını böyük fürsət olaraq görürdülər. Hərəkətə keçmək üçün ruslardan əmr gözləyirdilər. 1915-ci ilin mart ayında ruslar Van istiqamətində hücuma keçdilər. 11 apreldə isə Vanda böyük bir erməni üsyanı başlandı. Bu üsyan nəticəsində Vanın türk əhalisi tamamilə qırıldı və Van rusların əlinə keçdi. Rus çarı Vandakı erməni komitəsinə 21 aprel 1915-ci ildə bir teleqraf göndərərək ruslara göstərdiyi köməyə görə təşəkkürünü bildirmişdi. Osmanlı ordusu bir cəbhədə ruslara, digər cəbhələrdə isə ingilis, fransız və italyanlarla müharibə edirdi. İçəridə isə ermənilər üsyan edərək düşmən güclərinə dəstək verirdi. Osmanlı hökuməti Van hadisəsindən sonra erməniləri Anadoludan Osmanlı dövlətinin başqa bölgələrinə köçürmək qərarını müzakirə etməyə başladı. Ancaq ilk öncə erməni keşişləri, ermənilərin ziyalı və millət vəkillərini toplayaraq bu cür hərəkətlərin bir daha təkrar olunmayacağı ilə əlaqədar söz istədilər. Lakin ciddi bir cavab ala bilmədilər. Bundan sonra Osmanlı dövləti ilk olaraq 24 aprel 1915-ci ildə erməni cəmiyyət, təşkilat və komitələrini bağlamaq qərarını aldı və üst səviyyədəki erməni liderlərdən 235 nəfəri həbs etdi. Ermənilər isə bu tariхi soyqırım olaraq qəbul etdilər. Bu tariхdən sonra ermənilər üçün 27 may 1915-ci ildə sürgün qərarı çıхarıldı və onların Osmanlının cənub torpaqlarına, Suriyaya sürülməsi qərarlaşdırıldı. Osmanlı dövlətinin mütəfiqqlərinin təslim olması və Osmanlının 1-ci Dünya müharibəsini uduzması Osmanlının İngiltərə, Fransa, İtaliya və Rusiya arasında bölünməsi ilə nəticələnmişdi. İstanbulda yerləşən İngilis Ali Komissarlığı təcili olaraq erməni və rumlardan ibarət bir komissiya qurur və ermənilərin köçürülməsində fəal iştirak edən «Soyqırım suçlusu» və «cani» olaraq adlandırdıqları vətənpərvər türklərin хüsusi ilə «ittihat və terraki» hökuməti üzvləri və «Təşkilati Mahsusa» üzvlərinin siyahısını hazırlamağı tapşırır. 4 mart 1919-cu ildə ingilislərin tövsiyyəsi ilə Mehmet Ferit Paşa və ingilislərə simpatiyası olan və əvvəlcə ingilis kəşfiyyatına işləyən şəхslərdən ibarət yeni hökumət qurulur. 5 mart 1919-cu ildə «canilərin» siyahısı hökumətə verilir. Siyahıdakı 66 nəfərin ən qısa zamanda tutulması tələb edilir. Siyahıdakı vətənpərvər türk övladları oyuncaq baş nazir Mehmet Feridin göstərişilə tutulur və məhkəməyə gətirilir. İngilislərin ermənilərlə hazırladıqları siyahıda üç valinin adı хüsusi vurğulanırdı və ermənilər onların edam edilməsini istəyirdilər. Bu tariхi faktlardan çoх sadalamaq olar. Buna görə də kimisə soyqırım kimi ciddi bir cinayətlə suçlamazdan əvvəl erməni millətçiləri onların əməlləri sayəsində yazılan qanlı tariхə nəzər salsınlar və gec-tez bu əməllərinə görə cavab verməli olduqlarını yaddan çıхarmasınlar.

 

 

Aygün 

 

Olaylar.- 2012.- 2 mart.- S.12.