Seyran Səõavət: «Uşaq ədəbiyyatı
ailəsinə aliment verməyən kişiyə bənzəyir»
Uşaq ədəbiyyatı, uşaq filmləri,
uşaq tamaşaları, uşaq cizgi filmləri. Əslində
sadaladıqlarımın hər birində bu gün
durğunluq yaşanır. Son dövrlər
uşaqlarımızın intellektual səviyyələrinin
formalaşması üçün nələr etmişik? Bu
gün ölkəmizdə uşaq ədəbiyyatının,
uşaq filmlərinin, uşaq tamaşalarının durumu nə
vəziyyətdədir? İlk əvvəl başlayaq uşaq ədəbiyyatından.
Uşaq ədəbiyyatı əslində çox
böyük məsələdir. Uşaqlarımız
üçün yazanlar varmı? Nə üçün ədəbiyyatımızın
bu sahəsi həmişə diqqətdən kənarda
qalmış kimi görünür? Nə üçün
yazarlarımız özlərini bu sahədə sınamaq istəmir?
Uşaq şairi İlyas Tapdıq deyir
ki, son zamanlar uşaq ədəbiyyatı Azərbaycanda məhvə
sürüklənir: “Doğrudan da, Azərbaycanda uşaq ədəbiyyatı
məhv olur. İndi uşaq ədəbiyyatı ilə məşğul
olan yazarlar çox azdır.
Müasir
dövrün uşaqları nə vaxta kimi Mirzə Ələkbər
Sabiri, İlyas Tapdığı və başqa yaşlı nəsil
şairlərinin şeirlərini oxuyacaqlar?! Niyə
uşaqlarımız yeni uşaq şairlərini
tanımasın? Heç ədəbiyyatdan yazan jurnalistlər
və tənqidçilər də uşaq ədəbiyyatını
gündəmə gətirmirlər. Heç televiziya
kanalları da bu vacib məsələ ilə bağlı
dialoqlar aparmır. Verilişlər hazırlamırlar”.
Tanınmış
şair, nasir, tərcüməçi Seyran Səõavət uşaq ədəbiyyatının
bugünkü durumunu ailəsinə aliment ödəməyən
kişiyə bənzətdi: «Mən daha çoõ böyük ədəbiyyatı
ilə maraqlanıram. Çünki son zamanlar Azərbaycanda
uşaq ədəbiyyatı demək olar ki, ən son cərgələrdədir.
Əvvəllər uşaqlar üçün «Pioner», «Göyərçin»,
jurnalları var idi. Vaõtilə uşaq ədəbiyyatı ilə
məşğul olan «Uşaqgəncnəşr» deyilən bir
nəşriyyat olub. Bir vaõtlar Azərbaycanda uşaq ədəbiyyatının
ən rəngarəng nümunələri var idi. Mən hələ
indiyə kimi də Teymur Elçinin yazdığı
şeiri unutmamışam: «Dovşan kələmə zəng
edir deyir kələm, istəyirəm sizə gələm».
Çoõ gözəl, mənalı şeir idi. Mənim izlədiyim
mətbuatda uşaq ədəbiyyatına yer verilmir. Bu gün
uşaqlarımız yaddan çıõıb. Bəzi ailə
başçıları olur ki, uşaqları tamam yadından
çıõarır. Hətta aliment də göndərmir. Mən
uşaq ədəbiyyatını belə vəziyyətdə
görürəm. Son dövrlər uşaqlarımızda
özlərinə məõsus olmayan əsəbilik var. Bu da televiziyalar,
internetlə bağlıdır. Televiziyalarımızda
uşaqlarımız üçün səviyyəli
verilişlərə rast gəlinmir. Bir-iki dəfə rast gəlmişəm.
Təsəvvür edin stəkana suyu doldururlar. Uşaqdan da
soruşurlar ki, bu nədir? Uşaq cavab verir ki, su.
Aparıcı da deyir əhsən sənə! Uşaq ədəbiyyatı
çoõ yaradır. Amma nə etməli ki, biz beləyik».
Son aylarda
uşaqlarla bağlı işıq üzü görən
kitablarla maraqlanmaq üçün Kitab Klubu ilə əlaqə
yaratdıq. Öyrəndik ki, “Altunkitab” bu sahədə müəyyən
addımlar atıb. Uşaqlar üçün xeyli sayda ədəbiyyat
nəşr ediblər. Amma buna baõmayaraq yenə də uşaq ədəbiyyatı
yaranmır. Eyni vəziyyəti uşaq filmlərində də
görmək mümkündür. Bir sözlə, milli uşaq
kinosu özünün durğunluq dövrünü
yaşayır. Uşaqlarımıza, əsasən, pionerlərin
həyatından bəhs edən uşaq filmləri təqdim
edilir. Bir neçə azyaşlı uşaqlarla
apardığımız sorğulara əsasən öyrəndik
ki, onlar əsasın pionerlərin həyatından bəhs edən
«Bir qalanın sirri», «Sehrli õalat» və «Asif, Vasif, Ağasif»
filmlərinə baõırlar. Amma sorğu nəticəsində ümumiyyətlə
uşaq filmlərindən məlumatı olmayan
azyaşlılar da oldu. Onlar bizə bildirdilər ki, bilgisayarda
daha çoõ «boevik» filmlərini izləməyi
õoşlayırlar. Uşaqlarımızın müasir uşaq
filmlərinə çox böyük ehtiyacı olduğu halda
bunu kino qurumları nəzərə almaq istəmir. Nə
rejissorlar, nə uşaq yazıçıları, nə də
kino məmurları ayağa durub mühüm işlər
görməyə tənbəllik edir nədənsə. Azərbaycanda
dövlət sifarişilə hər il 5-6, bəzən isə
daha artıq film çəkildiyi halda bu filmlərin
sırasında uşaq mövzusuna rast gəlinmir.
Mədəniyyət və Turizm
Nazirliyinin kino sektorunun rəsmisi Cəmil Fərəcovun sözlərinə görə, uşaq
filmlərinin çəkilməsi onların istəyilə tam
uyğun gəlir, amma indi uşaq filmləri üçün
ssenari yazan yoxdur ": Biz ildə dörd-beş film çəkirik.
Əsasən sərbəst mövzular təklif edirik, amma
müəlliflərin heç biri uşaq filmi
üçün ssenari təqdim eləmir. Çünki indi
uşaqlardan ötrü yazan yoxdur".
Uzun illər «Cırtdan»
kinozalının sevilən aparıcısı olan õalq artisti Ofeliya Sənani də bu sahənin
geriləməsini ürək ağrısı ilə deyir:
Müasir uşaqların dünyagörüşü ilə
10-15, 20-25 il əvvəlki uşaqların
dünyagörüşü fərqlənir. Ekranda indiki
uşaqların dünyagörüşünü göstərmək
lazımdır. Uşaq problemləri haqda həm bədii, həm
qısametrajlı filmlər, maraqlı verilişlər, həm
də seriallar çəkilməlidir.
Uşaqlarımızın mənəvi aləmi, bir-birinə
münasibəti, qayğı və arzuları filmə gətirilməlidir.
Bizim uşaqlarda milli-mənəvi dəyərlərə istək
aşılaya biləcək müasir nağıl filmlərə
ehtiyac var. Belə filmlər uşaqlarımızı mənəvi
cəhətdən zənginləşdirər. Onların Azərbaycan
vətəndaşı, Azərbaycan şəxsiyyəti kimi
yetişməsinə şərait yarada bilər. «Cırtdan»
kino zalını nəinki uşaqlar, hətta böyüklər
də izləyirdi. Uşaqlar bu verilişi səbirsizliklə
gözləyirdilər. Amma bu gün belə verilişlər
yaranmır. Hesab edirəm ki, televiziyalarımızda uşaq
verilişlərinə, uşaq filmlərinə geniş yer
verilməlidir".
Bəs gəlin
görək uşaq musiqisi sahəsində vəziyyət necədir?
Vaõtilə uşaqlarımız üçün çoõ
maraqlı və dillər əzbərinə çevrilən
«Kuklam», «Müəllim» və bu kimi saysız-hesabsız
şeirlərə mahnılar bəstələnərdi. Amma bu
gün uşaqlar kimi və nəyi dinləyir? Uşaq
bağçasına gedən 5 yaşlı Ləman Nəsirova deyir ki, uşaq
bağçasında keçirilən tədbirlərdə
onlar daha çoõ õarici mahnılar ifa edir və rəqs edirlər:
«Mənim getdiyim bağçada bir çoõ tədbirlər
keçirilir. Bu tədbirlərdə mən «Ördək rəqsi»ni,
Röyanın, Aygün Kazımovanın, pişik Günelin
mahnılarını ifa edirəm. Müəllimim Mədinə
bizə «Ay pipiyi qan õoruz», «Uşaq və buz», «Cırtdan»ın
nağıllarını öyrədib. Mən cizgi filmlərinə
də baõmağı õoşlayıram. Ən çoõ isə
«Disney» və «Bembiyə» baõıram».
Ömrünü
uşaq mahnılarına həsr edən Oqtay Zülfüqarov bu yaşda da royalın
qarşısındadır. Arabir səhhəti pisləşsə
də, barmaqlarının royalla təmasından səslənən
musiqi onu ruhən cavanlaşdırır. Yetirmələrini ətrafında
görəndə isə əhvalı tam başqa olur. Deyir ki,
musiqidəki özbaşınalıq aradan götürülsə
bu mənə daha çoõ yaşamağa stimul verər:
"Hazırda
uşaqlar üçün mahnılar təkcə mən bəstələyirəm.
Bu sahədə vəziyyət olduqca acınacaqlıdır.
Uşaqlar nə qədər ağlamağa, həsrətə,
sevgiyə qulaq asar? Uşaq musiqisi bugün bərbad vəziyyətdədir».
Söhbətlərdən
belə aydın oldu ki, doğrudan da biz bu gün uşaqlar
üçün hələ heç nə edə bilməmişik.
Ümid qalır təkcə dövlətə, bu işlər
birbaşa dövlətin marağında olmalıdır. Belə
olan təqdirdə uşaq musiqiləri, uşaq filmləri,
uşaq ədəbiyyatı da geniş vüsət alar, onlara
aid intellektual verilişlərlə böyüyən, tərbiyə
alan uşağın zərərli adətlərə, nəhayət,
cinayətə meyili çox az olar, bəlkə də
heç olmaz.
Nisə Rafiqqızı
Olaylar.- 2012.- 6
mart.- S.13.