Müstəqillik
illərində böyük inkişaf yolu keçmiş Azərbaycan diasporu
Ümummilli lider Heydər Əliyev tərəfindən
yaradılmış Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin dünya azərbaycanlılarının
təşkilatlanması istiqamətində gördüyü işlər
ayrı-ayrı ölkələrdə yaşayan
soydaşlarımızın birliyinin yaranması işinə
müsbət təsir göstərdi. Dövlət Komitəsi
dünyanın müxtəlif ölkələrində fəaliyyət
göstərən Azərbaycan icmaları, birlik və cəmiyyətləri
ilə müntəzəm olaraq görüşlər
keçirir, onların qüvvəsinin səfərbər edilməsi
sahəsində məqsədyönlü fəaliyyət
göstərirdi.
Müstəqillik illərində diaspora
sahəsi prioritet hesab edildiyindən ümummilli lider Heydər Əliyevin
vəfatından sonra da bu istiqamətdə müvafiq
addımlar atıldı, məqsədyönlü tədbirlər
həyata keçirildi.
Heydər Əliyev
siyasi kursunun layiqli davamçısı cənab prezident
İlham Əliyev də Azərbaycan dövlətinə
başçılıq etdiyi ilk günlərdən
dünyanın müxtəlif ölkələrində fəaliyyət
göstərən diaspor təşkilatları ilə
yaxından maraqlandı, bu istiqamətdə zəruri
addımlar atdı. Bu dövrdə Dünya Azərbaycanlılarının
birinci qurultayından keçən zaman ərzində bu sahədə
görülən işlər, birinci qurultayın qəbul
etdiyi qərarların icra vəziyyətini öyrənmək
zərurətə çevrilmişdi. Bunun üçünsə
dünya azərbaycanlılarını yenidən bir araya gətirmək,
onların toplantısını keçirmək lazım idi. Məhz
bu zərurəti dərindən dərk edən prezident
İlham Əliyev 2006-cı il, fevralın 8-də Dünya Azərbaycanlılarının
ikinci qurultayının keçirilməsi barədə fərman
imzaladı. Dövlət başçısının imzaladığı
fərman əsasında həmin il martın 16-da Bakıda
Dünya Azərbaycanlılarının ikinci qurultayı
keçirildi.
Dünya Azərbaycanlılarının
ikinci qurultayı Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin
başlanğıcı kimi xarakterizə edildi. Ümumiyyətlə,
ikinci qurultay dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlıların həmin ölkələrin
ictimai-siyasi həyatında iştirak imkanlarının artırılması,
ayrı-ayrı icma və birliklər arasında əlaqələrin
möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət
daşıyırdı. Dünya Azərbaycanlılarının
ikinci qurultayında prezident İlham Əliyevin proqram xarakterli
çıxışı isə diaspor təşkilatlarımız
üçün yeni istiqamətlər və müasir
yanaşmalara əsaslanmış fəaliyyət müəyyən
etdi. Dövlət başçısının Dünya Azərbaycanlılarının
ikinci qurultayında soydaşlarımıza
ünvanladığı tövsiyyələr isə
dünyanın yeni siyasi reallıqlarını nəzərə
alaraq diaspora quruculuğu işini müasir tələblər
səviyyəsində qurmaq, icma və birliklər arasında əlaqələri
daha da genişləndirməyi nəzərdə tuturdu. Həmçinin
diaspor təşkilatlarımızın tarixi Vətənə
bağlılığını möhkəmləndirmək
üçün müvafiq tədbirlər görmək, Azərbaycan
dövləti ilə xaricdə yaşayan azərbaycanlılar
arasında mənəvi-psixoloji, siyasi-ideoloji
bağlılığı daha da gücləndirmək istiqamətində
zəruri tədbirlər həyata keçirmək
mühüm vəzifə kimi qarşıya qoyulurdu.
Dünya Azərbaycanlılarının
ikinci qurultayından keçən dövr ərzində Azərbaycan
diasporunun fəaliyyətində yeni ənənələrin əsası
qoyuldu. Ayrı-ayrı icma və birliklər arasında əvvəllər
mövcud olmuş fikir ayrılıqlarının aradan
qaldırılması üçün əsaslı zəmin
formalaşmağa başladı. Artıq
soydaşlarımızın təşkilatlanması prosesi daha
böyük vüsət alırdı. Tədricən yeni icma
və birliklərin təsis olunması prosesi həyata
keçirilməyə başlandı. Dünya Azərbaycanlılarının
ikinci qurultayından keçən dövr ərzində
Benilüks Azərbaycanlıları Konqresi, Amerika Azərbaycan
Tədqiqatçıları İnstitutu, Türkiyə-Azərbaycan
Strateji Araşdırmalar Mərkəzi, Almaniya Azərbaycanlılarının
Koordinasiya Mərkəzi və digər yeni yaradılan icma və
birliklər buna əyani sübutdur. 2010-cu il, iyunun 4-10-u tarixlərində
isə Dünya Azərbaycanlılarının ikinci
qurultayının təklif və tövsiyyələrinə
uyğun olaraq Dünya Azərbaycanlı Ziyalılar Forumu
keçirildi. Forumun işində dünyanın 40-a yaxın
ölkəsindən 200-dək nümayəndə iştirak
edirdi. Dünya Azərbaycanlı Ziyalılarının Forumu
müxtəlif ölkələrdə yaşayan azərbaycanlı
mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan
dövlətinə bağlılığını, onları
daim dövlətin diqqət mərkəzində olduğunu
nümayiş etdirdi. Həmçinin forum azərbaycanlı
ziyalıların dövlət başçısı ətrafında
sıx birləşdiyinin aydın təzahürü idi.
Dünya Azərbaycanlılarının ikinci qurultayından
keçən dövr ərzində Azərbaycan və türk
icmaları arasında əməkdaşlığın
inkişafı, tükdilli xalqların birliyinin və bərabərliyinin
möhkəmləndirilməsinə də xidmət edən
mühüm tədbirlər həyata keçirildi. 2006-cı
il, sentyabr ayının 18-20-də Türkiyə Cümhuriyyətinin
Antalya vilayətində Türk Dövlət və Cəmiyyətlərinin
X Dostluq, Qardaşlıq və Əməkdaşlıq
qurultayı keçirildi. 2007-ci il, martın 9-da isə
Bakı şəhərində Dünya Azərbaycan və
Türk diaspor təşkilatları rəhbərlərinin I
forumu reallaşdı. Bu forum türkdilli xalqların həyatında
mühüm əhəmiyyətə malik hadisə kimi qiymətləndirilirdi.
Forumda aparılan müzakirələrin nəticəsi olaraq
“Azərbaycan və Türk diaspor təşkilatlarının
birgə fəaliyyət Strategiyası”, həmçinin
“Bakı bəyannaməsi”, eləcə də digər
mühüm sənədlər qəbul edildi. 2007-ci il,
noyabrın 17-19-u tarixlərində isə Bakı şəhərində
Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq,
Qardaşlıq və Əməkdaşlıq qurultayı
keçirildi. Qurultayda türkdilli xalqlar arasında elm, texnika,
mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və
maliyyə sahələrində əməkdaşlıq,
türk dünyasının mədəni irsinin təbliği,
türk gəncliyinin qarşısında duran vəzifələr,
müasir qloballaşma proseslərinin xalqımızın həyatına
təsiri ilə bağlı məsələlər müzakirə
edildi. Qurultay eyni zamanda Azərbaycanın bütün türk
dünyasını öz ətrafında birləşdirməyə
qadir güclü bir dövlət olduğunu bir daha sübut
etdi. 2008-ci il, mart ayının 27-də Almaniyanın
paytaxtı Berlin şəhərində Azərbaycan və
Türk Diaspor Təşkilatları Koordinasiya
Şurasının illik iclası keçirildi. İclasda Azərbaycan
və türk diasporları arasında əməkdaşlığın
inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr
barədə müzakirələr aparıldı. Həmin ilin
dekabr ayında isə Bakıda Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurasının toplantısı
keçirildi. Toplantıda Dünya Azərbaycanlılarının
ikinci qurultayının qərarına uyğun olaraq xarici
ölkələrdə yaşayan azərbaycanlıların
birliyinin ideoloji prinsiplərini müəyyənləşdirən,
diasporanın qarşısında duran tarixi vəzifələri
özündə əks etdirən, həmçinin Azərbaycançılıq
ideologiyasının fundamental prinsiplərinə əsaslanan
vahid bir konsepsiya “Dünya Azərbaycanlılarının Həmrəylik
Xartiyası” adlı mühüm sənəd hazırlandı.
Sənəddə xaricdə yaşayan
soydaşlarımızın tarixi Vətən
qarşısında borcu, milli-mənəvi keyfiyyətləri,
azərbaycanlı anlayışının sosial-fəlsəfi
məzmunu, Azərbaycan diasporunun vəzifələri ilə
bağlı müddəlar əksini tapdı.
Nəhayət,
prezident İlham Əliyevin imzaladığı fərman əsasında
2011-ci il, iyulun 6-da isə Bakıda Dünya Azərbaycanlılarının
üçüncü qurultayı keçirildi. Qurultayda bundan
əvvəl keçirilən iki qurultayda qəbul edilən qərarların
icra vəziyyəti öyrənildi, diaspora sahəsində yeni
vəzifələr, qarşıya qoyulan hədəflər
müəyyənləşdirildi. Dünya Azərbaycanlılarının
üçüncü qurultayında çıxış edən
prezident İlham Əliyev diaspor təşkilatlarına
müvafiq tapşırıq və tövsiyyələr verdi.
Ötən dövrün mühüm hadisələrindən
biri də prezident İlham Əliyevin 2008-ci il, noyabrın 19-da
imzalamış olduğu sərəncamdır. Dövlət
başçısının imzaladığı həmin sərəncama
əsasən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin əsasında
Diasporla İş üzrə Dövlət Komitəsi
yaradıldı. Prezidentin 2009-cu il, 14 may tarixli fərmanı
ilə isə Diasporla İş üzrə Dövlət Komitəsinin
əsasnaməsi təsdiq edildi.
Bu gün
xaricdə yaşayan soydaşlarımızın təşkilatlanma
prosesinin sürətlənməsi, icmaların fəaliyyətini
koordinasiya edən yeni-yeni qurumların yaradılması, həmçinin
digər xalqların diasporları ilə əlaqələrin gücləndirilməsi
diasporamızın qarşısında duran mühüm vəzifələr
sırasındadır və bu vəzifənin öhdəsindən
Azərbaycan diasporu layiqincə gəlir. Son illərdə lobbi
quruculuğu istiqamətində əldə edilmiş uğurlar
Azərbaycan diasporunun qarşıya qoyulan məqsədlərə
illərində Azərbaycan diasporu
böyük inkişaf yolu keçməyə müvəffəq
olub. Bu gün müstəqil Azərbaycan Respublikasının diasporu
qarşısında yalnız bir həlli vacib vəzifə
dayanır ki, o da Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsidir. Fəaliyyət göstərdiyi
ölkələrdə Dağlıq Qarabağ probleminin həll
olunması işinə bu və ya digər dərəcədə
dəstək olan Azərbaycan diasporu tezliklə prezident
İlham Əliyevin rəhbərliyi altında bu həlli vacib
məsələnin də çözümünə nail
olacaq.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 7 mart.- S.15.