Azərbaycan və dünya azərbaycanlıları
XX əsrin sonlarında Azərbaycan
Respublikası dövlət müstəqilliyi qazandıqdan və
beynəlxalq hüququn subyekti olduqdan sonra xalqımızın
ictimai-siyasi, milli-mənəvi və mədəni həyatında
keyfiyyətcə yeni bir tarixi mərhələ
başlanmışdır. Zaman-zaman milli müstəqilliyindən
zorla məhrum edilən xalqımız bu gün öz
taleyinin sahibi olmuşdur. Eyni
zamanda tarixin faciəli gedişatı nəticəsində illərdən
bəri parçalanmış, bütün dünyaya səpələnmiş
azərbaycanlıların milli dəyərlərə əsaslanaraq
birləşməsinə imkan yaranmışdır.
Azərbaycanlıların
mühacirət tarixi əsasən XIX əsrin ilk onilliklərindən
başlayır. Qafqazda çar Rusiyasının antimüsəlman
və antitürk siyasəti regionda azərbaycanlı əhalisinin
üstün mövqeyinin zəifləməsinə yönəlmiş
və 1905-1906, 1918-ci illərdə ermənilər tərəfindən
həyata keçirilən qanlı azərbaycanlı
qırğınları belə məkrli strateji niyyətlərlə
törədilmişdir. 1920-ci
ildə ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin
süqutundan sonra mühacirətin növbəti mərhələsi
başlanmışdır.
Otuzuncu illər
və İkinci Dünya müharibəsindən sonrakı illərin
mühacirəti qanlı repressiyalar, siyasi təqib, qətlərlə
bağlı olmuş və məcburi xarakter
daşımışdır.
SSRİ imperiyası dağıldıqdan və Azərbaycan
müstəqillik əldə etdikdən sonrakı dövrdə
respublikamızdan köçərək xarici ölkələrdə
məskunlaşanlar əsasən daha firavan və rahat həyat
ardınca gedənlər olmuşlar.
Dediklərimiz
əsasən Şimali Azərbaycandan mühacirətin
ayrı-ayrı mərhələlərini əhatə edir.
Qeyd etmək lazımdır ki, təxminən otuz milyon azərbaycanlı
əhalinin tarixən yaşadığı Cənubi Azərbaycandan
son onilliklərdə mühacirət edənlərin sayı
şimaldan gedənlərin sayından qat-qat çoxdur və
onlar İranın şah istibdadından baş
götürüb qürbət ellərə
tapınanlardır.
Azərbaycan diasporu
Bu gün təxmini
hesablamalara görə, dünyanın, Azərbaycan da daxil
olmaqla, 70-dək ölkəsində 45 milyona qədər azərbaycanlı
yaşayır və milyonlarla soydaşımız öz Vətənindən,
tarixi-etnik torpaqlarından kənarda mühacir həyatı
yaşamaqdadır. Yalnız Türkiyədə özü və
ya soykökü Qərbi Azərbaycanın İrəvan şəhərindən,
Zəngəzurdan, Göyçədən olan milyonlarla
soydaşlarımız var və onlar XIX əsrin sonlarından
başlamış amansız daşnak irticaları nəticəsində
qardaş ölkəyə pənah gətirmişlər. Azərbaycanın dövlət
müstəqilliyi qazanması Azərbaycan diasporunun həyatına
mühüm canlanma gətirdi. Baş verən qlobal hadisələr,
Qarabağ münaqişəsi, əsassız torpaq iddiaları
planının hərəkətə gətirilməsi,
1990-cı ilin yanvarın 20-də Bakıda, 1992-ci il
fevralın 26-da Xocalıda törədilmiş
qırğınlar, torpaqlarımızın 20 faizinin erməni
silahlı qüvvələri tərəfindən işğal
olunması, bir milyon qardaş-bacılarımızın
doğma yurdlarından didərgin düşməsi və sairə
xaricdəki həmvətənlərimizin ictimai fəallığının
artmasına təkan verdi.
Soydaşlarımızın
bir qismi yeni tarixi vəziyyətə müvafiq olaraq milli-mədəni
yöndə təşkilatlanmağa başladılar və
hazırda azərbaycanlıların dünyanın 30-dan
çox ölkəsində 150-dən artıq ictimai, milli-mədəni
cəmiyyət və təşkilatları fəaliyyət
göstərir. Bu prosesin daha da genişlənməsinə
şəxsi iddiaların milli mənafedən üstün
tutulması, milli-siyasi fəallığın zəifliyi və
iqtisadi maraqlara meylliyinin güclülüyü,
regionçuluq amilləri və icmalar, təşkilatlar
arasında əlaqələrin zəifliyi amilləri ciddi
maneçilik törədir. Bütün bu hallara baxmayaraq,
mühacirət həyatı keçirən azərbaycanlıların
milli özgürlüyünün saxlanılması, dil və
mədəniyyətlərinin inkişafı, insan-vətəndaş
hüquqlarının qorunması, müstəqil dövlətimiz
ətrafında daha sıx mənəvi birliyinin təmin edilməsi
hər bir soydaşımızın başlıca vəzifəsidir.
Dünya azərbaycanlıları və
müstəqil Azərbaycan
Dünya azərbaycanlılarının təşkilatlanması,
müstəqil Azərbaycan Respublikası ilə siyasi, iqtisadi,
mədəni və mənəvi əlaqələrin
inkişaf etdirilməsi son dərəcə önəmli məsələlərdəndir.
Azərbaycanda 31 dekabr - Dünya azərbaycanlılarının
həmrəyliyi gününün bayram kimi qeyd olunması
ümumi milli diasporun formalaşmasında, Azərbaycan
lobbisinin inkişafında başlıca məqamlardan biri
olmuşdur.
Bu günün tarixi
Naxçıvan MR Ali Məclisinin "Dünya azərbaycanlılarının
həmrəylik və birlik günü haqqında" 1991-ci
il 16 dekabr tarixli qərarı və bilavasitə bu işlərin
təşəbbüskarı və həmin tarixi qərara
imza atmış şəxs - Heydər Əliyevin adı ilə
bağlıdır. Bəlkə
də məhz bu hal xaricdə yaşayan soydaşlarımız
tərəfindən Heydər Əliyevin Azərbaycanda hakimiyyətə
gəldikdən sonra gördüyü işlərə diqqəti
artırmış, Azərbaycan dövlətinin
varlığına və gələcəyinə inam və
ümidlər yaratmış, onların tarixi Vətənlə
əlaqələrinin genişlənməsinə səbəb
olmuşdur. Azərbaycanlı əhali Azərbaycan Respublikası Cənubi
Qafqazın şərq hissəsində, Xəzər dənizinin
sahilində yerləşir və sahəsi 86,6 min kv. km-dir.
2001-ci ilin əvvəlində Azərbaycan Respublikasının
əhalisi 8 milyon 81 min nəfər, o cümlədən 4
milyon 107 min nəfər və ya 51 faizini şəhər və
3 milyon 974 min nəfər və ya 49 faizini kənd sakinləri
təşkil etmişdir.
Ölkə
əhalisinin cins-yaş tərkibi aşağıdakı kimi səciyyələndirilir:
3 milyon 954 min nəfər və ya 49 faizi kişilər və
4 milyon 127 min nəfər və ya 51 faizi - qadınlardır;
15 yaşadək (0-14 yaşlı) bütün əhalinin
xüsusi çəkisi (kişilər arasında 32%,
qadınlar arasında isə 28%) 30 faiz, 65 yaşdan yuxarı əhalinin
xüsusi çəkisi isə (kişilər arasında 5%,
qadınlar arasında isə 7%) 6% təşkil
etmişdir. Bu gün Azərbaycan
əhalisinin artımı əhalinin təbii artımı
hesabına baş verir.
Son 5 il ərzində
ölkədə hər il orta hesabla 125 min körpə və
ya hər gün təxminən 340 onun yeni kiçik vətəndaşı
dünyaya gəlir. 2002-ci ildə ölkədə doğum əhalinin
hər 1000 nəfərinə hesabı ilə 15 nəfər təşkil
etmişdir. Azərbaycanda
ölümün səviyyəsi uzun illər ərzində
nisbətən aşağı və sabit olması ilə səciyyələnir.
Lakin çoxsaylı insan tələfatına səbəb
olmuş Ermənistanın hərbi təcavüzü nəticəsində
1992-94-cü illərdə ölüm səviyyəsinin
göstəricisi xeyli artmışdır. Sonrakı illərdə,
Azərbaycan və Ermənistan arasında atəşkəs
rejimi tətbiq edildikdən sonra ölümün səviyyəsi
azalmış və keçən il onun səviyyəsi əhalinin
hər 1000 nəfərinə hesabı ilə 6 nəfər təşkil
etmişdir. Ölümün səviyyəsi
gözlənilən ömür uzunluğu göstəricisində
də öz əksini tapır. Ötən ildə bu göstərici
72 yaş, o cümlədən kişilər üçün
- 69 yaş, qadınlar üçün isə - 75 yaş təşkil
etmişdir. Son illər körpə
ölümünün səviyyəsinin də azalması
müşahidə olunur. Ötən ildə 1 yaşadək
1,5 min uşaq (0,8 min oğlan, 0,7 min qız) və ya
doğulmuş hər 1000 nəfərə hesabı ilə
13-ü ölmüşdür.
2000-ci ildə doğuşdan sonrakı dövrün,
doğuşun və hamiləliyin ağırlaşması nəticəsində
44 qadın ölmüşdür, yəni doğulanların
100 min nəfərinə hesabı ilə ana ölümü
göstəricisi 38 olmuşdur.
Hazırda orta hesabla bir qadına bütün ömrü
boyu təxminən iki doğulmuş uşaq düşür. Əgər
10 il əvvəl üç və ya daha çox
doğulmuş uşaqların xüsusi çəkisi 31% təşkil
edirdisə, indi bu göstərici cəmi 25%-dir. Doğumun səviyyəsinə
nikah da əhəmiyyətli dərəcədə təsir
göstərir. Respublikada orta hesabla təxminən 57 min nikah
bağlanır və 8 min nikah pozulur. Əhalinin son siyahıya
alınmasının məlumatlarına görə, 16 və
yuxarı yaşda təxminən 1 milyon 746 min və ya 43%
qadın nikahda olmuşdur.
Fertil (nəsilvermə qabiliyyətinə malik) yaşda
olan qadınların sayı 2 milyon 311 min nəfərdir.
Respublikada əhalinin artmasına mane olan amillərdən biri də əhalinin emiqrasiyasıdır. 2000-ci il ərzində Respublikadan
10,0 min nəfər getmiş, 4,4 min nəfər
isə Respublikaya gəlmişdir.
Ölkənin milli tərkibi, əhalinin son siyahıya alınmasının
nəticələrinə əsasən,
aşağıdakı məlumatlarla
xarakterizə olunur: azərbaycanlılar - 90,6%, ləzgilər
- 2,2%, ruslar - 1,8%, ermənilər
- 1,5%, talışlar - 1,0% , avarlar - 0,6%, tüklər
- 0,5%, tatarlar - 0,4%, ukraynalılar
- 0,4%, saxurlar - 0,2%, gürcülər
- 0,2%, tatlar -0,13%, yəhudilər
- 0,1%, udinlər - 0,05% və
digər millətlər
- 0,12%. Talışlar digər etnik
qruplardan fərqli olaraq, uzun müddətdir
ki, bu ərazidə
yaşayırlar.
Öz millətinin dilində sərbəst danışa
bilən əhalinin bütövlükdə ölkə
üzrə xüsusi çəkisi 99,2 faiz olmuşdur. Azərbaycanlılar arasında
bu göstərici 99,8 faiz təşkil
etmişdir.
2000-ci ilin 4 rübü üçün
ev təsərrüfatlarının
seçmə müayinəsinin
məlumatlarına görə
ailələrin 26,3 faizində ailə başçısı qadın
olmuşdur.
* * *
1998-ci ildə
baş vermiş hadisələr də Azərbaycanın demoqrafik
vəziyyətinə xeyli
təsir göstərmişdir. Erməni təcavüzü, Azərbaycana
çoxsaylı insan tələfatı ilə yanaşı, yarıdan çox qocalardan və uşaqlardan ibarət olan 1 milyon qaçqın və məcburi köçkün gətirmişdir
ki, onların da xeyli hissəsi
çadırlarda və
yaşayış üçün
yararlı olmayan yerlərdə yaşayır.
* * *
1813 və
1828-ci illərdə Rusiya
və İran arasında bağlanmış
Gülüstan və Türkmənçay müqavilələrinə əsasən
Azərbaycanın şimal
hissəsi Rusiyanın,
cənub hissəsi isə İranın tərkibinə daxil edildi. Hal-hazırda
İran azərbaycanlılarının
sayı Azərbaycan Respublikasında yaşayan
azərbaycanlılardan çoxdur.
Sovet imperiyası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI 10 dövründə
sərhədi keçib
öz qohumları ilə görüşmək
qeyri-mümkün idi.
YUNESKO-nun məlumatına görə dünyada
hazırda 40 milyondan çox azərbaycanlı
yaşayır. Dünyada
yaşayan azərbaycanlıların
sayı təxminən
aşağıdakı kimidir:
İranda 30 milyon
Türkiyədə 3 milyon
Rusiyada 2 milyon
ABŞ-da 1 milyon
Ukraynada 1 milyon
İraqda 700 min
Gürcüstanda 500 min
Əfqanıstanda 430 min
Hindistanda və Pakistanda
350 min
İsveç, Norveç, Danimarka və Şotlandiyada 300 min
Almaniyada 300 min
Kanadada 174 min
Fransada 170 min
Suriyada 50 min
Səudiyyə Ərəbistanında 40 min
İsveçrədə 40 min
Yəməndə 19 min
Yaponiyada 10 min
Avstraliyada 8 min
Maltada 2,5 min
Yuxarıda göstərilənlərdən
əlavə digər hesablamalar da aparılıb və hesablamaların birində göstərilir ki, hazırda
dünyada 50 milyondan çox azərbaycanlı
yaşayır.
Azərbaycan Respublikası Prezidenti yanında
KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2012.-
8-9 mart.- S.10.