Azərbaycan
Diasporu: tarixi və
inkişaf mərhələləri
Azərbaycan diasporu hazırda gündəmdə
olan prioritet mövzulardan biridir. Diyar-diyar dünyanın
müxtəlif dövlətlərinə səpələnmiş
Azərbaycan diasporunun təşəkkül tarixi, inkişaf
yolu, formalaşması və müasir durumu və onların
öyrənilməsi günümüzün ən vacib problemlərindən
biri olaraq qalmaqdadır.
Son
zamanlar isə diaspor mövzusunun elmi-tədqiqat sahəsində
araşdırılmasına geniş yer verilməsi sevindirici
haldır. Bu sahədə əldə olunacaq bütün nəticələr
Azərbaycan diasporunun hərtərəfli inkişafını
və fəaliyyətini daha səmərəli və effektli edəcək.
Azərbaycan diasporu hazırda gündəmdə
olan prioritet mövzulardan biridir. Diyar-diyar
dünyanın müxtəlif dövlətlərinə səpələnmiş
Azərbaycan diasporunun təşəkkül tarixi, inkişaf
yolu, formalaşması və müasir durumu və onların
öyrənilməsi günümüzün ən vacib problemlərindən
biri olaraq qalmaqdadır. Günaz.tv-nin
araşdırmasına görə, son zamanlar isə diaspor
mövzusunun elmi-tədqiqat sahəsində
araşdırılmasına geniş yer verilməsi sevindirici
haldır. Bu sahədə əldə
olunacaq bütün nəticələr Azərbaycan diasporunun hərtərəfli
inkişafını və fəaliyyətini daha səmərəli
və effektli edəcək. Diasporumuzu tədqiq
etməyə başlayan zaman ilk növbə olaraq şifahi və
yazılı xalq ədəbiyyatımızı öyrənmək
vacibdir. Azərbaycan folklorunda qürbət
mövzusu bu gün də mühüm yer tutmaqdadır. Bu da öz növbəsində Azərbaycan diasporunun
qədimliyindən xəbər verir. Azərbaycan
ilk insanların yaşayış məskənlərindəndir.
Respublikamızın ərazisində yerləşən
Qobustan, Azıx mağarası və digər qədim yerlər
bunun əyani sübutudur. Yurdumuzun qədim
sakinləri olan türklər isə öz növbəsində
xalqların tarixi inkişaf səviyyəsilə sıx əlaqəli
olan mühacirət prosesinin fəal iştirakçısı
olublar. Qədim dövrlərdə Azərbaycan
türklərinin yayılma, səpələnmə
coğrafiyasına Avropa, Asiya, Afrika qitələri ilə
yanaşı, Amerika qitəsi də daxil idi. Elmi-tarixi əsaslara söykənərək umumiyyətlə,
türklərin bir çox xalqların formalaşmasında və
inkişafında mühüm rol oynadıqlarını əminliklə
söyləmək olar. Türklərin Skandinaviya, Mərakeş,
Mavritaniya və bir sıra Asiya, Avropa və Afrika xalqları ilə
paralel olaraq Amerika qitəsinin qədim sakinləri olan ink,
astek, mohavak tayfalarının adət-ənənə, söz,
mədəniyyət oxşarlıqları bu gün də
qalmaqla, müəyyən etnik uyğunluğu var. Birləşmiş
Ştatlar, Meksika, Kuba, Peru və digər Amerika ölkələrində
tapılan qədim daş kitabələr, abidələr, əşyalar
və əlyazmalarla Azərbaycan ərazisindən
tapılmış abidə və əşyaların
oxşarlığı bir çox qaranlıq məsələlərə
işıq gətirir. Təxminən 2040 il bundan qabaq Roma
tarixçisi Hay Sallyusti Kripsin
qələmə aldığı "Yuqurta müharibəsi"
əsərini, B.Lukinin "Kuba xalq poeziyası, mədəniyyətinin
qaynaqları", kitabını, görkəmli Norveçli səyyah
- alim Tur Heyerdalın tədqiqatlarını, Amerika hindularının
nümayəndəsi Cek Raşinqin Bakıya göndərdiyi məktubu,
əsrin əvvəllərində Əlibəy Hüseynzadənin
"Həyat" qəzetində dərc olunmuş
"Xristofor Kolumb, yoxsa türklər" məqaləsini,
Danil Andreyevin "Dünyanın mərkəzi"
kitabını və s. mənbələri nəzərə
alaraq türklərin yayılma coğrafiyasının daha
geniş masştablı, diasporunun tarixinin qədim dövrlərə
təsadüf etdiyini qətiyyətlə bildirmək olar. Xüsusilə məşhur Tur Heyerdalın tədqiqat
işləri olduqca maraq doğurur. Alimin
1981-ci ildən başlayaraq Qobustan qayaüstü rəsmlərini
tədqiq etdikdən sonra verdiyi açıqlamalar beynəlxalq
ictimaiyyətdə sensasiya yaratmışdır. Tur Heyerdal skandinov xalqlarının, xüsusilə
norveçlilərin ulu babaları olan Aser Odin-Odinsanın azərbaycanlı
olduğunu elmi əsaslarla sübut etmişdir. Hər-halda İsveçdə Avesta adlı şəhərin,
İngiltərə və İrlandiya arasında Azer adlı
adamın olması heç də təsadüfi deyil. Zamanla Şərq və Qərb dövlətlərinə
mühacirət edən həmvətənlərimiz məskunlaşdıqları
ölkələrdə yerli əhali tərəfindən
assimlasiya olunmalarına baxmayaraq onlar dünyanın elm, mədəniyyət
və memarlıq tarixinə əvəzolunmaz qiymətli
töhfələr vermişlər. Qədim və orta əsrlər
dövrünün Azərbaycan diasporunun görkəmli
nümayəndələrindən; e.ə.539-cu ildə
Yunanıstanda dərs deyən və dünyanın 7 məşhur
filosofu arasında adı çəkilən Anaxarisin, VII əsrin
sonu VIII əsrin əvvəllərində Ərəb Xilafətində
yaşayıb-yaratmış İsmayıl ibn Yəsarın,
Musa Şahəvatın, XI əsrdə Misirdə
tanınmış sərkərdə Bədr Əl - Cəmalinin,
XI əsrin görkəmli alimi Xətib Təbrizinin, Səmərqənddə
XIV əsrdə yaşamış memar Məhəmməd Yusif
Təbrizinin, XIII əsrdə Hindistanda məskunlaşmış
memar Şəmsəddin Təbrizinin, Bosniyada
yaşamış memar Əsir Əlinin, XVII əsrdə
Avropada məşhur olmuş Don Juan - Oruc bəy Bayatın, Don
Fillip - Əliqulu bəyin, Don Dieqo - Bünyad bəyin və
digərlərinin adını çəkmək olar. XVIII əsrin sonu XIX əsrin əvvəllərində
regionda baş verən sosial - siyasi hadisələr Azərbaycan
diasporunun tərkibində və fəaliyyətində ciddi dəyişiklik
yaratmasına səbəb oldu. 1828-ci ildə
Türkmənçay müqaviləsinin imzalanması Azərbaycanı
bir dövlət, azərbaycanlıları isə bir xalq kimi
iki hissəyə parçaladı. Azərbaycanın
şimal hissəsinin Rusiya imperiyası, cənub hissəsinin
İran tabeçiliyinə keçməsi Şimal və Cənubi
Azərbaycan anlayışlarının yaranmasını
qaçılmaz etdi. XIX əsrin sonu XX əsrin
əvvəllərində baş verən tarixi-siyasi hadisələrin
gedişatında Azərbaycandan kənarda qalmadı. Neft və digər faydalı qazıntıları, təbii
sərvətləri iri dövlətlərin maraqlarını
cəlb etdi. Bu dövlətlərin Azərbaycanla
əlaqələri gücləndikcə, azərbaycanlıların
həmin dövlətlərə mühacirəti
üçün imkanlar yaratdı. Rusiya, Fransa,
Böyük Britaniya, İsveç, Polşa, Türkiyə,
Misir, İtaliya, Avstriya, Almaniya, Amerika o zaman azərbaycanlıların
çoxsaylı köçdükləri dövlətlər
idi. İqtisadi və siyasi səbəblərlə
bağlı olan mühacirət nəticəsində həmvətənlərimizin
bir qismi assimlasiya olunmalarına baxmayaraq digər hissəsi Azərbaycan
diasporunu adları çəkilən dövlətlərdə
formalaşdıra bildilər. Adları çəkilən
dövlətlərdə təhsil alan,
işləyən azərbaycanlıların çox hissəsinin
geri qayıtmaması səbəbilə diasporumuzun sosial tərkibi
də dəyişdi. 1905-ci ildən isə
başlanan siyasi mühacirət nəticəsində Azərbaycan
diasporu siyasi xarakter almaqla, təşkilatı, strukturu
yarandı. XX əsrin 20-ci illərində
dünyanın siyasi xəritəsində Sovetlər Birliyinin
meydana çıxması bolşevik işğalının
qurbanlarından biri olan Azərbaycandan kütləvi
mühacirat prosesinin baş verməsinə səbəb oldu.
Yeni hökumətlə siyasi baxış fərqləri alan azərbaycanlılar yaxın və uzaq
regionlara səpələnərək artıq bu dövlətlərdə
formalaşmış Azərbaycan diasporunun ayrılmaz tərkib
hissəsinə çevrildilər. Yeni mühacirlər
hesabına Azərbaycan diasporunun fəaliyyətində ciddi dəyişikliklər
baş verdi. İşğal
altında olan Azərbaycanın azad olunması
üçün Avropadakı Azərbaycan diasporu fəallıq
göstərməyə başladı. Müxtəlif
səpgili dərnəklər, cəmiyyətlər, birliklər
yarandı, mətbuat təsis olundu. Vətəndə
gedən prosesləri izləməklə müəyyən mənada
bu proseslərə təsir göstərməyə
çalışmışlar. Baş verən
hadisələr fonunda Azərbaycanın siyasi mühacirəti
milli-ictimai hadisə səviyyəsinə çevrildi. Bolşevik üsul-idarəsinin tezliklə devriləcəyinə
ümid edən Azərbaycan diasporu fəal siyasi proseslərə
qoşuldu. Azərbaycanın bolşevik
işğalından azad edilməsi istiqamətində fəaliyyətini
gücləndirən Azərbaycan diasporu Əlimərdan bəy
Topçubaşovun rəhbərliyilə sülh heyəti,
Avropada olan Azərbaycanın rəsmi nümayəndəliyi
beynəlxalq ictimaiyyətdən Rusiyaya təzyiq göstərilməsini
tələb etməyə başladılar. 1920-ci il San-Remo konfransı, 1922-ci il London və Genuya
konfransları, 1923-cü il Lozanna konfransında iştirak edən
azərbaycanlılar Azərbaycanın milli mənafeyini
müdafiə etmişlər. Avropada, xüsusilə
Türkiyədə aktiv siyasi işlə məşğul olan
Azərbaycan diasporunun əsas silahı mətbuat idi. 1923-cü ildə nəşr edilən "Yeni
Qafqasiya" - qəzetilə başlanan Azərbaycan diasporu mətbuatı
bu gün də şərəfli bir yol keçməkdədir.
Avropa dövlətlərində Azərbaycan
diasporunun aktiv fəaliyyətinə baxmayaraq, burada olan azərbaycanlıları
birləşdirici mexanizmin olmaması, sosial silklər arasında
olan anlaşılmazlıqlar və digər səbəblər
görülən işlərin ciddi bir nəticəsini
göstərmədi. Və zamanla Azərbaycan
diasporunun nümayəndələri müxtəlif dövlətlərə
səpələndilər. II Dünya
müharibəsi illərində də Azərbaycan diasporunun fəaliyyəti
diqqətəlayiq idi. Alman ordusunun tərkibində
804 və 805 saylı legioner dəstənin üzvləri hərbi
əsirlər olan Azərbaycan əsgərlərilə
yanaşı, Azərbaycan diasporunun nümayəndələri
də daxil idi. Sovetlər Birliyi uduzduqdan
sonra Azərbaycanın müstəqillik əldə edəcəyinə
ümid edən azərbaycanlılar cəsarətlə
döyüşlərdə iştirak edirdilər. Lakin müharibənin gözlənilən nəticənin
əksinə bitməsi Azərbaycan legionerlərinin Vətənə
dönmək şanslarını tamamilə itirdi. Onlar Almaniya ilə əməkdaşlıq etmiş
şəxslərə Sovet rejiminin nə münasibətlər
gətirdiyini bildiklərindən geri qayıtmayaraq Avropa və
Amerika ölkələrində məskunlaşdılar. Nizamsız və pərakəndə halında Qərb
dövlətlərinə səpələnən azərbaycanlıların
çox hissəsi müəyyən səbəblər
ucbatından qapalı və gizli bir həyat yaşamağa məcbur
olmuşlar. Ancaq bu qapalılığa
baxmayaraq milli kimlikləri və Azərbaycan adət-ənənələrini
qoruyub saxlamış olan bu şəxslər diaspor fəaliyyətində
passivlik göstərmişlər. 1980-ci
illərin sonundan etibarən Sovetlər Birliyinin zəifləməsi,
aparılan Yenidənqurma siyasəti Azərbaycan diasporunun Vətənlə
əlaqələr qurması üçün geniş imkanlar
yaratdı. Azərbaycanda yaradılan "Vətən",
"Yurd", "Yurddaş", "Soydaş" kimi
qurumlar və mətbuat orqanları qismən və dövlət
səviyyəsində olmasa da elmi, mədəni, ədəbi
araşdırmalar hüdudunda işlər görmüşlər.1990-cı
ildə Türk dünyası Araşdırmalar Vəqfinin təşəbbüsü
ilə kayseridə birinci Millətlərarası Böyük
Azərbaycan Konqresi keçirildi. Həmin il
İstanbulda millətcə azərbaycanlı olan Nihat Çətinqayanın
təşəbbüsü ilə Azərbaycan - Türk Mədəniyyəti
Cəmiyyətlərinin I Qurultayı Azərbaycan diasporunun fəaliyyətində
müsbət dəyişikliklər göstərdi.1991-ci il 18
oktyabrda Azərbaycan dövlət müstəqilliyi elan edildi. Bu tarixdən etibarən Azərbaycan diasporu ilə
müstəqil Azərbaycan Respublikası arasında münasibətlər
normallaşmağa başladı. Naxçıvan Muxtar
Respublikasında rəhbər vəzifəsində
çalışan zaman möhtərəm Heydər Əliyev
Cənablarının hər il dekabrın
31-i Dünya Azərbaycanlılarının Həmrəylik
Günü kimi keçirilməsi qərarı 16 dekabr 1991-ci
ildə Naxçıvan Ali Məclisi tərəfindən təsdiqləndi.
Mühüm tarixi əhəmiyyətə malik olan sənədi
həmin il dekabrın 25-də Azərbaycan
Respublikasının Ali Sovetinin Milli Şurası da qəbul
etdi. Cənab Heydər Əliyevin uzaqgörən siyasətinin
nəticəsi olan tarixi sənədin Azərbaycan diasporu tərəfindən
rəğbətlə qarşılanması hər il dekabrın 31-nin böyük təntənə
və bayramla qeyd olunmasında görmək olar. 1993-cü ildən isə Azərbaycan diasporuna
dövlət səviyyəsində böyük diqqət verilməyə
başladı. Ölkə başçısı, cənab
Heydər Əliyevin bu istiqamətdə
başladığı iş elə ilk günlərdən
öz müsbət nəticələrini verdi.
Cənab prezidentin xarici dövlətlərə
etdiyi səfərlər zamanı Azərbaycan diasporu
qarşısında konkret məqsəd və vəzifələr
qoyuldu. Xaricdəki azərbaycanlıların
formalaşmasını, təşkilatlanmasını və
lobbiçilik etməsinin zəruriliyini bildirən cənab
Heydər Əliyevin Azərbaycan diasporu ilə ciddi məşğul
olduğunu göstərmişdir. Hörmətli
prezidentin 23 may 2001-ci ildə "Dünya Azərbaycanlılarının
I Qurultayının keçirilməsi haqqında" 724
saylı sərəncamı Azərbaycan dövlətinin
qarşısında diasporun mühüm amil olduğunu
göstərən bariz nümunədir. 9-10
noyabr 2001-ci ildə Bakı şəhərində Dünya Azərbaycanlılarının
I Qurultayının keçirilməsi Azərbaycan tarixinin ən
önəmli hadisələrindən biridir. I Qurultay Azərbaycan diasporunu keyfiyyətcə yeni mərhələyə
çıxartdı. Qurultayda Azərbaycan diasporu - Azərbaycan
Respublikası Əlaqələri, dünya azərbaycanlıları
və onların həmrəyliyi, həmvətənlərimizin
qüvvəsini və diqqətinin Azərbaycana yönəlməsi
kimi vacib problemlərin həm nəzəri, həm də əməli
tərəflərilə bağlı bir çox məsələlər
həll edildi. Qurultay dövlət
başçısının dünya azərbaycanlılarının
birləşdirmək ideyasının reallığa
çevrilməsi üçün əsl mərhələ
olmuşdur. Qurultayda milli birliyimiz, həmyerliyimiz,
xaricdə yaşayan həmvətənlərimizin diaspor şəklində
formalaşması, təşkilatlanması və azərbaycançılıq
ideyalarını geniş masştabda müdafiə etmələri
üçün strateji proqram müəyyən edildi. Dünya Azərbaycanlılarının I
Qurultayının mühüm nəticələrindən
birində Dünya Azərbaycanlılarının Əlaqələndirmə
Şurasının yaradılması oldu ki, qurumun səlahiyyətlərinə
dünya azərbaycanlılarının təşkilatlanması
və milli-mənəvi dəyərlərin qorunub
saxlanılması daxildir. Dünya Azərbaycanlılarının
II Qurultayının 2005-ci ilin mart ayının 16-da
keçirilməsi də Azərbaycan dövlətinin diaspora
olan qayğısının bariz göstəricisidir. Cənab
İlham Əliyevin rəhbərliyi altında keçirilən
II Qurultayın əsas məqsədi Azəri-Türk diaspor
birliyinin yaradılması, lobbiçilik fəaliyyəti, azərbaycançılıq
ideologiyasının təbliği və ən əsası isə
dövlət-diaspor münasibətlərinin daha da güclənməsi
idi və bütün deyilən işlərə və nəticələrə
16 mart tarixində bir araya yığışan soydaşlarımız
imza atdılar. Bu istiqamətdə aparılan işlərin məntiqi
davamı olaraq Azərbaycan Respublikasının prezidentinin
2002-ci il 5 iyun tarixli 730 saylı fərmanına
uyğun olaraq Xaricdə Yaşayan Azərbaycanlılarla
İş Üzrə Dövlət Komitəsi yaradıldı.
Komponent bir dövlət qurumu olan Komitə
yarandığı gündən etibarən aktiv fəaliyyət
göstərməkdədir. Dövlət
Komitəsi eyni ölkədə fəaliyyət göstərən
Azərbaycan diaspor təşkilatları arasında olan ziddiyyət
və fikir ayrılıqlarının aradan
qaldırılması istiqamətində bir sıra
mühüm addımlar atdı. Xaricdəki
diaspor təşkilatları konqres, federasiya və konfederasiya
halında birləşməsi prosesini sürətləndirən
Dövlət Komitəsi azərbaycançılıq
idealogiyasını təbliğ etməyə önəmli yer
verir. Qarabağ problemini Azərbaycan
diasporunda prioritet məsələyə çevirmək
üçün Dövlət Komitəsi bir səra işlər
aparır. Sevindirici haldır ki, cənab Heydər
Əliyevin dünya azərbaycanlılarının milli-əxlaqi
dəyərləri və tarixi vətənlərinin şərəfini
qorumağı öz müqəddəs borcları hesab etməsi
istiqamətində apardığı işi Dövlət Komitəsi
uğurla davam etdirir. Möhtərəm
Heydər Əliyev cənablarının 21 fevral 2003-cü ildə
"Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı
dövlət siyasəti haqqında" Azərbaycan
Respublikasının Qanununu təsdiq etməklə dövlət-diaspor
münasibətlərində yeni mərhələnin
bünövrəsini qoydu. "Xaricdə
yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti
haqqında Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanlarının səlahiyyətlərini Azərbaycan
Respublikasının prezidentinin həyata keçirməsi
dövlət başçısının diasporumuza ümdə
əhəmiyyət verməsinin bariz nümunəsidir".
Qanunun qəbul olunması ilə Azərbaycan
Dövləti və Azərbaycan diasporu arasında olan
bütün əlaqələr və fəaliyyət istiqamətləri
müəyyən edildi. Bununla dövlətimiz
Azərbaycan diasporu ilə olan əlaqələri nəzarətə
götürdü. I Qurultay qeyd etdiyimiz bu nəticələrin
əldə olunmasına səbəb oldusa 2006-cı ilin 8
fevral tarixində ölkə başçısının fərmanı
ilə həmin ilin mart ayının 16-da Bakı şəhərində
Dünya Azərbaycanlılarının II Qurultayının
keçirilməsi işlərin daha da geniş müstəviyə
çıxarılmasına şərait yaratdı. Dünya azərbaycanlılarının ll
qurultayı ilk növbədə yeni dövr üçün
qarşıda duran əsas vəzifələri müəyyənləşdirəcək.
Çünki l qurultaydan keçən dövr ərzində
diaspor quruculuğu sahəsində bir çox işlər
görülüb, irəliyə doğru mühüm
addımlar atılıb. İndi biz yeni vəzifələrin
həyata keçirilməsinə başlamalıyıq. Azərbaycan icmaları fəaliyyət göstərdikləri
ölkələrin ictimai-siyasi həyatında da fəal
iştirak etməli, başqa xalqların diaspor təşkilatları
ilə əlaqələrini gücləndirməlidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinin diqqətinə
çatdırılması indiki mərhələdə Azərbaycan
üçün xüsusi əhəmiyyət kəsb edən
məsələlərdəndir. Bu baxımdan Azərbaycan
diasporunun yeni təbliğat üsullarından istifadə etməsinə
də ehtiyac var. Fikrimizcə, qurultaydan sonra bu sahədə də
əsaslı dönüş yaranacaqdı
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 10-12 mart.-
S.11.