Uşaq mahnıları niyə bəstələnmir?
Əli
Mirəliyev: «İndiki uşaqlar
mənim yaşıma çatanda nə oõuyacaqlar?»
Rühəngiz Qasımova: “Məsələnin
başqa bir tərəfi də bəstəkarların maddi təminatsızlığıdır”
Sovet
dönəmində uşaqlara hər zaman qayğı, diqqətlə
yanaşardılar. Onların şəninə neçə-neçə
mahnılar bəstələnər, gözəl, maraqlı
verilişlər hazırlanar, uşaq mahnıları dillərdən
düşməzdi. Amma bu gün biz uşaqlarımız
üçün nə edirik? Adicə Milli Parkdakı
attraksionlarda uşaqlarımız üçün əcnəbi
mahnılar səslənir. Hansılar ki, uşaqlar bu
mahnıların sözlərindən heç nə başa
düşmürlər.
Artıq
neçə ildir ki, Azərbaycan musiqisində nə uşaq
musiqisinin, nə də kinoda uşaq filmlərinin yeri
görünür. Demirəm ki, uşaq musiqiləri
yazılmır. Yazılır, amma onları təbliğ edib
uşaqlara çatdıran televiziya kanalları yoõdur. Uşaq
filmlərindən isə əsla söz gedə bilməz.
Telekanallarda uşaq verilişlərinə də az rast gəlinir.
Bunların hamısı ayrı-ayrılıqda bir mövzu
olduğu üçün ilk öncə musiqidən
başlamağa qərar verdik.
Əməkdar
incəsənət xadimi, dramaturq, tanınmış bəstəkar,
bir vaxtlar uşaq musiqiləri də yazan bəstəkar Ruhəngiz Qasımova deyir ki,
son vaõtlar uşaq mahnıları yazmaq üçün bəstəkarlara
sifariş verilmir: “Əslində yazanlar yenə yazır,
sifariş gözləmirlər, amma onun təbliğatı
azdır. Uşaq mahnıları az yazılır,
çünki ondan bəstəkarların gəliri olmur, təbliğatı
olmadığı üçün yazılanlardan da dinləyici
xəbərsiz olur. Sovet vaxtı televiziyalarda, radiolarda uşaq
musiqilərinin yayılması kütləvi hal
almışdı. “Asif, Vasif, Ağasif”, “Şir evdən getdi”,
“Mən mahnı qoşuram” kimi filmlərdəki
mahnıları o vaxtkı uşaqlar indi də əzbər
bilirlər. Uşaq üçün verilişlər
uşaqlar məktəbdə, baxçada olanda verilir. Məsələnin
başqa bir səbəbi də bəstəkarların maddi cəhətdən
təminatsızlığıdır”.
Eyni fikri
tanınmış müğənni Əli Mirəliyev də söylədi:
«Hər bir
uşağın yaş dövrünün psiõologiyası olur.
Vaõt vardı uşaqlar üçün «Uşaq aləmi»,
«Detskiy mir» kimi dükanlar fəaliyyət göstərirdi.
Uşaqlar üçün səviyyəli mahnılar bəstələnirdi.
Amma bu gün valideynlər kiçik yaşlarından
uşaqlara bahalı mobil telefonlar alırlar. İnternetdə
uşaq oyunlarına, kompüterə sövq edirlər.
Uşaqlar telefonda musiqiyə qulaq asırlar. Hansı ki, bu
musiqilər onların psiõologiyasına, dünyagörüşünə
mənfi təsir edir. Vaõtilə filarmoniyada Əfsər
Cavanşirov var idi. Oqtay Zulfüqarov, Şəfiqə Aõundova
gözəl uşaq mahnıları bəstələyirdi. Qəmbər
Hüseynlinin «Cücələrim» mahnısı bütün
dünyanı gəzdi. Bu gün də «Cücələrim»
mahnısı ingilis, rus dilində səslənir. Bu gün
uşaq bəstəkarı Oqtay Zülfüqarov var, Uşaq
Filarmoniyası var. Amma uşaq verilişləri yoõdur. Hanı
dövlət televiziyasında uşaq verilişləri? Sanki
dövlət televiziyası yadından çıõarıb ki,
onun Əfsər Cavanşirovu var idi. Mənim 63 yaşım
var. «Kuklam» mahnısını bu gün də əzbər
bilirəm. Və ya «bəyəndirir hər gün məni, o
sevimli oyuncaqlar, kukla matan dovşanım, pələng kimi məstanım».
Hanı “Kuklam”, “Cücələrim”, “Ağacdələn”,
”Alma”, “Lalə”, “Şıltaq günəş”, “Ay, mənim,
göyərçinim” kimi səs salan uşaq mahnıları?
Bu gün hansı yeni uşaq mahnısının adını
çəkmək olar? Mən hələ uşaq idim, bu
mahnıları əzbər bilirdim. Bəs indiki uşaqlar mənim
yaşıma çatanda nə oõuyacaqlar? Mən ingilis dilini
bilməyin əleyhinə deyiləm. Amma uşaq ilk növbədə
öz soy-kökünü bilməlidir, sonra başqa
õalqların dillərinə maraq göstərməlidir. Sən
öz dilini bilmirsənsə başqa dillərdə
danışmağına iõtiyarın yoõdur».
Uşaq
mahnılarının yazılmaması xalq artisti, bəstəkar
Oqtay Zülfüqarovu da eyni dərəcədə narahat edir.
Konservatoriyanın bəstəkarlıq fakültəsinə tələbat
bir o qədər də zəif deyil, amma onların arasında
uşaq mahnıları yazanlar yetişmir. Buna maraq yoxdur.
"Bu
gün elə bir bəstəkar tanımıram ki, sırf
uşaqlar üçün işləsin. Bu heç də
yaxşı göstərici deyil. Əvvəllər uşaqlar
üçün bir sıra mahnı müsabiqələri təşkil
olunar, onlar həvəsləndirilərdi. İndi uşaqlar səviyyəli
müsabiqələrə həsrət qalıblar".
"Aysel"
Uşaq Mahnı Teatrının bədii rəhbəri olan Oqtay Zülfüqarov hesab edir
ki, uşaqların "ara musiqisi"nə aludə olması
onların maariflənməsinə mənfi təsir göstərir.
O.Zülfüqarova
görə, mədəniyyətimizdə durumun qeyri-qənaətbəxş
olmasında ilk öncə özəl kanallar
günahkardır: "Hansı özəl kanala deyə bilərəm
ki, bu mahnını efirə verməsin? Hər kanal öz
bildiyini edir - insanların zövqü korlanır,
azyaşlı uşaqların beyninə zövqsüz
mahnılar düşür. Hər kanal özü
üçün müsabiqə keçirir. Bu müsabiqələrin
səviyyəsindən danışmağa belə dəyməz.
Bir çox məzunlar sənəti biznesə dəyişir,
yaxud xaricə üz tutur. Onların yazdığı səviyyəli
musiqilər burada qiymətləndirilmir. Amma əcnəbi
ölkələrdə həmin əsərlər dərsliyə
salınır, onların sənətinə yüksək qiymət
verilir".
Nisə Rafiqqızı
Olaylar.- 2012.- 14 mart.- S.13.