Soydaşlarımız yaşadıqları ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirlər

 

Heydər İmanov: “Biz Azərbaycan üçün yaşayır, Azərbaycan üçün çalışırıq”

 

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının üçüncü qurultayında söylədiyi fikirlər biz diaspor təmsilçiləri üçün qanun sayılır”

 

Bu gün dünyanın əksər ölkələri kimi Rusiya Federasiyasında da Azərbaycan diasporu öz inkişaf dövrünü keçərək şimal qonşumuzun ictimai-siyasi həyatına təsir göstərir, ölkəmizi layiqincə təmsil edir. Təxminən 2 milyona yaxın soydaşımızın yaşadığı Rusiya Federasiyasının demək olar ki, bütün subyektlərində Azərbaycan cəmiyyətləri, birlik və təşkilatlar fəaliyyət göstərir, diasporamızı təmsil edir.

 

 Rusiya Federasiyasında Azərbaycan diasporunun güclü olduğu regionlardan biri də Sankt-Peterburqdur. Adıçəkilən şəhərdə fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti Rusiya Federasiyasındakı güclü diaspor təşkilatlarından biri hesab edilir. Cəmiyyətin təkcə Sankt-Peterburqun mərkəzi deyil, eləcə də ətraf vilayətlərdə, qəsəbələrdə yerli təşkilatlarının yaradıldığını deyən Sankt-Peterburqdakı Azərbaycan Cəmiyyətinin sədri Heydər İmanov rəhbərlik etdiyi qurumun ölkəmizin həqiqətləri, Dağlıq Qarabağ problemi və ermənilərin zaman-zaman Azərbaycan ərazisində həyata keçirdikləri soyqırım siyasətinin yaşadıqları ölkənin ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən danışıb. Heydər İmanov “OLAYLAR”-a verdiyi müsahibədə rəhbərlik etdiyi cəmiyyətin yaxın vaxtlarda həyata keçirəcəyi tədbirlərdən də danışıb.

-Heydər müəllim, Sankt-Peterburqda, ümumilikdə Rusiya Federasiyasında Azərbaycan diasporunun vəziyyətini necə qiymətləndirirsiniz?

-Sankt-Peterburqdakı Azərbaycan Cəmiyyətinin sədri olaraq hazırda bu şəhərdə Azərbaycan diasporunun vəziyyətini müsbət qiymətləndirirəm. Çünki son illərdə bu sahəyə göstərilən dövlət qayğısı əsaslı dərəcədə artıb, diaspora idarəçiliyində prinsipial dəyişikliklər baş verib. Hazırda mənim təmsil etdiyim cəmiyyətin yerli təşkilatları yaradılır. Biz Sankt-Peterburqun hər bir regionunda, rayonunda təşkilatlar yaradırıq. Bu da bizə imkan verir ki, Sankt- Peterburqda yaşayan hər bir azərbaycanlı ilə əlaqə saxlayaq, onların problemlərini öyrənək. Hər bir rayonda yaşayan azərbaycanlılar yaratdıqları yerli təşkilatın rəhbərini seçiblər. Həmin rəhbər şəxslər isə təşkilatın mərkəzi strukturlarına daxildirlər. Yerli təşkilatlarla daha sıx əlaqə yaratmaq, gördüyümüz işlər və nəzərdə tutulan tədbirlərimizi soydaşlarımızın diqqətinə çatdırmaq məqsədilə sayt yaratmışıq. Paralel olaraq cəmiyyətin tərkibində qadınlar, həkimlər, hüquqşünaslar assosiasiyaları yaradılıb ki, onlar da öz ətraflarına həmkarlarını cəlb edirlər. Həmçinin Sankt-Peterburqda “Vətən” adlı təşkilat da yaratmışıq. Təşkilatın əsas yaradıcıları Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlılardır. Təşkilat üzvləri müxtəlif tədbirlər keçirməklə pozulmuş hüquqları, onlara dəyən maddi və mənəvi ziyanı dünya ictimaiyyətinə çatdırmağa çalışır. Biz də cəmiyyət olaraq sözügedən təşkilata bu istiqamətdə dəstək veririk. Ümumiyyətlə, Azərbaycan diasporu olaraq bütün dünyanı 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz barədə məlumatlandırmalıyıq. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Sankt-Peterburqda, o cümlədən Rusiya Federasiyasında Azərbaycan diasporu getdikcə inkişaf edir, güclənir. Biz də cəmiyyət olaraq çalışırıq ki, Sankt-Peterburqda yaşayan azərbaycanlılara müəyyən məsələlərdə köməklik göstərək, fəaliyyətimiz barədə onları məlumatlandıraq.

-Müəyyən ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında ziddiyətlərin olduğu, mütəmadi olaraq fikir ayrılıqlarının yaşandığı iddia olunur. Sankt-Peterburqda da belə bir problem varmı?

-Sankt-Peterburqda Azərbaycan diasporu birdir. Bu sahə ilə məşğul olan ayrı-ayrı təşkilatlar fəaliyyət göstərsə , ancaq onların hamısının fəaliyyəti koordinasiya edilir. Bu məqsədlə yaradılmış Ağsaqqallar Şurası həmin təşkilatların fəaliyyətini koordinasiya edir. Həmçinin təşkilat olaraq Sankt-Peterburqdakı Azərbaycan konsulluğu ilə birlikdə işləyirik. Əsas məqsədimiz odur ki, Azərbaycana dayaq olaq, onun problemlərini yaşadığımız ölkələrin ictimaiyyətinə, bu ölkənin rəsmi dairələrinə çatdıraq.

-Sankt-Peterburqda yaşayan azərbaycanlılar bu ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edə bilirlərmi?

-Əlbəttə ki, soydaşlarımız yaşadıqları ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Bir məqamı qeyd etmək yerinə düşər ki, cəmiyyətimiz Rusiya Federasiyasında keçirilən prezident seçkilərində aktiv iştirak etdi Sankt-Peterburqda yaşayan azərbaycanlılar martın 4-də bu ölkədə keçirilən prezident seçkilərində fəallıq nümayiş etdirdilər. Azərbaycanlıların Rusiyada keçirilən prezident seçkilərində aktiv iştirakı vacib idi. Soydaşlarımız da bu zərurəti nəzərə alaraq seçkilərdə aktivlik nümayiş etdirdilər. Sankt-Peterburqdakı Azərbaycan Cəmiyyəti Rusiyada yaradılmış Xalq Cəbhəsinə daxil oldu seçkilərdə Vladimir Putini dəstəklədi. Seçkilərdən əvvəl orada yaşayan bütün azərbaycanlılar arasında aparıldı ki, soydaşlarımız martın 4-də keçirilən seçkilərdə yaxından iştirak etsinlər Vladimir Putinə səs versinlər. Artıq çalışmaq lazımdır ki, hökumətin ayrı-ayrı strukturlarında nümayəndələrimiz olsun.

-Azərbaycanlıların Vladimir Putini dəstəkləməsinin başlıca səbəbi idi?

-İstər Sankt-Peterburqda, istərsə ümumilikdə Rusiya Federasiyasında yaşayan azərbaycanlılara ilk növbədə sabitlik lazımdır. Sabirlik olan yerdə hər bir şəxs öz işi ilə məşğul olur. Hansısa dəyişikliklərin baş verdiyi təqdirdə isə problemlər meydana çıxır, yaşamaq çətinləşir. Ona görə , biz azərbaycanlılar əmindir ki, Vladimir Putin Rusiya Federasiyasında mövcud olan sabitliyi qoruyub-saxlaya biləcək. Bizim üçün məhz bu lazımdır.

-Cəmiyyət olaraq Azərbaycan mədəniyyətinin təbliği istiqamətində hansı tədbirlər həyata keçirirsiniz?

-Cəmiyyət olaraq Azərbaycan mədəniyyətinin təbliği istiqamətində bu günə qədər çoxlu tədbirlər keçirmişik. İstər dövlət müstəqilliyi günündə, istər Novruz bayramı ərəfəsində cəmiyyət olaraq mədəni-kütləvi tədbirlər keçirmişik. Düzdür, bu kimi tədbirlərin keçirilməsi əhəmiyyətlidir. Ancaq ilk növbədə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərməli, başımıza gətirilən müsibətləri beynəlxalq təşkilatlar, dünya birliyinə anlatmalıyıq. Onu da qeyd edim ki, cəmiyyət olaraq Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar geniş bir toplantı keçirdik. Həmin tədbirdə ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə iştirakçılara geniş məlumat verildi, bu hadisənin soyqırım kimi tanınması istənildi. Anım tədbirində şəhər rəhbərliyindən nümayəndələr iştirak edirdi.

-Heydər müəllim, cəmiyyətiniz əlavə hansı tədbirlər keçirməyi nəzərdə tutur?

-Sankt-Peterburqdakı Azərbaycan Cəmiyyəti olaraq bir sıra tədbirlər, layihələr həyata keçirməyi nəzərdə tutmuşuq. Ən mühüm tədbirlərdən biri dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi ilə bağlıdır. Əslində yubiley tədbirinin çoxdan keçirilməsi planlaşdırılmışdı. Lakin Rusiya Federasiyasında Dövlət Dumasına keçirilən seçkilər, eləcə prezident seçkiləri yubiley tədbirinin bir qədər ertələnməsinə səbəb oldu. Yaxın vaxtlarda Sankt-Peterburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illiyi təntənəli şəkildə qeyd olunacaq. Bundan başqa da cəmiyyət olaraq bir sıra planlarımız var mərhələ-mərhələ həmin planları həyata keçirəcəyik.

-Dünya Azərbaycanlılarının üçüncü qurultayında prezident İlham Əliyev çıxışı zamanı diaspor təşkilatlarına səfirlik konsulluqlarla, eləcə xaricdə fəaliyyət göstərən adamları ilə yaxından əməkdaşlıq etməyi tövsiyyə etdi. Bu istiqamətdə rəhbərlik etdiyiniz cəmiyyət hansı addımları atır? Ümumiyyətlə, diplomatik nümayəndəlik biznes strukturları ilə əməkdaşlığınız hansı səviyyədədir?

-Cəmiyyət olaraq əsas fəaliyyətimiz Azərbaycanla sıx işləmək üzərində qurulub. Biz Azərbaycan üçün yaşayır, Azərbaycan üçün çalışırıq. Birləşmiş Ştatların mərhum prezidenti Kennedinin məşhur bir sözü var. O deyirdi ki, soruşmayın Amerika sizə edib, soruşun siz Amerikaya etmisiniz. Ona görə biz soruşmalı deyilik ki, Azərbaycan bizə edir. Azərbaycana etdiyimizi özümüzə sual verməliyik. Bu mənada cəmiyyət olaraq Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi, eləcə Sankt-Peterburqdakı Azərbaycan konsulluğu ilə yaxından əməkdaşlıq edir, onlarla sıx işləyirik. Cəmiyyət Sankt-Peterburqdakı Azərbaycanın baş konsulu Qüdsü Osmanovla sıx əlaqəli şəkildə işləyir. Əslində başqa cür ola bilməz. Xaricdə yaşayan azərbaycanlılar olaraq prezidentimizin bizə ünvanladığı sözləri eşitməli ona əməl etməliyik. Ona görə cənab prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının üçüncü qurultayında söylədiyi fikirlər biz diaspor təmsilçiləri üçün qanun sayılır.

 

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2012.- 14 mart.- S.15.