Azərbaycanın
“Bəxt üzüyü”
Və
xoşbəxtliyin itmiş qafiyəsi
90-cı
illər- müharibələr və milli
azadlıq hərəkatından sonra yorğun düşmüş
Azərbaycan.. Yenicə müstəqil olmuş
dövlətin nə edəcəyini bilməyən əhalisi.
Həmin illərdə hələ körpə olsam
da, böyüklərim bu
dövrü xatırlayarkən üzlərində
yaranan kədərdən çox
çətin günlər olduğunu sonralar başa düşmək
çətin deyildi.
Hər
bir ölkənin həyatında buna bənzər dövrlər olur
və tarix göstərir ki,
belə anlarda xalqın köməyinə
çata biləcək ən yaxşı
vasitələrdən biri sənətdir.
“Bəxt üzüyü” də məhz
belə dövrdə yaranmış filmidir. Rejissor Ramiz Əzizbəyli
“O dövrdə Azərbaycan xalqının başını elə
qara buludlar
almışdı ki, xalq öz nikbin ruhunu itirmək ərəfəsində idi. Mən qərara gəldim ki, komediya janrında film çəkərək xalqın itmiş təbəssümünü bir az da
olsa geri qaytarım.” Film kimi çəkilməmişdən
öncə teatr səhnəsində tamaşaya qoyulan “Bəxt üzüyü” hələ o
zamanlardan diqqət toplamağa
başlayır. Vaqif Səmədoğlunun
pyesinin motivləri əsasında çəkilən
Qrotesk obrazlardan biri – Saranın (Gülşad
Baxşıyeva) bəxt üzüyünü
itirməsi ilə başlayan və davam edən mübahisələr üzərində
qurulub. Bəxt üzüyü
– bizim ölkəmizdə qadınlar üçün çox
önəmli məna daşıyır. Toy zamanı həyat
yoldaşı tərəfindən qadına hədiyyə olunan üzüyün itməsi
bədbəxtçiliyə işarədir. Əslində isə
bu dövrdə bəxt üzüyünü
tək Sara yox, bir çox azərbaycanlı
qadın itirmişdi. 88-ci ildən başlayan erməni- Azərbaycan müharibəsi,
qanlı yanvar faciəsi qadınlardan həyat
yoldaşlarını, analardan
oğullarını, bacılardan qardaşlarını almışdı.
“Bəxt
üzüyü” təqdim olunduğu ilk dövrdən ən
çox baxılan filmlərdən birinə çevrilir.
Çünki güclü sujet xətti və sarkazmı ilə,
həmin dövrdə aktual olan problemlərin çox hissəsini
özündə birləşdirə bilmişdi. Artıq
Braziliya, Hind və Rus filmlərindən bu filmdə
özünə məxsus nə isə tapa bilirdi və
yaşadığı problemləri gülərək izləyirdi.
Ölkənin
ən çətin anlarında itirilən “bəxt
üzüyü”nün əvəzinə “xoşbəxtliyə”
qafiyə axtaran Moşu (Valeh Kərimov), savadsız və avam
Söylü (Afaq Bəşirqızı), igid oğlanların
müharibəyə getdiyi dövrdə bizneslə məşğul
olub, insanları saqqızla aldadan Rasim (Rəfael Dadaşov) və
onun pullarını özünə avropalı imici yaratmaq
üçün israf edən Sevda (Firəngiz Rəhimbəyli),
unudulmuş mübarizə ruhunu xatırladan müharibə
veteranı Tanrıbəy (Nəsir Sadıqzadə) –bunlar
hamısı həmin dövrdə Azərbaycanın müxtəlif
təbəqəsindən olan insanlar idi. Onların bir birinə
qarşı yalançı mehribanlığının
dağılması üçün bir qığılcım
bəs edir. Üzüyün itməsi xəbəri stolun
başında yeyib içən qonşuları bir anda
düşmən edir. “Ölülər” əsərinin Kefli
İsgəndər obrazını xatırladan və
gördüyü həqiqətləri unutmaq üçün
içkiyə qurşanan Hüseyn (Ayşad Məmmədov) bu
səhnədən sonra göz yaşları ilə stolun
başında tək qalır. Bu təsirli və
ağrılı məqamla rejissor əslində ölkədəki
insanların arasındakı uçurumu və xalq kimi birləşə
bilməməsini göstərir.
Ramiz Əzizbəyli
“ Mənim bu filmdə üzə çıxarmaq istədiyim əsas
məqam SSRİ dönəmində bir icma ətrafında birləşən
müxtəlif zümrələrin nümayəndələrinin
bir birinə olan münasibətinin və düşüncələrinin
yalan üzərində qurulması idi. Buna görə də
bir bəxt üzüyü bəhanə olur ki, bunların
yalançı dostluq, qardaşlıq münasibətləri
üzə çıxsın.”
Müstəqilliyin ilk filmi olan
“Bəxt üzüyü” 1993-cü ildə
Bakıda Azərbaycan filmlərinin II festival
müsabiqəsində quruluşçu rejissor Ramiz Əzizbəyliyə
tamaşaçı rəğbətinə görə mükafat qazandırıb. Lakin
filmin keçdiyi yol heç də olan olmayıb. Ramiz Əzizbəyli
“ Kino stabil dövrünü yaşamırdı və belə
çətin bir dövrdə kinonun məhv olmaması üçün
əlimizdən gələni etməyə çalışırdıq.
Film büdcəsi deyilən bir şey mövcud
deyildi. Təbii ki, tək
çarə sponsor tapmaq
idi. Həmin dövrdə
ayrı-ayrı insanlar vardı ki, onları da xalqın
problemləri, dərdi-səri, yaşam tərzi
narahat edirdi və biz müraciət edəndə, onlar sənətin dəyərini, qüvvət
və meyarını başa düşərək,
bildilər ki, sənət bu
problemləri hamıya göstərə biləcək və
ümumxalq müzakirəsinə
çıxara biləcək yeganə gücdür.”
Artıq bu
çətin dövrlər geridə qalıb. Azərbaycan bir çox
sahədə inkişaf edib. Dövlət büdcəsindən
kino sahəsinin inkişafı üçün külli
miqdarda vəsait ayrılıb. Amma
çox maraqlıdır ki, bu sahə hələ də öz
böhranlı dövrünü yaşayır. Biz köhnə filmlərimizə
həsrətlə baxmaqda
davam edirik. Onlar yenisi ilə əvəzlənmir. Yaxud, çəkilən yeni filmlərin keyfiyyəti bizi qane etmir.
Ramiz Əzizbəyli “Xalq öz marağını
və diqqətini bu filmə göstərib. Bəxt üzüyünün yenisi çəkilsə əvvəlkindən də
daha yaxşı qarşılanar. Yəni
filmin davamı ola bilər.
Beynimdə açıqlamaq istəmədiyim çoxlu
ideyalar var. Azərbaycanın
müstəqillik illərindəki
sonrakı dövrdə
taleyini göstərmək
üçün kifayət
qədər material var.”
Bəs bizi yeni
bəxt üzüyündən
ayıran səbəb
nədir? “ Xalqın
marağından çıxış
edərək deyə bilərəm ki, əgər xalq istəsə öz dəstəyini və tələbini versə bəlkə də Azərbaycanda bu kinoya sahib çıxa biləcək qeyrətli bir oğul tapılar.
Mən filmin gələcək taleyini yalnız həmin adamla bölüşə bilərəm.”
Aygül Əsgərova
P.S. Bəlkə birləşib
xoşbəxtliyə yeni
qafiyə tapaq?
Olaylar.- 2012.-
17-19 mart.- S.13.