Dünyanı
dərketmə zərurəti
Zamansızlıq
proyeksial-xətti funksiyadır. Buna görə
ictimai qınaqlar zamanı əhatəsində
çox vaxt diferensial hüdudlara
çəkilir. Bu çəkilmə başqa sahələrdə qrafil
ştrixlərlə özünü
göstərir; ədəbiyyatda bu zəruri
proses mümkün hissi enmələrlə təzahür edir.
İstedadlı
yazıçı Rasim Gənzəlinin “Qurdlar və manqutlar”
kitabı hər iki sistemdə uyğun qənaət yarada
bilir. Anlayışlı oxucu ilk baxışda kitabdakı
proyeksial-xətti qayə ilə ədəbi-ictimai
proyeksiyanı bir-birində ayırmaqda çətinlik çəkmir.
Lakin o, fəsildən fəsilə keçdikcə mürəkkəb-qarışıq
mündəricə ilə üzləşir. Bu zaman onun əsəs
diqqəti yazıçının ədəbi mühakimələrinə
yönəlir.
Səmimi
deyək ki, R.Gənzəli sadə, anlaşılan dildə
yazsa da, oxucu onun əsərlərini ilk oxunuşda dərk edə
bilmir. Əlbəttə, özündə həyati-fəlsəfi
uyarlıq, çoxçeşidli tematika, bir neçə
qatlı zamansızlıq və s. Ehtiva edən əsərin dərhal
başa düşülməsi inandırıcı deyil. Bəlkə
də buna zaman-zaman yazıçı ilə oxucu arasında
bir yaxınlığa ehtiyac duyulub.
“Qurdlar və
manqurtlar” romanı özündə başlıca olaraq mental dəyərlər
aşılayır. Müəllif milli hissiyatın ictimai
yönünü, mentalitet və milli-mənəvi dəyərlər
kodeksini roman boyu incələyir, oxucusunun diqqətini ənənəçi
mühitə yönəldir. Roman obrazlar aləmi müasir
görkəmlidir; qəhrəmanlar ictimai ənənədə
həm də bir nostalgiya axtarırlar. Bu da R.Gənzəlinin
usta gedişlərinin. Bir təcəssümüdür.
Necə əbədi
çevrədə insanlıq kateqorik xüsusiyyət olaraq
özündə bir sıra ictimai funksiya, bədii-prosedur
tonalıq ehtiva edir, eləcə də R.Gənzəlinin
“Qurdlar və manqurdlar” kitabında insanlıq zərurətləri
konstruktiv çoxqatlı proses kimi özünü göstərir.
Diqqət yetirək: romanın əsas qəhramanı
Eltürk saf kənd adamıdır. Lakin zaman əhatəsizliyi
onun saflığında bir boşluq axtarır. Dünyanı
saran manqurtluq onun doğulduğu kəndə də gəlib. Əskinasçı
tiplər sarıldıqları çirkin ideologiya ilə
dağıtdıqları yurd-yuvaları, oranın saf
insanlarını məhv etməyə məhkumdurlar. Məhz
Eltürk də belə havasızlığın cəngindədir.
Ancaq aldığı tərbiyə, eşitdiyi öyüd-nəsihətlər
onu anlaşılmaz ayətlərdən uzaq tutur.
İçindəki saflıq ona tuşlanmış əksideloji
silahdan çəkinmir. Həmçinin, xurafatçı
yalan üzlər soxulduqları kəndi viran qoymaq
üçün hər an oyaqdır. Arazboyu kəndlərin
hamısı bu viranlıqdan əziyyət çəkir. Hətta
arada sərhəd kimi görünən Araz çayı da təsir
altına düşən insanların
avamçılığına iç atır.
Romanın
sujet xətti əsas olaraq yad təsirlərdən
başqalaşmış mühitdir. Bu rakurusdan yanaşaraq
ictimai-paradiqmal təbəddülatları biz əsərdə
tam mənada izləyə bilirik. Bu proses şəxsiyyətin
tədqiqi məsələsi, insan-zaman münasibətlərindən
tutmuş, ən sadə-ümümi semantik-kommunikativ aspektlərə
qədər bütün mümkün xarakterləri daxili
mahiyyətində əks etdirir. Bu əks etmədə
Eltürk, onun atası Qılman, eləcə də digər surətlər
daha fəaldırlar. Elə cəhalət və fanatizmin əsri
olanlar da məhz onların bu fəallığından
sui-istifadə etmək əzmindədirlər. Burada tip və
ictimai gerilmə aspektlərinə ədəbi yanaşma etsək,
görərik ki, romanda diqqət çəkən əsas məqamlarda
biri bu qarışıq hadisələrə siyasi zəmin verən
müqayisədir. Həm də əsərdə milli
simasızlığa zorən deyil, pərdəaltı-yəni
siyasi yöndə nüfuzetmə bu müqayisələrin
praktik uyarlıqlı sistem kimi
çıxışını təmin edir.
Ayrıca, Eltürk zamansızlıq
girdabına düşərək bir çoxları kimi
İrana təhsil almağa göndərilir. Onun bu təsirə
düşürən zavallı mühit əslində, onun
qavradığı mühitdir; lakin gənclik iddiası onu
oxumaq həvəsində bərkidir. Beləliklə də, həyat
üçün yeni-görünməmiş təhlükələr
yaranır. Özü də bu təhlükələr təkcə
bir şəxsə qarşı deyil, bütöv bir dövlətə
qarşıdır.
Bu struktur dəyişkənlik roman
boyu hadisələrin ictimai
kəsərini artırır, münasibətlərin
praqmatikasını müəyyənləşdirir. Burada rabitə-əlaqə
konsepsiyaları işarə sistemləri, kod
və elementlər vasitəsi ilə mümkünləşir,
bu üzdən qapalı və
açıq sistemli fikirlərdən keçid proyeksiyası
inandırıcıdır, nəzəri təfəkkürlə
praktik uyarlıq uyğunluq
yaradır.
Həmçinin,
müəllif roman boyu
ideal sıçrayışları ilə
fikir obyektində zaman
məhdudlaşdırmaq zərurəti güdmür,
əksinə, hadisələrin ətraf aləmdən
kənar dairəyə çıxışına zəmin
yaradır, ictimai-fəlsəfi modallığı yeni təsnifatda xarakterizə edir. Diqqətlə nəzər yetirdikdə,
görürük ki,
romanın başlanğıc nöqtəsi adi
həyat qaynağıdır. Lakin bu nöqtədə üç
əsas faktor müəllifin fikir qatını bəşəri panormada əks etdirir: 1. Fikirin kateqorik təhlili;
2. Mətinaltı və fikirdaxili mahiyyət;
3.Affektli (hissi) mental dəyərlər.
Bu, o deməkdir ki, R.Gənzəli çoxlarına müəssər
olmayan bir pafosla oxucunun hisslərin
sferasına çıxarır, onları özünü
mətnyaratma prosesi ilə tanış edir.
“Qurdlar və manqurtlar” kitabında mətn yaratmadan
fikri tonallığa keçid
struktur hissi proseslərdə
müşahidə olunur. Bu sistemin bir qatı məna və
anlamda, digər qatı əsaslandırma və sövq etmədə
realdır. Təsadüfi deyildi ki, bu reallılıq
istedadlı yazıçının bədii təsvirində
həm də ictimai komponentli faktor kimi çıxış
edir. Məsələn, Eltürk qonşu ölkəyə
oxumaq adı ilə aparılır, kimsə onu bu işdə
zorlamır; sadəcə, yüksək peşəkarlıqla
hazırlanmış şəxslər onun və onun kimi
yüzlərlə gəncin beyninə bu proqramı yükləyirlər.
Zahirən hissi anlayışda özünü fəal hesab edən
Eltürk yalnız beyin yükü ağırlaşdıqca,
səhv addım atdığını anlayır. Başa
düşür ki, onu məhvə sürükləyən bu
qara qüvvələr zaman əhatəsində mümkün,
yaxud qeyri-mümkün, paradiqmal vəziyyətlər
yaratmağın ustasıdırlar. Amma gecdir, çünki
fikirin mənada fonu, ictimai konsepsiya xarakterli momentlərin
zahirində fiziki təzahürü, subyektiv hissi zərurətin
obyektiv elementlərə çevrilməsi və s. onların məqsədli
işləmə prosesinin həyati moduludur. Bu
qarışıqlıqdan asanlıqla çıxmaq çətindir.
Ona görə yazıçının baş obrazı mənəvi
əzabvermədə dözüm nümayiş etdirir. Məhz
kitabdakı şərti fikir ötürülməsi, mərhələləri
motivasiya (sövqetmə) bu moduldan qaynaqlanır.
İlk baxışdan özünü
ictimai-ədəbi qayəsi ilə diqqət çəkən
bu romanın əsas sujet xətti çoxlarımızın həyat
konsepsiyasıdır. Müəllifin kitab boyu təhlil obyektinə
çevirdiyi hadisələr, ictimai proseslər və digər
yaradıcı ənənələr bu mənada müasir təhlilolunma
görkəmi ilə diqqət çəkir, oxucunu standartlarda
ilişib qalmaqdan qurtarır. O anlamda artıq Eltürk onu
İrana aparanların əsas məqsədini anlayır; nə
yaxşı ki, bu şəxslər onun beynini tam olaraq xurafatla
zəhərləyə bilmirlər. Hələ onun milli əqidə
və duyğuları mümkün qədər sağlamdır.
Düzdür, müqəddəs saydığı müəllimlərinin
anti-türk təbliğatları, dini iftiraları onu müəyyən
mənada sarsıdıb, lakin o, düşdüyü təxribat
yuvasının iç üzünü açmağa
müqabildir. Bu nikbin-ənənəvi situasiya R.Gənzəlinin
yazıçı-oxucu sövdələşməsində
başlıca şərtdir.
Romanda müəllifin cəmiyyətin
aktual problemlərinə ədəbi yanaşma etdiyi oxucuya
ictimai-ədəbi keyfiyyətlər
aşıladığı anlaşılır. Bir sıra fəsillərdə
biz bu dərinliyi görməkdə çətinlik çəkmirik.
Burada oxucu bəşəri bir ağrı, hüdudsuz bir
acı da hiss edir. Əslində, kitab boyu çox yerdə biz
bu hisslərin müşahidəçisinə çevrilirik.
Sanki Rasim müəllim cəmiyyətlərin dünya
ağrısını, bu dünyadakı insan və onunla əlaqədar
olan hadisələrin hamısını Eltürk obrazında
bu hissdən keçirir, fikiri mahiyyətə varır, oxucunu
qarşılıqlı hissi düşüncələrlə
qabaq-qənşər qoyur.
Əlbəttə, əsərdə
müəllifin əsas təsvir obyekti ağrı-acı dolu
həyat, ümumi təsvir predmenti müəyyən ideal
uğrunda poetik mübarizədir. Bu iki fərqli məziyyətin
bədii-ictimai mahiyyətini həyat hadisələri təşkil
etsə də müəllif həyati-ictimai məsələlərə
bir qədər fərqli yanaşır, bu arada fikirlər onun
sənətkarlıq süzgəcindən keçərək
öz bədii ifadəsini tapır.
Kitab boyu diqqət çəkən
məsələlərdən bir də budur ki, müəllif
ictimai düşüncəni, qarşılaşdığı
həyat hadisələrinin gah fərdiləşdirir, gah da ümumi
panoramada uyğun formaya salır, oxucuya açmaq istədiyi
poetik rəngarəngliyi bədii surətlər, tipik-xarakterik
obrazlar fonunda çatdırır. Rasim müəllim bu
obrazın çoxunu yazıçı təxəyyülünün,
yəni idrakın mahiyyət qatı kimi deyil, onun mübtəla
olduğu, yaşadığı reallığın həyat
anlamı kimi təqdim edir. Eltürk belələrindəndir.
O, təkbaşına rejim mollalarına, müstəqillik cəhdlərini
beşikdəcə boğan antitürk qüvvələrə
qarşı çıxmağın çətinliyini
aydın dərk edir. Təəssüf ki, bütöv cəmiyyətlər
də bu təhlükə qarşısında acizlik göstərir.
Romandakı həyat materiallarının bu və ya digər
şəkildə-fərqli məziyyətlərlə
ümumiləşdiyini görürük. Bu da ona dəlalət
edir ki, müəllif dünyanın bədii yükünü
müəyyən edərkən həyat həqiqətlərinə
sadiq qalır, təsvir obyekti kimi seçdiyi surətlərin
həyat şəraitini, ictimai səciyyəsini düzgün,
bəzək-düzəksiz əks etdirir.
Ümumiyyətlə, R.Gənzəlinin
bu kitabı oxucuda dərin həyacan oyadır, onu yaxşı
mənada mütəəssir edir. Oxucu buradakı hadisələrin
ictimai-həyati axarına düşür, müxtəlif hisslər
keçirir. Bu da Belinskinin “Ədəbiyyat azad insan sözlərim
ilə ifadə olunur...” fikrini təsdiqləyir. Məhz Rasim
müəllimin yaradıcılıq işində oxucuya
açmaq istədiyi əsas meyar və əhəmiyyətli
konseptual müddəa zənnimizcə elə budur.
R.Gənzəli roman boyu oxucunun diqqətini
ara-sıra əxlaqi, qabarıq-həyati məqamlara çəkir,
onu cəmiyyətin hiss və həyəcanlarına
bükür. Həmçinin, müəllifi
qarışıq-çətin məkanda yaşayan
insanların bəlkə də yeganə istinad nöqtəsi olan
narahat və sızıltılı sevgisini qarışıq
zəmində ikiyə parçalandığı, bu
parçalanmada neçə-neçə ürəyin
sıxıntı keçirdiyini vacib şərt kimi səciyyələndirir,
bu ədəbi-ictimai keçiddə uyğun forma yaradır.
Bu proses özünü Eltürk və Əhməd Yavuz
obrazları vasitəsi ilə stimullaşdırır.
Eltürkün yeganə ümüd yeri olan bu müəllim
antitürk əməliyyatlarına qarşı
çıxır, bunun üçün də ciddi cəzaya məruz
qalır. Bu itki Eltürkü tənhalıq girdabında
sıxır. Bu məqamda onun tək köməyi əmirlərinə
qarşı çıxılan Allahıdır. O Allah ki, Azərbaycana
diş qıcadan qansız məmləkətdə nələrin
baş verdiyini metafiziki qatdan açıqca seyr edir.
Xülasə, çoxlarının
müraciət etdiyi dərd, kədər, qəm
mövzuları R.Gənzəli qələmində bir qədər
axıcı, ürəkyaxandır. Məhz bu səbəbə,
o, dünyanı standart formada çək-çevir edən
proseslərə qabarıq acı ovqat, təbii epik-realist əhval
qatır, bu eynilikdə cərəyan edən həyat
faktlarını uyğun ardıcıllıqla
sıralayır. Ən yaxşı hal odur ki, oxucu bu təbəddülatları
məhdud mənada başa düşmür, əksinə,
geniş şəkildə anlayır. Bu, Rasim müəllimin
uğurudur.
Kitabda ictimai ənənəçilik
prinsiplərinə də diqqət yetirilib, dünya-bəşər
səciyyəsi poetik münasibətlərlə xarakterizə
edilib. Və maraqlıdır ki, müəllif bu cür
nümunələrin çoxunun obyektinin əhatəli,
mövzusunun geniş olduğunu bilə-bilə ehtiyat etmədən
onların yaradıcı təhlilə cəlb edib, məzmun və
məna üzrə sistematik yönə istiqamətləndirib.
Bu da şübhəsiz, onun zəngin həyat qayəsinin,
praktik fəaliyyətinin bir təzahürüdür.
Həm də demək olar ki, romanda əks
olunan ictimai zərurətlər anı ayrı-ayrılıqda
bir həyat hadisəsinin obrazlı ifadəsidir, ən diqqətçəkən
odur ki, müəllif özü bu hadisələrin gah
iştirakçısı, gah da müşahidəçisidir.
Bu ehtişamla o, zaman-məkan ardıcıl müxtəlif
xarakterlərlə qarşılaşır, onlarla fərqli formalarda
münasibət qurur. Bir qədər diqqətlə nəzər
salmaq kifayət edər ki, “Qurdlar və manqurtlar”
kitabının ictimai konponent və həyati meyar
ölçülərinin məhz bu mənziyyətlə eyniləşdiyi
tam aydın olsun.
Əminik ki, bu kitabı da R.Gənzəlinin
bədii-poetik yaradıcılığında müstəsna əhəmiyyət
kəsb edir və bu kitab yeni ədəbi ovqatlara kökləyir.
Hikmət Məlikzadə
Olaylar.- 2012.- 20 mart- 2 aprel.- S.10.