İllərin
manifesti - Əmir Pəhləvan
(2011- ci ildə "Elm və Təhsil"
nəşriyyatında nəşr olunan "Qartal
balası" kitabina sözardı)
Taleyinə mühacir həyatı düşən,
Norveçin Oslo şəhərində yaşayıb
yaradan istedadlı Azərbaycan
yazıçısı Məmmədrza Təbrizlinin yeni
kitabı "Qartal balası" adlanır. Kitab bir hekayə
və iki öyükdən ibarətdir.
Azərbaycanın
Güneyində dünyaya göz açan M.Təbrizlinin bu əsərini
"İllərin manifesti" də adlandırmaq olar.
Əsər
oxucu ilə elə təbii və elə ürəklə
söhbət edir ki, keçmiş günlər bir kino lenti
kimi göz önündə canlanır.
Dil və
üslub, qrammatik qayda, zəngin folklor çəkisi ilə
oxucunu valeh edən "Qartal balası"nı mən
"ruhun qidası" da adlandırardım. Bəzən
müəlliflər öz fantaziya manerası ilə təbiiliyi
özləri də bilmədən komik vəziyyətə
salaraq oxucuda əndirəbadi hisslər yaradırlar. Bu, ələlxüsus
kitaba yeni marağı və həvəsi olanlar
üçün daha da təhlükəlidir. Çünki
oxucu ilk qarşılaşdığı belə bir bəsit və
ağır nəfəsli əsərlə qidalanmalı olur.
Lakin M.Təbrizlinin bu əsərində
Azərbaycanın yatmış, bəlkə də dilçi
alimlərinin tədqiq etməmiş elə folklor söz birləşmələrindən
istifadə olunub ki, hətta bəzi ləhcə deyimlərini
bədii-ədəbi söz kimi də qəbul etmək
mümkündür..
Müəllif Ərgün obrazı
ilə əsl Vətənçiliyin müqəddəsliyini və
Kim olmağımızı əsərin əsas leytmotivi hesab
eləyir. Kimliyi bilinməməkdən başımıza gələn
bəlaların ağırlığını və didərginliyini
göstərir.
Əsərdə tariximiz və taleyimizin qaranlıq səhifələri
bədii nəsrin və təfəkkürün gücü ilə
oxucuya çox ustalıqla çatdırılır.
Yüksək və zövqlü
çap üsulu - professionallıqla qələmə
alınan "Qartal balası" əsəri böyük bir elmi publisistik, tədqiqat
və folklor ensiklopediyası kimi də qəbul etmək
mümkün olar.
Müəllifi böyük tərbiyəvi əhəmiyyət
daşıyan bu sanballı əsərə görə ürəkdən
təbrik edir, ona yeni - yeni yaradıcılıq uğurları
arzulayırıq.
Əmir Pəhləvan
Olaylar.- 2012.- 25 may.- S.11.