““Eurovision”un bugünkü
təntənəsi Azərbaycanın böyük
uğurudur”
Rəfael
Hüseynov: “Onun Azərbaycanda
keçirilməsinə hətta, dünyanın bir çox böyük dövlətləri
paxıllıq edirlər”
-Rəfael
müəllim, “Eurovision” mahnı
müsabiqəsi ətrafında müxtəlif fikirlər səslənməkdədir.
Sizcə, bu siyasi, yoxsa mədəni bir hadisədir?
-
“Eurovision” mahnı müsabiqəsi
dünyanı birləşdirən bir
hadisə, böyük
bir humanist
aksiyadır. “Eurovision” əslində sırf siyasət hadisəsidir. O,
sadəcə, bir mədəni hadisə, musiqi müsabiqəsi
də deyil. O, sadəcə, mədəniyyət hadisəsi
olsaydı, o zaman onun ətrafında
bu qədər siyasi
müzakirələr getməzdi. Ancaq bu
hadisə dünyada
cərəyan edən çox məkrli siyasətlərdən fərqli
olaraq, humanist bir siyasət hadisəsidir.
Çünki dünyanın onlarla ölkəsi
bir ölkədə dostluq,
mehribançılıq, ünsiyyət ətrafında birləşirsə,
bir bayram ətrafında
qovuşursa, o zaman bundan böyük
dünyanın qloballaşmasına xidmət edən,
insanları bir-birinə yaxınlaşdıran nə ola bilər?! Elə
hesab edirəm ki,
növbəti yarışmaya evsahibliyi edən
ölkəmiz üçün də bunun çox böyük əhəmiyyəti
var. Düzdür, bəzən
öz vətəndaşlarımızdan da kimlərsə başadüşməzlikdən və
ya kifayət
qədər ürək genişliyi ilə yanaşmadan bu hadisəyə yanlış qiymət verirlər.
Bu kimi təəssüf
doğuran məqamlar da
var. Ancaq onlar da nəhayət, fərqində
olmalı və anlamalıdırlar ki, bu hadisənin ölkəmiz, xalqımız üçün nə qədər böyük əhəmiyyəti var.
- Hesab etmirsiniz ki, hər bir azərbaycanlı
ölkədə belə bir möhtəşəm
beynəlxalq tədbirin keçirilməsinə görə fəxr
etməlidir?
-
Mən xaraktercə kifayət qədər möhkəm bir adamam. Amma
görəndə, biləndə ki, “Eurovision” yarışması canlı
yayımla yayımlanır və buna
dünyanın 60-a yaxın ölkəsi eyni
anda, milyonlarla insan baxır, istər-istəməz qəhərlənir,
duyğulanıram. Görəndə ki, Azərbaycan mənzərələrini
göstərirlər və
dünyanın onlarla ölkəsində
bunları görürlər, heyran qalır, o cümlədən,
canlı yayımla Azərbaycanın inkişafına şahid olurlar, onun gözəlliyini seyr
edirlər, Azərbaycanın gücünü
görürlər, o zaman buna daxilən həyəcanlanmaya
bilmirəm. Azərbaycanlı olan
yalnız bu hissiyyatla yaşaya bilər.
-Sizcə,
“Eurovision-2012” mahnı müsabiqəsinin Azərbaycanda
keçirilməsi ölkəmizə nə verəcək?
-
“Eurovision-2012” Azərbaycanın böyük
bir təntənəsi, qələbəsidir.
Deyirdilər ki, Azərbaycan hazırlıq işlərini
çatdırmayacaq, Azərbaycan bu
işləri görə bilməyəcək və sair. İndi özünüz də görürsünüz,
Azərbaycan bunları bacardı, Azərbaycan hər işi bacarır. Çünki
Azərbaycanda dövlət millət
qeyrəti var və lazım olan anda dizini
yerə qoyub istənilən işi görə
bilir. Ona görə “Eurovision”un bugünkü təntənəsi
Azərbaycanın böyük uğurudur. Amma eyni zamanda, ayrı-ayrı insanların bir-birinə
paxıllıq etməsi
dünyanın çox köhnə
və pis hadisələrindən olduğu kimi, dövlətlərin
də bir-birinə
paxıllıq etməsi var. “Eurovision”un Azərbaycanda
keçirilməsinə hətta
dünyanın bir çox
böyük dövlətləri də
paxıllıq edirlər. Avropa Şurasında da,
digər beynəlxalq təşkilatlarda da
müşahidələrim zamanı ölkəmizə
qarşı paxıllığı, həsədi görmüşəm. Həsəd
aparırlar ki, Azərbaycan, yenicə müstəqillik əldə etmiş bir dövlət birdən-birə qısa bir zaman içərisində
necə belə bir
sıçrayışlı yüksəlişə nail olub, necə uğurlara çatıb? Odur
ki, bu uğurlar, bu müsabiqələr böyük fərəh
doğurmalı, iftixar hissi
yaratmalı hadisələrdir. Düşünürəm ki, Azərbaycanın hər bir
insanı da buna güvən duyğusu
ilə yanaşaraq, öz
sevincini tapmalıdır. O
cümlədən, Azərbaycana
ən müxtəlif istiqamətlərdən və səmtlərdən həsədlə, rəqabətlə
yanaşanlara qarşı yalnız
dövlət və onun qurumları,
ziyalılar deyil,
hər bir vətəndaş mübarizə
aparmağa hazır olmalıdır. Çünki Vətən, dövlət bu cür yaranır, böyük, güclü
Azərbaycan bu
cür yaranır.
Alim
Olaylar.- 2012.- 25 may.- S.5.