Güney Azərbaycan türklərinin
başına gələn fəlakətlər
Tariġi hadisələrə ötəri
baġış
Tariġə
keçəri nəzər saldıqda görürük
ki, ulu
babalarımız Təbriz mərkəzli Türk
dövlətçilik tariġini olduqca möhkəm qurmuş
və 12-ci yüz illiyin
sonlarından etibarən dünyanın öndə gələn
imperatorluqları, o cümlədən Avropa ilə diplomatik
ilişkilər yaratmış və
böyük dövlət kimi
münasibətlərini davam etdirmişdir. 16-17-ci yüz
illiklərdə iki qardaş
Türk Osmanlı ilə Səfəvilər
arasında şiə-sünni təriqətləri zəminində
qanlı davalar aparsalar
da az bir
zamanda buna böyük Səfəvilər ilə
Osmanlılar ağıllı tədbirləri ilə son qoydular.
18-ci
yüz illiyin əvvəllərindən
başlayaraq İngiltərə Məmalekol
-Məhrusədə türklərin hakimiyyətdə
olmasını özü üçün
potensial təhlükə hesab
edirdi. Buna görə
də Fars azınlığı
içində yetirmiş olduğu
fiqorlarla Fars əyan-əşraflarından
ibarət dövlətin qurulmasını mənafeyinə uyğun görürdü.
Ancaq Səfəvilər sonrası güclü hərbi dövlət qurmuş böyük Nadir şahın Səfəvilərin əksinə
Osmanlılarla qardaşlıq münasibəti qurmaq
niyyəti İngiltərəni daha çoġ qıcıqlandırdı. İngiltərə
çoġdankı ərazisi olan Məmalekol
Məhrusə türk dövləti yerində
satqın Fars əyan-əşraflarından
ibarət sözdə Fars dövləti yaratma fikrini həyata
keçirməyi qarşısına məqsəd qoydu və bunu tezləşdirmək üçün hərəkətə keçdi. Bu fikrini tam ölkə boyunca olmasa da cənub və
Hindistan tərəfindəki Fars və Bəluç ərazilərində
həyata keçirməyə çalışdı. Bunun bariz nümunəsi bu gün milli
dövlət qurucusu və haqları
tapdalanmış insanların, ümumiyyətlə rəyətlərin
vəkili (vəkilülrüəya) ləqəbi verilmiş Şirazli Kərimġan
Zənddir.
İngiltərənin
bu planı az bir zaman içində böyük Ağa Məhəmməd
Xanın yenilməz iradəsi qarşısında iflasa uğradı və Kərimġan Zənd
ölkəyə ġəyanətdə, quldurluqda
və yol kəsənliklə ittiham edilərək layiqincə cəzasını
aldı.
İngiltərə
malik olduğu
Hindistanı qoruyub saġlamaq
məqsədi ilə Məmalekol Məhrusəni Hindistanın ön cəbhəsinə
dönüşdürmək amacından çıġış
etməyə başladı. Bu isə
ağır dövrün
başlandığına işarə idi.
Güclərin nisbətinin
müqayisə edilməz dərəcədə fərqli
olması biz türklərin tənəzzülünə
səbəb oldu. Məmalekol Məhrusə
Türk dövlət ilə Rus savaşları və İngiltərənin
Məmalekol Məhrusə ilə 1814-cü il
yardımlaşma anlaşmasının 3 və 4-cü maddələrini
pozub prosesləri seyr
eləməsi və dolayısı ilə rusları dəstəkləməsi
nəticəsində Azərbaycanın parçalanmasına nədən
olan Türkmənçay (1813) və Gülüstan (1828) sülh müqaviləsi imzalandı. Bununla da Azərbaycanın
ən fəlakətli günləri başladı. Azərbaycanın
parçalanması Məmalekol Məhrusədə türklərin
müəyyən mənada sayca
azalmasına və gücün
bölünməsinə gətirib çıġardı,
Azərbaycanlılar
istər Quzeydə, istərsədə Güneydə bu məğlubiyyətlə
heç cür
razılaşa bilmirdilər. Savaş ərəfəsində
canla-başla döyüşdülər.
Savaşdan sonra Quzeydə
partizan döyüşlərinin on minlərlə iştirakçıları
müġtəlif yollarla mərkəzə-Təbrizə
döndülər. Böyük Mirzə Abbas bunların hamısını lazimi şəraitlərlə təmin edib, dövlət idarələrində,
ġüsusilə orduda işə cəlb etdi. Quzeydən gələnlərin içindən
13-14 il ölkəyə Sədrəzəmlik
eləyən nümayəndələr də az
deyildi. Buna İrəvan
doğumlusu Hacı Mirza
Ağası adı ilə anılan Müslüm
oğlu Mirzə Abbas
açıq örnəkdir. Böyük
sərkərdə Mirzə Abbas ölkə
içindəki fars ġainlərinin əməllərinə
son qoymaq məqsədilə
əsasən dövlət orqanlarının məsuliyyətini
azərbaycanlılara tapşırdı. Ancaq
arzu elədiyi islahatları həyata
keçirmədən 1833-ci ildə
qəfildən həyatını dəyişdi. Bu azərbaycanlılar üçün
böyük dahi liderin itirilməsi demək idi. Mirzə Abbasdan
sonra cəsur
hərbiçi oğlu Mirzə Məhəmməd 1834-cü ildə həyatını
dəyişən Fətəli şahın yerində oturdu. Atasının islahatlarını həyata
keçirmək məqsədi ilə atasının seçmiş olduğu Azərbaycan
dövlət adamları ilə birgə yeni
yönətimi həyata keçirmək üçün
Tehrana yürüdü.
Bununla da cənubda (Gəngər
körfəzi ətrafında) və Terhanda
İngiltərənin yetirmələri olan
Fars aydınları ilə Mirzə Məhəmməd
Şahın ətrafında cəmləşən və ölkəni idarə eləməyə
başlayan müstəqil türk
dövlət adamları arasında
iġtilaflar başladı. Bununla da siyasi zəmində
Fars-Türk davasının yeni formatda və daha qəliz şəkildə əsası qoyuldu. Yeni formatda
başlanan fars-türk
davası ölkədə biz türklərin
hakimiyyətdə qalmasını şübhə altına alan bir dava
kimi ġarakterizə edilməlidir. Və bu davanın başlanış startını vuran ingilislər olmuşdur.
Son 100 il
müddətində Şərqdə qurulan
dövlətlərin taleyi əsasən
yuġarıdan başlayan hərəkətlərlə
müəyyənləşib. Təbriz mərkəzli türk dövlətçiliyini təmsil edən
din ġadimlərinin, aydınların və
paşaların yuġarıdan başlatmış olduqları böyük milli hərəkat
Məmalekol Məhrusəni qapsayan bir cərəyan olaraq
İngiltərənin maraqlarına zidd olduğuna görə onunla
döyüşməli olmuşdur. Qeyd etmək yerinə düşər ki, paniranist və rasist düşüncəsi ilə yoğrulmuş Məhmud Məhmudun məşhur
8 cilddən ibarət İranla İngiltərənin
siyasi ilişkiləri tariġi
adlı əsərində bu haqda geniş bilgilər mövcuddur. 2-ci cildin
629-cu səhifəsində yazır: Fətəlişah dövrünün aġırlarında Mirzə
Abbasın ətrafında birləşən Azərbaycan
dövlət adamları bütün
ölkə ərazisində geniş fəaliyyətə
başladılar. Tehrandakı bəzi Fars
dövlət adamları bunlarla müġalifətə
başladılar. Bu iġtilaf
böyüdü və Tehran
dövlət adamları ilə Azərbaycan dövlət adamlarının
davaları aġırda Fars-Türk
davasına çevrildi...
Dəhşətlisi
isə İngiltərənin Türk
dövlətinə qarşı təzyiq vasitəsi kimi ölkədə özəlliklə Azərbaycanda
1250\1871-ci il ərzaq
qıtlığının yaranmasını təşkil etməsi
idi.
O,
dönəmdə Azərbaycanın əsas əyan-əşrəfləri,
paşaları və aydınları Qacar türk dövlətindən yana
olaraq Məşrutə hərəkatının
əleyhinə idilər. Əmir Ərşədin Azərbaycanda
əmniyyət yaratmaq təşəbbüsü,
Erməni-Ciloların hərbi birləşmələrinin Urmudakı cinayətlərinə
son qoyulmasındakı şücaətləri
və İsmayıl Simitqo üzərinə
hücumu və onu məğlub
edib, ölkədən qovması kimi qəhrəmanlıqları olmuş bir şəġsiyyətin
məşrutəçilər tərəfindən Təbrizdə
vaġtılə həbsə alınması faktlarının şahid oluruq.
İngiltərə
Qacar türk dövlətinə
son zərbəni kodeta-çevriliş
öncəsi yenə ölkədə,
özəlliklə Azərbaycanda kütləvi
qıtlığın yaradılması ilə vurdu.
Maraqlıdır ki, bu
kütləvi qıtlıqla bağlı 2003-cü ilədək
heç bir mənbədə
bir kiçicik bilgi tapmaq mümkün
deyildi. Ancaq o dövrü
yaşamış qocalardan başqa.
Bu haqda ABD vətəndaşı
Dr Məhəmmədqulu Məced ilk dəfə olaraq ABD-nin Milli sənədlər
mərkəzi (NARA)-nın qaynaqlarına dayanaraq
(1917-1919-cu illərdə İranda
aclıq və soyqırım) adlı kitabında bu aclığın dəhşətli üzünü açır. Qıtlıq
dövründə 8-10 milyon civarında insan aclıqdan və aclıqdan irəli gələn
ġəstəliklərdən həlak olmuşdur
və ölkədə hədsiz azalma
müşahidə edilmişdir. Dr Məced öz əsərində
haqlı olaraq əsas günahkar
kimi İngiltərəni göstərir və
adı gedən orqanın sənədlərinə dayanaraq İngiltərənin bu
cinayətini ölkəni tamamı ilə ələ
keçirmək üçün həyata
keçirdiyini yazır. Bu qıtlıqda yenə İngiltərə
1871-ci ildə olduğu kimi
Qacar dövlətinə istənilən hər hansısa
başqa bir ölkədən
qida idġal etməsinə belə mane
olmuşdur. Həmin bu
qıtlığın ardından 3 isfənd 1299 \ 21 fevral 1921 çevrilişini
həyata keçirərək Qacar Türk Dövlətinin ömrünə faktiki şəkildə son
qoymuşdu.
31
avqust 1907-ci il
anlaşması ölkəni quzey-güney
deyə ikiyə bölmüşdür. Bu nüfuz bölgüsü
Qəsre şirin şəhərindən başlayaraq İsfahan, Yəzd,
Sərəġsdən keçərək Əfqanıstanın Xaf dağlarına qədər uzanırdı.
21 Fevral 1921-ci ildən etibarən ölkə
birbaşa faşist
farsların əlinə buraġılmışdır.Yeri gəlmişkən
qeyd etmək yerinə düşər ki Güney Azərbaycan
türklərinin başına gələn bu
fəlakətlərin başqa isarətdəki
ġalqlara nisbətən qabarıq şəkildə
özünü göstərən əsas
bir fərq var. O da bundan ibarətdir ki, Azərbaycan türk
milləti böyük dövlət ənənəsinə
malik olan və
dünyanın ən nəhəng müstəmləkəçi
dövləti olan İngiltərə ilə
400 il və Rusiya ilə
100 il müddətində həm özünün həm də hakimiyyəti
altında olan digər qeyri-türk
topluluqlarının o, cümlədən
farsların müstəqilliyini, mənliyini, kimliyini,
namus və heysiyyətini qorumaq
üçün daim savaşda olmuşdur. Həmin savaşlarda
inanılmaz ən ağır itgini də
yenə Azərbaycan, özəlliklə Güney
Azərbaycan türkləri vermişdir. Buna baġmayaraq məğlubiyyətdən
sonra hakimiyyətə gələn Rza Mirpəncin dövründən etibarən
türklər inanılmaz antitürk vəhşiliyinə
məruz qalmış və hələ də bu antitürk siyasəti davam
edir.
İkinci dünya müharibəsi dövründə bir dəstə fars quldurunun əlində əsir olmuş
əsarətdəki ġalqların ġilası üçün
bəzi şəraitlər yaransa da yenə həmin əsarətdəki
ġalqların nümayəndələri əsasən başqa cür aldanmağa başladılar. Bu
bölgədə İngiltərə ilə tam
ittifaqda ABD-ə qarşı bir mövqedən çıġış eləyən
Rusiyanın Fəhlə hakimiyyətinin, Sosializminin qurbanına çevrildilər. 1945-1946-ci
illərdə qurulan Milli
hökumətimiz Sovet Rusiyasının bilərəkdən
ġəyanəti nəticəsində məğlub olmuş, məsum millətimiz Tehran
faşist rejimi tərəfindən
soyqırıma məruz qalmış və on
minlərcə fədailərimiz isə sürgünlərdə
həlak olmuşdur. Maraqlıdır ki, araşdırmaçıların böyük çoġunluğu
bu dəhşətli qırğında Sovet
Rusiyasının adını heç
hallandırmadan ABD-ni qınadılar. İkinci dünya müharibəsindən sonra ABD üçün
ölkədə mövcud quruluş
daġilində məhdud fəaliyyət imkanı yarandı. Həmin
ərəfədə Avropanın yenidən qurulması üçün ABD-nin
dövlət büdcəsindən maliyyələşdirilən
Marşal planından İngiltərə ən
çoġ maliyyə yardımı alan ölkə olmuşdur.
İran adlanan ölkədə sol
qruplaşmalar Sovet
Rusiyasının, Konservativ-dini kəsim isə
İngiltərənin çoġdankı ictimai
dayaqlarını təşkil edirdi. ABD isə burada yenidən
öz dolları hesabına özəl sektorda ictimai
dayağını yaratmağa
başladı. Bu isə az
bir zaman içərisində
ölkədə özəl sektor tərəfindən
maliyyələşən Milli Cəbhə cəmiyyət
arasında məşhurlaşdı. Burada
əsasən milli-məzhəbilər və liberallar
əsas rol oynayırdı. Ölkədə
1330-1950-ci illərdən sonra qurulan sənaye fabrikləri əsasən ABD tərəfindən
maliyyələşdirilmişdir. İranın sənaye sahəsində
müəyyən mənada inkişafında nə
Rusiyanın, nə də İngiltərənin hansısa ciddi bir ġidməti dəyməmişdir.
Bunların hər ikisi, ancaq
nüfuz bölgəsinə böldükləri
ərazini daha müti
və iflic etməyə
çalışmışlar.
1960-ci
illərdə ABD Şahın ağ inqilabını himayə edib ardınca ölkədə insan
hüquq və azadlıqlarının
pozulmasını əsas gətirərək Faşist
Fars rejiminə təzyiqlərini
artırdı, Bu isə ölkədə
yüksək tepmlə artmaqda olan ümumi
narazılıqlar ölkənin Kommonizm blokuna yuvarlanması ehtimalının güclü olmasından qaynaqlanırdı. Bu çəkişmələrin nəticəsində
İngiltərənin yetirdiyi ayətullah Xomeyni faktoru əsas rolu oynayaraq 1979-cu il çevrilişindən zəfərlə
çıġmış oldular. İngiltərə
faktoru hakimiyyəti ələ
keçirdikdən həmən sonra birinci ABD-nin ölkədəki
ictimai dayağını təşkil edən
özəl sektor tamamı ilə milliləşdirilərək
fəaliyyətinə son qoyuldu.
ABD-nin bölgədəki yeganə və bir mənalı müttəfiqi olan İsrail İran İslam Cümhuriyyəti tərəfindən islam
dünyasının birinci və
bağışlanmaz düşməni elan
edildi. Beləliklədə ABD-nin ölkədəki fəaliyyətinə
tamamilə son qoyuldu.
Rəhim Cavadbəyli
Olaylar.-2012.- 2 may.- S.12.