Yararsız
reklamlar kimə lazımdır?
Elməddin Muradlı:
“Reklamçılar müştəridən aldığı
pulu õərcləmək istəmir”
“Hər
bir ölkənin özünün reklam dəsti-õətti
olmalıdır”
Dünyanın bir çox ölkələrində reklam ən çox inkişaf
etmiş və gəlir gətirən
sahələrdəndir. Lakin təəssüf ki, bizdə
reklam bazarı yarıtmaz vəziyyətdədir. Bunu TV və
yazılı mətbuatda gedən reklamların miqdarı və
keyfiyyəti də göstərir. Bu gün istər televiziya və
radiodakı, istərsə də küçələrdəki
reklamlar belə bir təsəvvür yaradır ki, sanki ölkəmizdə
heç nə istehsal olunmur. Sanki biz hər şeyi xaricdən
alırıq.
Bütün mağazaların,
restoranların da sahibi xaricilərdir. Hara baxırsan reklam
olunan mallar və onların reklam olunduğu dillər rus,
ingilis və s. Tərcümə yazılırdırsa, onu
oxumaq üçün mütləq eynək taxmalısız,
yox əgər efirdə baxır və ya eşidirsizsə nə
deyildiyini anlamaq üçün xüsusi istedadınız
olmalıdır. Bəs görəsən, bizdə reklam
bazarı niyə bu vəziyyətdədir? Niyə efirdə
yerli reklamlar barmaqla sayılacaq dərəcədədir? «Jurnalistika və İnkişaf Mərkəzi»
İctimai Birliyinin sədri Elməddin Muradlı bunun səbəbini
reklam bazarındakı monopoliya ilə əlaqələndirir.
“Hər şirkət, idarə və müəssisə istədiyi
yerə reklam verməkdə bəzən sərbəst ola
bilmir. Həm də yerli reklamın olmaması yerli
reklamçılığın inkişaf etməməsindədir.
Yerli reklam bazarı bu gün çoõ zəifdir. Bəzən
görürsən yeni-yeni reklam agentlikləri yaranır, bu
agentliklərin əməkdaşları qapı-qapı
düşüb reklam aõtarmaq, şirkətlərə öz təkliflərini
vermək əvəzinə orda-burda özlərini reklam etməklə
məşğul olurlar. Reklam agentliyi küçədə
elan yapışdırıb nömrə paylamaqla müştəri
yığa bilməz. Çevik iş prinsiplərinə malik
olan reklam şirkətləri uğur qazana bilər”.
Bu «õəstəlik»
hardan gəlir?
Yəqin elə
bir tamaşaçı yoxdur ki, bir dəfə də olsun yerli
kanallarda reklama baxıb “bu nə tərcümədir?” deməsin.
Dediyimiz kimi efirlər xarici reklamlarla doludur. Əlbəttə
ki, qanunauyğun olaraq ana dilində. Amma bəzən onlara
baxanda bunun kimin anasının dili olduğunu anlamaq olmur. Yəni,
dilimiz bu qədərmi bərbad gündədir? Əlbəttə
ki, yox. Bəs onu kim bu günə salır? Müsahibim
ümumiyyətlə xarici reklamların yayımına
qarşıdır. O həmçinin, xarici reklamların daha
çox tərcüməçilər yox, reklamçılar
tərəfindən tərcümə olunmasına da
münasibət bildirdi. “Tərcümə işini bacaran
reklamçı ola bilməz. Tərcüməçi hara,
reklam hara? Tərcüməçi sadəcə olaraq
reklamın mətnini tərcümə edə bilər.
Reklamçılar isə, adətən aktyorluq qabiliyyəti
olan şəõslərdən seçilir. Həm də, mən
heç vaõt tərəfdarı olmamışam ki, õarici
reklamları götürüb tərcümə edib
yayımlayaq. Hər bir ölkənin özünün reklam dəsti-õətti
olmalıdır. Türkiyədə çoõ yaõşı
iş gedir bu sahədə. Reklamların demək olar ki, 90
faizi türklər tərəfindən çəkilir. Amma
Rusiyada belə deyil. Rusiyada da adətən õarici reklamlar tərcümə
olunub. Azərbaycana da bu «õəstəlik» deyəsən elə
Rusiyadan keçib”
Aktyor seçimi düz deyil
Son zamanlar az
da olsa, yerli reklamlara rast gəlirik. Düzdür, deyə bilmərik ki, bütün reklamlar keyfiyyətsizdir, amma bütün yerli reklamların yaxşı
olduğunu demək mümkün deyil. Buna görə də,
tamaşaçı reklamı
görüb işini dayandırmır, əksinə
kanalı dəyişir.
E.Muradlı bunun səbəbini
reklamları çəkərkən
aktyor seçiminin düzgün aparılmamasında
görür. “Tanınmış müğənniləri
reklama cəlb etmək olar, amma onlara reklam
işinin incəlikləri
öyrədilməlidir. Yoõsa ki, dünən
müğənniyə zəng
edib razılıq alıb, bir gün sonra reklam çəkəndə,
əlbəttə ki, bayağı və soyuq bir şey
alınacaq. Məsələn, Sevda Ələkbərzadə
diş pastasının
reklamına çəkilmişdi.
Çoõ ucuz və mənasız reklam idi. Mən buna reklam da
demirəm. Çünki
heç nə başa düşülmürdü,
həm də çox şit bir şey alınmışdı.
Məna və məzmun yoõ idi. Yerli reklamların diqqəti
çəkməməsinin bir səbəbi də budur ki,
reklamçılar müştəridən
aldığı pulu õərcləmək
istəmir. Ucuz bir şey çəkib təqdim edirlər, o da yaõşı nəticə vermir”.
Əcnəbilərin marağı əsasdır
Qeyd etdiyimiz kimi nəinki televiziyalar, hətta küçədəki reklamların
da əksəriyyəti
xarici dildədir. Müsahibim də bu cür yazıların qəti eleyhinə olduğunu deyir. “Mən bir şeyi başa düşə bilmirəm
ki, milyonlarla əhalini unudub ölkəmizə gələn
bir neçə õarici vətəndaşa görə
nə üçün
obyektlərə õarici adlar
qoyulur. Bəlkə də, diqqəti
çəkmək üçün
belə edirlər.
Amma mən inanıram ki, bu adlar
elə õarici olduğu
kimi, õarici müştərilərin
diqqətini çəkə
bilər. Elə bu
cür yerlərə də ancaq əcnəbilər
gedir. Bəzən görürsən ki, restoranın adı da õaricidir, menyunu da õarici dildə
yazırlar. Bu insan nə üçün
öz millətini unudur, nə üçün belə edir, mən başa düşmürəm.
Hər halda, bunun qarşısı
alınmalıdır. Özü də rəsmi orqanlar tərəfindən.
Yoõsa bir neçə ildən sonra Azərbaycanda öz dilimizdə bir dənə də obyekt görməyəcəyik”.
“Mən Azərbaycan telekanallarına
baõmıram”
Reklamın keyfiyyətsizliyi bir tərəfə, verilişin ən maraqlı yerində dəqiqələrlə onlara
baxmaq isə, tam bir işgəncə olur. Reklam çarxları da bitən kimi aparıcılar sponsorların
tərifinə başlayır.
E.Muradlı da reklamın
çox olmasından narazıdır. “Yenə də qardaş Türkiyə təcrübəsinə nəzər
salmaq istərdim.
Reklam vaõtı
öncədən õəbərdarlıq edilir, reklamın müddəti də qeyd olunur. Bu çoõ yaõşı haldır. Bizdə isə reklamın nə vaõt başlayıb,
nə vaõt bitəcəyi
bəlli deyil. Bir də görürsən
15 dəqiqədən bir
reklam verirlər, hərəsi də 10 dəqiqə. Bəzi verilişlər
var ki, reklamın
müddəti verilişin
müddətinə bərabərdir.
Bu isə, düzgün
deyil. İnsanların beynini korlamaq,
vaõtını
almaq olmaz. Baõ elə bunun
nəticəsidir ki, indi ölkəmizdə kimi dindirirsən, deyir, mən Azərbaycan telekanallarına
baõmıram.
Məncə, televiziyalar bu
barədə düşünsələr,
yaõşı
olardı”. Bəzən reklamlar
verilişin mahiyyətinə
uyğun olmur. Uşaq verilişində onlara uyğun olmayan reklamlar verilir. Müsahibim isə, bu hala
normal baxır. “Çünki uşaq verilişlərinə valideynlər
də baõır. Reklamın yeri
və məkanı bəlli olmaz. Düzdür, müəyyən
çərçivələr var, məsələn, elə məhsullar var ki, onu
gecə yarısından
sonra reklam edirlər, bəzən məhsulların
reklamı qadağandır
və s. Amma uşaqlar üçün
verilişlərdə başqa
məzmunlu reklamların
verilməsi normal haldır.
Böyüklər üçün
verilişlərdə də
uşaqlara aid reklamlar
yer alır və bu da
normaldır”.
Media unudulub
Reklam deyəndə ilk ağla gələn televiziya və radio reklamları olur. Bunun səbəbi
isə, qəzetlərdə
reklamın az,
bəzən isə heç olmamasıdır.
Onların maddi problemlərinin
əsas səbəblərindən
biri də reklamlarla bağlıdır. Reklam almayan qəzet
kimdənsə asılı
olur, bu da onun müstəqilliyini
sübhə altına
salır. Bəs niyə
qəzetlər unudulur?
Birlik sədri bunu reklam sahəsindəki monopoliya ilə əlaqələndirir. “Həqiqətən, reklam
deyəndə çoõlarının ağlına o gəlir ki, telekanallarda reklam vermək lazımdır. Yazılı və elektron
media çoõ
vaõt
unudulur. Düzdür, son vaõtlar elektron mediada reklam bir qədər
inkişaf edib, lakin qəzetlər bu sarıdan çoõ
çətinlik çəkirlər.
Bizim
media rəhbərləri bu
qərara gəldi ki, reklam işini
tənzimləmək üçün
nəsə etmək lazımdır, yazılı
mətbuata da reklam verilsin, həm də yazılı mətbuat arasında reklam məsələsində ayrı-seçkilik
olmasın. Amma bunun
da bir nəticəsi
olmadı. Çünki dediyim kimi, reklam
sahəsi monopoliyadadır
və bizim ora əlimiz çatmır. Bəlkə də,
əlimiz çatsa, kəsərlər”.
Gülxar Şərif
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının
maliyyə dəstəyi
ilə ABUC-nin həyata keçirdiyi “Sosial tədqiqatlar yolu ilə əhalinin
reklama münasibətinin
öyrənilməsi” layihəsi
çərçivəsində çap olunur
Olaylar.- 2012.- 2
may.- S.11.