Əsl tənqidçi, sən hardasan?

 

Yazıçılar nədən narazıdır

 

Məhv olan ədəbi tənqid haqqında pessimist rəylər...

 

Bütün dövrlərdə ədəbi tənqid ədəbiyyatın inkişafına təsir göstərib və  müasir dövrümüzdə də eyni bir missiyanı daşımağa davam edir. Amma bu gün  ədəbi tənqid bir az fərqli yollardan keçiröz arxası ilə narazı insanlar dalğası aparır.

Tənqidçi yüksək savada və intellektə sahib olmalıdı. Həmçinnin  tənqidçi yüksək ixtisaslı bir oxucudur. Bəs müasir ədəbiyyatımızı tənqid edənlərin səviyyəsi necədir? Kimlərə əsl tənqidçi deyə bilərik?  Müasir tənqidçilərə həqiqi ədəbi tənqidçi demək olarmı, yoxsa hamısı son zamanlar nəşr olunan əsərləri üzdən və dostyana tənqid edir? 

Modern.az suala yazıçıların özlərindən cavab öyrənib.

Şair, tərcüməçi Səlim Babullaoğlu:  Əsl tənqidçi necə olmalıdır” sualına yəqin ki, elə əsl tənqidçilərin özləri cavab verə bilər. Bizdə yetərincə peşəkar, savadlı, intellektual tənqidçilər var. Vqaif Yusifli, Tehran Əlişanoğlu, Cavanşir Yusifli, Əsəd Cavangir, Bəsti Əlibəyli, Elnarə Tofiqqızı. Bu adını çəkdiyim tənqidçilərin hər birinə mən hörmətlə yanaşıram. Amma ümumi götürəndə tənqid anlayışına və tənqidçi peşəsinə pozitiv yanaşmıram. Mənə elə gəlir ki, ədəbiyyat haqqında olan düzgün fikirləri elə bu ədəbiyyatı yaradan insanlar da deyib. Elə götürək Borxesi, Umberto Ekonu, Semuel Bekketi, İosif Brodskini... Bu insanlar həm şeir, həm nəsr haqqında kamildolğun fikirləri söyləmiş insanlardır. Tənqidçi sözünün özündə sanki bir hədəf var və tənqid eləməlisən. Tənqidçilər adətən tədqiq obyekti kimi götürülən əsərlərin 7–ci məsələsi haqqında birinci məsələsi kimi danışırlar, onu qabardır və sonra da amansız şəkildə tənqid edirlər. Ya da olduqca analşılmaz danışırlar. Ona görə də münasibətim belədir və məndən də inciməsinlər. Amma bacardıqca çalışıram ki, nəzəri və ədəbiyyatşünas yazllarını diqqətdə saxlayım və izləyim. Bəli, onlar bəzən şəxsi əlaqələr müstəvisində yazırlar, yumşaq desək üzgörənlik edirlər. Mən bunu elə mənim haqqımda yazılanlarla da bağlı deyirəm. Haqsız tənqiq qədər, yersiz tərifi də xoşlamıram”.

Yazıçı Əkbər Qoşalı:  “Ədəbi tənqidimiz  bu günü şeirimizə, nəsrimizə, publisistikamıza münasibətdə geridədir.  Azərbaycan ədəbi tənqd dedikdə ağla ilk öncə Asif Əfəndiyev, Aydın Məmmədov, Yaşar Qarayev, Nizami Cəfərov ismi gəlirsə, indi bu isimlərə müqabil hansı tənqidçinin ismini çəkəsən?  Təqribən belə bir mənzərə mövcuddur: Müəyyən istisnalarla indi tənqidçi tənqiddən - elmdən, ədəbiyyatşünaslıqdan, yaradıcılıqdan qıraq maraqlardan çıxış edərək yazır, yaxud bir sıra parametrlər üzrə ədalətsizlik edir.

Konkret adlar üzrə danışmağımı istəyirsiniz, deyim -  Tehran Əlişanoğlu. O içindəki hansısa qaranlıq bir vadidən çıxa, "çevir tatı, vur tatı" şakərindən qurtula bilmir. Vaqif Yusifli fərqli toplantılarda özünün yerlipərəstlik-filan etmədiyini sübuta ehtiyac duyur,  görünür qarşıda digər yanaşmalarda da özünü sübuta ehtiyac duyacaq. Əsəd Cahangir də Əsəd Cahangirdi də... Nə deyim? Onun da, digərlərinin də canı sağ olsun”.

Xalq şairi Musa Yaqub: “Ədəbi tənqid ədəbiyyatın ən inamlı, ən böyük bir qoludur. Biz o vaxtı arzu edirdik ki, Məmməd Cəfər, Bəkir Nəbiyev, Yaşar Qarayev, Asif Əfənfiyev kimi tənqidçilər bizim sənətimiz haqqında söz desin. Biz bilirdik ki, bunlar söz deyəndə münasibətsiz, yəni əsərlərə əsl ədəbiyyata baxış kimi baxırlar. Onları narahat edən məsələləri qaldırır, deyir, ədəbiyyatımızın qayğısı ilə məşqul idilər. Əvvəl şeir, roman və kitablarımız çıxanda ədəbi tənqid öz sözünü deyirdi. Ona görə də ədəbiyyat işıqlanırdı və nə haqda, kim haqda yazıldığını bilirdik. İndi isə əhatə eləmək mümkün deyil.  Çünki hər kəs özünə kitab çap elətdirir. Bir baryer görmədən müəyyən bir roman və əsər üzə çıxır, amma həqiqi əsər deyil. Deyək ki, şeir, ümumən ədəbiyat dənin dəyirmanda üyüdülməsinə bənzəyir. O vaxt ələkdən keçməli idi,  amma indi bizim ədəbiyyatımız , şeirimiz, romanlarımız ələkdən keçmirbirbaşa nəşriyyata gedir.

İndi ədəbi tənqidçilər ancaq dost münasibətinə görə yazı yazırlar və üzdən keçirlər. Bir az münasibəti olan insan haqqında yazırlar. Mənəviyyat qalıb bir qırağa əsərləri pul gətirməyinə görə ölçürlər. Həm tənqidçi, həm də tənqid olunanın özü madiyyat gözü ilə baxır. Bəzən tənqidçinin sözünə inanmaq çox çətin oluroxucular çaşır. Son dövrlər gənclərimzin nəşr olunan romanlarına deyilən xoş sözlərlə yanaşı, həqiqi bir tənqidi gözlə də baxmaq lazımdır.

İndiki münasibətlər heç də ədəbi münasibətlər deyil. Çox təəssüf olsun ki, yazıçılarımız da birbiri haqqında çox əsəbi və sərt danıışırlar. Ədəbi tənqid isə qıraqda qalıb".

Yazıçı Seyran Səxavət: “Bu çox vacib bir məsələdir. Birinci onu deyim ki, əsl tənqidçinin həyat şəraiti yaxşı olmalı və o yaxşı yaşamalıdır. Ona görə ki, iki tip olan tənqidçilərin vəziyyətinə düşməsin. Birincisi muzdlu tənqidçilərdir. Onlar yenə də müəyyən qədər də olsa başlarını bu işdə girləyə bilirlər. İkinci qrup tənqidçilər o muzdlu tənqidçilərdən də betərdilər. Pis mənada qabağa getmiş günəmuzd tənqidçilərdir. Ədəbi tənqidimizin vəziyyəti bax bu cürdür. İndi  bu sahədə hər şey bazar iqtisadiyyatının pərdəsi arxasındadır.

Halbuki, kəndli torpağı necə şumlayısa, eynən tənqidçi də əsərə elə yanaşmalıdır.

Mən tənqiddən əlimi çoxdan üzmüşəm. Ciddi ədəbiyyat əsərləri yaranır və bunlara çox az müraciət olunur.  Bu yükün altına girmirlər. Bu şəraitdə işləmək olmaz. Təndiqçi çox çətin bir peşədir və belə deyək ki, ədəbiyyatımızın birgömrük postu” sayılır. Lazımsız, yad şeyləri, xarab olmuş əşyaları ədəbiyyattımızın sərhəddindən içəri buraxılmamalıdır. Mən təklif edərdim ki, əlaqədar təşkilatlar bir tənqid komitəsi ya bir qrupu yaratsınlar. Bunu zamanın öhdəsinə buraxsaq, çox uzun çəkəcək”.

 

Olaylar.- 2012.- 4 may.- S.12.