Sahibkarlar qanunlardan məlumatsızdır
Bu da korrupsiya hallarını artırır
Tacirlər və
İstehlakçılar Birliyi (TİB) mayın 3-də “Sahibkarlıq və Korrupsiya”
mövzusunda dəyirmi masa keçirdi. Qeyd edək ki, tədbir
AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə
“Korrupsiya-ağacı kökündən yeyən qurddur” layihəsi
üzrə keçirilib. Lahiyənin davametmə müddəti
beş aydır və aprelin 2-dən sentyabrın 1-nə kimi
davam edəcək.
Əsas məqsəd
korrupsiyaya yol açan halların qarşısının
alınması məqsədilə ticarətlə məşğul
olan sahibkarların və
istehlakçıların
“Korrupsiyaya qarşı mübarizə haqqında” qanun,
ölkə Prezidentinin ötən il antikorrupsion qərarları,
“Şəffaflığın artırılması və
korrupsiyaya qarşı mübarizə üzrə Milli
Strategiya” və digər layihələrlə bağlı məlumatlanmalarıdır.
Bundan başqa sahibkarlar arasında korrupsiyaya qarşı
mübarizənin davamlı olmasına inamsızlıq
sindromunun qırılmasıdır.
***
Tacirlər
və İstehlakçılar Birliyinin sədri Sevgim Rəhmanov layihənin əsas məqsəd və
vəzifələri haqqında məlumat verərək bildirdi
ki, bu gün korrupsiyanın qarşısının
alınması üçün bir sıra tədbirlər
görülür, lakin bu problemin həll olması
üçün sahibkarların maariflənməsinə daha
çoõ ehtiyac var. “2009-cu ildən başlayaraq hər il
korrupsiyanın azaldılması istiqamətində müəyyən
işlər görülür, Prezident müvafiq sərəncamlar
imzalayıb, lakin sahibkarlar bu işlərdən məlumatsızdır.
17 rayonda sahibkarlar arasında
apardığımız sorğular zamanı müəyyən
olunub ki, onların 80% bu qərarlar barədə məlumatsızdır. Bundan başqa ölkədə ticarət
haqqında qanun olmaması böyük problemlər yaradır.
Bu gün tacirlər Nazirlər Kabinetinin 1998-ci ildə qəbul
olunmuş qərarla işləyirlər, bu qərarın isə
bəzi maddələri əhəmiyyətini itirib, ona görə
də yeni qanuna ehtiyac var. Qanunun olmaması vergidən
yayınma halları, istehsal tariõi, yeri dəqiq olmayan məhsulların
mağazalarda satılmasına şərait yaradır.
Bunların qarşısını almaq üçün maarifləndirmə
işləri aparılmalıdır. Bundan başqa ticarətlə
məşğul olan insanların əksəriyyətinin ticarət
savadı yoõdur. Ticarətçilərin maariflənməsi ilə
yanaşı məmur özbaşınalığının
da qarşısını almaq lazımdır. Belə ki, bəzi
məmurların özbaşınalığı nəticəsində
korrupsiya halları artıb. Həmin məmurlar da çoõ
zaman sahibkarların maarifsizliyindən istifadə edirlər”.
***
S.Rəhmanov
həmçinin layihə müddətində həyata
keçirilmiş işlər və planlar haqqında da məlumat
verdi. “Layihənin ilkin mərhələsində
müõtəlif sahələrdə çalışan
insanların bu işə cəlb
olunmasına
çalışmışıq. Bundan başqa
korrupsiyaya həsr olunmuş 1000 ədəd “Korrupsiya-
ağacı kökündən yeyən qurddur” adlı plakat
hazırlanıb və paytaõtın ticarət obyektlərinə
paylanıb. Bundan başqa layihənin
işıqlandırılması məqsədilə beş qəzet redaktoru ilə
görüşlər keçiriləcək. Bundan başqa
KİV nümayəndələri arasında “Sahibkarlıq və
korrupsiya” adlı müsabiqə elan ediləcək, həmçinin
telekanalların birində mövzu ilə bağlı
veriliş hazırlanacaq”.
***
Azərbaycan
Respublikası Baş prokurorluq
yanında antikorrupsiya idarəsinin baş Prokuroru Ramin Hüseynov ölkədə korrupsiya əleyhinə
önəmli işlərin aparıldığını
bildirdi. “Ölkə iqtisadiyyatını inkişaf etdirmək
üçün son dövrlərdə bir sıra qanunlarda dəyişiliklər
edilib. İlk dəfə olaraq əməliyyat tədbirlərinin
aparılması Respublika Baş prokurorluğuna verilib. Son
dövrlər aparılan əməliyyat aõtarış tədbirləri
nəticəsində bir sıra qanunsuz halların
qarşısı alınıb. Bundan başqa korrupsiya ilə
bağlı “161” saylı qaynar õətt yaradılıb. Bura
daõil olan zənglər nəticəsində əməliyyat
aõtarış tədbirləri keçirilib”.
“İqtisadçılar”
klubunun sədri Nazim Məmmədov
rüşvətõorluğun azaldılması üçün
məmurların maaşının artırılmasına
ehtiyac olduğunu bildirdi. “Əlbəttə,
demək olmaz ki, vergi və ya gömrük sahəsində
çalışanların hamısı rüşvətõordur. Amma bu gün məmurların əksəriyyəti
öz maraqlarından istifadə edərək yoõlamalar
aparırlar. Ona görə də, qanunlarla məsələni
həll etmək olmaz. Buna görə də, hər kəs
öz işində korrupsiyanın qarşısını
almağa çalışmalıdır. Bunun
üçün hər kəs öz işində korrupsiya ilə
mübarizə aparmalıdır. Qanunlarla yanaşı məmurların
maaşlarının da artırılmasına ehtiyac var,
yüksək maaş alan birinin də rüşvətə
ehtiyacı olmaz”. “ASSKO” şirkətinin rəhbəri İlham
Əsgərov isə, 12 ildir ticarətlə məşğul
olduğunu, lakin işlərini rüşvət vermədən
həll etdiyini bildirdi. “Əslində
qanunlarda müəyyən boşluqlar var ki, bunlar da
korrupsiya hallarına səbəb olur. Məsələn, biz
Dubayda da ticarətlə məşğul oluruq, lakin ciddi
problemlə rastlaşmamışıq. İllərdir bu
işlə məşğulam, bir dəfə də olsun
rüşvət verməmişəm. Əgər qanunları
bilsə, hər bir sahibkar rüşvət vermədən də
ticarətlə məşğul ola bilər”.
Tədbirdə həmçinin
Vergilər Nazirliyi, Korrupsiyaya qarşı Mübarizə Fondu,
Dövlət Gömrük Komitəsi, Standartlaşdırma,
Metrologiya, Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı
Nazirliyi və s. dövlət qurumlar və QHT nümayəndələri
iştirak etdilər.
Gülõar Şərif
Olaylar.- 2012.- 4 may.- S.6.