“Ruhum
qarabağlıdır” filmi təqdim
edildi
Xocavənd Rayon İcra Hakimiyyətinin
hazırladığı Şuşa şəhərinin
işğaldan öncəki və
sonrakı durumunu özündə əks
etdirən “Ruhum qarabağlıdır”
adlı filmin təqdimetmə mərasimi olub.
Təqdimat mərasimində dövlət
və hökumət nümayəndələri ilə
yanaşı millət vəkilləri, QHT rəhbərləri
də iştirak edib. Əslən Xocavənd rayonundan olan
tanınmış jurnalist və publisist Bəxtiyar
Qaracanın ssenari müəllifi olduğu filmin süjet xətti
də xocavəndli məcburi köçkün, şəhid
atası Ağamirzə Həsənovun düşüncələri
üzərində qurulub. Belə ki, ömrünün ixtiyar
çağında məcburi köçkünük həyatı
yaşamaq məcburiyyəti ilə barışmaq zorunda qalan
el ağsaqqalının gözləri qarşısından
Qarabağın,
Şuşanın bəxtəvər günləri, cəh-cəlallı
anları bir-bir gəlib keçir. Lakin bütün
bunların fonunda onun gözlərindən sezilən doğma
yurd həsrəti, torpaq nisgili tam aydınlığı ilə
tamaşaçıya çatdırılır.
Qarabağın, Şuşanın şeytan xislətli, iblis
niyyətli düşmənlərimizin təcavüzü nəticəsində
dağıdılaraq viran edilməsi, gündəlik
qayğılarla əhatələnən bəxtəvər
günlərinin ağır və məşəqqətli
köçkünlük həyatı ilə əvəzlənməsinin
insan həyatında necə dərin izlər buraxması,
xalqımıza qarşı törədilmiş
soyqırımı və qətliamlar son dərəcə təsirli
kadrların, görüntülərin, eyni zamanda Qənirə Paşayevanın təsirli
şeirləri vasitəsi ilə canlandırılır. Filmin bütün çəkilişləri
Dağlıq Qarabağda Xocavənd rayonunun “Nərgiztəpə”
ərazisində və Beyləqan rayonu ərazisində
salınmış Xocavənd qəsəbəsində
aparılmışdır. Filmdəki rolları ifa etmək
üçün peşəkar aktyorlar dəvət
olunmamış, yalnız rayon sakinlərinin istedad və
bacarıqlarından istifadə olunmuşdur ki, bu da
özlüyündə filmə xüsusi məna və məzmun
qazandırmış, onun sənədli film xarakterinə daha
bir çalar qatmışdır.
Olaylar.- 2012.- 8 may.- S.4.