Mayda niyə toy etmək olmaz?
Ekspertlər və müğənnilər
bunun nə dinə, nə də ənənəyə
uyğun olmadığını
deyirlər
Azərbaycanda bəzi insanlar may ayında xeyir-bərəkət
olmadığını, kimisi
çox yağışlar
yağdığına görə
təbiətin ağladığını
düşünərək, bəziləri isə uğursuz gül hesab edilən yasəmən bu ay çiçək açdığına
görə mayı
ağır ay hesab edir. Heç bir tarixi və
mistik əsasını
bilməsək də,
ölkəmizdə may ayında
toy keçirilməməsi adət halını alıb. Keçmişdən
bu günümüzə
qədər gətirilən
bu qəribə adətə kortəbii olaraq, heç nəyə əsaslanmadan hər kəs əməl edir. Problemi öhdəmizə götürüb may ayının
"ağırlığının"
səbəbini öyrənməyə
çalışdıq.
Fikrini öyrəndiyimiz astroloq
Firudin Qurbansoy
may ayının
heç bir dini, psixoloji, astroloji əsasının
olmaması ilə bağlı maarifləndirmə
işləri aparılmasının
vacibliyini bildirdi:
-«May ayının toy etməməyə
heç bir dəõli
yoõdur.
Amma yasaq aylar da
var ki, tutalım
Ramazan ayında gündüzlər ibadətlə
məşğul olmalısan,
oruc tutmalısan, toy etməməlisən. Amma başqa
aylarda bu cür yasaqlar yoõdur.
Toyu hansı ayda istəsən keçirə
bilərsən. Hansı ayda
olur-olsun Allahın sənə qismət etdiyi ağıllı və ya ağılsız
övladlar dünyaya gələcək. Xristianlıqdan gələn adət-ənənələrə
riayət etmək õalqımız
üçün düzgün
deyil. Jurnalistlər bunun təbliği
ilə tez-tez məşğul olmalıdır.
Bu ayın heç
bir dini, psixoloji, astroloji əsasının olmaması
ilə bağlı maarifləndirmə işləri
aparılmalıdır. Bunun kökləri daha qədimlərə gedib çıõır.
Bu da õristianlığın
ənənələri ilə
bağlıdır. Guya ki, mayda evlənərsən, sonra miyoldaya-miyoldaya, zarıldaya-zarıldaya qalarsan.
Mayda toy etməmək İtaliyadan,
Romadan qalma adətlərdir. Buna da bizim riayət
etməyimiz heç bir fakta əsaslanmır».
Əməkdar artist, tanınmış
müğənni Cavanşir Məmmədov
üçün may ayı
ən uğurlu ay hesab olunur:
«Mən hesab edirəm ki, may ayı dünya
azərbaycanlıları üçün
ən gözəl aylardan biridir. May ayında bizim ümummilli liderimiz Heydər Əliyev anadan olub, Gül
bayramı məhz may ayında keçirilir. May qanın
oyanan vaõtıdır. Bu nə deməkdir ki, may ayında
toy eləmək olmaz?
İyunda və digər
aylarda toylar üst-üstə yığılacaq,
onda necə olacaq? Bunların hamısı õristianların müsəlman õalqının haqqını azaltmaq üçün ortaya atdıqları oyunlarıdır.
İki ay Məhərrəmlikdə
toy eləmə,
bir ay Orucluqda toy
eləmə, bir ay may
ayında toy eləmə,
avqustun istisi camaat bağlarda olur, bu da
oldu beş ay. Fevral ayında da göydən qar yağar, yollar bağlanar, bu da altı ay. Bunlar nəyə lazımdır
ki? Xoşbəõtlik aydan asılı
deyil. Xoşbəõtlik insanın ağlından
asılıdır. May
ayında dünyaya gələn insanların hamısı ağıllı,
müdrik olurlar.
Dünya çempionlarının
əksəriyyəti məhz
may ayında dünyaya
göz açıblar.
Onların valideynləri
məhz may ayında ailə qurublar. Mayda bədən oyanır, insan orqanizmi qışda yatır.
Ona görə də may ayı gözəl aydır. Mən may ayını sevirəm. Ona görə də
oğluma məhz mayda toy elədim. Allah qoysa hər
şey də yaõşı
olar. Məhərrəmlik ayında,
orucluq ayında toy eləmək olmaz, may ayında toy eləmək olmaz, amma konsertlər
olur, restoranlarda yeyib-içmək, çal-çağır
davam edir, hər şey olar, amma bəylə
gəlin bir yerdə olsa dünya dağılar? Əgər bu matəm ayıdırsa,
matəm saõlanılmalıdır.
Matəm
deyilsə onda necə olur restoranların hamısında
şadlıqlar olur, konsertlər keçirilir? Bizim hamımızın dinimiz birdir. Heç kimin şəõsiyyət vəsiqəsində
qeyd olunmayıb ki, sən sünnisən
və ya sən şiəsən.
Özləri özlərindən söhbət çıõarırlar. Ona görə də bu baõımdan insanların gözləri açılmalıdır.
Maarifləndirmə işləri aparılmalıdır.
Onda məhərrəmlikdə qəzetlər
çıõmasın,
konsertlər, restoranlar
da fəaliyyətlərini
dayandırsınlar da.
İnsanlarda psiõoloji
gərginlik yaratmaq lazım deyil ki, mayda toy eləmək
olmaz və s. Bunlar lazımsız şeylərdir.
Mənim
anam ağır seyiddir. Özüm Allaha inanan insanam. Mənasız, lazımsız söhbətlərdən
uzaq olmaq, lazımlılara riayət
etmək lazımdır.
Orucluq, müqəddəs
günlər ki var, niyə televizorda, radioda konsertlər yayımlayırlar?
Tanınmış müğənni Elariz Məmmədoğlu
hesab edir ki, may ayında dünyaya gələn uşaqlar daha ağıllı və müdrik olurlar:
“May ayında toy eləməməyin
heç bir əsası yoxdur. Mart, aprel və mayda təbiət
oyanır. Sadəcə olaraq bəzi
düzgün olmayan inanclar var ki,
onlar bizim mənəviyyatımıza, beynimizə
daxil olub. Ruslarda bir söz
var ki, “v may, budiş mayıtsa”. Yəni mayda əziyyət çəkəcəksən. Bu sözün heç
bir kökü yoxdur. Bu da
azərbaycanlılara keçib.
Bu fikirdən vaz keçmək lazımdır. Mayda toy eləmək
olar. Bundan əlavə may ayında dünyaya gələn körpələr çox
sağlam, düzgün
inkişaf etmiş olurlar. Mənim nəvəm 2011-ci il mayın 22-də dünyaya gəlib. İnanıram ki, nəvəm
də ağıllı
uşaq olacaq. Uzağa getməyək, ulu öndər, dünya səviyyəli siyasətçi H.Əliyev
məhz mayın 10-da dünyaya gəlib. Mən hesab etmirəm ki, may ayı düşərsizdir.
Ona görə də deyirəm ki, may ayı
çox düşərli
ay hesab olunur”.
Xalq artisti, müğənni Səməd Səmədov
may ayını ən
ruzili aylardan biri hesab edir:
«Mən hesab edirəm ki, may ayı iyuldan
da, avqustdan da ruzili aydır.
Əminəm ki, 5 ilə, 10 ilə may ayı toylarla dolu olacaq. İnsanlar
digər aylarda toy etdikləri kimi may ayında da õeyir işlər həyata keçirəcəklər. Ümumiyyətlə
may ayı mənim üçün uğurlu
aydır. Çünki mayın 28-də qızım Xədicə dünyaya gəlib».
Əməkdar artist Gülyaz Məmmədova may ayını
toy etmək üçün
ən münasib ay hesab edir:
-«Toy etmək üçün ən gözəl aylardan biri də
maydır. Qarşıdan möhtəşəm Gül bayramı gəlir. Mədəniyyət
və Turizm Nazirliyinin demək olar ki, mühüm
tədbirləri məhz
may ayında olur. İsmayıllıda Mədəniyyət və Turizm Nazirliyinin III ümumrespublika
muğam müsabiqəsi
məhz bu ayda keçirildi. Bir çoõ
sənət yoldaşlarımla
mən də həmin müsabiqədə
iştirak etdik».
Tanınmış müğənni Xuraman Şuşalı
üçün may ayı
əlamətdar hadisə
övladının dünyaya
gəlməsi ilə bağlıdır:
-«Mayın 29-da mənim övladım dünyaya gəlib. Ümumiyyətlə mayda toyların
keçirilməməsi õəbərlərini yaymaq doğru deyil. Bu il
ötən illərə
nisbətən toyların
sayı çoõdur. Həm fəsil,
həm də ay baõımından
mayda toy etmək yaõşıdır.
Mən elə şəõs
tanıyıram ki, toyu may ayında olub, hazırda üç övlad anasıdır, õoşbəõt də yaşayır. Ümumiyyətlə õoşbəõtliyi ayla
və ya havanın isti-soyuqluğu ilə ölçmək düzgün deyil. May ruzi-bərəkət ayıdır. Təbiətin ən gözəl ayıdır. Artıq insanlar
yavaş-yavaş bağ
tədarükü aparırlar.
Bağda dincəlmək
üçün ən
münasib ay may ayıdır.
Mən yeni klipimi də
məhz bu ayda təqdim edəcəyəm. Fürsətdən
istifadə edib deyim ki, mayın
7-də Caz Mərkəzində
Yeni Azərbaycan Partiyası ilə birgə
mənim yeni klipim tamaşaçılara
təqdim olundu. Bu ay mənim üçün
ən uğurlu aylardan biridir».
İslamda mayda toy keçirməmək
qadağası yoxdur
Zabrat cümə məsçidinin
aõundu Hacı Bəõtiyar
mayda toy keçirilməməsinin
dinlə heç bir əlaqəsinin olmadığını bildirdi:
«İslamda may ayında
toy keçirmək olmaz
kimi bir qadağa yoxdur. İmam Hüseynin şəhadət günü
gəlib düşüb
may ayına. Məhərrəmlik ayı maya düşəndə camaat
toy eləməyib. Bu da bir dəfə
baş verib. Amma dini baõımdan may ayında õeyir işin keçirilməməsi
ilə bağlı heç bir qadağa yoõdur. Məhərrəm ayı başqa aylara da düşüb.
May ayına da.
Bir il
may ayında Məhərrəmlik
olub. İnsanlar da elə başa düşürlər
ki, mayda ümumiyyətlə toy keçirmək
olmaz. Əgər belədirsə, onda
gərək torpaqlarımızın
işğal olunduğu
günlərdə də
toy keçirməyək".
Nisə Rafiqqızı
Olaylar.- 2012.- 9-10 may.- S.11.