“Dönüşdən Qurtuluşa” kitabının təqdimetmə mərasimi
olub
Fəxrəddin Ağamirzəyev: “Ümummilli lider deyərdi
ki, Hacadağ
Naxçıvanın simvoludur”
Mayın 8-də Azərbaycan Mətbuat
Şurasında Fəxrəddin Ağamirzəyevin
“Dönüşdən qurtuluşa” kitabının təqdimatı
keçirildi.
Tədbirdə çıxış edən
MŞ-nın sədri Əflatun
Amaşov mayın 8-də Şuşanın erməni təcavüzkarları
tərəfindən işğalının növbəti
ildönümü olduğunu diqqətə
çatdırdı. Bildirdi ki, hər bir azərbaycanlı
Şuşanın qısa zaman ərzində geri
qaytarılacağına ümid edir. Kitab barəsində fikirlərini
bölüşən Ə.Amaşov qeyd etdi ki, kitab 1990-cı
ildə ümummilli lider Heydər Əliyevdən
götürülən müsahibə əsasında qurulub.
Belə ki, 1990-cı ilə Bakıya, ordan da Naxçıvana
gedən Heydər Əliyevlə əlaqə saxlamaq çətin
olduğu bir dövrdə
Saatlı rayonunda işıq üzü görən
“Dönüş” qəzetinin jurnalisti F.Ağamirzəyev
ümummilli liderdən müsahibə götürüb. Həmin
müsahibəni işıqlandırıb. Ə.Amaşov
ümummilli lider haqqında müxtəlif məqalələrin,
kitabların yazıldığını dedi. Qeyd etdi ki, təqdimatı
keçirilən kitabın bir sıra özəllikləri
var. Belə ki, kitabda dərc olunan müsahibə 1990-cı illərdə
ilk dəfə olaraq dövlət qəzetində nəşr
olunub. Tədbirdə çıxış edən müəllif
ümummilli liderlə bağlı xatirələrinin 20 faizini
qələmə aldığını dedi. Bildirdi ki, o zaman
müsahibə üçün işdən qeyri-rəsmi icazə
alıb, Naxçıvana yollanıb: “Müsahibəyə
yollananda məni nələr gözlədiyini çox
yaxşı bilirdim. Ancaq bütün bunlara baxmayaraq mən
fikrimdən daşınmadım və ümummilli liderdən
müsahibəni götürdüm”. Müəllif deyir ki, hələ
1990-cı ildə ümummilli liderin prezident seçilməsinin
təşəbbüskarı qismində çıxış
edib: “1991-ci ildə prezident seçkilərində bizə 10
namizəd təklif olunurdu. Şirvanda-Muğanda biz həmin
namizədləri deyil, Heydər Əliyevin prezident seçilməsi
üçün seçici siyahılarında öz qeydlərimizi
aparırdıq”. Tədbirdə çıxış edən KİVDF-nın icraçı
direktoru Vüqar Səfərli qeyd etdi ki, 1990-ci illərdə
barmaqla sayılacaq qəzetlər var idi ki, həmin qəzetlərdə
Heydər Əliyev haqqında məqalələr çap
olunurdu: “Həmin qəzetlər arasında “İki sahil”,
“Aydınlar” qəzetlərini göstərmək olar”. Tədbirdə
çıxış edən “İki sahil” qəzetinin baş
redaktoru Vüqar Rəhimzadə
bildirdi ki, 1990-cı illərdə siyasi hakimiyyətdə
olanların Heydər Əliyevə qısqanc münasibət bəsləməsinə
baxmayaraq xalq ümummilli lideri sevirdi. Xalqın təkidli tələbi
və xahişi ilə ümummilli lider Heydər Əliyevin
hakimiyyətə qayıdışı bütövlükdə
Azərbaycanı faciələrdən xilas etdi. Tədbirdə
çıxış edən digər natiqlər də kitab
haqqında öz fikirlərini bildirdilər.
Ədil Ədilzadə
Olaylar.- 2012.-
9-10 may.- S.13.