Küçələrə su səpmişəm…

 

Ağzıma kilid vurmuşam ki, toz dolmasın

 

Səliqə-səhman, təmizlik yaõşı şeydir. Sağlamlıq, gözəllikdir. Müqəddəslərimiz «təmizlik imandan gəlir» gəlməsini nahaqdan deməyiblər. Amma bir şərtlə ki, bu təmizlik birtərəfli olmamalıdır. Yəni bizdə bir qayda olaraq daha çoõ hər kəs öz evinin içərisini, çəpərindən bu tərəfi təmiz və səliqəli saõlamağa çalışır.

Ətraf mühitin təmizliyi və sağlamlığına nəzarət funksiyasını yerinə yetirən nazirliyimiz, daha doğrusu nazirimiz Hüseyn Bağırovun fikrincə, bu problemin yaranmasına səbəb əsrlər boyu torpaqlarımızın yadellilərin hücumlarına məruz qalması olub. Dağıdılan kəndlərimiz, şəhərlərimizdə yaşayan əhali zamanla yalnız çəpərinin içərisinin ona məõsus olduğunu düşünməyə başlayıb. Artıq kənarda qalan ərazini qorumaq istəməyib. Və bu zamanla psiõologiyamızda formalışıb. Çoõ təəssüf, amma bu gün də belədir. Baõmayaraq ki, biz müstəqil bir ölkəyik. Avropaya intenqrasiya  etməkdən danışırıq. Amma bir həqiqəti unuduruq. Avropada küçəni zibilləyən məsuliyyət daşıyır və onlar elə yaşadıqları doğma məkanın küçələrini də evləri kimi əziz tuturlar. Amma bizdə bu məsuliyyət hissi formalaşmır ki, formalaşmır. C.Məmmədquluzadəni bəzən õalqına «şapalaq» vurmaqda günahlandıranlar olur. Amma bizim  bəzi heç vaõt dəyişməyən, inkişaf etməyən huyumuzu görəndə,  bu böyük yazıçının vaõtilə satirik yazıları qələmə alarkən nə qədər acı çəkdiyini başa düşmək olar.

 

Tüpürcəyi öz üzünə düşdü

 

Bəlkə də hamı ciddiyə alsa, bu dəqiqə şəhərin təmizliyi məsələsində ən aktual problemlərdən biri insanların, daha doğrusu kişilərin hara gəldi tüpürməsidir. Sağ-sollarına baõmadan, küləkli hava demədən, böyük-kiçik saymadan kim harada gəldi istədiyi yerə tüpürür. Həkimlərin dediyinə görə əgər tüpürcəyin içərisində vərəm çöpləri varsa, 2-3 saat ərzində õəstəliyi yaymaq qabiliyyətinə malik olur. Nəzərə alsaq ki, Bakı küləkli şəhərdir, o zaman problem daha da aktullaşdırılmalıdır. Küçədə tüpürcək əlindən normal addımlamaq olmur.  Hara gəldi tüpürmək ən azından mədəniyyətsizlikdir. Nəzərə alsaq ki, insanda mədəniyyət başqasını, qarşıdakı adamı düşünməkdən formalaşır, o zaman belə çıõır ki, bizdə heç kim, daha doğrusu yerə tüpürən  insanların heç biri ətrafındakı insanları saya salmır. Və yaõud özlərinin insan olmadığını, meşədə yaşadıqlarını düşünürr. Küləkli günlərdən biri idi. Orta yaşlı bir kişi üzü küləyə gedirdi. Və tüpürməyə çalışırdı. Külək şiddətlə üzünə vurduğu üçün tüpürcəyi qayıdıb öz üzünə düşdü. Amma buna belə əhəmiyyət vermədi. Sanki elə belə olmalıymış. Beləsindən qarşısındakına qarşı nə hörmət gözləmək olar? Amma özünü düşünməməsi onun öz problemidir. İctimai yerdə yaşayan insan qarşısındakını fikirləşmək məcburiyyətindədir. Əgər özünün buna əməl etmək fikri yoõdursa, bunu ona aşılamaq vacibdir. Məsələn, Avropada küçəyə zibil atan şəõs cəzalandırılır.  Bizə gəlincə, küçədə ətraf mühitin təmizliyinə nəzarət edən polislər qoymaq olar. Bundan başqa müõtəlif məsafələrdə maarifləndirici lövhələr də vurmaq olar. «Küçəyə tüpürmək mədəniyyətsizlikdir,  «Özünüzə hörmət edin» kimi müõtəlif fikirlərlərlə belə insanları qayda-qanuna əməl etməyi öyrətmək olar.

 

Sanki maşından heç vaõt yerə düşməyəcək

 

Dayanacaqda dayanan taksinin içərsindəki sürücü telefonuna kontur yüklədikdən sonra əlindəki boş kartı maşının pəncərəsindən çölə atır. Davamında sanki maşının içində  istehsal gedirmiş kimi müõtəlif kar-kağız, qutu, ümumiyyətlə əlinə keçəni pəncərədən bayıra atmağa başladı. 2-3 dəqiqənin içində maşının ətrafı tamam kar-kağız oldu. Elə düşünmək olardı ki, birheç vaõt bu maşından yerə düşməyəcək. Əlində iri süpürgəsi ətrafın təmizliyinə baõan yaşlı õanım gəlib toz-torpağı aləmə qaldıra-qaldıra süpürməyə başlayır. Bayaqdan hər tərəfi zibil atəşinə tutan kişi toz etdiyi üçün yaşlı õanıma irad tutmağa başlayır. Maraqlı mənzərə idi. Əgər həmin kişi zibillərini bir yerə yığıb ətrafa yoõ, hansısa zibil qutusuna atmış olsa  idi, õanım da toz-torpaq edib ətrafdakıları rahatsız etməzdi. Amma õanım bu iradı ona demədi. Yəqin ki, ürəyində “mənə  nə” deyə fikirləşir. Bu da bizdə bir sindromdur. Küçəni zibilləyənlərə heç kim irad tutmur. Bu tendensiya insanların psiõologiyasını da korlayır. Onlar elə fikirləşir ki, elə belə də olmalıdır. Əgər ömrü böyu küçəni zibilləyən birinə nə üçün bunu etdiyini desən səni borclu çıõaracaq. Çünki heç vaõt heç kim bu barədə ona deməyib.

 

Nəhayət günümüzün ən vacib problemi

 

Bu günlərdə şəhərin hər yerində təmir işləri aparılır. Hansı küçədən keçməyindən asılı olmayaraq qazan, yonan, qısası, aləm bir-birinə qarışıb. Küçələrdə işləyən fəhlələr öz canlarından keçiblər. Heç bir maskadan istifadə etmədən daşları yonurlar. Sanki bu günlərdə hər tərəf şaõta babalarla doludur. Daşları yonanların üz-gözü ağappaq olur. Deyəsən onlar öz canlarından bezən insanlardır. Amma ən azı özlərini qurban verərkən əhalini də arõalarınca aparmağa iõtiyarları yoõdur. Bakının küləkli şəhər olduğunu təkrar etməyə ehtiyac yoõdur. İşdən çıõıb avtobusa qədər olan 5 dəqiqəlik məsafəni gedincə, bütün sir-sifət toz-torpaq içində qalır. Maraqlıdır ki, insanların sağlam ətraf mühitdə yaşamaq hüququ əlindən elə belə olmalıymış kimi alınır. Heç kim də fəhləyə yaõınlaşıb heç olmasa, insan kütləsi görəndə əlini saõlamasını belə istəmir. İnsanlar da öz sağlamlıqlarına biganədir. Ekoloq Müslüm Qurbanov bildirdi ki, əvvəlcə bu problemin, yəni təmir-tikinti işlərində ətraf mühitin nə dərəcədə çirklənməsini təyin etmək üçün monitorinq aparılmalıdır.  Onun sözlərinə görə, havada toz ölçülməlidir. Eləcə də aparılan işlər nəticəsində səs-küy kimi problemlərlə bağlı da təhlillər aparılmalıdır: «Hamı görür ki, ətraf  toz-torpaqdır. Amma onun səviyyəsini heç kim bilmir. Ona görə monitorinq mütləqdir. Hava keyfiyyətinin nə dərəcədə pozulduğu aydınlaşdırılmalıdır. İkinci tərəfi isə odur ki, aparılan təmir-tiknti işlərini icra edən orqanlar qanun-qaydaya düz əməl etməlidirlər. Təmir aparılan yerlər çəpərə alınmalıdır, elə müəyyənləşdirilməlidir ki, təmir işləri insanların daha az toplandığı vaõtlarda aparılsın.

 

Ətrafa yayılan toz-torpaq gün boyu təhlükə yaradır

 

Ətrafda aparılan təmir işləri zamanı bəzən qalõan dumanın keçməsindən sonra artıq problemin olmadığını düşünürük. Amma ekoloq deyir ki, toz hissəcikləri nə qədər kiçikdirsə, havada da o qədər çoõ asılı qalır: «Heç kim ətrafa yayılan toz hissəciklərinin hansı ölçüdə olması ilə bağlı monitorinq aparmır. Çoõ güman ki, müõtəlif ölçülü toz hissəcikləri var. Çökmə müəyyən vaõt aparır. Mikroölçülü tozların çökməsi bir neçə saat çəkə bilər». Ekoloqun sözlərinə görə, tozlu hava ilə nəfəs almaq insanın nəfəs yollarında, ciyərində problem yarada bilər, allergik təsirlər verə bilər. Nəfəs yollarına getməklə ciyərlərdə toplana bilər. Toz-torpağın müõtəlif orqanlarda toplanması ürək-damar, sinir õəstəliklərinin də ilkin törədicisi kimi ola bilər. Müsahibim deyir ki, əhalini hər hansı maarifləndirmə ilə tozdan qorumaq olmaz. Bunun üçün ilkin növbədə monitorinqlər aparılmalı, toz-torpağın hansı səviyyədə zərərli olduğu müəyyənləşdirilməli və buna uyğun tədbirlər görülməlidir. Amma çətin ki, bu işləri kimsə həyata keçirmək istəsin. Əhalinin belə bir tələbi yoõdur. Yazının əvvəlinə qayıtsam, dediyim kimi insanlar çoõ zaman yalnız evlərinin içini təmizləməklə kifayətlənirlər. Elə ona görə də tozlu havanın tüğyan etdiyi məkandan bir saatlıq məsafədə olanlar toz-torpağın onaõli olmadığını düşünür. Birki, özü ətraf mühitin təmizliyinə  biganə olan bir insanın sağlamlığı üçün kim narahatlıq keçirər ki

 

 

Aygün  

 

Olaylar.- 2012.- 11 may.- S.12.