“Heydər
Əliyev və vətəndaş cəmiyyəti”
QHT-lərin
iştirakı ilə bu mövzuda konfrans keçirilib
Azərbaycanlıların və digər
Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi
və Milli Qeyri Hökumət Təşkilatları Forumunun təşkilatçılığı
ilə “Heydər Əliyev və vətəndaş cəmiyyəti”
mövzusunda konfrans keçirilib. Tədbiri giriş
sözü ilə açan ATXƏM sədri İlham
İsmayılov ümummilli liderin doğum gününün hər
il rəhbərlik etdiyi təşkilat səviyyəsində
qeyd edildiyini deyib və bildirib ki, ATXƏM bu il də ənənəsinə
sadiq qalaraq Heydər Əliyevin anadan olmasının
ildönümü münasibətilə konfrans təşkil
edib.
Heydər Əliyevin
Azərbaycan xalqı və dövlətçiliyi
qarşısında göstərdiyi xidmətlərdən
danışan İlham İsmayılov istər 1969-1982-ci illər,
istərsə də 1993-2003-cü illərdə hakimiyyətdə
olduğu dövrlərdə Heydər Əliyevin daim xalq, millət
üçün çalışdığını
söyləyib. Bildirib ki, Azərbaycan XX əsrin 90-cı illərində
öz müstəqilliyini əldə etsə də, lakin onun
müstəqilliyini istəməyən qüvvələr hələ
də hərəkətdə idi və həmin qüvvələr
vaxtaşırı bu müstəqilliyə son qoymaq istəyirdilər:
“Xüsusilə, 1993-cü ildə ölkədə
yaranmış xaos və anarxiya, vətəndaş müharibəsi
təhlükəsi Azərbaycanı bir dövlət kimi yox
olmaq təhlükəsi ilə qarşı-qarşıya
qoymuşdu. Belə bir çətin şəraitdə
xalqın təkidli tələbilə hakimiyyətə
qayıdan Heydər Əliyev qısa müddət ərzində
ölkədə anarxiyaya son qoydu. Daha dəqiq desək Heydər
Əliyev diplomatiyası Azərbaycanı xilas etdi”. ATXƏM sədri
deyib ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətdə
olduğu illərdə bütün sahələrdə sürətli
inkişaf baş verdi, ictimai-siyasi sahədə sabitlik bərqərar
olundu, ölkəmizin iqtisadi potensialı artdı:
“Ümummilli lider hər bir sahədə çalışan
insanları diqqətdə saxlayır, onların problemləri
ilə yaxından maraqlanırdı. Bu baxımdan ümummilli
liderin 2001-ci ildə sahibkarlarla keçirdiyi görüş yadda
qalan sayıla bilər. Həmin görüşdə ulu
öndər sahibkarların problemləri ilə maraqlandı,
onları narahat edən məsələlərin həlli
üçün konkret göstərişlər verdi. Hətta
görüşü bir sıra məmurların
iştirakı olmadan davam etdirdi ki, iş adamları məmurlardan
çəkinib problemlərini, onlara törədilən əngəlləri
dövlət başçısının diqqətinə
çatdırmazlar. Həmin görüşdən sonra
ölkə sahibkarları üçün yeni-yeni imkanlar
açıldı, iş adamlarına yönəlik əngəllər
aradan qalxdı”. İlham İsmayılov deyib ki, Heydər Əliyev
türk dünyasının birlik və bərabərliyi
istiqamətində də əvəzolunmaz fəaliyyət
göstərib: “Ümummilli lider çalışırdı
ki, türkdilli respublikalar arasında birlik möhkəmlənsin,
inkişaf etsin. Heydər Əliyev fəaliyyəti
dövründə müəyyən mənada buna nail oldu. Bu
gün isə bu siyasət hazırkı dövlət
başçısı, cənab prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir”. ATXƏM sədri deyib ki, rəhbərlik
etdiyi təşkilat da həmin siyasəti davam etdirir və
türk dünyasının birlik və bərabərliyi
işinə öz töhfəsini verməyə
çalışır. Milli Qeyri Hökumət Təşkilatları
Forumunun prezidenti Rauf Zeyni Heydər Əliyevin hakimiyyəti illərində
ölkədə vətəndaş cəmiyyətinin
inkişafına yaradılan şəraitdən
danışıb. Müstəqilliyin ilk illərində QHT-lərə
dövlətçilik əleyhinə fəaliyyət göstərən
bir qurum kimi baxıldığını deyən Rauf Zeyni qeyd
edib ki, məhz ümummilli liderin ölkədə vətəndaş
cəmiyyətinin inkişaf etdirilməsi istiqamətinə
verdiyi töhfədən sonra bu mənfi tendensiyanın aradan
qalxdığını deyib: “2001-ci ildə Milli QHT Forumunun təmsilçisi
Əhməd Qəşəmoğlu Ağsu rayonuna səfər
zamanı icra başçısı onu dövlətçilik
əleyhinə çıxan biri hesab edərək 24 saat ərzində
rayonu tərk etmək göstərişi vermişdi. Rauz Zeyni
çıxışında ölkədəki bəzi
qüvvələr, eləcə də məmurların neqativ fəaliyyətindən
də danışıb. Bildirib ki, bir sıra qüvvələr,
eləcə də bəzi məmurlar Azərbaycanın
inkişaf etməsini istəmirlər: “Təəssüflər
olsun ki, bu gün əlillərin, sadə vətəndaşların,
gənclərin hüquqlarını tapdalayan məmurlar. Eləcə
də prezidentin sərəncamına məhəl etməyən
məmurlar mövcuddur. Dövlət başçısı
sahibkarlara qarşı əngəllərin aradan
qaldırılması barədə sərəncam
imzaladığı halda, bəzi məmurlar prezidentin sərəncamını
saymır, ona əməl etmir. Hesab edirəm ki, bu cür
neqativ insanlara qarşı mübarizə aparmalıyıq”.
Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər
Qoşalı, Beynəlxalq Diaspora Mərkəzinin Aparat rəhbəri
Samir Adıgözəlli, Türkiyə Universitetləri Məzunları
İctimai Birliyinin sədri Çingiz Bayramov Heydər Əliyevin
gənclərə diqqət və qayğısından danışıb.
Ümummilli liderin iştirakı ilə ilk dəfə ölkədə
Gənclər Gününün qeyd edildiyini, həmin
günün dövlət başçısının fərmanı
ilə Gənclər Günü qeyd edildiyini diqqətə
çatdıran natiqlər hazırda bu siyasətin cənab
prezident İlham Əliyev tərəfindən davam etdirildiyini
söyləyiblər.
ATXƏM-in
təsisçilərindən olan Akif
Kərimov Heydər Əliyevin 1969-82-ci illərdə
hakimiyyətdə olduğu dövrə nəzər salıb.
Həmin illərdə ölkədə korrupsiya və
rüşvətxorluğa qarşı kəskin mübarizə
başladığını deyən Akif Kərimov məhz
bunun nəticəsində ali təhsil ocaqlarına rüşvətlə
qəbul olunmağın qarşısının
alındığını, savadlı, bacarıqlı gənclərin
heç bir rüşvət vermədən ali təhsil ocaqlarına
qəbul olunduqlarını deyib. Bildirib ki, hazırda
respublikanın bir sıra sahələrində ad
çıxaran mütəxəssislər məhz həmin
dövrdə ali məktəblərə daxil olan
insanlardır. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin sektor müdiri Qafar Əliyev də Heydər
Əliyevin Azərbaycanın xalqı və milləti
qarşısındakı xidmətlərindən
danışıb. Məhz ümummilli liderin sayəsində
ölkədə xaos və anarxiyaya son qoyulduğunu deyən
Qafar Əliyev artıq ölkəmizin sürətlə
inkişaf etdiyini, dünya dövlətləri arasında
layiqli yer tutduğunu diqqətə çatdırıb.
Süleyman İsmayılbəyli
Olaylar.- 2012.- 11 may.- S.9.