“Heydər
Əliyev-xatirə zalı” kitabı çap
olunub
Milli Məclisdə nəşrin təqdimatı keçirilib
Milli Məclisdə “Heydər Əliyev-xatirə
zalı” adlı kitabının təqdimatı keçirilib. Kitabın Milli
Məclisdə Heydər Əliyevin xatirə zalının
yaradılmasının beş illiyinə
həsr olunduğunu diqqətə
çatdıran spiker Oktay
Əsədov qeyd etdi ki, bu kitab
parlament adından ulu
öndərin xatirəsinə bir töhvə
olacaq.
Heydər Əliyev
müstəqil Azərbaycan dövlətinin banisidir. Onun
hakimiyyətə qayıdışı olduqca mürəkkəb
bir situasiyaya təsadüf edirdi. Məhz həmin dövrdə
ümummilli lider parlamentə rəhbərlik edib, bununla da Azərbaycanda
parlamentarizmin əsasını qoyub: “Beş il əvvəl
parlamentdə Heydər Əliyevin xatirə zalı
yaradıldı. Ötən müddət ərzində xatirə
zalını 150 nümayəndə heyəti ziyarət edib,
ulu öndərin həyat və fəaliyyəti ilə
tanış olub”. H.Əliyevin Azərbaycan dövlətini,
xalqını, millətini düşünən bir şəxsiyyət
olduğunu diqqətə çatdıran millət vəkili Fəttah
Heydərov əlavə edib ki, onun siyasi fəaliyyəti Azərbaycan
tarixinə həkk olunacaq: “Heydər Əliyev müstəqil
Azərbaycan dövlətini qurdu və onun əbədi
yaşamasının təməlini qoydu. Əgər o təməl
olmasaydı, Azərbaycanın müstəqilliyi davam edə
bilməzdi”. Millət vəkili Eldar İbrahimov isə qeyd edib
ki, Heydər Əliyev Azərbaycana nəinki sabitlik, əmin-amanlıq
gətirdi, ölkənin sosial-iqtisadi inkişafı da onun
adı ilə bağlıdır: “Heydər Əliyev Azərbaycan
parlamentinə siyasi mədəniyyət gətirdi. O, parlamentə
qısa müddətdəki rəhbərliyi dövründə
qanunverici orqana böyük töhvələr verib”. Deputat Bəxtiyar
Əliyev isə qeyd etdi ki, H.Əliyevin siyasi fəaliyyəti
parlamentdən başlasa da, onun gördüyü işlər
siyasi mədəniyyət nümunəsi idi: “O, müxalifətdə
olan Yeni Azərbaycan Partiyasını yaratdı. Ona
qarşı olan bütün təzyiqlərə baxmayaraq, siyasi mədəniyyət nümayiş
etdirdi və hakimiyyətə gəldi. Bununla da müxalifətdə
olan YAP-in Azərbaycan dövlətinə necə bağlı
olduğunu sübut etdi”. Millət vəkili Rəfael
Hüseynov təklif etdi ki, parlament ulu öndərin 90 illik
yubileyi ilə əlaqədar onun spikerlik fəaliyyəti ilə
bağlı sənədli film hazırlasın.
Alim
Olaylar.- 2012.- 11 may.- S.9.