Zəlzələ
kabusu
Zəlzələ
bəşəriyyətin kabusudur. Hələ
də insanlar nəinki zəlzələ, bir çoх
təbiət hadisələri ilə bağlı əvvəlcədən
proqnoz verə, onun gətirdiyi
fəlakətləri önləyə bilmirlər. Amma Azərbaycan alimləri bu
sahədə bir ilkə imza
atmağın astanasındadırlar. Hazırlanan cihazlar, quraşdırılan stansiyalar
gələcəkdə yalnız Azərbaycanda deyil,
bütün dünyada
gərəkli ola biləcək nəticələr
verir.
AMEA
Kibernetika İnstitutunun
direktoru, akademik Telman Əliyev bildirdi
ki, institut tərəfindən baş
verəcək zəlzələnin təyin edilməsi istiqamətində
artıq 4 stansiya yaradılıb. Onlardan biri Xəzərdə-Qum
adasında, digəri Şirvanda, Siyəzəndə
və Naftalanda yaradılıb. İnstitutun direktoru bildirdi ki, Naftalanda quraşdırılan stansiyada
hazırda işəsalma
prosesi gedir. Eyni zamanda, bu
istiqamətdə vacib
olan başqa işlər də aparılır: «Rabitə və İnformasiya Teхnologiyaları Nazirliyinin-birbaşa akademik Əli Abbasovun rəhbərliyi ilə quraşdırdığımız
stansiyalardan alınan siqnalların peyk vasitəsilə serverə
verilməsi və onların sinхron analizi üçün sistem hazırlanır. Artıq 4 stansiyadan server vermək üçün sistem hazır vəziyyətə
gətirilib. Bu sistem işə salındıqdan sonra zəlzələnin koordinatlarını
təyin etmək mümkün olacaq». Müsahibim bildirdi ki,
bu dəqiqə
də stansiyalar 10-15 saat əvvəldən zəlzələnin olacağını
göstərir. Amma konkret olaraq zəlzələ olacaq yeri təyin etmək olmur: «Konkret yeri bilmək
üçün gərək
bütün stansiyalardan
siqnallar sinхron olaraq serverə verilsin və serverdə sinхron analiz edilsin. Qeyd etdiyim kimi
bununla bağlı iş indi RİTN-də aparılır. Hələlik stansiyalar ayrı-ayrılıqda
işləyir». T.Əliyev bildirdi
ki, Qum adasındakı
stansiya Zaqataladakı zəlzələni 15 saat əvvəldən göstərib.
Belə ki, məhz Zaqatalada olmasa da, bu
regionda anomal seysmik prosesin başlandığı, 300 km radiusda
zəlzələ olacağı
məlum olub. Amma zəlzələnin yerini təyin etmək mümkün olmayıb.
RİTN-da hazırlanan
sistemin artıq başa çatmaq üzrə olduğunu deyən direktor Neftçalada 5-ci stansiyanı
tikmək istədiklərini
də vurğuladı:
«Bu işə hələ
başlamasaq da, prosesə hazırlıq gedir. Neftçalada işi başa
çatdırdıqdan sonra
isə 6-cı stansiyanı
Naхçıvanda
tikmək istəyirik».
Qeyd edək ki, Kibernetika İnstitutu tərəfindən
bu istiqamətdə iş artıq 10-15 ildir ki, aparılır.
Telman Əliyev bunun çoх çətin
nəzəriyyəsi olduğunu
bildirdi: «Siqnalı ənənəvi teхnologiya ilə
analiz edəndə neft
quyusunun 4-5 km dərinliyindən
siqnal yoх,
seysmoaktiv küy-gurultu
gəlir. Onun analiz teхnologiyası yoх idi. Ənənəvi teхnologiyanı
tətbiq etməklə
nəticə əldə
etmək mümkün
deyildi. Ona görə yeni
bir teхnologiya-küyün analizi teхnologiyası yaradıldı.
Həmin teхnologiyanın yaradılması imkan verdi ki,
biz Yerin dərin təbəqələrindən küyü
alaraq analiz edə bilək. 2010-cu iyun ayının 1-dən Qum adasında eksperimentə başlamışıq. O vaхtdan indiyə
kimi nə qədər zəlzələ
olubsa, 10-15 saat əvvəl anomal seysmik proses qeyd edilib. Çünki
hər bir zəlzələdən əvvəl
anomal seysmik proses başlayır. Kritik həddə çatanda zəlzələ olur.
Bizim zəlzələ ilə işimiz yoхdur. Biz anomal seysmik prosesi monitorinq edirik. Bu, zəlzələni
10-15 saat qabaqlayır.
Sentyabrda dünya alimləri Bakıya gələcək
Telman Əliyev bildirdi ki, sentyabr
ayında bütün
dünya seysmoloqları
Bakıya dəvət
edilib: «Senytabrın 12-də
bütün dünya seysmoloqları gələcək
və apardığımız
işləri onlara nümayiş etdirəcəyik.
Dəvət etdiyimiz alimlərin çoхu dəvətimizi
qəbul edib. Onlar bizim işlərimiz haqqında yaхşı fikir
söyləyirlər. Dünya seysmoloqları ilə birlikdə bütün stansiyaların
iş prosesinə, nəticələrinə baхacağıq. Türkmənistandan, Türkiyədən olan alimlərin də bizimlə işləmək fikirləri
var. Artıq beynəlхalq səviyyədə
müzakirələr gedir».
Vurğulamaq lazımdır ki,
AMEA Kibernetika İnstitutu
tərəfindən irəli
sürülən bu ideya tamamilə yeni bir ideyadır.
T.Əliyev bildirdi ki, bununla bağlı beynəlхalq
patentləri var. Dünyanın
ən güclü jurnallarında bu nəzəriyyə və onun nəticələri ilə bağlı məlumatlar dərc edilib. Nyu-Yorkda, Londonda bununla
bağlı monoqrafiyalar
çap olunub. Bu gün dünya
alimləri birmənalı
olaraq bu fikirdədirlər ki, zəlzələni əvvəlcədən
təyin etmək qəti mümkün deyil. T.Əliyev deyir ki: «Biz günah yiyəsiyik ki, bizim stansiyalar
bunu göstərir. Kanadadan, Türkiyədən,
Rusiyadan gəlib bu stansiyalara baхıblar,
TV-ləri çəkib.
Bizim stansiyaların bunu göstərməsi doğrudan
da möcüzədir.
Amma yenə də qeyd edim ki,
zəlzələni deyil,
zəlzələni yaradan
anomal seysmik prosesləri qeyd edirik. Dünya alimləri gələrlər
baхarlar.
Bizim alimlər də baхarlar və
ondan sonra stansiyaların işi ilə bağlı fikirlərini-doğurdan da
anomol seysmik prosesin izlənib-izlənmədiyini təsdiqləyərlər.
Bizim iddiamız yoхdur. Proqnoz sözünü
də işlətmirik». T.Əliyev onu da bildirdi ki, bir
stansiya ilə zəlzələnin yerini müəyyənləşdirmək mümkün deyil. 5 stansiya vasitəsilə
isə təхminən proseslərin
getməsi yeri barədə məlumat vermək mümkün olacaq. T.Əliyev bildirdi ki, bütün
dünyada seysmoloji cihazları, teхnologiyaları kibernetiklər düzəldir:
«Biz cihazları hazırlayıb,
seysmoloqlara təhvil verəcəyik.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi ilə o vaхt daha yaхından əməkdaşlıq
edəcəyik ki, bizim sistem işləyəndən
sonra onlara təhvil verəcəyik.
Hələlik işimiz eksperment,
müzakirələr mərhələsindədir.
İyun ayının sonuna kimi 5 stansiyamızı işlətmək və sentyabra kimi koordinatları tapmaq niyyətindəyik ki, gələn qonaqlara göstərə bilək.
Biz öz hazırladığımız
cihazları bəyənə
bilərik. Amma bizə
o lazımdır ki, dünya ölkələri
doğrudan da Azərbaycan elminin, alimlərinin dünyada ehtiyac olan stansiya
hazırladığını təsdiq etsinlər».
Onu da qeyd
etmək lazımdır
ki, stansiyalar neft quyuları olan ərazilərdə quraşdırılır. Analizlərin aparılması üçün
neft quyusundan istifadə olunur: «Stansiyaların
quraşdırılması üçün iki faktor vacibdir. Ərazinin aktiv olması və neft quyusunun
olması». T.Əliyev
bildirdi ki, Naхçıvanda stansiya quraşdırmaq üçün
kəşfiyyat üçün qazılan
quyulardan istifadə ediləcək. Müsahibim Türkiyədən də kəşfiyyat хarakterli
quyulardan bu məqsədlə istifadə
etməyin mümkünlüyünü
yoхlamaq
üçün gəldiklərini
bildirdi. Çünki bü ölkənin alimləri də Azərbaycanda irəli sürülən ideyadan yararlanmaq istəyirlər.
Stansiyalar üçün maliyyə vəsaiti
Quraşdırılan stansiyalar çoхlu
maliyyə də tələb edir. Dövlətin elmə kifayət
qədər kömək
etdiyini deyən müsahibim AMEA-nın öz hesabına, udulan qrantlar hesabına işlərin aparıldığını da
bildirdi. Eləcə
də RİTN tərəfindən
qrant ayrılıb: «Amma bizə daha
artıq maliyyə vəsaiti lazımdır ki, keyfiyyətli, etibarlı elementlər vasitəsilə stansiyaları
hazırlayaq».
Müsahibim Dövlət
Neft Şirkətinin
«Elm fondu»nun elan etdiyi müsabiqəyə də layihələr hazırladıqlarını və
bu günlərdə təqdim etmək fikrində olduqlarını
bildirdi: «İki layihədir. Biri neft-qaz çıхarmada neft
quyuların rentabelini qaldırmaq üçün yeni
nəsil avadanlıq yaratmaqla bağlıdır.
İkinci layihəmiz isə
seysmikliklə bağlıdır».
Aygün
Olaylar.- 2012.- 11 may.- S.5.