Səsin sehri
( Böyük və əvəzolunmaz şəxsiyyət,
milyonların sevgisini qazanmış görkəmli
müğənni Niyaməddin Musayevə )
Od dolu "Şahnaz"la odlanıb canın,
Yayılıb aləmə şöhrətin,
şanın.
Canlı heykəlisən Azərbaycanın -
Coxları
öyrənib səndən,
qardaşım!
Coxu bihuş olur oxuyanda sən,
Muğamı xalı tək toxuyanda sən,
Yandırıb yaxırsan oxuyanda sən -
Söz açma kədərdən, qəmdən
qardaşım!
Ayaqlar altında kilimdi dünya?
Sənin yox, mənim yox, kimindi dünya?
Bəlkə bir qırllanı simindi dünya -
Gəl belə oxuma bəmdən qardaşım!
Günəş qaranlığı
boğar haçansa,
Şəfəqli bir səhər doğar haçansa,
Boranı - şaxtanı qovar haçansa -
Çıxarıq dumandan,
çəndən qardaşım!
Səsində dünyanın
xəritəsi var,
Bahar ürəyində həyat
səsi var.
Ömründə minlərin
xatirəsi var -
Bu da bir xatirə
məndən, qardaşım!
Əmir Pəhləvan
Olaylar.- 2012.- 16 may.- S.11.