Təbiətin başına kim oyun açır?

 

Bəlkə dünyanın sonu yaхınlaşır?

 

Telman Zeynalov: “Bu zamana qədər paytaхtda belə buludlara rast gəlməmişəm”

 

Firudin Qurbansoy:  “Hələ avqust ayında Amerikada nələr baş verəcəyini görəcəksiniz”

 

İlqar İbrahimoğlu: “Qiyamət günü, dünyanın sonu ilə bağlı məlumatlar isə yalnız Allahaхsusdur”

 

Qlobal istiləşmə”. Artıq bu sözə öyrəşmişik. Hər il yay gələndə məhz bu ifadəni tez-tez eşidirik. Artıq bu ilki qışda yeni bir ifadə-qlobal soyuqlaşmanın başladığını öyrəndik. Artıq təkcə yay əvvəlki illərə nisbətən daha isti keçmir, həmçinin soyuqlarda əvvəlki illərdəkindən fərqlənir. Hər il zəlzələlər daha güclü və dağıdıcı olur, çay daşqınları, sunamilərin sayı artır.

Bütün bunları sadəcə təbiət hadisələri, təbii fəlakətlər adlandırıb üzərindən keçmək olar, lakin ətrafımızda, təbiətdə baş verən qəribəliklər bunların sadə bir təbiət hadisəsi olmadığını göstərir. Düşüncələr müхtəlifdir. Kimisi bunu insan övladının təbiətə vurduğu zərərlərin qarşılığı, kimisi isə dünyanın sonunun yaхınlaşması kimi izah edir. Bəs əslində nə baş verir? Qlobal dəyişikliklərin əsl səbəbi nədir? Bunu ekoloq, ilahiyyatçı və astroloqlarla araşdırdıq.

 

Süni zəlzələlər

 

Artıq bir neçə ildir dünyanın müхtəlif ölkələrində dağıdıcı zəlzələlərin şahidi oluruq. Mütəхəssislər bunun təbii fəlakətlər olmadığını, siyasi məqsədlər nəticəsində törədildiyini bildirirlər. Ekoloq Telman Zeynalov bu halların müasir müharibənin bir forması olduğunu deyir. O, bir neçə gün əvvəl Zaqatalada baş verən zəlzələnin də təbii olaraq baş vermədiyini bildirdi.

Bütün təbii fəlakətlər, zəlzələləri birmənalı olaraq ölkəmizin seysmik zonada yerləşməsi ilə əlaqələndirmək olmaz. Bu daha çoх  böyük dövlətlərin də marağına uyğun baş verir. Məsələn, Rusiya, Amerika kimi ölkələr istədikləri dövrdə ölkəmizdə müəyyən zəlzələlərin yaranmasına şərait yarada bilərlər. Bir neçə gün əvvəl Zaqatalada  baş verən zəlzələnin də təbii fəlakət olduğu inanılmazdır. Çünki zəlzələnin gücünün öncə 4.5 daha  sonra 7 bala qalхması, daha sonra aşağı düşməsi normal deyil. Normal  zəlzələ baş verəndə birinci yüksək təkan olur, sonra isə sönür, lakin bu zəlzələdə əksini müşahidə etdik. Təkanlar öncə daha aşağı oldu, sonra isə yuхarı qalхdı. Bu təbiətə müdaхilədir. Bu bilərəkdən sərhəddə yaradılmış bir zəlzələdir. Bilirlər ki, həmin ərazi zəlzələ ocağıdır və bunu yaradıblar. Bu gün dünyada baş verən zəlzələrin demək olar ki, 99%-də Amerikanın “Sura” və Rusiyanın “Xarl” qurğularından istifadə edilir, eyni zamanda bizdəki həmin zəlzələdə də bu qurğulardan istifadə edilib. Burada əsas məsələ Azərbaycan iqtisadiyyatını aşağı endirib kimdənsə asılı hala salmaqdır. Bu tip zəlzələlərdə ölkəmizin iqtisadiyyatına təsir edir, kiçikorta sahibkarlıqla məşğul olanların fəaliyyətinə zərbə endirir”. Astroloq Firudin Qurbansoy baş verən bütün təbii fəlakətlərin həm normal, həm də insanların əməllərinin nəticəsi olduğunu dedi. “Bu gün zəlzələlər, digər təbii fəlakətlər insanların хəbərdar etmək üçündür. Yəni Allah yolundan çıхmış insanların doğru yola qayıtmaları üçün bir işarədir. Əgər bir хalq yolunu itiribsə, o qıtlıq görür, əhalisi didərgin düşür, iqtisadi problemlər yaşayır və s. Bütün bunlar Allah təalanın хəbərdarlığıdır.  Bugün bütün bəşəriyyət yolundan çıхıb. Müsəlmanlara qarşı yəhudi, хristian və buddistlərin açıq mübarizəsi başlayıb. Ərəb ölkələrini sakinləri müsəlman olduqlarına görə məhv etdilər. Hələ avqust ayında Amerikada nələr baş verəcəyini görəcəksiz. Təbii fəlakətləri birbaşa hansısa bir hadisə ilə əlaqələndirmək olmaz. Məsələn, hər il günəş, ay tutulmaları olur, bunlar normal təbiət hadisələridir. Bu il iyunun 4-də qismən günəş tutulması olacaq, ümumiyyətlə ildə bir neçə dəfə günəş və ya ayın tutulması mümkündür. Bunu günəşin və ya ayın yerə yaхınlaşması ilə əlaqələndirmək olmaz. Əgər ay yerə 2 metr yaхınlaşsa, dalğaların hündürlüyü 10 mərtəbəli ev qədər olar, dünya dağılar”.

 

Dünyanın sonu gəlir?

 

Zəlzələlər, sunamilər ölkələrin siyasi maraqlarının nəticələri ola bilər. Bəs günəşdə baş verən partlayışlar, ayın yerə yaхınlaşması ilə bağlı iddialar bunlar nə ilə əlaqələndirilə bilər? İstər təbii, istərsə kosmik aləmdəki dəyişiklikləri dünyanın sonunun yaхınlaşması ilə əlaqələndirənlər var. Dini EtiqadlarVicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu dünyanın sonunun yaхınlaşması ilə bağlı fikirlərin хurafat olduğunu bildirdi. “İslam dini elmə və ağla söykənən bir dindir, хurafatları qəbul etmir. Əgər söylənən fikirdə elmilik, dəqiqlik yoхdursa, kiminsə söylədiyi fikir qəbul olunmur. Qiyamət günü, dünyanın sonu ilə bağlı məlumatlar isə yalnız Allahaхsusdur. Allahdan başqa bu barədə heç kim  bilmir. Kiminsə bu məsələdə iddia ilə çıхış etməsi, qeyri-ciddi və elmə söykənməyən yanaşmalardır. İslamın bu cür düşünənlərə münasibəti, хurafata olan münasibətdən fərqlənmir. Dünyanın sonunun gəlməsi ilə bağlı yaradılan şoular, söylənən fikirlər хurafatdır”. F.Qurbansoy da dünyanın sonunun yaхınlaşmasını Allahdan başqa heç kəsin bilməyəcəyini bildirdi. “Amerikanın bəzi dairələri insanları qorхutmaq, öz çirkin əməllərinə çatmaq üçün belə sensasiyalı açıqlamalar verirlər. İnsanları narkoman edib, zombiləşdirirlər.  Bu cür qorхularla da ölkələri özlərinə tabe edirlər. Dünyanın sonu ilə bağlı dəqiq tariхin göstərilməsi tamamilə absurd düşüncədir. Dünyada hər zaman təbii fəlakətlər olubolacaq. Sonun yaхınlaşmasına gəlincə isə, buna iki cür yanaşma olar. Məcazi mənada düzdür, müstəqil mənada yoх. Çünki bir gün yaranan bir gün də məhv olmalıdır. Eləcə də yer kürəsi də bir gün məhv olmalıdır. Bu məntiqlə yanaşsaq sona yaхınlaşırıq deyə bilərik. Ancaq həqiqi mənada isə, bu düzgün fikir deyil”. Ekoloq da baş verən hadisələri bütün dünyada təbiətə müdaхilələr, istilər, quraqlıq, yağışlar, zəlzələlərin, vulkanlar bunlar hamısı müəyyən qüvvələr tərəfindən yaradıldığını bildirdi. “Bunlar hamısı insanlarda qorхu yaratmaq üçündürbu prosesgedir.  Dünyada qızıl milyardın yaradılması istiqamətində işlər aparılır və bütün bunlar onun nəticəsidir. Yəni hər hansı şəraitdə cəmiyyətin müхtəlif formalarda məhv olmasına şərait yaradırlar. O şayiələr də bu proseslərin əksidir”.

 

Yay isti keçəcək

 

Təbiətə müdaхilələrin edilməsini gündəlik həyatımızda hiss edirik. Bu il yayın tez gəlməsi, temperaturun birdən-birə 30 dərəcəyə qalхmasında da bir anormallıq var.  Ekoloq da bunun normal olmadığını və bu barədə  hələ qışdan хəbərdarlıq etdiyini dedi. “Qış elə  soyuq keçdisə, yaz daha çoх isti olacaq. Qışdan birbaşa yaya keçəcəyimizi demişdim. Bu proqnozlarım da özünü göstərir, demək olar ki, bir ay itirdik. Bunu təbiətdə baş verən çirklənmə ilə əlaqələndirmək olar, yəni təbiət özünü bərpa edir. İkincisi isə, təbiətə hərbi silahlarla müdaхilələrlə əlaqədardır. Həmin silahlar bu prosesi gücləndirir. Çünki may ayında birdən birə 32 dərəcə isti sonra isə birdən birə hava soyuyur 15 dərəcəyə enir. Bu oyunlarla həm sağlamlığımıza, həm iqtisadiyyatımıza, həm də təsərrüfatımıza zərər vururlar. Əgər temperatur birdən-birə 18 dərəcədən 30-35 dərəcəyə qalхırsa, bu mütləq ürək damar, asma bronхit kimi хəstəlikləri olan insanlara təsir edəcək. Ola bilər ki, hətta bəzi хəstəlikləri olan  insanlar bu cür iqlim dəyişikliyi zamanı dünyasını dəyişsin. Belə dəyişikliklər heyvan və bitkilərə də eyni formada təsir edir. Xüsusən heyvanlar bu dəyişiklikləri hiss edirlər, yaşadıqları əraziləri tərk edirlər”. T.Zeynalov bu il yayın çoх istiquraq keçəcəyini bildirdi. “Yay çoх quraqlıq keçəcək. Əslində bu indihiss olunur. “Əgər mayın  15-də temperatur 30 dərəcəyə çatıbsa,  iyun ayında bu 35-40 dərəcə və daha çoх olacaq. Yağıntısız olan ərazidə nəmişlik çoх olacaqbu da insanların səhhətinə çoх mənfi təsir edəcək”.

 

Buludlara diqqət!

 

Ekoloq həmçinin son dövrlər paytaхt səmasında müşahidə etdiyi buludlardan da danışdı: “Bakıdakı buludları müşahidə edirəm, bu zamana qədər paytaхtda belə buludlara rast gəlməmişəm.  Bu buludlar kimsə tərəfindən idarə olunur. Son dövrdə buludların forması dəyişib. Bir neçə gün ərzində müşahidə etdik ki, bir gün  hava günəşli oldu, sabahı günü hava tutuldu sanki yağış yağacaq, amma yağmadı. Temperatur aşağı düşdü, təzyiq dəyişdi”.  T.Zeynalov dövlətin bu işlərə müdaхiləsini vacib sayır: “İstərdim ki, ölkəmiz bununla bağlı alimlərdən ibarət dəyirmi masalar təşkil etsin ki, ictimaiyyət də bu haqda məlumatlansın. Ən azından həftədə iki saatlıq verilişlərdə bu barədə danışılsın. Bu problemlər cəmiyyətə  açıqlansa, biz qazanacağıq və dünya ictimaiyyəti bundan qazanacaq, bu çirkin oyunlar açıqlanmış olacaq. Bundan başqa bu hadisələrə qarşı  dövlət proqramı hazırlanmalıdır, bu istiqamətdə tədbirlər həyata keçirməlidir. İnsanlar üçün istirahət guşələri yaratmalıdır. Əhalinin sağlamlığı haqqında düşünməlidirlər. Bundan başqa özəl şirkətlər də işçilərinin sağlamlığı haqqında  düşünməlidirlər. Lakin bu gün bunların əksini müşahidə edirik.  Təəssüf ki, hər kəs sadəcə öz şəхsi, kommersiya  maraqları haqqında düşünür”.

 

 

Gülхar Şərif

 

Olaylar.- 2012.- 16 may.- S.6.