Azərbaycan
diasporunun beynəlxalq media
ilə əlaqələri
Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılmasında
xaricdə yaşayan diasporamızın
müstəsna rolu var.
Dünya arenasında diaspor
təşkilatlarının fəaliyyətinin daha
dolğun olması üçün
onların yaşadıqları ölkələrin media qurumları ilə sıx əlaqəsi
önəmli məsələlərdəndir. Qloballaşan
mühitdə informasiya müharibəsinə
qalib gəlmək lobbiçilik
yönəmində ən güclü və
ciddi nəticələr verən bir silahdır.
Bu gün
Azərbaycan Respublikasının bir başa dəstəyi, eləcə
də diaspora nümayəndələrinin təşəbbüsü
ilə diasporamıza aid müxtəlif media vasitələr
yaradılır. Bu media vasitələri əsasən çap
mediasına aiddir, çox hallarda Ana dilimiz – Azərbaycan dilində
olur. Qeyd edilən media vasitələr əksər hallarda elə
diaspor nümayəndələri arasında yayılır.
Diaspora təşkilatları tərəfindən hazırlanan
media vasitələrinin fəaliyyət göstərdikləri
ölkələrin dilində də çap edilməsi və
həmin ölkənin vətəndaşları arasında
yayılması çox vacibdir. Bu artıq təməli qoyulan
lobbiçilik məsələsinin daha da inkişaf etməsinə
ciddi təkan verə bilər.
Lobbiçilik işinin daha da səmərəli
olması üçün diaspor təşkilatlarının fəaliyyət
göstərdikləri ölkənin media qurumlarına
inteqrasiya etməsi çox vacibdir. Azərbaycanlı jurnalistlərin
xarici qəzet və jurnallar üçün yazması, xaricdə
təhsil alan azərbaycanlı tələbələrin təhsil
aldıqları ölkənin media qurumlarında staj müddətinin
keçirməsinə nail olması önəmlidir.
Adi bir misal gətirək. Qondarma erməni
soyqırımı ilə bağlı xəbərlər son
dövrlərdə beynəlxalq mediada tez-tez səslənir.
Bir çox beynəlxalq çap mediasında bu haqda
danışılması və bu növ məqalələrin
həmin ölkənin etnik vətəndaşları tərəfindən
yazılması, orada olan erməni diasporunun bilavasitə fəaliyyətindən
irəli gəlir. Onlar üçün əsas sadəcə
"armenian genocide" söz birləşməsinin
hallanmasıdır. Yazı qərəzsiz yazılsa da qoy
yazılsın, önəmli olan bu məsələlərin
nüfüzlu mediaya çıxarılmasıdır. Bu erməni
diasporunun media ilə münasibətində mövqeyidir.
İnformasiya müharibəsində qalib gəlmək yönəmində
dünyanın nüfüzlu media qurumlarına azərbaycanlı
jurnalistlərin inteqrasiya olunması müasir
dövrümüzdə savadlı diplomatların,
iqtisadiyyatçıların yetişdirilməsi qədər
lazımlı məsələlərdəndir. Azərbaycan
Respublikası tərəfindən Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması üçün bir
çox media layihələr həyata keçirilir, internet
portallar yaradılır. Diaspora təşkilatlarının məqsədi
və fəaliyyəti isə Google, Yandex və s. bu kimi
axtarış sistemlərində "khojaly genocide"
yazılanda bu haqda məlumatların "the guardian",
"BBC", "CNN", "Washington Post" kimi media vasitələrində
yazılmasını tapmanı təmin etməkdir. Misal üçün "armenian
genocide" axtarışa versək, daha sonra "khojaly
genocide" axtarsaq fərqləri görə bilərik.
Görəcəyiniz kimi, qondarma erməni soyqırımı
haqqında bir çox müxtəlif portallar yazır. Bu
portalların müəyyən hissəsi ermənilərə
aid olsa da çox hissəsi digər dövlətlərin media
portalları və ya forumlarıdır.
Xocalı
soyqırımı haqqında isə çox hallarda elə
özlərimizin yaratdığımız portallarda, media vasitələrində
rast gəlirik. Xaricdə fəaliyyət göstərən Azərbaycan
diasporası internet məkanında beynəlxalq fəaliyyət
baxımından çıxış etməlidir. Xüsusilə
bu baxımdan gənclər fəal olmalıdırlar.
Məqsədimiz
hər birimiz üçün aydın olmalıdır. Daha bir
konkret misal gətirmək istərdim, 2010-cu il,
Gürcüstan, Gürcüstanın erməni diasporası
parlamentə qondarma erməni soyqırımının
tanınması ilə əlaqəli müraciət edir. 2010-cu
il 23-24 aprel tarixlərində bütün gürcü media
vasitələri qondarma erməni soyqırımı
haqqında danışır. Gürcüstan Parlamenti qondarma
erməni soyqırımını tanımadı. Amma erməni
diasporası Gürcüstan cəmiyyətində, eləcə
də bu məsələ ilə əlaqəli bir çox digər
dövlətlərin media vasitələrində müzakirələrin
aparılmasına nail oldu. Dövrümüzdə
yaşadığı yerdən, pasportunda vətəndaşlıq
qrafasına hansı dövlətin adının
yazılmasından aslı olmayaraq hər bir azərbaycanlını
hər an düşündürən Qarabağ məsələsidir
və bu yöndə hər cür mücadilə, hər
növ fəaliyyət bir növ sistemləşdirilməli,
bir bağlı zəncir kimi birləşdirilməlidir. Həqiqət
öz yolunu tapan bir məvhumdur, sadəcə zaman
lazımdır. Zaman isə Azərbaycanın xeyrinə işləyir.
İstədiyimiz nəticələri əldə etmək
üçün bizlər – xaricdə yaşayan azərbaycanlılar
fəaliyyətimizi daha da artırmalıyıq.
Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması sahəsində mədəniyyətimizin,
adət-ənənələrimizin, tariximizin
tanıdılması vacibdir. Bu sahədə də yenə bizlərin
ən nəticəli fəaliyyətimiz media ilə
bağlı olmalıdır. Bilirik ki, xaricdə yaşayan azərbaycanlılar,
Azərbaycan xalqına aid olan bütün müvafiq tarixləri
qeyd edirlər. Belə tədbirlərlə yerli jurnalistlərin
dəvət edilməsi mütləqdir. Bu yönəmdə
Rusiya diasporasının, RAGT təşkilatının fəaliyyətini
mütləq qeyd etmək lazımdır. Bu il Rusiyanın
aparıcı telekanallarında Azərbaycana aid silsilə
verlişlər hazırlandı, bir çox tədbirlər
geniş şəkildə nümayiş etdirildi. Azərbaycanın
tərənnüm etmək üçün uğurlu yollardan
biri də məhz xarici jurnalistlər üçün etno
layihələrin həyata keçirilməsidir. Bir çox
xalqların nümayəndələrinin diaspor təşkilatları
bu yöndə maraqlı layihələr həyata keçirirlər.
Xaricdə diaspora təşkilatları tərəfindən
jurnalistlər üçün etno layihələrin
keçirilməsi və bu layihələrin yerli mediada
işıqlandırılması Azərbaycan mədəniyyətinin,
tarixi-etnoqrafiyasını tanıtmaqla yanaşı Azərbaycan
dövlətinin xarici ölkələrdə tanınması
üçün əsl təminatdır. Beləliklə bizlər
xalqımıza aid olan xüsusiyyətləri təbliğ etməklə
yanaşı, Azərbaycanda turizmin inkişafına da bir
növ töhfə verə bilərik.
Hər bir
halda AZƏRBAYCANÇILIQ yolunda atılan hər bir
addımın media tərəfindən
işıqlandırılması təminatçısına hər
birimiz çevrilməliyik. Xaricdə
yaşayan hər bir azərbaycanlı, Azərbaycanın PR
meneceri, tərənnümçüsü olduğunu
anlamalı və bu məsələyə tam ciddiliklə
yanaşmalıdır.
Artıq dəfələrlə
diaspor təşkilatlarının fəaliyyət göstərdikləri
ölkələrin mediasında fəallıqlarının gərəkliyi
haqqında danışdıq. Bütün bu tələblərdən
dolayı, dünyada yaşayan azərbaycanlıların vahid
bir informasiya mərkəzinin formalaşdırılması
gözəl və yararlı bir nailiyyət olardı. "Vahid İnformasiya Mərkəzi"
altında birləşən xaricdə olan bütün media
qurumlarımız bir- birinə dəstək olar, media
inkişaf sahəsində yeniliklər əldə etməkdə
ciddi addımlar ata bilərdilər. Danılmaz faktdır
ki, bü gün diaspor nümayəndələrimizin media ilə
ünsiyyətləri baxımından mükəmməlləşdirilməsi
lazımdır. Hər bir diaspor nümayəndəliyimiz fəaliyyətdə
olduğu ölkədə müasir tələblərə
cavab verə biləcək media vasitələr yaratmağa can
atmalıdırlar. Bununla yanaşı fərdi olaraq özlərində
media ilə əlaqələrin yaradılması xüsusiyyətini
inkişaf etdirməli, media ilə ünsiyyətlərin
qurulması baxımından müvafiq treninqlərdə
iştirak etməlidirlər.
Onların
adını dəfələrlə hallandırmaq istəməzdim,
amma sadə bir misal üçün yenə Gürcüstan
kontekstini göstərmək istərdim. Gürcüstanda
yaşayan erməni diasporasının erməni dilli 2 regional
televiziyası, erməni və rus dilli bir neçə
güclü, özünü maliyyələşdirən
çap media vasitəsi var. Gürcüstanda yaşayan azərbaycanlıların
isə televiziya baxımından regional televiziyalardan birində
həftədə bir dəfə 10 dəqiqəlik verliş, və
Azərbaycan Respublikasının dəstəyi ilə çap
edilən qəzetlərdən başqa media qurumları yoxdur.
Düşünürəm ki, Gürcüstanda sayca ən
çox saylı etnik azlıq statusunu daşıyan azərbaycanlılar
özünü maliyyələşdirə biləcək bir
media quruma mütləq malik olmalıdırlar və bu sahədə
Gürcüstanda fəaliyyət göstərən təşkilatlarımız
fəal işləməlidirlər.
Avropa ölkələrində olan diaspor
təşkilatlarımız isə bu gün Azərbaycanımızı,
dünyada yaşayan azərbaycanlıların məsələlərinin
Avropa ölkələri mediasında işıqlandırılmasının
bir nov zəmanətinə çevrilməlidirlər. Avropanın hər hansı bir şəhərində
yaşayan adi bir həyat tərzi sürən azərbaycanlı
mediada Azərbaycan həqiqətinin ən güclü, ən
obyektiv, en yaxşı nümayişçisinə çevrilə
bilər. Belə ki, Avropa və ümumiyyətlə beynəlxalq
nüfuzlu media insan taleləri üzərində qurulan xəbər
hekayələrinə üstünlük verir. Son 5-6 ildə
hansısa bir qlobal məsələyə adi vətəndaş
prizmasından axılması nüfuzlu media qurumlarının əsas
seçimidir. Bütün bünlardan irəli gələrək
düşünürəm ki, "Vahid İnformasiya Mərkəzi"
yaradılması və bütün bu sadalanan, eləcə də
sadalanmayan məsələlərin koordinasiya edilməsi, şəbəkələşdirilməsi
hazırki dövrümüzün qaçılmaz tələblərindəndir.
Olaylar.- 2012.- 30 oktyabr.- S.15.