“Azərbaycan dünya turizm coğrafiyasında yeni destinasiya kimi maraq doğurur” -

 

Eldar Aslanov: “Yeni turizm qanununun tezliklə qəbul edilməsinə nail olmalıyıq”

 

Müsahibimiz Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanovdur

 

Eldar müəllim, yay turizm mövsümü başa çatdı. Ümumi müşahidələriniz haqqında deyə bilərsiniz, sizcə turizm obyektləri bu mövsümdən necə yararlandı?

-Bəli ölkəmizdə yay turizm mövsümü yekunlaşmaq üzrədir. Amma müşahidələr onu göstərir ki, bu daha çox yerli turizm mənasında yekunlaşır, amma beynəlxalq turizm mənasında ölkəyə gələn turistlərin sayı oktyabr noyabr aylarında da davam edəcəkdir. Statistika müşahidələrimiz (o cümlədən aparılan tədqiqatlar) göstərir ki, keçən ilə müqayisədə ölkəyə gələn turistlərin sayıda artım olub. Sözsüz ki, bu artım da daha çox müştəri daha çox gəlir deməkdir. Bu mənada turizm obyektlərinin gəlirlərinin artması gözləniləndir. Əvvəlki illərlə müqayisədə qrup halında xarici turistlərin ölkəyə daha intensiv axını müşahidə olunur, xidmətlərin keyfiyyətinin artmasındakı davamlılıq bizi sevindirir.  Bütün bunlar turizm sahəsində aparılan kompleks tədbirlərin məntiqi nəticəsidir ildən ilə bu inkişaf  sürətlənəcəkdir. Azərbaycan dünya turizm coğrafiyasında yeni destinasiya kimi maraq doğurur bu maraq keyfiyyətli xidmətlə qarşılandığında bu maraq davamlı hal alacaqdır. Bu da ölkəmizdəki turizm şirkətlərinin müvafiq inkişafına səbəb olur.

-Bir sıra turizm obyektlərində xidmətlə bağlı bir sıra problemlər var. Mövcud problemlərin aradan qaldırılması istiqamətində hansı addımlar atılmalıdır?

-Sözsüz ki, olan yerdə çatışmazlıqlar da olacaqdır. Bu mənada turizm ölkədə yeni qurulan sənaye sahəsi kimi özünəməxsus problemlər yaşayacaqdır. İlk növbədə xidmət keyfiyyəti, kadr çatışmazlığı, təcrübəsizlik, marketinq planlaşdırılması, nəqliyyat, qiymət rəqabət məsələləri aktual görünməkdədir. Amma ölkəmizdə artıq ikincisi icra olunan turizmin inkişafı üzrə dövlət proqramının əsas məqsədi məhz bu problemləri həll etmək ölkədə turizmi əsas iqtisadiyyat sahələrindən birinə çevirməkdir. Bölgəmizdə ciddi turizm rəqabət mühiti mövcuddur. Azərbaycan əsasən elitar turizm istiqamətini götürmüşdür. Bu strategiyaya uyğun olaraq mövcud problemləri həll etmək üçün çoxsaylı addımlar atılmışdır. Ölkədə son 10 ildə otellərin sayı 5 dəfəyədək artıb artıq ölkədə 500-dən çox otelə vardır. Həmçinin ölkəyə gələn turistlərin sayında, turizm şirkətlərinin sayında, Azərbaycanın təbliğinə yönələn fəaliyyətlərdə, dünya turizm sərgilərində təmsilçilikdə s. sahələrdə dəfələrlə inkişaf gözə çarpır. Azərbaycan Turizm İnstitutu, onun nəzdində Bakı Turizm Peşə Məktəbi, Mingəçevir Turizm Kolleci məhz inkişafa yönəlmiş əsas addımlardan olub. Növbəti mərhələdə, regionlarda turizm sahəsində xidməti personalın peşəkar hazırlığı üçün regional peşə məktəblərinin yaradılması, ölkədə mövcud turizm növləri üzrə alternativ turizm xidmət müəssisələrinin yaradılması, turizm bələdçiliyinin genişləndirilməsi, daha kütləvi turizm marketinq işlərinin aparılması, mədəniyyət potensialının turizm baxımından daha effektiv istifadəsi s. məsələlər qarşımızda duran əsas vəzifələrdəndir.

Demək olar ki, həm Bakıda həm regionlarda yeni-yeni turizm mərkəzləri istifadəyə verilir. Demək olarmı ki, bu sahədə ciddi rəqabət artıq başlayıb?

-Bəli qeyd etdiyim kimi ölkədə son 10 ildə ancaq turizm yerləşdirmə obyektlərinin (otellərin) sayı 5 dəfə artaraq 504-də çatmışdır. Ancaq son 1 ildə Bakıda 5,  beşulduzlu otel açılmış, hazırda regionlarla birlikdə 40-dan çox otelin tikintisi davam edir. Ölkə Prezidenti İlham Əliyevin son Şəki-Zaqatala zonasına səfəri zamanı bir-neçə turizm-rekreasiya obyektlərinin açılışını etmiş ya tikinti prosesləri ilə tanış olmuşdur. Ölkədə mövcud yataq sayları da artıq 31.000 keçmişdir. Bu bir tərəfdən qiymətə, diğər tərəfdən keyfiyyətə rəqabətə təsir edir. İnsanlar daha müxtəlif səviyyəli müxtəlif turizm növləri üzrə yerlədə istirahət imkanları əldə edirlər.

Bir çox turistlər qiymətlərin bahalılığından şikayət edirlər. Qiymətlərin tənzimləmə mezanizmini necə həyata keçirmək lazımdır?

-Əvvəlki sualla bir başa əlaqəli sualdır. Sözsüz ki, son 3-4 ildə ictimai rəydə olanölkədə turizm qiymətləri baha keyfiyyət isə ona uyğun deyiliradına verdiyimiz bir cavab vardı. Hökumət bu işləri bazar iqtisadiyyatının prinsiplərinə zidd olaraq inzibati yollarla tənzimləməyəcəkdir. Bunu bazarın özü tənzimləyəcəkdir. Artıq bu məsələ özünü əyani şəkildə göstərməkdədir.  Ölkədə turizm xidmətlərinin yerləşdirmə yerlərinin rəngarəngliyi ilə həm keyfiyyətə həmdə qiymətdə mütənasibliyə nail olunacaqdır. Bu istiqamətdə son bir-neçə ildə müsbət təmayüllər artıq hiss olunmaqdadır.

-Bir çox hallarda turizm şirkətlərindən daxil olan şikayətlərdə aldadılma faktları var. Turistlərin bu kimi hallarla qarşılaşmaması üçün hansı addımlar atılmalıdır?

-Bəli, təəssüflər olsun ki, doğru deyirsiz. Bu məsələ ilə bağlı Mədəniyyət Turizm Nazirliyinin bu həftə bir açıqlaması oldu turistləri turizm xidmətləri alarkən ehtiyatlı olmağa müvafiq sənədlərin (lisenziyanın) tələb olunmasının vacibliyinə çağırdı. Ölkədə bu gün 300-dən çox turizm şirkəti var. Hər il Mədəniyyət Turizm Nazirliyi turizm xidmətləri göstərən şirkətlərin qara siyahısı tərtib edir. Bu siyahıya müvafiq lisenziyanı almamış ya lisenziyalaşdırılmamış turizm şirkətləri otellər daxil edilir. Onların bir çoxu hətta keyfiyyətsiz xidmət göstərdiyi üçün lisenziyası ləğv olunan şirkətlərdə olur. Ona görə birincisi turistlər çox diqqətli tələbkar olmalıdırlar. Onlar gedəcəkləri yerləri getmədən öncə internetdən, tanışları vasitəsilə öyrənməlidirlər. İkincisi isə peşəkar fəal şirkətlərdən rica olunur ki, sosial məsuliyyəti daha da artırsınlar. Öz biznes etik qaydalarını daha da yüksəltsinlər. Bu nəticədə onların xeyirinədir.

-Turizmin daha da inkişaf etdirilməsi üçün hökumət tərəfindən davamlı addımlar atılır. Sizcə daha hansı addımların atılması bu sahənin gəlirliliyinə müsbət təsir göstərə bilər?

-Məncə biz ilk növbədə peşəkarlığın artırılması sahəsində işimizi durmadan davam etdirməli, bunu turizm əlaqədar sahədə genişləndirməliyik. Turizm zonaları haqqında əsasnaməyə uyğun olaraq,  bu zonaların master planları tezliklə hazırlanmalı, turistlərə xidmət edəcək bütün tərəfdaşlar buna uyğun təlimləndirilməlidir. Turizm məhsullarımızın dünyada tanıtımı işi davam etdirilməli, yeni turizm qanunun tezliklə qəbul edilməsinə nail olmalıyıq. Bir sözlə hazırda icra olunan turizmin inkişafı üzrə dövlət proqramının həyata keçirilməsi işini təmin etməklə turizmin inkişafında yeni mərhələyə çıxa biləcəyimizə əminəm.

 

 

Ədil

 

Olaylar.- 2012.- 14 sentyabr.- S.11.