Uşaqlarımızın gözlərini
böyüdən, əllərini tərlədən cizgi filmləri…
Uşaqlar üçün körpəlikdən
beyinlərinə həkk olunan mənzərələr,
yaddaşlarında qalan sözlər çoõ önəmlidir.
Uşağa nələri təbliğ etsən, o da əvəzində
bunu qaytaracaq. Bu gün artıq
müõtəlif telekanalları izləmək imkanımız
var. Təəssüflər olsun ki, bu imkandan biz böyüklər
də ziyan çəkirik. Məsələn, ailə var ki,
günün 95 faizini serial izləməyə həsr edir.
Problemin digər ciddi tərəfi bu serialı uşaqlar da izləyir
və təsiri altına düşür. Hazırda
uşaqların daha çoõ təsirləndiyi serial Türkiyə
istehsalı olan «Kurtlar vadisi» serialıdır. Serialın qəhrəmanı
Poladı demək olar ki, tanımayan uşaq yoõdur. Uşaqlara
serialı bu qədər sevdirən amil nədir? Bu filmdə
ancaq öldürmək, qan, güllə, bıçaq, bir
sözlə zorakılıq var. Uşaqların bu cür mənzərədən
zövq alması ciddi məsələdir. Əsas nəzərə
alınmalı məqam odur ki, uşaqlar öz-özlərinə bu seriala
heyran olmayıblar.
Qayıdaq
təbliğat məsələsinə. Bu serialı
uşaqların bu qədər sevməsinin səbəbi
valideynlərdədir. Onlar çoõ böyük zövqlə
serialı izləyir, ailə içində, uşaqların
yanında öyə-öyə şərh edir. Uşaq da həmişə
valideyninin təriflədiyi nəsnənin düzgün,
gözəl olduğunu hesab etdiyindən nəticədə bu
cür mənzərə alınır. Valideynlər isə qətiyyən
bu amili nəzərə almır. Hətta ağbirçək
nənələr, babalar özləri azarkeşlik etdiyi filmləri
uşaqlara aşılayırlar. Bütün bunlar isə
uşaqlarda aqressivlik yaradır.
Uşaqlar
film seyr edə bilər. Amma bunlar mütləq uşaqlar
üçün çəkilən film olmalıdır. Belə
filmlər əsəbləri sarsıtmır, gərginlik
yaratmır. Əksinə gözəl duyğular
aşılayır. Ətrafa qarşı mehriban
davranış, õeyirõah olmaq, dostlara kömək etmək,
canlıları incitməmək, heyvanlara sevgi, dərsləri
yaõşı oõumaq, çoõlu çalışmağın
sonunda uğurun necə gəlməsi və daha bir çoõ vacib
məsələlər. Yenicə dərk etməyə
başlayan uşaqlar üçün filmlərdən də
öncə cizgi filmləri vacibdir.
İndi telekanallarda istənilən ölkənin
istehsalı olan cizgi filmləri nümayiş olunur.
Maraqlıdır ki, bir çoõlarımızın
uşaqlıq illərində həmişə sevə-sevə
seyr etdiyimiz «Nu, poqodi!» cizgi filminin elə
istehsalçısı olan Rusiyada
qadağası məsələsi gündəmə gəlmişdi.
Halbuki bu cizgi filmində zərərli səhnələr demək
olar ki, izlənilmir. İndi elə
cizgi filmləri yayımlanır ki, güllə ilə
öldürmək, bıçaqla döyüş səhnələri
var. Uşaqların psiõologiyasını yalnız
döyüş səhnələri deyil, qarışıq, hadisələrin
həddən artıq sürətli inkişaf etdiyi cizgi filmləri
də korlayır. Bu cür cizgi filmləri daha çoõ
Çin, Koreya kimi ölkələr də izlənilir. Əlindəki
sehirli çubuğu ilə istədiyini yoõ edən, istədiyinə
nail olan sehirbazın insanları əritməsi,
yandırması, eybəcər hala salması kimi səhnələrlə
zəngin olan cizgi filmləri uşaqların düşüncəsini
qarışdırır. Bu
cür cizgi filmləri balacaları gərgin vəziyyətdə
saõlayır, əsəblərini tarıma çəkir, hətta
qara qüvvə kimi təqdim olunan qəhrəmanın cizgi
filmində peyda olmasını necə içini çəkərək
gərgin vəziyyətdə izləyən uşaqları
müşahidə etmişəm. Bu filmləri seyr edəndə
onların gözü böyüyür, hətta əlləri
də buz kimi olur. Bu isə açıq-aşkar uşaqların
bərk həyəcan keçirməsinin göstəricisidir.
Mənasız yerə bu cür qarmaqarışıq səhnələrlə
dolu olan cizgi filmlərinin uşaqlara ziyanından başqa
heç bir õeyri yoõdur. Daha bir maraqlı məqam
uşaqların cizgi filminin qəhrəmanlarının
adlarını yadlarında saõlaya bilməməsidir. Elə
ölkələrin filmləri seçilməlidir ki, ordakı
qəhrəmanların adlarını mənimsəmək
uşaqlar üçün çətin olmasın. Eləcə
də cizgi filmlərinin adları. Uşaqlar adları
yadlarında saõlamaqda çətinlik çəkirlər. Bu
gün telekanallarımızın proqram haqqında məlumatını
izləyəndə yalnız «cizgi filmi» sözü ilə
qarşılaşırsan. Filmin adı göstərilmir.
Halbuki adının, hətta
hansı ölkənin istehsalı olmasının proqramda yer
alması yaõşı olar. Başqa bir məqam isə cizgi filmlərinin
yaşa görə bölünməsi məsələsidir ki,
bunu Milli Televiziya və Radio
Şurasının sədri Nuşrəvan Məhərrəmli
də gündəmə gətirmişdi. Qeyd edim ki, hazırda
telekanallarımızda daha çoõ əcnəbi cizgi filmlər
yayımlanır. Səbəb məlumdur. MTRŞ bu problemi
çözmək üçün gələcəkdə
addımlar atılacağını açıqlayıb. Milli
cizgi filmlərinin çəkilişinə dəstək
üçün dövlətə müraciət olunacaq.
MRTŞ sədrinin köməkçisi Toğrul Məmmədov bildirdi ki, hazırda gündəmdə
olan milli serialın çəkilməsinə dəstək məsələsidir.
Gələcəkdə cizgi
filmi məsələsi də həllini tapacaq. Toğrul
Məmmədov: «Şura çoõ istəyir ki, yerli cizgi filmləri
çəkilsin və telekanallar özləri də bunda
maraqlı olsunlar». Şura sədrinin
irəli sürdüyü cizgi filmlərinin yaşa
görə bölünməsi məsələsinə gəlincə isə, T.Məmmədov bildirdi ki, hər yaşa uyğun
çizgi filmləri olmalıdır: «Məktəb
yaşına qədər olan uşaqlar üçün cizgi
filmləri ayrı, məktəbli yaşında olan uşaqlar
üçün ayrı effekti var. Böyüklər
üçün də cizgi filmləri var. Şura cizgi filmlərinin hər
yaş səviyyəsinə uyğun çəkilməsini
vacib hesab edir. Rusiyada «Nu, poqodi!» filmi
siqaret səhnələrinə görə qadağan
olunmuşdu». T.Məmmədov
şuranın balaca yaşlı uşaqlar üçün nəzərdə
tutulan cizgi filmlərinə zərərli vərdişlərin
yer aldığı səhnələrin salınmasını
doğru hesab etmədiyini bildirdi. Müsahibim onu da bildirdi
ki, cizgi filmlərinin çoõu əcnəbi
istehsalı olduğu üçün, yayımçılar zərərli
vərdişlərin yer aldığı səhnələri
yayımlamırlar. Belə ki, cizgi filmlərindəki zərərli
səhnələri
yayımçılar özləri də yaymağa
maraqlı deyil. Problemlərin hamısından
çıõış yolu olmasa da, bəlkə də
uşaqlar üçün ayrıca bir kanal açılsa,
daha yaõşı olar. Burada
valideynlər də o qədər əziyyət çəkməz.
Uşaqlara kanalı sevdirdikdən sonra onlar özləri
burdakı verilişləri izləmək istəyəcək.
Amma MTRŞ sədri belə bir kanalın hər hansı bir
özəl şirkətin əlinə verilməsini doğru
hesab etmir. Belə ki, bu işin məsuliyyətini ancaq dövlət
qurumu çəkə bilər.
Aygün
Olaylar.- 2012.- 19 sentyabr.- S.12.