Qəhrəman
neftçinin ömür
yolu
Qarşıdan 20 sentyabr Neftçilər günü gəlir. 1994-cü
il 20 sentyabrda
İlk Neft sazişini imzaladı. Həmin gün Azərbaycan tarixinin gələcəyi
böyük strateji planla irəliləməyə
doğru getdi. Keçən dövr ərzində
bu uzaqgörənliyin
doğruluğu dəfələrlə
sübut olunub. Azərbaycan tarixində Neft sənayesinin görkəmli
yer tutduğu şübhəsizdir. Bu tarixi yaradanların hamısı böyük hörmətə layiqdirlər.
Bu gün sizlərə
barəsində danışacağım
qəhrəman insan isə xüsusi hörmətə layiq olan Rzayev İbrahim
Səlim oğludur.
Azərbaycan neft sənayesinin
bu günkü uğurları belə insanların zəhməti
sayəsində başa
gəlmişdir. Belə insanları
yada salmaq və onların ömür yolunu indiki gənclərə çatdırmaq bizim mənəvi borcumuzdur.
İllər illəri qovduqca
belə insanların aramızdan seyrəkləşməsi
bizə ağır itki olur. Belə dəyərli insanlardan biri də İbrahim
Rzayevdir.
Bu insan haqqında
danışmağımın səbəbi isə İbrahim Rzayevin öz həyatı boyu həm Vətəndaş,
həm də insan kimi qəhrəmanlıq
salnaməsini yazmasıdır.
1941-1945- ci illər
Böyük Vətən
Müharibəsində artilleriyaçı
kimi iştirak edib ağır yaralanan, beş
dəfə ağır
əməliyyat keçirdikdən
sonra onun sol ayağını xilas etmək mümkün olmadığından gənc
yaşlarında sol ayağı
diz hissəsindən kəsildi. Buna baxmayaraq İbrahim
Rzayev öz əlilliyini bəhanə gətirib evdə oturmayıb, təhsil alıb, işləyib, gözəl ailə başçısı, üç
oğul qeyrətli qız böyüdüb.
Bənövşə, Firəngiz və
Rəhilə.
1950-ci ildən əmək fəaliyyətinin Stalinneft
(indiki BİBİHEYBƏTNEFT
NQÇİ) trestində başlayan
İbrahim Rzayev Quyuların Əsaslı Təmir Sexində dispetçer, alət meydançasının müdiri,
mexanik və operator vəzifələrində 54 il
çalışmışdır. Müharibənin ağır yaralarına
baxmayaraq 1960-cı ildə
Bakı Neft Texnikomunu bitirən İbrahim Rzayev fasiləsiz işlədiyi
müddət ərzində
özünü işgüzar,
nümunəvi və intizamlı bir neftçi kimi göstərmiş, özünün
bilik və təcrübəsini gənc
neftçilərə öyrətmişdir.
Müharibə illərində xidmətlərinə görə
SSRİ dövləti tərəfindən
2-ci dərəcəli
Vətən Müharibəsi
ordeni, 1941-1945-ci illər
Böyük Vətən
Müharibəsində Almaniya
üzərində qələbəyə
görə, 1941-1945-ci Böyük
Vətən müharibəsində
Qələbə, SSRİ Silahlı Qüvvələrinin
70 illiyi yubiley medalları, 1941-1945-ci illər
müharibəsi veteranı
nişanı ilə təltif edilmişdir.
2004-cü ildən təqaüdə
çıxan İbrahim
Rzayev Prezident təqaüdçüsü olub,
Cənab Prezident İlham Əliyevin sərəncamı ilə
ev və
avtomobillə təmin
olunmuşdur. İbrahim
Rzayev 2011-ci il
iyulun 26-sı dünyasını
dəyişdi. Ailəsinə və dostlarına ağır itki üz versə də yaddaşlarda gözəl insan, mehriban ata, sədaqətli
ömür-gün yoldaşı
kimi qalmaqdadır.
İbrahim Rzayevin qızı Firəngiz xanımın atası haqqında xatirələri:
atamın ömür
yolu barəsində danışmaq mənə
çox ağır gəlir, lakin bir neçə xatirələrimi danışmaq
istərdim. Bir valideyn kimi öz
övladları qarşısında
cavabdehliyini və
məsuliyyətini əsil
hərbçi kimi son
anına qədər yerinə yetirən bir insan idi.
Biz orta məktəbdə
oxuyanda işdən yorğun gələn atamız əvvəlcə
bizim məktəbdəki
davamiyyətimizi yoxlayardı.
Bizim cəmiyyətdə öz
layiqli yerimizi tutmağımızı bizə
aşılayardı. Bizim qardaşımız olmadığından atamız
bizi oğul kimi böyütmüşdü.
Atam övladlarının və
nəvələrinin xoş
günlərini gördü.
Onların qəlbində baba
məhəbbəti indi
də yaşayır.
Atam ömrünün son anını
mənim qollarım üstə keçirtdi.
Hətta
atamız dünyasını
dəyişəndə onun
cənazəsini biz bacılar
qaldırdıq. Atamın
yoxluğu mənə
çox pis təsir edir
İbrahim Rzayev haqqında 39 il
onunla birlikdə işləmiş və qonşusu olmuş Rübabə xanımın
xatirələri: Mən
BİBİHEYBƏT NQÇİ-yə gənc mütəxəssis
kimi gəlmişdim. Neft quyularının əsaslı
təmiri kimi ağır bir sahənin bütün sirlərini mənə İbrahim əmi öyrətdi. İşimizin bütün çətinlikləri
İbrahim əminin bilik və təcrübəsi
ilə asanlıqla keçirdi. İşində intizamı və məsuliyyəti ilə fərqlənən İbrahim
əmi bizə də bunu aşılayırdı.
Bundan başqa gözəl insan idi. O xoşbəxt ömür yolu keçdi. İbrahim əmi ona görə
xoşbəxt idi ki, onun Mahizər
xanım kimi həyat yoldaşı var idi və
onun qayğısına
qalan övladları var idi.
2011-ci il iyulun
26-sı dünyasını dəyişən İbrahim
Rzayevin ailəsinə
və dostlarına səbr diləyirik. Bu itki nə
qədər ağır
olsa da gözəl
insan İbrahim Rzayevin xatirəsi onu tanıyanların ürəyində həmişə
yaşayacaqdır. Allah rəhmət
eləsin!
Xəyalə Süleymanqızı
Olaylar.- 2012.- 20 sentyabr.- S.13.